Facebook Twitter WhatsApp

Cübn (Qorxaqlıq)

 Sual: Cübn nə deməkdir?

CAVAB

Cübn, qorxaqlıq deməkdir. Qəzəbin, sərt davranmağın lazımı miqdarına (Şücaət) deyilir. Həddən az olmasına, zəif olmasına (Cübn) deyilir. Cübn pis əxlaqdır.

Qorxaq olan kimsə xanımına və əqrəbasına qarşı qeyrətsizlik və namussuzluq  göstərər. Onları qoruya bilməz. Zillətə və zülmə boyun əyər. Haram işləyəni görəndə susar. Başqalarının malına tamah edər. İşində qərarlı olmaz. Verilən vəzifənin əhəmiyyətini başa düşməz. Allahu təala Tövbə surəsində şücaəti, qəhrəmanlığı tərifləyir. Nur surəsində zina edənlərə had cəzası verilməsində mərhəmət olunmamasını əmr edir.  

Hədisi-şərifdə, “Sevgili qızım Fatimə oğurluq edərsə əlini kəsərəm!” buyuruldu. Allahu təala Fəth surəsində Əshabi-kiramı, “Kafirlərə qəzəb edərlər” savaşda sərt davranırlar deyərək tərifləməkdədir. Qorxaraq qaçmaq Allahu təalanın təqdirini dəyişdirməz. Əcəl gələndə Əzrayıl əleyhissəlam insanı harada olursa olsun tapır. Özünü təhlükəyə atmaq da caiz deyildir.Təhlükəli yerdə tək qalmaq, tək yerimək günahdır.   

Peyğəmbər əfəndimiz qorxaqlıqdan Allahu təalaya sığınmışdır. Bir hədisi-şərifdə buyuruldu ki:

“Ya Rəbbi, acizlikdən, tənbəllikdən, qorxaqlıqdan, xəsislikdən və hər cür xəstəlikdən sənə sığınıram!” [Tərqib]

Zəlzələdən qaçmaq

Sual: Zəlzələ olarkən bayıra qaçmaq caizdirmi?

CAVAB

Peyğəmbər əfəndimiz yolda əyri divarın qabağından qaçaraq keçəndə, Allahu təalanın qəza və qədərindənmi qaçırsan dedilər. “Allahu təalanın qəzasından, yenə onun qəzasına qaçıram” buyurdu.[Hindiyyə]

Zəlzələ zamanı qapalı yerdən bayıra qaçmağın caiz, hətta müstəhab olduğu kitablarda yazılıdır. (Rəddül-Muxtar, Bəzzaziyə)

Lakin qaçmaq təhlükəli olacaqsa içəridə qalıb tədbir almaq lazımdır.