Facebook Twitter WhatsApp

Heyvanlara əziyyət vermək

Sual: Əti yeyilən və yeyilməyən vəhşi heyvanları hər hansı bir məqsədlə öldürmək günahdır? Məsələn, dələni dərisi üçün, ceyranı əti üçün ovlamaq caizdir?

CAVAB

Heç bir heyvana əziyyət, işgəncə etmək, suda boğaraq və ya atəşdə yandıraraq öldürmək caiz deyildir. Heyvana işgəncə etmək, qeyri-müslim vətəndaşa işgəncə etməkdən daha böyük günahdır. Qeyri-müslim vətəndaşa əziyyət etmək də müsəlmana əziyyət etməkdən daha böyük günahdır.  (Dürr-ül muxtar)

Məqsədsiz olaraq bir heyvanı öldürmək caiz deyildir. Axirətdə, “Onu nə üçün öldürdün?” deyə sorğuya çəkiləcəkdir. Heyvanları bir-biriylə döyüşdürmək də caiz deyildir. Heyvanların haqqına riayət etməli, onlara mərhəmət edilməlidir. Hədisi-şərifdə, “Mərhəmət et ki, mərhəmət olunasan!” buyuruldu. (Şirə)

Zərərli heyvanları öldürmək caiz olduğu kimi, dələ, porsuq kimi heyvanları dərisi və kürkü üçün, maral, ceyran kimi heyvanları əti üçün öldürmək də caizdir. Donuz xaric, əti yeyilməyən müxtəlif heyvanları pul qarşılığı müsəlman olmayanlara ixrac etmək də caizdir. (Şərhi Nikayə)

Zərərsiz heyvanları öldürmək caiz deyildir. Zərərliləri də əziyyətsiz öldürmək caizdir. (Bəriqa)

Sual:  Heyvanlara hər cür əziyyət etmək haram olduğuna görə qısırlaşdırmaq haram deyilmi?

CAVAB

Lüzumsuz olaraq heyvanı qısırlaşdırmaq heyvana əziyyət olacağı üçün haramdır. Ancaq, bir mənfəət üçün caizdir, günah olmaz. (Hindiyyə)

Qısırlaşdırılan öküzlər əkinçilikdə daha uyğun olur. Qısırlaşdırılan qoçlar, daha yağlı və ətləri də daha ləzzətli olur. Peyğəmbər əfəndimiz qısırlaşdırılmış bir qoçu qurban etmişdir. (B. Arifin)

Sual: Heyvanlara da mərhəmət etmək lazım deyil?

CAVAB

Heyvanlara da acımaq və yaxşılıq etmək lazımdır. Peyğəmbər əfəndimiz, “Mərhəmətli olmadan imanlı ola bilməzsiniz” buyuranda, oradakılar, “Ya Rəsulallah, hamımız mərhəmətliyik” dediklərində, “Tək insanlara deyil, bütün məxluqata mərhəmətli olmaq lazımdır”  buyurdu. (Tabərani)

Məsələn, bir heyvan kəsəcək kimsə, bıçağı heyvanın gözü önündə itiləməməlidir. Bir gün bir kimsə bir qoyunu kəsmək üçün yerə yatırır, bıçağı itiləməyə başlayır. Peyğəmbər əfəndimiz bunu görüb buyurur ki:

“Sən bu heyvanı kəsmədən, ona ölümü daddıracaqsan? Heyvanı yatırmadan əvvəl nə üçün bıçağını itiləmədin?” (Hakim)

Bütün heyvanlara yaxşılıq etməli, əziyyət etməkdən çəkinməlidir. Hədisi-şəriflərdə buyuruldu ki:

“Bir qadın, bir pişiyi qapalı bir yerə həbs etdi. Pişiyə yemək, içmək vermədi. Çöldə bir şey tapıb yeməsi üçün sərbəst də buraxmadı. Pişik öldü və qadın da buna görə  Cəhənnəmə layiq oldu.” (Buxari)

“Susuz bir mömin, quyuya enib su içdi. Bir köpək də quyunun başında susuzluqdan əldən düşmüş vəziyyətdə gözləyirdi. O kimsə bu heyvana acıyıb, ayaqqabılarından birini çıxardı, onunla köpəyə su verdi. Bu hərəkətdən Allahu təala razı oldu. O kimsəni Cənnətə qoydu.” (Müslim)

“Yer üzündəki məxluqlara acımayana, göydəkilər acımaz.” (Tabərani)

“Mərhəmətli olmayana mərhəmət edilməz.” (Buxari)

