Facebook Twitter WhatsApp

Qul haqqı

Sual: Haqq sahibi ölmüşsə və ya sağ isə qul haqqından necə xilas olarıq?

CAVAB

            Qul haqqı beş cürdür:

  • Maddi [Mal-mülk]
  • Nəfsi [Həyatı baxımdan]
  • İsmət [Şərəflə əlaqədar]
  • Məhrəmi [Namusla əlaqədar]
  • Maddi olan qul haqları:

Oğurluq, qəsb, aldadaraq, yalan söyləyərək mal satmaq, saxta pul vermək, başqasının malına zərər vermək, yalançı şahidlik, rüşvət almaq kimi.

Bu haqlar üçün sahibi ilə halallaşmaq lazımdır. Dünyada halallaşmazsa, axirətdə savabları ona verilərək halallaşdırılacaq. Mal sahibi ölmüşsə varisinə ödənilir. Varisi yoxdursa və ya mal sahibi bilinmirsə, saleh bir kasıba hədiyyə verilib savabı sahibinə göndərilər. Saleh kasıb yoxdursa, İslamiyyətə xidmət edən xeyir təşkilatlarına, vəqflərə verilir. Öz saleh qohumuna, kasıb olan ana-atalarına, uşaqlarına hədiyyə olaraq verməsi də caiz olar. Bunları etmək imkanını tapa bilməzsə, mal sahibinin və özünün əfv olunmaları üçün dua edər. Kafirin haqqı üçün də onunla halallaşmaq lazımdır. Könlü alınmazsa, axirətdə əfv olunması çox çətin olar.

  • Nəfsi, yəni həyati günah olan qul haqları:

Adam öldürmək, bir üzvünü kəsmək, şikəst etmək kimi şeylərdir.

Əvvəlcə tövbə edər. Adam ölmüşsə, vəlisi ilə halallaşmaq lazımdır. Vəlisi istəyərsə əfv edər, istəyərsə bəlli bir mal istəyər. İstəyər məhkəməyə verib, hakimdən cəzalandırılmasını istəyər, islamiyyətdə qan davası yoxdur. 

  • Şərəflə əlaqədar olan qul haqları:

Dedi-qodu, böhtan, lağ, söymək kimi həsiyyətlə, şərəflə əlaqədar şəylərdir.

Tövbə etmək və halallaşmaq lazımdır. Bunlarda varisləri ilə halallaşmaq olmaz.

  • Məhrəmi olan qul haqları:

Başqasının ailəsinə xəyanət etmək kimi şeylərdir.

Tövbə və istiğfar edər. Fitnə çıxmaq ehtimalı yoxdursa, sahibi ilə halallaşar. Fitnə ehtimalı varsa halallaşmaq yerinə, ona dua edər və onun üçün sədəqə verər. Etdiyi ibadətlərin savablarını ona bağışlayar. Fitnə ehtimalı olanda, halallaşarkən işlədiyi günahları bildirməyib, məndəki bütün haqlarını əfv et, deməklə kifayətlənər.

  • Dini olan qul haqqları:

Qohumuna və əmri altında olanlara doğru din bilgisi verməyi tərk etmək, insanların din bilgisi öyrənmələrinə mane olmaq, onlara kafir, fasiq demək. Bidət çıxarıb və ya mövcud bidətləri müdafiə edib müsəlmanların səhv inanmalarına və səhv ibadət etmələrinə səbəb olmaq. Açıqdan oruc yeyərək  və ya açıqdan başqa haram işləyərək pis örnək olmaq. Bu günahlar üçün də tövbə  etmək, haqq sahibləri ilə halallaşmaq lazımdır.

Sual: Üzərində qul haqqı olanın nə etməsi lazımdır?

CAVAB

            Üzərində qul haqqı olan buna tövbə üçün qul haqqını dərhal ödəməli, onunla halallaşmalı, ona yaxşılıq və  dua etməlidir. Mal sahibi, haqqı olan ölmüş isə, ona dua, istiğfar edib varislərinə verib ödəməli, bunlara yaxşılıq etməsi lazımdır. Uşaqları, varisləri bilinmirsə, o miqdar pulu kasıblara sədəqə verib, savabını haqq sahiblərinə bağışlaması lazımdır. (Səfəri-Axirət)

            Bir kimsədən haqsız olaraq alınan bir qəpiyi, sahibinə qaytarmaq, yüzlərlə qızıl sədəqədən qat-qat daha savabdır. Bir kimsə, Peyğəmbərlərin etdiyi ibadətləri etsə, fəqət, üzərində başqasının bir qəpik haqqı olsa, bu bir qəpiyi ödəmədikcə Cənnətə girə bilməz. (Məktubatı Rəbbani c.2, m.66, 87)

            Qiyamət günü haqq sahibi haqqından imtina etməzsə, bir dank [yarım qram gümüş] haqq üçün camaatla qılınmış, qəbul olmuş yeddi yüz namazı alınıb haqq sahibinə veriləcəkdir. (Dürr-ül Muxtar)

            Qul haqqını Allahu təalanın haqqından əvvəl ödəmək lazımdır. Qul haqqı olan günahların əfvi çətin və əzabları daha şiddətlidir. Başqasının haqqını yeyən haqq sahibləri ilə halallaşmadıqca əfvə qovuşmaz. Yəni, üzərində qul və ya heyvan haqqı olanı Allahu təala əfv etməz və bunlar Cəhənnəmə girib cəzalarını çəkəcəkdirlər. (Hədiqa)

            Hədisi-şəriflərdə buyuruldu ki:

            “Müflis, o kimsədir ki, qiyamətdə dəftərində bir çox namaz, oruc və zəkat savabı alar. Fəqət, bəzilərinə müxtəlif cəhətdən zərəri toxunmuşdur. Savabları, bu haqq sahiblərinə paylanar. Haqları ödənmədən əvvəl savabları bitərsə, haqq sahiblərinin günahları bunun üzərinə yüklədilib Cəhənnəmə atılar.” [Müslim]

            “Kibri, xəyanəti və qul borcu olmayan mömin Cənnətə girər.” [Nəsai]

            “Qul haqqı möminin ayıbı, qüsurudur.” [Əbu Nuaym]

            Üzərində qul haqqı olanların ruhları Cənnətə girməz. Salehlərin ruhları qəbirlərinə gələrək cəsədlərini ziyarət edərlər. Vəfat edən möminlərin ruhları gəlib dünyada tanıdıqlarını soruşarlar. (Fəraid-ül-fəvaid)

Sual: Üzərində qul haqqı ilə ölən kimsə Cənnətə girə bilməz?

