Sual: İsraf nədir?
CAVAB
Malı, dinin və mürüvvətin uyğun görmədiyi yerlərə paylamağa israf deyilir. Mürüvvət, faydalı olmaq, yaxşılıq etmək arzusudur. Dinə uyğun olmayan israf, haramdır. Mürüvvətə uyğun olmayan israf tənzihən məkruhdur.
İsraf, malı həlak etmək, faydasız hala gətirmək, faydalı olmayacaq şəkildə sərf etməkdir.
Hədisi-şərifdə buyuruldu ki:
“Qənaət edən zənginləşər, israf edən kasıblaşar.” (Bəzzar)
İsrafla xəsisliyin ortasına qənaət və ya comərdlik deyilir. Hədisi-şəriflərdə buyuruldu ki:
“Qənaət edən çətinlik çəkməz.” (Taberani)
“Xilas edən üç şeydən biri varlıqda-yoxluqda, zənginlikdə-kasıbçılıqda qənaətə riayət etməkdir.” (Beyhəqı)
“Qənaət etmək, dolanışığın yarısıdır.” (Hatib)
“Tədbirli olmaq, dolanışığın yarısıdır.” (Deyləmi)
“Dolanışıqda qənaət etmək, peyğəmbərliyin iyirmidə biridir.” (Əbu Davud)
“Qiyamətdə hər kəs, bu dörd suala cavab verməkdikcə hesabdan xilas ola bilməz:
1- Ömürünü necə keçirdin?
2- Elmi ilə necə əməl etdin?
3- Malını haradan, necə qazandın və haralara xərc etdin?
4- Cismini, bədənini harada yordun?” (Tirmizi)
İsraf xəsislikdən pisdir
Dinimizdə əbəs, lazımsız şeyləri etmək caiz deyildir. Məsələn, boş və lüzumsuz yerə bir şeylər qaralamaq israf və əbəsdir. Burada bir neçə israf vardır. Zaman, əmək, enerji, kağız, qələm, mürəkkəb. Hamısından mühümü də faydalı bir şeylə məşğul olmamaq...
Əgər dünyadakı hər kəsin boşa xərclədiyi zaman, enerji və əmək hesablansa, dünyada aclıq və yoxluq içində yaşayan milyonlarla insanın ehtiyaclarına bəs edəcək zəruri mal istehsal edilə bilərdi.
İsrafın miqdarı nə qədər olursa olsun zərəri böyükdür. Kiçik zənn edilən şeylər, yan-yana gəldiyi vaxt böyük rəqəmlər, dəyərlər ortaya çıxar. Dama-dama göl olar, atalar sözünü eşitmisiniz. Dəqiqədə on damcı axan bir krandan ayda 170 litr su axırmış.
Səmavi dinlərin hamısında Allahu təala pis bir əxlaq olan israfı qadağan etmişdir. Dinimizin boşu, əbəsi, haramı, israfı qadağan etməsində insanların səadəti, rifahı, ədaləti və hər şeyi yatır.
Dinimizdə xəsisliyin, israfdan daha çox pislənməsi, israfın xəsislik qədər pis olmadığını göstərməz. Xəsisliyin daha çox pislənməsi, insanlardan çoxunun malı yığmağa meyilli olmasındandır. İsrafın pisliyini göstərmək üçün Allahu təala buyurur ki:
“Yeyin, için, fəqət israf etməyin! Allahu təala israf edənləri əlbəttə sevməz.” (Əraf 31)
“İsraf etmə! İsraf edənlər, şeytanların qardaşlarıdır.” (İsra 26, 27)
“İsraf edənləri həlak etdik.” (Ənbiya 9)
“Mallarını israf edənlərə bir şey verməyin!” əmri ilə israfçıları ən pis şəkildə vəsfləndirib, “Mallarınızı səfehlərə verməyin!” buyurur. (Nisə)
Nə israf etmək, nə də qısmaq lazımdır. Bunların ortasını tapmaq isə məqbuldur. Buna qənaət etmək deyilir. Comərdlik də malını qənaət ilə istifadə etməkdir. Allahu təala buyurur ki:
“Xəsis olma, israf da etmə!” (İsra 29)
Comərdləri tərifləyərkən də buyurur ki:
“Onlar sərf etdikləri vaxt nə israf edərlər, nə də xəsislik. İkisi arasında orta bir yol tutarlar.” (Furqan 67)
Hədisi-şərifdə də buyuruldu ki:
“Yeyib, için, geyinin və sədəqə verin. Fəqət israf və qürurdan çəkinin!” (Buxari)
İsrafın zərərləri, israf edənin şeytana Firona və Həzrəti Lutun pis qövmünə bənzədilməsi və Allahu təalanın bunları sevməməsi və bunlara səfeh deməsi və axirətdə də əzab çəkmələri, dünya da alçaq, möhtac vəziyyətə düşmələri və peşman olmalarıdır.