Əshabı-kiram dedilər ki: Ya Rəsulallah, heyvanlara yaxşılıqda da savab vardır? Peyğəmbər əfəndimiz, “Hər canlı heyvana edilən yaxşılıqda savab vardır” buyurdu. (Buxari)

Səhabədən bir nəfər rəvayət etmişdir:

“Rəsulullahın pişik su içdikdən sonra artığı ilə dəstəmaz aldığı da olmuşdur.”(Əbu Nuaym)

Səhabədən bir xanım danışır:

Əshabı-kiramdan Əbu Qatadənin dəstəmaz alması üçün bir qaba su qoymuşdum. Birdən pişik gəlib bu qabdan su içincə Əbu Qatadə bir az daha su içməsi üçün qabı pişiyin önünə uzatdı. Mənim ona heyrətlə baxdığımı görəndə, niyə heyrət etdin, ey qardaşımın qızı, Rəsulullah əfəndimiz, “Pişik pis deyildir, ətrafınızda gəzər” buyurdu. (Tirmizi)

Həzrəti Əbu Hureyrə danışır:

“Bir gün paltarımın içində kiçik bir pişik daşıyırdım. Rəsulullah əfəndimiz məni görəndə, “Nədir bu?” buyurdu. Mən də, “Pişik!” dedim. Bundan sonra Rəsulullah, “Ey Əbu Hureyrə” buyurdu. Yəni pişiyi sevən, onlara analıq-atalıq edən kimsə buyurdu.

Bir gün Əhməd Rifai həzrətlərinin cübbəsinin ətəyində pişiyi gəlib yatdı. Namaz vaxtı gəldi, pişiyi oyandırmağa qıya bilmədi. Bir müddət onu şəfqətlə seyr etdi. Oyanmayacağını anlayanda pişiyin yatdığı yeri kəsib namaza getdi. Gəldiyində pişik oyanıb oradan getmişdi. Kəsik parçanı paltosuna tikdi.

Əbu Bəkir Vasit həzrətləri danışır:

Bir gün gedərkən başımın üzərində bir quş uçmağa başladı. Fikirli olduğum üçün quşu tutdum. O əlimdə ikən, başqa bir quş daha uçurdu. Əlimdəki quşun anası zənn edərək elimdən buraxdığım anda, quş öldü. Buna çox kədərləndim. O gündən sonra məndə bir sıxıntı başladı və bir il keçmədi. Bir gecə Peyğəmbər əfəndimizi yuxumda gördüm. Bir ildir o qədər çox sıxıntının təsirində qaldığımı, çox zəifləyib ayaq üstə namaz qıla bilməz hala gəldiyimi ərz etdim. O zaman, “Bunun səbəbi o quşun səndən şikayətçi olmasıdır” buyurdu. Evimizdəki pişiyin balası olmuşdu. Mən bu sıxıntı içində düşünərkən, bir ilanın pişik balalarından birini tutmağa çalışdığını gördüm. Əsamı ilana vuranda, qaçdı. Pişiyin anası gəlib balasını götürüb getdi. Ondan sonra yaxşılaşdım, namazlarımı ayaq üstə qılmağa başladım. O gecə yuxumda yenə Peyğəmbər əfəndimizi gördüm. “Yaxşı olmanın səbəbi, bir pişiyin sənin üçün təşəkkür etməsidir” buyurdu.

Sual: Heyvanlara əziyyət etmək böyük günah olduğuna görə, siçan, ilan kimi zərərli heyvanları öldürmək caiz deyil?

CAVAB

İnsanlara zərər verən qarışqanı suya atmadan, yandırmadan öldürmək caizdir. Siçan, əqrəb kimi zərərliləri isə hər zaman öldürmək caizdir. Hədisi-şəriflərdə buyuruldu ki:

“İlan və yırtıcı olan hər heyvanı öldürün!” (Müslim)

“Zəhərli kərtənkələni bir vuruşda öldürənə yüz, ikinci vuruşda öldürənə az, üçüncü vuruşda öldürənə isə bundan daha az savab verilər.” (Müslim)

“İbrahim əleyhissəlam üçün yandırılan atəşi hər heyvan söndürməyə çalışdı. Lakin, kərtənkələ atəşin daha çox yanması üçün üfürdü.” (Nəsai) (Kərtənkələlərin zəhərli növləri vardır. Əziyyətsiz öldürmək lazımdır!)

Sual: Evdəki tor hörümçəklərini öldürmək caizdir?

CAVAB

Bəli.

Sual: Quduzluğu önləmək üçün küçə itlərini öldürmək caizdir?

CAVAB

Xəstəlik ehtimalı olanda caiz olar.

Sual:  İlan öldürülərsə yoldaşının qisas alacağı söylənir. Doğrudur?