CAVAB

Qul haqqı kafirlik deyildir. Savablarından bir qismini verərək qul haqqını ödəyərsə, Cəhənnəmə girməz. Savabları yoxdursa, qul haqqı olanın günahlarının bir qismini yüklənər. Cəzasını çəkdikdən sonra Cənnətə gedər. Nə qədər çox günahkar olarsa olsun, müsəlman, günahlarının cəzasını çəkdikdən sonra mütləq Cənnətə girər. Fəqət, Cəhənnəmdə cəza çəkmək elə asan deyildir.

            İşlənən günahda qul haqqı da varsa, qul haqqını dərhal ödəmək, onunla halallaşmaq, ona yaxşılıq və dua etmək də lazımdır. Qul borcu ilə ölsək, bir çox savabımız haqq sahibinə verilər, savabımız qalmazsa, onun günahlarını yüklənmək məcburiyyətində qalarıq. Şəhid olan kəslərin qul borclarını Allahu təala ödəyər. 

Sual: Qeyri-müslimlərlə çalışırıq. Onların haqqını yesək günah olar?

CAVAB

            Qeyri-müslimlərə [müsəlman olmayanlara] kafir deyilir. Bunların inancları, ibadətləri sevilməz. Fəqət, onları incitmək, qəlblərini qırmaq haramdır. Qeyri-müslimləri qeybət edən, üzlərinə qarşı kafir deyən müsəlman cəzalandırılar. Çünki, onları incitmək, mallarına zərər vermək günahdır. (Mültəqa) [Kafirlər özlərini kafir qəbul etmədikləri üçün kafirin belə üzünə qarşı kafir demək  günah olar.]

            Zimmiyə [yəni müsəlman olmayan vətəndaşa] zülm etmək, müsəlmana zülm etməkdən daha pisdir. Heyvanlara işgəncə, zimmiyə işgəncədən daha pisdir. Zimmiyi üzməmək üçün salamlaşmaq və qucaqlaşmaq caiz olar. Açıqca günah işləyən fasiqə salam  vermək də belə caizdir. (Dürr-ül Muxtar)

            Üzərində qul haqqı olanların ibadətləri qəbul olmaz, Cənnətə girə bilməz. Kafirin haqqı üçün də onunla halallaşmaq lazımdır.

            Müharibə xaric kafirləri öldürmək də haramdır. Hədisi-şəriflərdə buyuruldu ki:

            “Yoldaşını öldürən, ümmətimdən deyildir. Öldürülən kafir olsa da yenə belədir.” [Hadiqa]

            “Zimmini öldürən,  Cənnətin qoxusunu ala bilməz.” [Hadiqa]

            “Zimmini öldürənə Cənnət haramdır.” [Əbu Davud]

Sual: Almaniyada Misirli bəzi fermerlərlə çalışırıq. Bunlar, “Almaniya qeyri-müslim ölkədir. Bunların mallarını hiylə ilə almaq caizdir” deyərək, böyük marketlərdəki etiketləri dəyişdirib hiylə edirlər. Kafirlərin haqqı mühüm deyildir?

CAVAB

            Kafirləri incitmək, qəlblərini qırmaq haram olduğu kimi, hiylə etmək, mallarına zərər vermək də haramdır. (Mültəqa)

            Kafirin haqqı üçün də onunla halallaşmaq lazımdır. Könlü alınmazsa axirətdə əfvi çox çətindir. Kafirin haqqından xilas olmaq, müsəlmanın haqqından xilas olmaqdan daha çətindir. Müsəlman olmayanların mallarına, canlarına qəsd etmək caiz olmadığı kimi qadınlarına, qızlarına qəsd etməkdə caiz deyildir, haramdır. (Rədd-ül Muxtar)

            Dar-ül-hərbdə, kafirlərin mal, can və namuslarına qəsd etmək haramdır. Kafir qadınların, qollarına, ayaqlarına baxmaq haramdır. Kafirin malını almaq, qəlbini qırmaq, müsəlmanın malını almaqdan daha böyük günahdır. Kafirlərin haqlarına toxunmamaq, heç kimi aldatmamaq, Müsəlmanlıq zərurətidir.

            Kafirlərdən də qəsb, oğurluq kimi qeyri-qanuni yol ilə alınan şey, mülki-habisdir (başqasının malı), istifadə edilməsi haramdır, sahibi tapılmazsa, kasıblara sədəqə olaraq vermək lazımdır. Heyvan haqqı insan haqqından, kafirin haqqı da heyvan haqqından daha böyük günahdır. Başqasının malını ondan icazəsiz alıb istifadə edib, zərər etmədən yerinə qoymaq da haramdır. (Hadiqa)

            Müsəlman olmayan vətəndaşlara da, dünya işləri üçün küsülü olmaq caiz deyildir. Onların da gülər üzlə, şirin dillə könüllərini almaq, incitməmək, haqlarını ödəmək lazımdır.

            Müsəlman olsun, kafir olsun, harada olarsa olsun, heç bir insanın malına, canına və namusuna toxunmaq caiz deyildir. Qeyri-müsəlman turistlər davranışda müsəlmanların haqq və hürriyyətlərinə malikdir. Öz dinlərinin zərurətlərini etməkdə, ibadətlərini yerinə yetirməkdə sərbəstdirlər. İslamiyyət kafirlərə də bu hürriyyəti vermişdir.

            Müsəlmanın, xaricilərin qanunlarına qarşı çıxmaması, günah işləməməsi lazımdır.

            Fitnə çıxmasına səbəb olmaması, heç kimə zülm, işgəncə etməməsi lazımdır.

