Sual: Səbirin önəmi nədir? Nəyə səbir etmək daha çox savabdır?
CAVAB
Səbir üç növdür. Ən önəmlisi günah işləməməyə səbirdir. Bir hədisi-şərif məali belədir:
“Səbir üç növdür: 1- Bəlaya, müsibətə səbir, 2- Din bilgilərini öyrənərkən və ibadətlərini edərkən səbir, 3- Günah işləməmək üçün səbir. Bəlaya səbir edənə 300, ibadət etməyə səbir edənə 600, günah işləməməyə səbir edənə isə 900 dərəcə ehsan edilər.” [Əbuşşeyx]
Musa əleyhissəlam, Xızır əleyhissəlama, “Lədün elminə necə qovuşdun?” deyə soruşanda, o da, “Günah işləməməyə səbir etmək sayəsində” deyə cavab verdi.
Qurani-kərimdə səbirin önəmi çox ayədə bildirilir. Üç ayə məali belədir:
“Səbir edənlərə mükafatlar hesabsız verilər.” [Zumər 10]
“Ey iman edənlər, Allahdan səbir və namazla kömək istəyin. Allahu təala əlbəttə səbir edənlərlə birlikdədir.” [Bəqərə 153]
“Ey Rəsulum, kafirlərin əziyyətlərinə ülüləzm Peyğəmbərlər kimi səbir et!” [Əhqaf 35]
Səbir haqqında hədisi-şəriflərdən bəziləri belədir:
“İmanı ən üstün olan, səbirli, comərd və xoşgörüşlü olandır.” [Deyləmi]
“Haqq təala sevdiyi qulu dərdlərə mübtəla edər, o da səbir edərsə, ondan razı olar.” [Deyləmi]
“Pis qonşunun əziyyətlərinə ölənə qədər səbir edəni Allahu təala sevər.” [Hakim]
“Allahu təala, səbir edəni sevər.” [Tabərani]
“Ən üstün ibadət sıxıntıya səbir etməkdir.” [Tirmizi]
“Ən şiddətli bəla səbrin az olmasıdır.” [Deyləmi]
“And içərək söyləyirəm, məruz qaldığı zülmə səbir edənin Allahu təala şərəfini artırar.” [Tabərani]
“Dolanışıq çətinliyinə səbir edəni Allahu təala Firdovs Cənnətinə qoyar.” [Əbuşşeyx]
“Qıtlıq qənaət dolanacaq qədər az ruziyə səbir edənlərə müjdələr olsun.” [Deyləmi]
“İki gözünü itirən səbir edərsə Cənnətə gedər.” [Hatib]
“Möminin silahı səbir və duadır.” [Deyləmi]
“Allahu təala buyurdu ki: Mənim hökmümə razı olmayan və verdiyim müsibətə səbir etməyən məndən başqa Rəbb axtarsın.” [Tabərani]
Səbir xəzinədir
Səbir etmək qurtuluşa, müvəffəqiyyətə səbəb olan gözəl xasiyyətdir. Səbir, Peyğəmbərlərin xislətlərindəndir. Bunun üçün atalarımız, “Səbir, acı olsa da meyvəsi şirindir”, “Səbir salamatlıqdır”, “Səbirlə qora halva olar” demişdirlər. Bəlalara səbir etmək qurtuluşa səbəbdir.