İsrafın pis olmasının birinci səbəbi malın qiymətli olmasıdır. Mal, Allahu təalanın verdiyi bir nemətdir. Axirəti qazanmaq mal ilə olar. Dünya və axirət, mal ilə nizam tapar, rahat olar. Həcc, cihad savabı mal ilə qazanılar. Bədənin səhhət, qüvvət tapması, mal ilə olar. Başqasına möhtac olmaqdan insanı qoruyan maldır. Sədəqə vermək, qohuma baş çəkmək, kasıbların köməyinə getmək mal ilə olur. Məscidlər, məktəblər, xəstəxanalar, yollar, bulaqlar, körpülər inşa edərək insanlara xidmət də mal ilə olar. Peyğəmbər əfəndimiz, “İnsanların ən yaxşısı, onlara faydası çox olanıdır” buyurur. (Qudai)
İnsanlara kömək etmək üçün çalışıb pul qazanmaq, nafilə ibadət etməkdən daha çox savabdır. Cənnətin yüksək dərəcələrinə mal ilə qovuşular. Mal qiymətli olanda, onu israf etmək əlbəttə pisdir.
Hədisi-şəriflərdə buyuruldu ki:
“Allahu təala, bir quluna mal və elm verər. Bu qul da haramlardan çəkinər, qohumunu sevindirər, malından haqqı olanları bilib verərsə, Cənnətin yüksək dərəcələrinə qovuşar.” (Tirmizi)
“İki şeydən birinə qovuşana qibtə etmək yerində olar. Allahu təala bir kimsəyə İslam elmlərini ehsan edər. Bu da hər hərəkətini, bilgisinə uyğun edər. İkincisi, Allahu təala, birinə çox mal verər. Bu da malını Allahu təalanın razı olduğu, bəyəndiyi yerlərə sərf edər.” (Müslim)
“Yaxşı kimsəyə malın yaxşısı nə gözəl yaraşır.” (Bəriqa)
Süfyanı Səvri həzrətləri “Bu zamanda mal insanların silahıdır. İnsan canını, səhhətini, dinini və şərəfini mal ilə qoruyar” buyurudu. Böyük bir nemət olan malı israf, Allahu təalanın nemətinə qiymət verməmək, neməti əldən qaçırmaq, nankorluq, yəni şükür etməmək olar. Bu isə, neməti verənin əzab etməsinə səbəb olacaq böyük bir günahdır. Necə ki, qiyməti bilinməz, haqqına riayət edilməzsə əldən gedər. Şükür edilər və haqqına riayət edilərsə əldə qalar və artar. Cənabı-Haqq “Şükür edərsəniz, verdiyim nemətləri artıraram” buyurur. (İbrahim 7)
Paltar, ayaqqabı kimi geyim əşyasından yaxşı istifadə etməyib, tez köhnəltmək, onları cırmaq, yuyarkən suyu, yuyucu tozu çox istifadə etmək, elektiriki, balon qazı boş yerə yandırmaq, hamısı israfdır.
Acmadan və ya doyduqdan sonra çox yemək də israfdır. Nəfs yeməklər yemək, qiymətli, yeni paltarlar geyinmək, böyük binalar inşa etmək və haram olmayan daha bunun kimi şeylər, halaldan qazanıldığı, qürur və öyünmək üçün olmazsa, israf deyildir. Axirəti qazanmaq istəyənlərə, lazım olan və qənaət edib, artığını xeyrə vermək yaraşar.
Sədəqə verməkdə də israf vardır. Həzrəti Sabit ibn Qays bir anda, 500 ağacdakı xurmaların hamısını sədəqə verib evi üçün bir şey saxlamayanda “Hamısını verməyin” deyə ayə endi.
Borcundan çox malı olmayan, ailəsi çətinliyə səbr edə bilmədiyi halda, bunların ehtiyaclarını qarşılamaq üçün lazım olan maldan çox olmayan və ya çətinliyə dözə bilmədiyi halda, özü möhtac olanın sədəqə verməsi israf olar.