            Müsəlmanlığın gözəl əxlaqını, şərəfini, hər yerdə hər kəsə göstərməli, hər millətin İslam dininə sevgi və hörmətli olmasına səbəb olması lazımdır. (İslam Əxlaqı)

            Xarici bir elm adamı İslamiyyəti araşdırıb müsəlman olduqdan sonra, Ərəb ölkələrinə gedəndə oradakı müsəlmanların səhv hərəkətlərini görür. “Yaxşı ki, sizləri görmədən müsəlman oldum. Həyatınızı araşdırsaydım müsəlman olmazdım” deyir. Nə qədər mühüm bir seçim.

            Heç bir müsəlman səhv hərəkətlərlə İslama kölgə salmağa haqqı yoxdur. Müsəlman, İslamın gözəl əxlaqı ilə bəzənməli, Allahu təalaya qarşı günah, qanunlara qarşı çıxmaqdan çəkinməsi lazımdır. 

Sual: Kafir haqqını ödəmək, müsəlman haqqını ödəmək kimidir?

CAVAB

            Bəli.

Sual: Kitabsız kafirlərin də haqqı keçər?

CAVAB

            Bəli.

Sual: Almaniyada yaşayıram. Kafir qonşuyla uşaqlar döyüşdüyü üçün səsli mübahisə etdik, qarşılıqda qəlb qırdıq. Mən özümün haqlı olduğuna inanıram. Halallıq lazımdırmı?

CAVAB

            O da özünü haqlı qəbul edir. Halallaşmaq hər vaxt yaxşıdır. Hələ kafirlə daha önəmlidir.

Sual: 13-14 il əvvəl məktəbdə bir Alman yoldaşımdan pul almışdım və daha sonra qaytarmaq nəsib olmadı... indi nə etməliyəm?

CAVAB

            Tapma imkanı yoxdursa, varislərini də tapa bilməzsənsə, müsəlman bir kasıba o qədər sədəqə verməlisiniz. Tapa bilərsinizsə pulunu verməyiniz lazımdır və ya vermədən də halallaşmaq və hədiyyə etdim, sənin olsun kimi bir söz söyləməsi lazımdır.

Sual: Borc bir şey alınmışsa (məsələn qələm və ya kitab) və geri verilməsi unudulmuşsa, nə etmək lazımdır?

CAVAB

            Bunlar da eyni, ya tapıb verəcəksən və ya pulunu verəcəksən və ya halallaşacaqsan. Yaxud heç biri mümkün olmazsa, kasıba sədəqə verəcəksən.

Sual: Zarafat olaraq, bir yoldaşı hər hansı bir şəkildə qorxutmaq və ya bir əşyasını alıb saxlayaraq, axtartdırmaq günahdır?

CAVAB

            Hər nə şəkildə olarsa olsun, üzmək, qorxutmaq caiz deyildir, günahdır. Bıçaqla, silahla işarə edərək və ya nə şəkildə olarsa olsun insanları qorxutmaq doğru deyildir. Hədisi-şərifdə buyuruldu ki:

            “Müsəlmanı qorxutmaq caiz deyildir.” [Əbu Davud]

            Birinin unutduğu əşyasını saxlayıb onu axtartdırmaq da qorxutmaq hökmünə girdiyi bildirilir. (Ənvar-ül-Qudsiyyə)

Sual: Bir kimsə haqqını mənə halal etdi. Aradan bir müddət keçdikdən sonra, sənə haqqımı halal etmirəm dedi. Hansı etibarlıdır?

CAVAB

            İkisi də etibarlıdır. Halal etdim deməklə o vaxta qədər olan haqlarını halal etmiş olar. Halal etmirəm dedikdən sonra da, halal etdiyi gündən etibarən olan haqlarını halal etməmiş olar. Köhnə qərarından imtina edə bilməz.

Sual: Bir kimsə mənim malımı oğurlasa, qapımın önünə quyu qazıb mənim quyuya düşməyimə, bir yerimin yaralanmasına səbəb olsa, qeybət və böhtan etsə, mən də bu kimsənin mənə belə pisliklərinin olduğunu heç bilməsəm, bu adam mənə gəlib, “Sənin mənə haqqın keçmiş ola bilər, bildiyin bilmədiyin bütün haqlarını mənə halal et” desə, mən də, “Bütün haqlarımı halal etdim” desəm,  haqdan xilas olar?

CAVAB

            Bəli xilas olar, halal etmiş olarsınız.

Sual: Qəlbini qırdığımız bir insandan dəfələrlə üzr istəyib, halallıq istəsək amma o insan israrla əfv etməsə və bizə pis sözlər, qarğışlar etsə, nə etməyimiz lazımdır? (O bizim qəlbimizi qırır, amma biz halal edirik.)

CAVAB

            Haqq onundur, halal etməyə bilər. Axirətdə tərəzi qurulacaq, sizin ondakı haqqınız alınacaq, onun sizdəki haqları alınacaq və halallaşdırılacaqdır. Qəbul etməzsə, savablarınızdan verəcəksiniz, savabınız yoxsa onun günahını yüklənəcəksiniz. Onun üçün heç kimin qəlbini qırmamalıyıq.

Sual: Bir insan bir digər insana pislik etdiyi vaxt buna qarşılıq pislik görən adam qarğış edərsə bu adam haqqını almış olar?

CAVAB

            Daha çox edərsə haqqını alar, həm də daha çox alarsa bu səfər o birinin haqqı buna keçər.

Sual: Və qarğış edən adam axirətdə haqq tələb edəcək?

CAVAB

            Haqqı qədər qarğış etmişsə haqq tələb edə bilməz. Daha çox etmişsə, bu dəfə o biri haqq tələb edər.

Sual: Bir insan digər bir insana çətinlik verir və bu çətinlik görən insan heç bir cavab vermir tək qəlbində çətinlik verən adama qarşı inciklik hiss edərsə, bu çətinlik verən adamın dünyada və axirətdə aqibəti nə olar?

CAVAB

            Nə qədər alacağı varsa axirətdə o adama verər. Dünyada başına bəla da gələ bilər.