Bir fərzi yerinə yetirmək və ya bir günahdan çəkinmək səbirsiz ələ keçməz. Çünki, “İman nədir?” deyə soruşulduğu zaman Peyğəmbər əfəndimiz, “Səbirdir” buyurdu. (Deyləmi)
Səbrin böyüyü və fəziləti səbəbiylə Qurani-kərimdə yetmişdən çox yerdə səbir və səbir edənlərə veriləcək savablar bildirilir. Ayəti-kərimələrdə məalən buyurulur ki:
“Səbir edənlərin mükafatını, etməkdə olduqlarının daha gözəli ilə verəcəyik.” [Nəhl 96]
“Allah səbir edənləri sevər.” [Ali-İmran 146]
“Əyyubu [mal və canına gələn müsibətlərə] səbir edən gördük. O nə gözəl quldur, hər zaman Allaha yönələr, Ona sığınardı.” [Sad 44]
“Ey iman edənlər səbir edin, səbir etməkdə bir-birinizlə yarışın!” [A.İmran 200]
Səbrin fəziləti o qədər böyükdür ki, Allahu təala səbri çox əziz etdi. Hər kəs səbir nemətinə qovuşa bilməz. Hədisi-şəriflərdə buyuruldu ki:
“Səbir, Cənnət xəzinələrindən bir xəzinədir.” [İ.Qəzali]
“Əgər səbir insan olsaydı, çox kərim və comərd olardı.” [Tabərani]
“Xoşlanılmayan şeyə səbir etməkdə böyük xeyir vardır.” [Tirmizi]
“İbadətin əsası səbirdir.” [Hakim]
“Səbrin imandakı yeri, başın bədəndəki yeri kimidir.” [Deyləmi]
“Haqq təala səbirli və ixlaslı olanı sorğuya çəkmədən Cənnətə qoyar.” [Tabərani]
“Ən xeyirli vasitə səbirdir.” [Hakimi Tirmizi]
“Allahu təalanın köməyi, qulun səbri ilə birlikdədir.” [Əbu Nuaym]
“Zay bir işi düzəldə bilməsəniz, səbir edin! Allahu təala onu düzəldər.” [Beyhəqı ]
“Oruc səbrin, səbir də imanın yarısıdır.” [Əbu Nuaym]
“Eşqini gizləyib, namusunu qoruyaraq səbir edən, Cənnətə girər.” [İbni Asakir]
“İmanın yarısı səbir, digər yarısı isə şükürdür.” [Beyhəqı]
Kimdə bu üç şey varsa
Sual: Başımıza gələn bəlalara çətinliklərə səbir etməkmi lazım, günahlarımıza kəffarə olurlarmı?
CAVAB
Şəqiqi Bəlhi həzrətləri, “Çətinliyə səbrin mükafatını bilən, çətinliklərdən xilas olmağa həvəs belə etməz” buyurur. Çətinliklərə qarşılıq veriləcək nemətləri xatırlayaraq, çətinlik yüngülləşdirilə bilər. Necə ki, Allahu təalanı sevənlər bir çox acılara qatlanmışlar, hətta o ağrıları hiss etməmişlər belə. Sırri-yi Səqati həzrətləri, “Allahu təalanı sevən Ondan gələn bəlaların acısını heç hiss etməz. Bir deyil, yetmiş qılınc zərbəsi alsa yenə hiss etməz” buyurur. Necə ki, Misir xalqı günlərlə yemədən, içmədən Həzrəti Yusifin gözəlliyinə mat qaldılar. Onun gözəl üzünə baxmaqla aclıqlarını unudurdular. Bundan daha önəmlisi də Misirin adlı-sanlı qadınları Həzrəti Yusifin gözəl camalına baxaraq, əllərini kəsdilər, fəqət, ağrısını hiss etmədilər. (Yusif surəsi 31)
Bəla, müsibət, günahlara kəffarədir. Qurani-kərimdə məalən buyuruldu ki:
“Sizə gələn hər müsibət, öz əllərinizlə işləyib qazandığınız günahlar üzündəndir. Bununla birlikdə Allah bir çoxunu da əfv edər, müsibətə uğratmaz.” [Şüra 30]
Demək ki, işlədiyimiz günahların bir qisminə cəza olaraq müsibət gəlir. Beləcə axirətə qalmadan dünyada günahlarımızın cəzasını axirətə görə çox yüngül olaraq çəkirik.