Səfehlik ağlın az və yüngül olmasıdır. Əksinə rüşd (ağıl sahibi olmaq) deyilir ki, ağılın qüvvətli olmasıdır.
Allahu təala, “Mallarınızı səfehlərə verməyin!” dedikdən sonra “Onların halında rüşd görsəniz, mallarını özlərinə təslim edin!” buyurur. (Nisə 5 ,6)
İsraf nədir?
Sual: İsrafın xəsislikdən də pis olduğu söylənir. İsraf nədir? Nələr israfdır?
CAVAB
İsraf, malı həlak etmək, faydasız hala gətirmək, dinə və dünyanın mübah olan işlərinə faydalı olmayacaq şəkildə sərf etməkdir. Malı dənizə, quyuya, atəşə atmaq, onu həlak etməkdir. İstifadə edilməyəcək hala salmaq, qırmaq, kəsmək, ağacdan meyvəni toplamayıb çürütmək, tarladan məhsulu yığmayıb əkinin məhv olmasına səbəb olmaq, heyvanları soyuqdan, düşməndən qorunacaq yerdə saxlamamaq və soyuqdan, istidən və aclıqdan ölmələrinə mane olacaq qədər yedirməmək və örtməmək də, həlak etmək olub israfdır.
Günah işləmək üçün və günah işlənməsi üçün verilən mal və pullar da israf olar.
Meyvə və əkin toplandıqdan sonra, bunları yaxşı saxlamayıb özbaşlarına xarab olmalarına və ya nəm ataraq çürümələri və ya qurd, güvə, siçan və bənzəri canlıların yemələrinə səbəb olmaq israfdır.
Çörək, ət, ət suyu, pendir kimi qidaların, qarpız, soğan kimi meyvələrin, quru əncir, kişmiş, qaysı kimi quru meyvələrin, buğda, arpa, mərcimək kimi taxılın və paltar, parça, kitab kimi əşyaların, müxtəlif yollarla israf edildiyi çox görülür.
Yemək artıqlarını tökmək, çəngəli, qaşığı, qabı çörəklə və ya barmaqla sıyırıb yemədən əvvəl, qabları yumaq və ya silmək israfdır. Süfrə bezi və masa üstünə düşən çörək və yemək qırıntılarını yığmayıb atmaq da israfdır. Bu qırıntıları yığıb pişik, köpək, qoyun, mal-qara, quş, toyuq kimi heyvanlara yedirtmək israf olmaz.
Çörəyin içini yeyib qabığını atmaq, pişmiş yerini yeyib, qalanını atmaq israfdır. Qalanı başqası və ya heyvan yeyərsə israf olmaz.
Dəstəmazda və qüsldə, lazım olduğundan çox sudan istifadə etmək israfdır.
Süfrədə lüzumundan çox müxtəlif yeməklərin olması israfdır. İbadətə qüvvətlənmək və qonaq üçün olarsa, israf olmaz.
Yemək, bal, bəkməz kimi şeylər bulaşmış barmağını yalamaq və yerə düşən tikəni alıb yemək, insanı israfdan qurtardığı kimi, qürur və riyanı aradan qaldırar, bərəkətə qovuşdurar. Xüsusilə də Peyğəmbərlərin əfəndisinə tabe olmaq və əmrini etmək şərəfini qazandırar.
Lobya, düyü noxud kimi şeyləri yuyarkən tökülənləri yığmamaq israfdır. Paltar, corab, ayaqqabı kimi geyim əşyasından yaxşı istifadə etməyib, tez köhnəltmək, yuyarkən suyu, yuyucunu çox xərcləmək, lampanı, elektriki, təbii qazı boş yerə yandırmaq israfdır.
Malı qiymətindən aşağı qiymətlə sataraq və ya kirayəyə verərək və qiymətindən yuxarı qiymətlə satın alaraq və ya kirayəyə götürərək aldanmaq israf olar. Aldanaraq ticarətə zəruri ehtiyac olarsa və ya kömək, sədəqə kimi niyyətlə belə edərsə israf olmaz. Ölünün kəfənini miqdar və ya növ baxımından, dində bildiriləndən çox etmək israfdır.