Sual: Yazılarını və cavablarını mənbələrə əsaslanan möhkəm dəlillərlə bildirmənizdən, müsəlmanları bilgiləndirmənizdən və aydınlatmanızdan ötəri etdiyiniz xidmət üçün, Allahu təala sizlərdən razı olsun. Bir qadın olaraq bu barədə məlumat almaq istəyirəm. İndiki vaxtda qul haqlarına riayət edən və ya diqqətli davranan az qala yox kimi bir şeydir. Qul haqqının ödənməsi lazım olduğunu anlayan kəslər də nədənsə, halallaşmağa gələndə, bu işi o qədər sadə və asan, ümumi, yumru bir ifadəylə bu yoldan həll etməyə cəhd edirlər ki, buna da çaşmamaq əldə deyil.

            Biz müsəlmanıq əlhəmdülillah. Buna görə, iki müsəlman bir-biriylə halallaşarkən, mən sənə bunu etdim və ya bilməyərək mənə bundan ötəri haqqın keçdi və ya ehtiyacım olduğu üçün çarəsiz və çox zərurətdən ötəri belə bir haqq keçmiş oldu, kimi bir dəlilə söylənərək halallaşmanın daha qəşəng və dürüst, İslama uyğun bir şəkildə olması lazım olduğunu bilirəm.

            Səmimi olaraq halallaşmaq istəyən, həqiqətən Allahu təaladan qorxan bir kimsənin bir başqasını ümumi bir ifadə ilə aldatmasına ehtiyac vardırmı? Halallaşmağa gələndə hiylələr olur. Məsələn, qardaş haqqını halal et, deyilər və qısa yoldan qaçmağa çalışılır. Hələ belə işləri indi, o qədər asan həll etməyin yollarını tapırlar ki, üz-üzə gəlmədən, telefonla, internetlə bu işi həll etdik zənn edirlər. Bir hiyləgərlik yolu ilə həll etdim deyərkən, öz-özümüzü aldatmaq olmurmu?

CAVAB

            Müsəlmanın sizin bildirdiyiniz kimi olması lazımdır. Ancaq, İslam alimləri fitnə çıxacaqsa, qəlb qırılacaqsa, küskünlük olacaqsa, o vaxt ümumi halallaşmanın olması lazımdır, deyirlər. Mövzu yaxşı başa düşülsün deyə ağır örnəklər verək: Məsələn, bir qadın yoldaşınız sizə gəlib, “Ərinlə bir dəfəcik öpüşdük haqqını halal et” desə, nə edərsiniz? Gerçəyi söylədi deyə bəlkə təşəkkür edərsiniz amma, içinizi bir qurd yeməyə başlayar. Bəlkə, hadisələr böyüyər ki, böyüyər. Yaxud əriniz, o qadının ərinə gedib, “Bəy-əfəndi, xanımınızla bir dəfəcik öpüşdük, haqqını halal et” desə nə olar? Bir başqa şey, “Evinizə gəldiyimdə, siz çay edərkən xüsusi dəftərinizi qarışdırdım, sirlərini oxudum, haqqını halal et” desə, təşəkkür edərsiniz amma, öz-özünüzə, “Adam belə şey edər?” deyə bilərsiniz. Onun üçün ümumi bir halallaşma yaxşı olar. Təfərrüatları söyləmək çətin olar. 

Sual: Bizə çay və yemək ikram edən olur. Haqqı keçər deyə qorxuram. İkramını gördüyümüz adamla mütləq halallaşmaq lazımdırmı?

CAVAB

            Bizə hər hansı bir şey ikram edən kimsənin o ikramını qəbul etməklə bizə haqqı keçməz. Ancaq az da olsa birlikdə olduğumuz kəslərlə tez-tez halallaşmaq yaxşı olar. Yaxşılıq edənlərə də təşəkkür etmək lazımdır!

Sual: Bizə edilən haqsızlıqları əfv etməkmi lazım yoxsa özümüzü müdafiəmi etməyimiz lazımdır?

CAVAB

            Şəxsinizə edilən pislikləri, haqsızlıqları əfv etməyiniz çox yaxşı olar. Haqlı olduğunuzu müdafiə etməyiniz  faydasız və çox lüzumsuzdur.

Sual: Haqqını, mömin-kafir, hər kəsə halal etmək caizdir?

CAVAB

            Caizdir və yaxşıdır. Axirətdə qarşılıq olaraq çox savab verilər.

Sual: Qəlbən deyil də, sözlə haqqını halal edən, halal etmiş olar?

CAVAB

            Bəli, halal etmiş olar.

Sual: Biri, haqqını halal etsə, sonra imtina etsə, imtina etdiyini bizə bildirməzsə, axirətdə yenə haqq tələb edə bilər?

CAVAB

            Bildirsə belə haqq tələb edə bilməz.

Sual: Yoldaşıma, “Haqqını halal et!” dedim. “Əstağfirullah” dedi. Halal etmiş oldumu?

CAVAB

            “Halal etdim” və ya “Halal olsun” demədikcə halal etmiş olmaz.

Sual: Pullu tualetlərdə pul verilməzsə, qul haqqı keçər?

CAVAB

            Pul vermək yaxşı olar.

Sual: Biz avtomobilin yanından ayrılanda, uşaqlar avtomobili təmizləyir. Pul verməsək haqq keçər?

CAVAB

            Haqq keçməz isə də, vermək yaxşı olar.

Sual: İstəmədən, yükümü daşıyana, pul verməsəm haqq keçər?

CAVAB

            İstəmədiyinizi bildirdiyiniz halda, daşıyarsa haqq keçməz. Səs çıxarmasanız, haqqı olar.

Sual: Evin altındakı atelye səslidir. Şikayətə haqqım varmı?

CAVAB

            Şikayətə haqqınız var. Ancaq, fitnəyə səbəb olmamaq lazımdır.

Sual: Kafirlərlə güləşərkən qəsdən qollarını qırmaq caizdir?

CAVAB

            Xeyr.

Sual: Sırada xəstələr varkən, birini içəri almaqla haqq keçər?

CAVAB

            Xəstələrə zaman vəd edilməmiş isə, haqq keçməz. Məcbur olmadıqca belə etməmək lazımdır.

