Facebook Twitter WhatsApp

Kibrlənmək üç növdür

Sual: Kibr neçə növdür?

CAVAB

Kibr, özünü başqasından üstün görməkdir. Yerlərinə görə üçə ayrılar:

  • Allahu təalaya qarşı kibr:

Kibrin ən pisi budur. Nəmrud, Firon belə idi. İlahlıq iddiasında oldular. Bəzi dinsizlər də imanı, ibadəti, namaz qılmağı alçaqlıq, mürtəce zənn edərək kibrlənərlər. Allahu təala buyurur ki:

“Böyüklənərək mənə ibadət etməyənlər alçalmış olaraq Cəhənnəmə girəcəkdir.” [Mömin 60]

  • Peyğəmbərlərə qarşı kibr:

Bəziləri, Peyğəmbərləri özləri kimi bir insan gördükləri üçün, kibrlənərək onlara tabe olmağı qəbul etmədilər. Məsələn Peyğəmbər əfəndimiz üçün dedilər ki:

            “Bu da sizin kimi bir insan. Özünüz kimi bir insana itaət edərsəniz, ziyana çatarsınız.” [Möminun 33,34]

  • İnsanlara qarşı Kibr:

Hər hansı bir məsələ barəsində özünü başqasından üstün görən kibrlidir.

            Şam Ordusunun komandiri Əbu Ubeydə ibn Cərrah həzrətləri böyük bir izdihamla Həzrəti Öməri qarşıladı. Həzrəti Ömər köləsi ilə növbə ilə dəvəyə mindiyi üçün Xəlifə dəvəsindən endi. Yerinə köləsi mindi. Dəvənin ipindən tutdu. Ayaqqabılarını çıxarıb dərədəki sudan keçdi. Bunu görən komandir dedi ki:

  • Əfəndim, bütün Şamlılar xüsusilə yunanlar müsəlmanların xəlifəsini görmək üçün yığıldılar. Sizə baxırlar. Bu etdiyinizi necə izah edə bilərik?

Həzrəti Ömər buyurdu ki:

  • Ya Əba Ubeydə! Sənin bu sözünü eşidənlər, insanın şərəfini heyvana minərək getməkdə və bəzəkli paltar geyinməkdə zənn edəcəklər. Biz daha əvvəl zəlil və alçaq bir qövm idik. Allahu təala bizləri Müsəlmanlıqla şərəfləndirdi. Bundan başqa şərəf axtararsaq Allahu təala bizi zəlil edər, hər şeydən alçaq edər.

Kibr və təvazö

            Ağılı olan özünü və Rəbbini tanıyan, heç kibrlənə bilər? İnsan alçaqlığını, acizliyini Rəbbinə qarşı hər an bəlli etmək məcburiyyətindədir. Bunun üçün hər an hər yerdə acizliyini göstərməsi, təvazö üzrə olması lazımdır. Hədisi-şərifdə də buyuruldu ki:

            “Allah rizası üçün təvazö edəni, [özünü, Müsəlmanlardan üstün görməyəni] Allahu təala yüksəldər.” [Bəzzar]

Əhli-sünnət alimləri buyururlar ki:

            Allahu təala elm kimi, qüdrət kimi bütün sifətlərindən qullarına bir az ehsan buyurmuşdur. Fəqət, yalnız üç sifəti özünə məxsusdur. Bu üç sifətdən heç bir məxluquna verməmişdir. Bu üç sifəti kibr, qani olmaq yaratmaq sifətləridir. Kibr, böyüklük, üstünlük deməkdir. Qani olmaq, başqalarına möhtac olmamaq, hər şeyin Ona möhtac olması deməkdir. İnsan isə ehtiyac sahibidir. Allah yaradıcıdır, insan isə məxluqdur, fanidir.

            Bunun üçün kibrlənməklə Allahu təalanın sifətinə, haqqına təcavüz etmək olur. Qula qürurlanmaq yaraşmaz. Ən böyük günahdır. Hədisi-qüdsidə buyuruldu ki:

            “Əzəmət və kibrr mənə məxsusdur. Bu iki sifətdə mənə ortaq olmaq istəyənlərə çox acı əzab  edərəm.” [Müslim]

            Təvazö sahibi ola bilmək üçün dünyaya nə üçün gəldiyini, hara gedəcəyini bilmək lazımdır. İnsan heç yox idi. Əvvəl bir şey edə bilməyən, hərəkət edə bilməyən körpə oldu. İndi də hər an xəstə olmaq, ölmək qorxusundadır. Nəhayət öləcək, çürüyəcək və torpaq olacaq. Dünya zindanında, hər an, nə vaxt əzaba aparılacağını gözləməkdədir. Öləcək, leş olacaq, böcəklərə yem olacaq, qəbir əzabı çəkəcək, sonra dirilib qiyamət əzablarını çəkəcəkdir. Cəhənnəmdə sonsuz yanmaq qorxusu içində yaşayan kimsəyə təkəbbür yaraşar, yoxsa təvazö?

            Kibr nə qədər pisdirsə, təvazö da o qədər yaxşıdır. Hədisi-şəriflərdə buyuruldu ki:

            “Allah üçün əfv edənin şərəfi artar, təvazö edən də ucalar.” [Müslim]

            “Adam qürurlananda iki mələk, “Ya Rəbbi bu alçalt!” deyərlər. Təvazö edərsə, “Ya Rəbbi bunu yüksəlt!” deyərlər.” [Beyhəqı]


В корзине: 0 шт.

на сумму: 0

Cəmi: 0

Оформить заказ Очистить корзину