Doyduqdan sonra çox yemək də israfdır. Yalnız, qonaq utanmasın deyə, ev sahibinin çox yeməsi və orucu rahat tutmaq üçün sahurda çox yemək israf deyilir. Hər istədiyini yemək israf olduğu kimi, acmadan gündə iki dəfə yemək də israfdır. İki hədisi-şərif məali:
“Hər istədiyini yemək israfdır.” (İbni Macə)
“Ya Aişə! Gündə iki dəfə yemək israfdır.” (Beyhəqı)
Gündə iki dəfə yeməkdən və hər istədiyini yeməkdən məqsəd, doyduqdan sonra və ya acmadan təkrar yemək deməkdir. Çünki gündüz ikinci olaraq yemək, hələ qısa günlərdə və ya yorucu bir işdə çalışmayan şəxslər üçün ümumi olaraq tam acmadan yemək olar.
Lüzum yox ikən, süfrədə yemək çeşidlərini artırmaq israfdır. Fəqət bir yeməkdən sıxılıb hər birindən bir az yeyərək ibadət etmək, məsələn oruc tutmaq, halal qazanmaq üçün çalışmaq və ya Müsəlman qardaşlarına kömək etmək kimi ibadətlər üçün qüvvətlənmək düşüncəsiylə və ya süfrədə qonaq olması niyyətiylə olarsa, israf olmaz.
Süfrəyə lüzumundan çox çörək qoyub, sonra bunları təkrar yemək üçün saxlamamaq israfdır. Yəni, yeyilməyən çörək parçalarını atmaq və riya, göstəriş, şöhrət üçün çox çörək qoymaq israf olar.
Gözəl yeməkləri yemək, qiymətli, yeni paltar geyinmək, yüksək, böyük binalar inşa etmək və dinin haram etmədiyi daha bu kimi şeylər, halaldan qazanıldığı, qürur və öyünmək üçün olmadığı zaman israf deyildir. Lüzumundan çox olanda tənzihən məkruh olar. Bir hədisi-şərif məali:
“İstədiyini ye, istədiyini geyin! İnsanı azdıran, israf və təkəbbürdür.” (Buxari)
İmam Muhamməd Məsum həzrətləri də buyurur ki:
Yeməkdə, içməkdə orta yolu tutmaq almaq lazımdır. Tənbəl olacaq qədər çox yeməmək lazımdır. İbadəti edə bilməyəcək qədər də az yeməmək lazımdır. Övliyanın böyüklərindən Şahı Nəqşibəndi həzrətləri, “Yaxşı ye, yaxşı çalış” buyurdu. İbadət və yaxşılıq etməyə köməkçi olan hər şey, gözəl və mübarəkdir. Bunlara mane olan hər iş qadağandır. (2/110)
Xeyir üçün verilən pul israf olmaz deyən alimlər varsa da, sədəqə vermək də, israf ola bilər. Məsələn, borcundan çox malı olmayan və ya ailəsi çətinliyə səbir edə bilmədiyi halda, bunların ehtiyacını qarşılayacaq maldan artığı olmayan və ya çətinliyə qatlana bilmədiyi halda, özü möhtac olan kimsənin sədəqə verməsi israf olar. Borc verməkdə də belə israf olar.
İsrafdan xilas olmağın yolu, əlacı üçdür:
Birinci səbəb, səfahatdır (eyş-işrətə düşkünlük). Çox kimsəni israfa alışdıran budur. Səfahat, ağılın az olmasıdır. Buna səfeh deyilir. Çox kimsə, yaradılışda səfeh olar. Bu pis halları, bəzi səbəblərdə zaman-zaman artar. Çalışmadan, alın təri tökmədən əlinə mal düşər, pis yoldaşları, bu mala yiyələnmək üçün paylaması üçün, saxlamanın, artırmanın kişilik, igidlik olmadığını deyib aldadarlar. İsrafa yol açarlar. Bunun üçündür ki, pis yoldaşlardan qaçmaqla əmr olunduq. Zəngin uşaqlarının çoxu belə israfa alışır və mirası yeyib bitirirlər. Səfahatı artdıran bir səbəb də insanların çox hörmət göstərməsi və tərifləməsidir. Vəzifə sahiblərinin və zənginlərin uşaqları bu yoldan səfahata düşürlər.
İkinci səbəb, israfı və sıxıntını yaxşı bilməz. İsraf olduğunu bilməz, hətta comərdlik zənn edər. Lüzumsuz yerə, qadağan, zərərli yerlərə verilən mal, comərdlik zənn edilir.