Sual: Üst qatdakı qonşumuz, tikiş maşını ilə tikiş tikərək bizi narahat edir. Etdiyi zülmdürmü?

CAVAB

            Xeyr.

Sual: Qəssaba ət aparıb, ödənişlə qıyma çəkdiririk. Maşında, əvvəldən qalmış qıyma da olur. Qəssabın haqqı keçir?

CAVAB

            Xeyr.

Sual: Bağçama girən toyuqları zəhərləsəm, haqq keçər?

CAVAB

            Bəli. Bağçanı mühafizə etmək lazımdır.

Sual: Mütəxəssis olmayan bir həkim, xəstəyə cərrahi müdaxilə etsə, xəstəyə əziyyət versə, şikəst buraxsa, qul haqqı keçər?

CAVAB

            Bəli.

Sual: Yüksək səslə asqıranda, yanımdakı qorxarsa haqqı keçər?

CAVAB

            Xeyr.

Sual: Dayım itdikdən sonra, babam vəfat etdi. Malı paylandı. 30 il sonra dayım gəldi. Bu malda onun da haqqı vardır?

CAVAB

            Bəli.

Sual: Sovetlərdən Ərzuruma gələn turistləri aldatanlar çıxır. Beş min verib əlli min deyənlər olur. Dinimizdə qeyri-müslimləri də aldatmaq günah deyildir?

CAVAB

            Bir kimsənin haqqını yemək, aldatmaq ona zülm olar. Zülm isə haramdır, böyük günahdır. Müsəlman olmayana zülm etməyin, müsəlmana zülm etməkdən daha pis olduğu (Dürr-ül Muxtar) və digər mötəbər kitablarda yazılıdır. K. Səadətdəki hədisi-şərifdə, “Satılan bir şeyin qüsurunu gizləmək halal deyildir. O qüsuru bilib söyləməmək də kimsəyə halal deyildir” buyuruldu. Yenə eyni kitabda, buğdanın yaş qisimini çuvalın iç tərəfinə qoyan bir satıcıya Peyğəmbər əfəndimiz, “Yaş qisimini nə üçün saxlayıb  göstərmirsən? Hiylə edən bizdən deyildir” buyurulduğu bildirilir.

            Ərbaini Selmani kitabında “Bir şeyi aldadaraq bahalı satmaq və ya ucuza almaq faiz olar, haram olar” və “Satılan şeyin ayıbını və satın alınan şeyin qiymətini gizləyərək aldatmaq faiz olar, haram olar” buyuruldu.

Sual: Ərk etdiyimiz dostlarımıza pulsuz iş etdirməyim caizdir?

CAVAB

            Zərurət olmadan bir şey istəmək haram olduğu kimi, pulsuz olaraq başqasına iş gördürmək də haramdır. Başqasının uşağına iş gördürmək daha böyük günahdır. (Hədiqa c.2, s.267) İstəyərək iş görən yoldaşla halallaşılar isə, pulsuz iş etməsi haram olmaz. 

Sual: Ehtiyac halında birinin malını almaq  caizdir?

CAVAB

            Ehtiyac, halında da kimsənin malına toxunmağa İslamiyyət icazə verməmişdir. Zərurət halında olan, yəni böhrana düşən kimsə belə, başqasının haqqına toxuna bilməz. Aç qalan kimsənin, başqasının çörəyini, icazəsi olmadan yeməsi caiz isə də, sonra qiymətini ödəməsi lazımdır. Onun aç olması, ölüm təhlükəsində olması, bir kimsənin öz mülkündəki haqqının yox olmasına səbəb ola bilməz. Zərurət halında belə başqasından alınan malın ödənməsi lazımdır. Zərurətlərin, qadağan olan şeylərin edilməsinə səbəb olmaları, kimsənin haqqının getməsinə səbəb ola bilməz. (Məcəllə Şərhi)

Sual: Bir yoldaşla mübahisə edib bir-birimizi üzmüşdük. “Haqqımı halal etmirəm” deyir. Nə edilməsi lazımdır?

CAVAB

            Ediləcək iş, təkrar-təkrar xahiş edib haqqını halal etməsini istəməkdir. Yenə də halal etməzsə, bir şey deyilməz. Qiyabinda ona çox dua etmənizi tövsiyə edirik.

Sual: Haqqını halal et deyənə, halal olsun deməklə, haqqımız halal edilmiş olmazmı?

CAVAB

            Halal olsun demək də olar, mütləq halal etdim demək lazım deyildir.

Sual: Haqlı da olsa, hətta qarşısındakı üzr diləməsə də haqqını halal etmək fəzilətlidir?

CAVAB

            Əlbəttə, çox fəzilətlidir. Hədisi-şərifdə buyuruldu ki:

            “Qiyamətdə bir nidaçı, “Əcri Allah üzərinə olan ayrılsın, Cənnətə girsin” deyər. “Bunlar kimdir?” deyə soruşulanda, nidaçı, “İnsanları əfv edənlərdir” deyər. Bir çox adam hesaba çəkilmədən Cənnətə girər.” [İ.Əbiddünya]

Haqq sahibləri

Sual: Müsəlmanlara qarşı rəftar tərzimizin necə olması lazımdır?

CAVAB

            Hər Müsəlmanı, yəni din qardaşımızı görəndə, “Mənim xoşbəxt olmağım, Cənnətə getməyim bunun qəlbini qazanmaq və duasını almaqla ola bilər” deməli və ona yaxşılıq edərək duasını almağa çalışmaq lazımdır.

            Özünü, üzərində haqqı olanların əsiri, köləsi bilməsi lazımdır. Xüsusilə ana-atanın və xocanın üzərimizdə haqqı olur. Bu  xüsusa daha çox diqqət etmək lazımdır.

Zərər vermək

Sual: Bir nəfər mənim canıma və malıma zərər verdi. Mən də bu şəxsin canına və eyni malına, eyni miqdarda zərər versəm, ədalətli olarmı?