CAVAB

İlan öldürməkdən qorxmamaq lazımdır! İlan öldürmək savabdır. İki hədisi-şərif məali:

“Hər ilanı öldürün! İlanın qisas almasından qorxan məndən deyildir.” (Nəsai)

“İlandan qorxub öldürməyən bizdən deyildir.” (Əbu Davud)

(Bizdən deyil, kafir mənasında deyildir. Bizim sünnətimizə tabe olmamış olar, deməkdir.)

Sual: Heyvanları öldürmək caizdir? Məsələn ağcaqanadı dərhal kömür edən bir alətlə yandırılması da caizdir?

CAVAB

Heyvanları suda boğaraq və atəşdə yandıraraq öldürmək caiz deyildir. Dinimiz zərərli heyvanları çox ağrı çəkmədən öldürməyi əmr edir. Məsələn, kərtənkələni bir vuruşda öldürənə 100 savab, iki vuruşda öldürənə 50 savab, bir neçə vuruşda öldürənə isə çox daha az savab verilir. Demək ki, bir an əvvəl öldürmək lazımdır. Ağcaqanadın elə öldürülməsi əllə və ya dərmanla öldürməkdən daha yüngüldür. Bir anda kömür olur. Atəşə atmaq kimi deyil.  Caizdir.

Sual: Heyvan haqqı ödəmək üçün tövbə kafidirmi?

CAVAB

Heyvana yaxşılıq etməyə davam etməlidir.

Sual: Ölmüş bir heyvanı atəşə atmaqda zərər vardır?

CAVAB

Bir zərurət olmadıqca ölmüş heyvanı atəşə atmamalıdır. (Bəriqa)

Sual: Qanuni Süleyman Xan, Zənbilli Əli Əfəndidən zərər verən qarışqaları öldürmək caizdirmi deyə soruşmuş, o da caiz deyil deyə fətva vermiş deyirlər. Belə bir şey varmı?

CAVAB

Hadisənin əsli belədir:

Qanuni Sultan Süleyman Xan meyvə ağaclarını qarışqaların bürüməsindən sonra, məsələni Zənbilli Əli Əfəndidən belə bir beytlə soruşur:

            Ağacları bürüsə, əgər qarınca

            Zərər varmı qarışqanı qırınca.

Zənbilli Əli Əfəndinin cavabı belədir:

            Sabah Haqqın divanına varınca,

            Süleymandan alar haqqın qarınca.

Bu bir fətva deyildir. Bir lətifədir. Yəni demək istəyir ki, “Sən də bilirsən ki, zərərli heyvanları öldürmək caizdir. Haqsız olaraq öldürmək caiz deyildir.”

Osmanlı Dövlətinin onuncu sultanı və İslam xəlifələrinin 75-cisi olan Qanuni Sultan Süleyman Xan, Atası Yavuz Sultan Səlimin vəzifələndirdiyi dövrün böyük alimlərindən dərs alaraq böyümüş, dini bilgiləri çox yaxşı bilən bir padşah idi.

Din kitablarının hamısında zərərli heyvanları öldürməyin caiz olduğu yazılıdır. Qarışqa kimi heyvanları zərər verməzsə öldürmək caiz deyil, zərər verərsə caizdir. Siçan, əqrəb, ilan kimi zərərliləri isə hər zaman öldürmək caizdir. Quduz heyvanları da öldürmək lazımdır.

İnsana və yeməklərə zərər verən qarışqaları əziyyət etmədən və ya suya atmadan öldürmək caizdir. İçində qarışqa olan odunu, yerə vurub silkələdikdən sonra yandırmaq caizdir. (Bəriqa)

Heyvanın ölümünə səbəb olmaq

Sual: Yolda, avtomobillə normal sürətlə gedərkən, bir toyuq və ya bir pişik yola çıxıb əzilsə, biz məsul olarıq?

CAVAB

Qəsdən olmadığı üçün və ölən heyvan olduğu üçün məsul olunmaz. Ölən uşaq və ya böyük insan olsaydı bunun kəffarəsi və diyeti (islam hüququna görə, öldürmə və ya yaralamalarda  günahkarın ödəmək məcburiyyətində olduğu pul və ya mal, qan pulu) olardı. Bir ana körpəsiylə yatarkən fərqində olmadan uşaq altında qalıb ölsə, qəsd olmamasına baxmayaraq ananın kəffarə verməsi lazımdır. İndi kəffarə olaraq 60 gün oruc tutulması lazımdır.

Heyvanları öldürmək

Sual: Heyvanları döymək və öldürmək caizdir?