Üçüncü səbəb, riya və göstəriş etməkdir.
Dördüncü səbəb, zəiflik və tənbəllikdir.
Beşinci səbəb, utanıb sıxılmaqdır.
Altıncısı, dini qorumamaq, İslamiyyətə önəm verməməkdir.
Sual: Bahalı parçadan paltar geyinmək israf və haramdırmı?
CAVAB
Bəzi insanlar israfın mahiyyətini bilmədikləri üçün, mübah olan bir çox içkiyə belə haram demişdir. Harama halal, halala haram demək çox təhlükəlidir. İsraf haramdır. Fəqət öz fikrinə görə, “Bunlar israf olduğu üçün haramdır” demək çox səhvdir. Dində hər kəs, öz fikrini ortaya qoyarsa, insan sayı qədər din ortaya çıxar. Buna da din deyil, fəlsəfə deyilir. Əgər İslam alimlərindən nəql edilərsə, fətva verilən qövm seçilərsə, yalnız bir hökm meydana çıxar.
Mübah olan işlərdə niyyət önəmlidir. Niyyət yaxşı olarsa savab, pis olarsa günah olar. Fəqət haramlar, yaxşı niyyətlə də edilsə də haram olmaqdan çıxmaz. Gücü çatanın bahalı parçadan gözəl paltar geyinməsi caizdir.
“Bəhr-ür-raıq” da buyurulur ki:
“Yaraşıq ilə zinəti bir-birinə qarışdırmamaq lazımdır! Yaraşıq, çirkinliyi aradan qaldırmaq, təmkin sahibi olmaq və şükr etmək üçün neməti göstərmək deməkdir. Allahu təala yaraşıqlı olmağı mədh edir. Yaraşıq üçün təmiz, gözəl geyinmək mübahdır. Qürur, göstəriş üçün geyinmək haram olar.” [Oruc Bəhsi]
Təmkinli görünmək üçün geyinmək
Yaraşıq, çirkinliyə, başqalarının iyrənmələrinə, lağ etmələrinə, təhqirlərinə səbəb olacaq şeyləri etməmək, bunları aradan qaldırmaqdır. Zinət (bəzək) isə, başqalarını qibtə etdirəcək, onlara üstünlük gəlmək və öyünüləcək şeyləri etmək deməkdir. Yaraşıqlı olmaq üçün olduğu yerdə adət olan şeylərdən, haram olmayan ən yaxşı paltarı geyinmək lazımdır. Həzrəti Ömər, “İki növ paltarınız olsun, biri qəşəng, digəri də təvazökar. Paltarın qəşəng, təmiz olması, insanın şərəfinin zərurətidir” buyurdu.
İbni Ömər həzrətləri də “Necə paltar geyinim?” deyə soruşan birisinə, “Alçaq insanların lağına, mədəni şəxslərin də ayıblamasına səbəb olmayacaq bir paltar geyin!” buyurmuşdur. Hədisi-şəriflər də buyuruldu ki:
“Gözəl geyinin ki, Allahu təalanın sizə verdiyi nemətlərin əsəri görülsün!” (Tabərani)
“Allahu təala bir quluna nemət verdiyində, o nemətin əsərinin o qulun üstündə görülməsini sevər.” (Tabərani)
Peyğəmbər əfəndimiz, dağınıq geyimli bir nəfərə, malının olub olmadığını soruşdu. O şəxs də hər növ malının olduğunu söylədi. Bu şəxsə buyurdu ki:
“Allahu təala sənə bir mal verəndə, bu nemətin əsəri sənin üstündə görülsün.” (Nəsai)
Hikmət əhli buyurur ki:
“Elə bir paltar geyin ki, sən ona deyil, o sənə xidmət etsin!”
Göstəriş üçün geyinmək
Bəzək və göstəriş üçün geyinmək isə haramdır. Hədisi-şəriflərdə buyuruldu ki:
“Bəzəkdən çəkinmək imandandır.” (İbni Macə)
“Allahu təala təvazökar paltar geyinəni sevər.” (Beyhəqı)
“Bəzək və göstəriş üçün geyindiyi paltarı üstündən çıxarmadığı müddətcə Allahu təala ona rəhmət etməz.” (Tabərani)
“Qürur və göstəriş üçün, şöhrət sahibi şəxslərin geyindiyi paltarı geyinəni, Allahu təala o paltarları ilə birlikdə atəşə atar.” (Rüzeyn)
Görüldüyü kimi bəzək və göstəriş üçün paltar geyinmək haram, yaraşıq üçün, müsəlmanlıq şərəfi üçün geyinmək mübahdır.