CAVAB

 

            Zərər verməklə ədalət olmaz. Cəzanı məhkəmə təyin edər. Heç kimin öz haqqını öz əliylə almağa haqqı yoxdur. Haqqım var deyən başqasına hücum edər və özbaşınalıq əmələ gələr. Bir hədisi-şərifdə, “Dinimizdə zərər vermək olmadığı kimi, zərərə zərərlə qarşılıq vermək də yoxdur” buyurulur. (İ. Əhməd, Hakim)

Qul haqqı və savab

Sual: Kitablarda,  “Üzərində qul haqqı olanın və ya günah işləyənlərin ibadətləri səhih olsa da qəbul olmaz” deyilir. Qul haqqı olmayan və ya günah işləməyən insan yox kimidir. Birinə sərt baxılsa qul haqqı keçər. Qəbul olmursa, nə deyə ibadət edərək, boşa avar çəkirik?

CAVAB

            Haram işləyənlərin və ya qul haqqı olanların ibadətləri qəbul olmaz demək, o ibadət üçün bildirilən böyük savablara qovuşa bilməz, yəni hamısını mühafizə edə bilməz, çünki günahlar bu savabları azaldar deməkdir. Yoxsa, heç savab ala bilməz demək deyildir. Hər ibadətdən savab alınar, amma işlənən haramlar savabları alıb aparar. Deyək ki, oruc tutana 70 ədəd savab verilirsə, spirtli içki içənə də 70 ədəd günah yazılırsa, orucunu spirtli içki ilə açan, 70 savab qazanarkən, içki içəndə 70 günah yüklənər və savabsız qalar. Əgər oruc tutmasaydıq, içki günahı artıq olaraq yazılacaqdı. Orucun, içki günahının  bağışlanmasına səbəb olması kifayət deyil? Başqa günahlar da işlənmişsə, savabları mənfiyə enər. Onun üçün günahlar nə qədər tərk olunarsa, savabımız o qədər çoxalar. 

Qul haqqını ödəmək üçün

Sual: Bilinən və ya bilinməyən qul haqlarını ödəmək üçün nə etmək lazımdır?

CAVAB

            Sahibləri bilinirsə, qul haqqını ödəmək və ya halallaşmaq, ona yaxşılıq və dua etmək lazımdır. Haqq sahibi ölmüşsə, ona dua və istiğfar edib, uşaqlarına, varislərinə verib ödəmək, bunlara yaxşılıq etmək lazımdır. Uşaqları və varisləri bilinmirsə, borc miqdarı pulu və ya malı, kasıblara sədəqə olaraq verib savabını haqq sahibinə niyyət etmək lazımdır. Ayrıca, etdiyimiz bütün yaxşılıqların savabını haqq sahibinə hədiyyə etmək lazımdır.

            Cənabı Haqq o qədər mərhəmət sahibidir ki, biz savablarımızı haqq sahibinə verdiyimiz üçün, o savablardan bizi məhrum buraxmır. Eyni savabı bizə də verir. Bu baxımdan etdiyimiz hər yaxşılığın savabını üzərimizdə haqqı olanlara, ana-atamıza, yoldaşlarımıza, bütün Müsəlmanlara hədiyyə etməyimiz lazımdır. Öz savabımızdan heç azalma olmaz.

Haqqımı halal etməm

Sual: Xanım, “Haqqımı halal etmərəm” deyə and içdi. Nə etmək lazımdır?

CAVAB

            Əvvəl könlü alınar, haqqını halal edər, sonra da and kəffarəsi verərsə, bu iş beləcə həll olunar.

Qıymalı kökə

Sual: Təndirə verdiyimiz kartoflu kökələri çörəkçi başqasına verib. Bizə də qiyməli kökə qalıb. Çörəkçi, bunları da siz götürün, dedi. Nə etmək lazımdır?

CAVAB

            Qiyməli kökələrin sahibi bilinirsə, gedib halallaşmaq lazımdır. Sahibi bəlli deyilsə, yeyən üçün bir zərəri yoxdur. Çörəkçi, səhv verdiyi üçün, laqeyd davranmışdırsa, günahı ona aid olar. Laqeydliyi yoxdursa ona da günah olmaz.

Səsboğandan çıxan qığılcım

Sual: Əkin biçərkən kombaynın səsboğanından çıxan qığılcım, tarla sahibinin məhsulunun bir qismini yandırdı. Bunu mən ödəməliyəm?

CAVAB

            Qəsdlə və ya laqeydliklə olmadığı zaman ödəmək lazım deyildir. Laqeydlik varsa ödəmək lazımdır.

Hamamda paltar yumaq

Sual: Xüsusi hamamlara gedəndə, paltarlarımı da yuyuram. Zərəri vardırmı?

CAVAB

            Su sərf etmək üçün hamama gedilmişdir. Adət üzrə su sərf edilir. Bu baxımdan paltarları yumaqda zərər yoxdur.

Sual: Axirətdə ehtiyacımız olar deyə haqqımızı Müsəlman olana halal etməmək daha uyğun olmazmı?

CAVAB

            Xeyr. Halal etmək daha yaxşı olar. Qaz gələcək yerdən toyuq əsirgənilməz. Əgər biz haqqımızı bir Müsəlmana halal edərsək, haqqımızdan daha çoxunu Allahu təala bizə ehsan edər. Sadəcə Müsəlmanlara deyil, kafirlərə də haqqımızı halal etməyimiz yaxşı olar. Hətta qiyamətə qədər davam edəcək olan haqlarımızı halal etməliyik. Orada qul haqqından hesaba çəkilmək, hesablaşmaq böyük dərddir. Bu dərddən xilas olmaq üçün axirətdəki ehtiyaclarımızı düşünərək hər kəsə haqqımızı halal etmək yaxşı olar.

Haqq borcu əfv edilməz

Sual: Bir yoldaş özəl şirkətdə çalışarkən, müdirin qeybətini edib, şirkətin pul və bəzi mallarını oğurlayırmış. Bir gün tutulur. Özünü necə əfv etdirmişsə, məhkəməyə getməkdən xilas olmuşdur. Ayrıca bu işin dinən bir məsuliyyəti varmı deyə soruşur?