İmam Rəbbani həzrətləri buyurdu ki:
“İnsanın qarşılaşdığı hər şey Allahu təalanın diləməsi ilə var olur. Bunun üçün iradələrimizi Onun iradəsinə uyğunlaşdırmağımız lazımdır. Qarşılaşdığımız hər şeyi axtardığımız şeylər olaraq görməyimiz və bunlara qovuşduğumuz üçün sevinməyimiz lazımdır! Qulluq belə olur.”
Gələn bəla və çətinliklərə səbir edərək sinə gərmək böyük nemətdir. Səbir etməyən fəlakətə uğrayar. Bir xəstəlik, bir bəla gələndə qışqırıb bağırmaq fayda verməz. Əksinə zərərli olar. Bunun tək çarəsi Allahu təalanın təqdirinə razı olmaqdır. Səbirli olmayan müvəffəq ola bilməz. Bir kimsə başına gələn fəlakətlərə səbir etməzsə, davamlı narahat olar, doğru-dürüst ibadət edə bilməz. Kim Allahdan qorxaraq səbir edərsə, sıxıntılarından xilas olar. Səbir edən muradına çatar. Hər xeyrə səbirlə qovuşular.
Hədisi-şərifdə buyuruldu ki:
“Kimdə bu üç şey varsa, dünya və axirətin xeyrinə qovuşmuş deməkdir: Qəzaya razılıq, bəlaya səbir, rahatlıqda dua.” [Deyləmi]
Demək ki, bəlaların nemət olması, o bəlaya səbir etməyə və Allahu təalanın göndərdiyi qəzaya razı olmağa bağlıdır. Bəla gəldiyi zaman fəryad edən, hər rast gələnə Rəbbini şikayət edən, nemətdən məhrum qalar, əzaba layiq olar. Bəlaya səbir Peyğəmbərlərin xislətlərindəndir. Hədisi-şəriflərdə buyuruldu ki:
“Allahın sevdikləri bəlaya uğrayar. Səbir edən mükafata nail olar, sızlanan da cəzaya.” [İ.Əhməd]
“Dərdini açıqlayan səbir etmiş olmaz.” [İ.Mavərdi]
“Məruz qaldığı bəlanı gizləyənin günahları əfv olar.” [Tabərani]
“Sıxıntılı ikən on dəfə “Hasbiyallahü lə ilahə illahü, əleyhi təvəkkəltü və hüvə Rabbül-arşil-azım” oxuyanın Allahu təala sıxıntısını aradan qaldırar.” [Şirə]
Dostluğun əlaməti, dostun [Allahın] bəlasına səbir etməkdir. Səbir edildiyi təqdirdə bəlanın nemət olduğu bilinəndə, bəlanın yaxşı olacağı zənn edilməməlidir. Əsla bəla istənilməz.
Xoşlanmadığımız şey bəlkə bizim üçün xeyirlidir
Sual: Bir yaxınımız ölür, başımıza qəza gəlir. Səbir etməmək günahdır?
CAVAB
Dünya möhnət və sıxıntı üzərində qurulmuşdur. Səbir etməkdən başqa çarəsi yoxdur. Üç səbir çox sevimlidir: İtaətə səbir, günah işləməməyə səbir, bəla və möhnətə səbir.
Uşağının ölməsi, malının əldən çıxması və gözün görməməsi, qulağın eşitməməsi kimi insanın istəyi ilə olmayan müsibətlərə səbir etməkdən daha fəzilətli səbir yoxdur. Bəlalara səbir siddiqlərin dərəcəsidir. Bunun üçün Peyğəmbər əfəndimiz belə dua edərdi:
“Ya Rəbbi, mənə elə yaqin (əminlik, şübhəsizlik) ver ki, müsibətlər mənə asan, yüngül gəlsin!” [Tirmizi]
Bir nəfər, “Ey Allahın Rəsulu, malım getdi, pulum getdi, vücudum xəstə oldu” dedi. Ona buyurdu ki:
“Malı getməyən, pulu bitməyən və xəstə olmayanda xeyir yoxdur. Çünki Allahu təalanın sevdiyi qul bəlaya məruz qalar.” [Əbu Davud]
İbni Mübarək həzrətləri buyurdu ki:
Müsibət birdir. Müsibətin gəldiyi adam fəryad edər, ağlayar, kədərlənərsə iki olar. Biri müsibətin özüdür, digəri savabın getməsidir. İkincisi əvvəlkindən daha böyükdür. Səbir edənlərə verilən savabın miqdarını Allahu təaladan başqası bilməz.