Paltar köhnə də olsa, təmiz olması lazımdır! Hədisi-şəriflərdə buyuruldu ki:
“Ya Aişə, bu iki paltarı yu, bilmirsənmi paltarlar təsbeh edər, çirklənəndə təsbeh etmələri kəsilər.” (İbni Asakir)
Mühüm vəzifədə olan və ya mühüm bir şəxsin qəbuluna gedən şəxsin qəşəng, təmiz paltar geyinməsi lazımdır. Allahu təalanın hüzuruna çıxıldığı vaxt buna daha çox diqqət etmək lazımdır! “Hər namaz qılarkən, bəzəkli, təmiz, sevdiyiniz paltarınızı geyinin!” məalindəki ayəti-kərimə ilə “Gözəl qoxu qəmi, gözəl, təmiz paltar kədəri azaldır” məalindəki hədisi-şəriflə hərəkət etməyə çalışmaq, köhnə belə olsa təmiz paltar geyinmək lazımdır! (M.Rəbbani, Ədəb-üd-dünya,Bostan)
Lüks həyat
Sual: Möhtacların olduğu bir ölkədə zənginlərin lüks həyat yaşaması, villalar tikməsi israf və haram deyilmi?
CAVAB
Zəkatını kasıblara verən və alın təri ilə halaldan qazanan kimsənin villalar tikdirməsi haram deyildir. Halal və mübarəkdir. Tənbəl oturub, çalışmayıb, kasıb qalmaq, yaxud qazandıqlarını haram şeylərə verib, sadə məskəndə qalmaq uyğun deyildir. Belə tənbəllərin və malını haramlara israf edənlərin üzündən, çalışqanlar nə üçün günahkar olsun! Zəkatını verənin saraylarda, villalarda yaşamaları, qəşəng geyinmələri, elmin nail olduğu bütün asanlıqlardan faydalanmaları halaldır. Allahu təala, “Verdiyim nemətlərdən istifadə edənləri sevərəm” və “Çalışana verərəm” buyurur. Çalışıb qazanmaq ibadətdir. Zənginlik günah deyildir. Allahu təala şükr edən zənginləri sevər. Zəngin olduğu üçün özünü bəyənmək, özünü başqalarından üstün görmək haramdır.
Həzrəti Zübeyr tacir idi. Mədinə, Bəsrə, Kufə və Misirdə mülkləri, geniş əraziləri və min xidmətçisi vardı. Gəlirlərini kasıblara paylayardı, öləndə varislərinin hər birinə qırx min dirhəm gümüş qaldı.
Həzrəti Talha da çox zəngin idi, günlük gəliri min qızıl idi. Qəşəng geyinər, bəzəkli paltarda gəzərdi. Üzüyündə çox qiymətli yaqut daşı vardı.
Abdurrahman ibn Əvf həzrətləri, ayrılan xanımına, son xəstəliyində mirasının iyirmi dörddə birinin verilməsini söyləmişdi. Buna 83 (səksən üç) min qızıl verildi.
Həzrəti Osman da zəngin tacir idi. Təbuq qəzasında on min qızıl və mal yüklü min dəvə verib Rəsulullah əfəndimizin duasına qovuşdu.
Bunların dördü də aşərəyi-mübəşşərədən [Cənnətə gedəcəyi adları ilə müjdələnən on şəxs] idi.
Zəkat, qənimət və ticarət səbəbi ilə Mədinədə kasıb kimsə qalmadı. Peyğəmbərlərdən Həzrəti İbrahim, Həzrəti Davud və Həzrəti Süleyman çox zəngin idi. Zənginlik nemətdir. Əshabı-kiramın kasıblarından çoxu, “zənginlər də bizim kimi ibadət etdikdən başqa, malları ilə də xeyirli işlər görərək çox savab qazanırlar” deyə, “aqniya-yı şakiranə” (şükr edən zənginlərə) qibtə edərdilər. Hədisi-şərifdə buyuruldu ki:
“Axır zamanda zəngin olmaq səadətdir.” (İ.Rafii)
Qırılan şeylər
Sual: Qırılan şey bəlaya mane olarmış. Qırılmazsa, qırmaq lazımdır?
CAVAB
Bəlaya mane olması doğrudur. Fəqət qırmaq israfdır.