CAVAB

İnsana və yeməklərə zərər verən heyvanları, məsələn, qarışqaları, ağcaqanadları öldürməkdə zərər yoxdur. Siçan, əqrəb kimi zərərli heyvanları hər zaman öldürmək caizdir. Quduz it və yırtıcı heyvanları kəsərək, güllə ilə  və ya zəhərləyərək öldürmək caizdir.

Heyvanları döymək caiz deyildir. Döymək tərbiyə üçün olar. Heyvanın ağlı olmadığı üçün tərbiyə edilməz. Heç bir səbəblə heç bir canlının üzünə vurmaq caiz deyildir.

Heyvanlarla halallaşmaq mümkün olmadığı üçün onlara qarşı daim yaxşı rəftar etmək lazımdır. Bir heyvana əziyyət edilmişsə, tövbə etməli, peşman olmalı, bir daha heç bir heyvana əziyyət etməməli, əziyyət edilən heyvana yaxşı rəftar etmək lazımdır.

Məscidi murdarlayan quşlar

Sual: Göyərçinlər kəndimizin məscidini murdarlayır, həm də yuva qurmuşlar. Öldürmək caizdirmi?

CAVAB

Məscidi çirkləndirən quşları çıxarmaq mümkün olmazsa, kəsib əti yeyilər. Əziyyət verən heyvanlar hər zaman öldürülə bilər.

Əldə olmadan öldürmək

Sual: Heyvanları atəşdə yandırmaq və suda boğmaq günah olduğuna görə bağçamızı sulayarkən bağçada olan müxtəlif böcəklər, qarışqalar suda boğulub ölürlər. Zərəri vardır?

CAVAB

Məqsədiniz qarışqaları və digər heyvanları öldürmək deyil, bağçanı sulamaq olduğu üçün zərəri yoxdur. Üstündə qarışqa olan odunu yerə vurub silkələdikdən sonra yandırmaq caizdir. Üstündə görə bilmədiyimiz qarışqa qalsa da zərəri olmaz. Biz qarışqanı deyil odunu yandırırıq.

Qulaqlarını kəsmək

Sual: Quzular və heyvanlar qarışmasın deyə qulaqlarını kəsərək müxtəlif işarələr qoymaq uyğundur?

CAVAB

Uyğun deyildir. Kəsməmək, boya ilə işarələmək lazımdır.

Ölü heyvanı araşdırmaq

Sual: Almaniyada biologiya müəllimiyəm. Gözünü və ya başqa üzvlərini kəsərək ölü heyvan üzərində araşdırma aparmaq dini baxımdan günah olar?

CAVAB

Xeyr, günah deyildir.

Xoruz döyüşü, boks və sirk

Sual: Xoruz və dəvə döyüşü, buğa güləşlərini və boks döyüşlərini seyr etmək, sirkə getmək günahdır? Kəndirbaz seyr etmək kimi, heyvanxanaya da getmək günah olar?

CAVAB

Xoruz və dəvə döyüşləri, buğa güləşləri heyvanlara zülm olduğu üçün günahdır. Buğa güləşlərində insanlar da ölə bilir. İnsanları döyüşdürmək də günahdır. Övrət yerlərinin açıq olması da bir başqa günah olur. Boksda insanın və ya canlının üzünə vurmaq da günahdır. Sirklərdə ümumiyyətlə təhlükəli şoular, kəndirbazlıqlar edilir. Sirkə getmək, bu şouları təsdiq etmək deməkdir. Bu günah olan şeyləri seyr etmək də günahdır, çünki din kitablarında deyilir ki:

Kəndirbaz ipdən düşüb ölərsə, tamaşaçılar da günaha girər, çünki onlar seyr etməsələrdi, kəndirbaz təhlükəli şoular göstərməz və ipdən düşüb ölməzdi. Öldürülən kimsə, əcəli gəldiyi üçün ölərsə də, öldürən və ya ölümünə səbəb olan kimsə də, cəzasını görər. (S. Əbədiyyə)

Vəhşi heyvanları qəfəsə qoymaq, həbs etmək, məsələn bir aslanı, bir fili və ya bir ayını meşədən alıb dar bir yerə qoymaq heyvana zülm olar. Onları seyr etmək üçün göstərildiyi yerlərə gedən, bu zülmü təsdiq etmiş sayılar. Əgər heç kim seyr etməyə gəlməsə, o heyvanları oraya həbs etməzdilər. Onların həbsinə tamaşaçılar səbəb olur. Dinimiz “Günaha səbəb olmaq, günah işləmək kimidir” buyurur. Günah işlənən yerlərdən çəkinməlidir.

 


В корзине: 0 шт.

на сумму: 0

Cəmi: 0

Оформить заказ Очистить корзину