CAVAB

            İzah etdiyinizə görə qeybət və oğurluq edirmiş. Bunları haqq sahibi halal etsə də, haram işləmiş olur. Yəni, müdirin bağışlamasıyla günahdan xilas olmuş olunmur. Bir kimsə, birinin şərabını oğurlayıb içsə, o adam halal etsə də, oğurluq etdiyi və şərab içdiyi üçün, Allahu təaladan da əfv diləməsi lazımdır. Cinayət hüququnda belə oğrunu mal sahibi bağışlasa da, oğurluq etdiyi üçün cinayət işi açılır, təqsiri sübut edilərsə, mal sahibinin bağışlamasına baxılmadan oğru cəzalandırılır.

            Demək ki, oğurluq edəni müdir əfv etsə də, tövbə etməmişsə, günahları bağışlanmaz. “Müdir görməzsə yenə oğurlayaram” deyirsə günahı davam edər.

Sual: Allahu təala tövbə edəndə bütün günahları əfv edir, bəs qul haqqnı niyə əfv etmir?

CAVAB

            Qul haqqı olmayan günahlarda Allahu təalanın əmr və qadağanlarına riayət edilməmiş olur. Şərtlərinə uyğun tövbə ediləndə, mütləq əfv edilir. Qul haqqı olan günahlarda isə həm Allahu təalanın əmrinə üsyan vardır, həm də o şəxsin haqqı keçmiş olur. Tövbə edilərsə, Allahu təala yenə günahı, yəni öz haqqını bağışlayar, fəqət, qul haqqı üçün maddi bir haqdırsa, sahibinə geri vermək, digər haqlar üçün isə haqq sahibi ilə halallaşmaq lazımdır. Qul haqqının önəmi böyükdür, amma Allahu təala istəyərsə, qul haqlarını da əfv edə bilər. Bir hədisi-şərif məali belədir:

            “Dənizdə şəhid olanların bütün günahları, hətta qul haqları da əfv olar.”  [İbni Macə]

            Yaxşı bəs, quruda ölən şəhidlərin və ya salehlərin qul haqlarını əfv etməzmi? Əlbəttə bağışlaya bilər. Allahu təala haqq sahibinə, “Bu şəhiddə, bu qazidə, bu saleh kimsədə, nə qədər alacağın var?” deyə soruşar. Alacaq sahibinin, o alacaq qədər günahını bağışlayar, günahı yoxdursa o qədər savab verə bilər. Amma bu dərəcəyə yüksəlmək də çətindir. Onun üçün qul haqqıyla ölməmək üçün səy göstərmək lazımdır!

Qul haqqı

Sual: Zərərli bir kitab məscidə qoyulub. Bir nəfər də zərərlidir, deyə kitabı götürüb yandırmışdır. Qul haqqı keçərmi, deyə soruşur?

CAVAB

            Zərərli şeyləri yox etməklə qul haqqı keçməz.

Görüşə gecikmək

Sual: Bəhanəsiz görüşə gec qalmaq qul haqqına girər?

CAVAB

            Müsəlmanın görüşünə, yəni sözündə sadiq olması lazımdır, bəhanəsiz görüşünə gec qalmaması lazımdır. Yolu və hər cür şərtləri düşünərək, mümkündürsə görüş yerinə 10-15 dəqiqə əvvəl gəlməsi lazımdır. Vaxt nağddır. Kimsənin vaxtına oğurlamağa haqqımız yoxdur. Bir nəfər anlatdı: O gün 19.00-da bir dəvətə getdik. Bizə 19.00 deyilməsinə baxmayaraq bəhanəsiz yarım saat gecikdirdilər. Bizim də ona görə işimiz vardı. Məcbur olaraq dərhal oranı tərk etdim.  

            Zərurətsiz belə hadisələrə fürsət verməmək lazımdır.

Haqq halal etmək

Sual: Bir kimsənin, “Qiyamətə qədər olan bütün haqlarımı halal etdim” deməsi caizdir?

CAVAB

            Caizdir və çox yaxşı olar. Haqlarını halal edən axirətdə qazanclı çıxacaqdır. “Mən filankəsə haqqımı halal etmirəm” deməmək lazımdır. Şəxsən mən, qiyamətə qədər olan bütün haqlarımı kafir, Müsəlman hər kəsə halal etdim.

Zərər vermək

Sual: Keçərkən qəza olaraq birinin avtomobilini çızan və nömrəsini ala bilməyən kimsənin nə etməsi lazımdır?

CAVAB

            Verdiyi zərər qədər pulu müsəlman bir kasıba verməsi lazımdır.

Mikroavtobus ödənişi

Sual: Mikroavtobus ödənişini verməyi unudan, şoferi də tanımayan nə edər?

CAVAB

            Mikroavtobus ödənişi qədər pulu müsəlman bir kasıba verməsi lazımdır.

Evi boş saxlamaq

Sual: Rayonda evim var. Yayda gəzməyə gələndə özüm qalaram deyə Bakıdakı evimi kirayəyə vermirəm. Ehtiyac sahibi müsəlmanlar varkən, evimi boş saxlamağım günah olar?

CAVAB

            Bəli, günah olar. Boş dayanacağına, uyğun fiyata bir müsəlmana kirayəyə vermək lazımdır.

Kafirlə halallaşmaq

Sual: Xristian yoldaşlarımızla necə halallaşa bilərik? Nə demək lazımdır?

CAVAB

            Üzərimdəki maddi-mənəvi haqlarını mənə bağışla deyilir. Məsələn, İngiliscə belə deyilə bilər:

            “Forgive all your spiritual and material claims on me.”

            O da, okeylərsə məsələ qalmaz. 

“Haqqını halal et” demək

Sual: Biz istəmədən biri gəlib bizə kömək edir. Biz də ona, “Haqqını halal et!” deyirik. Deməsək haqqı bizə keçmiş olarmı? Yəni, bu qul haqqı olar? Marketdə, “Pulun qalanı qalsın” deyirik. Kassir, “Haqqını halal et!” deməsə, pulu razılığı ilə verməyin haqqı keçir?