Suyu boşa axıtmaq
Sual: Qışda hamam isinsin deyə isti suyu boşa axıdırıq. Bu israf olurmu?
CAVAB
Belə bir ehtiyacdan ötrü ediləndə israf olmaz. Mümkünsə boşa axıtmayıb bir vedrəyə dodurub, o sudan başqa işdə istifadə etmək lazımdır.
İsrafmı, xəsislikmi?
Sual: İki yoldaşdan biri, digərinə “Sən xəsissən” dedi. O biri də “ Sən də bədxərcsən” dedi. Birincisi, “İsraf xəsislikdən daha pisdir” dedi. İkincisi “Xəsis israfdan pisdir” dedi. Dinimizdə hansı daha pisdir?
CAVAB
Bəzilərinə görə xəsislik daha pisdir. Məsələn, zənginin xəsis olması daha pisdir. Kasıb xəsislik etsə də, o qədər zərəri olmaz. Zənginin israf etməsiylə kasıbın israf etməsi də eyni olmaz. Vəziyyətə görə hər ikisi də pisdir.
Xəsis, malı xərcləmir, maldan istifadə edilmədiyi üçün işə yaramır. Bədxərc, malı boşa xərcləyir, yox edir, nəticədə onunku də işə yaramır. Xəsis, özünə zülm etsə də, malı varisinə, filan qala bilər, yəni bir faydalanan çıxa bilər. Oğru belə oğurlasa, xəsis axirətdə oğurlanan malın qarşılığını alar. Heyvan yesə sədəqə olar.
Xəsisliyin daha çox pislənməsi, insanlardan çoxunun mal yığmağa meyilli olmasındandır. Qurani-kərimdə israf edənlərin şeytana, Firona və Həzrəti Lutun pis qövmünə bənzədilməsi və Allahu təalanın bunları sevməməsi, bunlara səfeh deməsi və axirətdə əzab çəkmələri, dünyada aşağı, möhtac vəziyyətə düşmələri və peşman olmaları, israfın zərərli olduğunu göstərir. Bir hədisi-şərif məali də belədir:
“İsraf və qürurdan çəkinin!” (Buxari)
İsraf qürurla birlikdə adı çəkilir. Demək çox pisdir ki, qürur kimi böyük bir günahla birlikdə adı çəkilir.
İsrafın pis olmasının birinci səbəbi, malın qiymətli olmasıdır. Mal, Allahu təalanın verdiyi bir nemətdir. Axirəti qazanmaq malla olar. Dünya və axirət, malla nizam tapar, rahat olar. Həcc, cihad savabı malla qazanılar. Bədənin səhhət, qüvvət tapması malla olar. Başqasına möhtac olmaqdan insanı qoruyan maldır. Sədəqə vermək, qohuma qayğı, kasıbların köməyinə çatmaq malla olar. Məscidlər, məktəblər, xəstəxanalar, yollar, bulaqlar inşa edərək insanlara xidmət də malla olar. “İnsanların ən yaxşısı onlara faydası çox olanıdır” hədisi-şərifi də malın əhəmiyyətini bildirir. İnsanlara kömək etmək üçün çalışıb pul qazanmaq, nafilə ibadət etməkdən daha çox savabdır. Cənnətin yüksək dərəcələrinə malla qovuşular. Mal qiymətli olanda, onu israf etmək əlbəttə pisdir. İsraf pisdir deyə xəsislik də etmək doğru olmaz. İslamiyyət orta yoldur. Həddi aşmaqdan uzaq durmaq lazımdır. İsraf ifrat, xəsislik təfritdir (geri qalma). İkisindən də uzaq durmaq, comərd olmaq lazımdır.
Haram və israf
Sual: İçki və əxlaqsızlıq kimi haram bir şeyə pul verilərsə, ayrıca israf da olar?
CAVAB
Bəli, israf da olar. İsraf isə haramdır. (Hadiqa)
Bir neçə ayaqqabısı olmaq
Sual: Bir kişinin yazlıq, qışlıq kimi bir neçə ayaqqabısı olması israf olar ?
CAVAB
Ayaqqabının bir neçə dənə olması kişi üçün israf olmaz. Bir hədisi-şərif məali belədir:
“Ayaqqabılarınızı çoxaldın! Kişi, ayaqqabı geyindiyi müddətcə minikli sayılır.” (Müslim)
В корзине: 0 шт.
на сумму: 0