CAVAB

            Köməyi öz istəyilə etdiyi üçün və pulun qalanını öz istəyilə almadığı üçün haqq keçmiş olmaz, ancaq yaxşılıq edənə təşəkkür etmək lazımdır. Öz istəyilə kömək edəndən bir haqq keçməz, çünki biz istəmədən etmişdir, fəqət davam edən bir kömək isə, bizim razılığımız daxilində edir, deməkdir. O zaman, “Haqqını halal et!” demək lazımdır. Məsələn, avtomobillə gedərkən, bəzi uşaqlar bir bezlə avtomobilin şüşəsini silir. Biz etməyin dediyimiz halda edərlərsə haqq keçməz. Biz sükut edər, etmələrinə razılıq göstərərsək, onlarla halallaşmaq və ya bir az pul vermək lazımdır.  

Oğurlanan şeylər

Sual: 14-15 yaşlarında yetkinliyə çatdığım vaxtlarda, dükandan oğurladığım şokolad, saqqız kimi şeyləri, oraya necə ödəyim? Onlara oğurladığımı deyə bilmərəm. Hansı yolla ödənilə bilər?

CAVAB

            Çox yolu vardır. Əvvəl, oğurlanan qədər şeylər alıb, aparılıb yerinə xəbərsiz qoyular. Bu edilə bilməzsə, məsələn, gedib üç dənə şokolad alarsınız. Daha sonra dükana gedib qəbzinizi göstərərsiniz mən üç dənə şokolad istəmişdim, üç yerinə səhvən beş dənə verilmiş.  İkisini geri verirəm deyərsiniz. Digər oğurladıqlarınızı da buna bənzəyər bir yolla ödəyərsiniz. Bu da mümkün deyilsə, əvəzi kasıblara verilər.

Haqq halal etmək

Sual: Məndə maddi, nəfsi, məhrəmi kimi müxtəlif haqları olan bir adama, bu haqları tək-tək saymadan, “Mənə bütün haqlarını halal etdinmi?” desəm, o da, “Bəli, hamısını halal etdim” desə haqdan xilas ola bilərəm?

CAVAB

            Bəli. Halallaşarkən günahı bildirməyib, məndəki haqlarını əfv et demək, caizdir. (İslam Əxlaqı)

            Bir kimsə, digərinə, “Mənim üzərimdəki bütün haqlarını mənə halal et” desə, o da “Halal etdim” desə, bütün haqlarını halal etmiş olar. Əgər haqq sahibi o şəxsin üzərində olan haqlarını bilirsə, həm hökmən, həm də dinən təklif sahibi olan şəxs bunlardan xilas olar. Əgər bilmirsə, bütün alimlərə görə, hökmən xilas olar, fəqət dini baxımdan, İmam Əbu Yusifə görə, bundan da xilas olar.  Fətva da belədir. Xülasədə də belə bildirilir. (Fətavayi-Hindiyyə) 

            Bir kimsəyə, “Bütün haqlarını halal et” deyilsə, o da “Halal etdim” desə, bu haqlarının nə olduğunu bilməsə də, İmam Əbu Yusifə görə halal etmiş olar. Fətva da belədir, çünki bilinməyən haqlar üçün halallaşma bu ümmətə məxsusdur. (Bəriqa)

            Adamın gizləməyə çalışdığı bir ayıbını söyləmək uyğun olmaz. Ancaq üstü bağlı olaraq, bu mövzularda ondan halallıq istər. Əgər qeybəti ona bildirmək fitnəyə səbəb olacaqsa, o zaman onun üçün Allahdan əfv diləyər. Məchul haqları ibra (təmizləmə) etməyin, biz Hənəfilərə görə caiz olması, buna dəlildir. (Rədd-ül muxtar)

Pulun keçmədiyi yer

Sual: Bir yazıda, “Axirətdə xətir, könül dinlənməz, pul keçməz” deyilir. Yaxşı, axirətdə peyğəmbərlər, alimlər, mələklər, şəhidlər şəfaət etməyəcəkmi?

CAVAB

            Şəfaət ayrı bir mövzudur. Burada qul haqqından bəhs edilir. Bir hədisi-şərif məali:

            “Üzərində qul haqqı olan, ölmədən əvvəl ödəyib halallaşsın! Çünki axirətdə qızılın, malın [pulun ] dəyəri olmaz. O gün haqq ödənənə qədər, öz savablarından alınar, savabları olmazsa, haqq sahibinin günahları buna yüklənər.” [Buxari]

            O yazıdakı xüsusla hədisi-şərifdə bildirlən xüsuslar eynidir. İmansızlara heç bir şəfaət yoxdur. İki ayəti-kərimə məali belədir:

            “Artıq şəfaət edicilərin  [peyğəmbərlərin, mələklərin, salehlərin, şəhidlərin] şəfaəti, onlara [kafirlərə] fayda verməz.” [Müddəssir 48]

            “O gün zalımların, nə dostu, nə də şəfaətçisi vardır.” [Mömin 18]

            Görüldüyü kimi, imansızlar üçün, axirətdə xətir, könül keçmir. İmanı varsa, əlbəttə şəfaət haqqı olanların, xətri, könlü yəni şəfaəti etibarlıdır. İmanlı olub, üzərində qul haqqı varsa, yenə pul və ya xətir, könül keçmir. Qul haqqı üçün, ya öz savablarından verər və ya haqq sahibinin günahlarını yüklənir. Qul haqqı olmazsa, digər günahlar üçün şəfaət haqqı əlbəttə vardır.

Uşaqla halallaşmaq

Sual: Bir uşağı döyən və ya ona bir iş etdirən yaxud uşağın verdiyi hədiyyəni alan kimsənin, uşaqla halallaşması kafidirmi?

CAVAB

            Ana-atasından və ya vəlisindən icazəsiz, ağıl yetkin olmayan bir uşağın verdiyi hədiyyəni almaq, istifadə etmək caiz olmaz. Çünki ağıl yetkin olmayan uşağın, ana-atası daxil, heç kimə hədiyyə verməsi səhih olmaz. (Rədd-ül-muxtar)

            Döydüy&uuml


В корзине: 0 шт.

на сумму: 0

Cəmi: 0

Оформить заказ Очистить корзину