Şəqiqi Bəlhi həzrətləri buyurur ki:
“Müsibətə səbir etməyib fəryad edən Allahu təalaya üsyan etmiş olur. Ağlamaq, kədərlənmək, bəla və müsibəti geri çevirməz.”
Qul, hər anda nəfsinin xoşuna gedən və ya getməyən bir işdən ayrı deyildir. Hər iki halda da səbrə möhtacdır. Mal, nemət, vəzifə, səhhət və buna bənzər şeylərdə özünü saxlamayıb bu nemətlərə dalmış kimi qəlbini bunlara bağlayarsa və bu halda qalarsa, onda nemətlərə həddindən artıq dərəcədə bağlanmaq və həddi aşmaq meydana gələr. “Hər kəs möhnətə dözər, amma siddiqlər xaric, sağlıqda səbir edən çox azdır” demişlər. Əshabı-kiram, “Möhnət və sıxıntı içərisində olduğumuz vaxtlar səbir etmək, bu gün içərisində olduğumuz nemət və zənginliklərə səbir etməkdən asan idi” dedilər. Bunun üçün Allahu təala “Mal və uşaqlarınız ancaq imtahan üçündür” buyurdu. Nemətə səbir, qəlbi ona bağlamamaq, ona sevinməməkdir.
Yaxşı əməllər işləmək kimi, öz istəyi ilə olan şeylərdə də səbrə ehtiyac vardır. Çünki ibadətlərin namaz kimi bir qismi tənbəllikdən, zəkat kimi bəzisi xəsislikdən, həcc kimi bəzisi də hər ikisindən dolayı çətin gələr və səbirsiz yerinə yetirilə bilməz. Hər yaxşı əməlin başında, ortasında və sonunda səbrə ehtiyac vardır. Başında olan, niyyəti ixlasla etmək, riyanı qəlbindən çıxarmaqdır. Bunlar isə çətindir. Taət əsnasında səbir etmək isə, şərt və ədəblərini heç bir şeylə qarışdırmamaqdır. Məsələn, namazda heç bir tərəfinə baxmamalı, heç bir şey düşünməməlidir. İbadətdən sonrakı səbir də, etdiyini izhar etməkdən, söyləməkdən çəkinmək və bununla ucbdan (özünü bəyənməkdən) səbir etməkdir.
Günahlara gələndə, səbir etmədən əl çəkmək qeyri-mümkündür. Şəhvət nə qədər qüvvətli və günah işləmək nə qədər asan olarsa, o günahı işləməməyə səbir etmək o qədər çətin olar. Bunun üçün dil ilə işlənən günahlara səbir etmək daha çətindir. Çünki dilin hərəkəti asandır. Hələ çox danışarsa, adət halına gəlir. Dil ucuna gəlib, özünü başqalarına bəyəndirəcək bir sözə səbir etmək çətin olar.
İnsanların əliylə və ya diliylə əziyyət etmələri kimi öz istəyi ilə olmayan, fəqət, qarşılıq verməsi istəyi ilə olan şeylərdə qarşılıq vermək üçün və ya qarşılıq verərkən həddi aşmamaqda da səbir etməyə ehtiyac vardır.
Əshabı-kiram, “Biz insanların sıxıntılarına dözmədiyimiz imanı, iman saymazdıq” buyurur. Allahu təala Peyğəmbər əfəndimizə, “Onların əziyyətlərinə aldırma və təvəkkül et” buyurur. (Əzhab 48)
Müqəddər (təqdir edilən, qismətində olan) olan şey başa gəlir, əgər səbir edilərsə əcri verilir. Səbir edilməzsə, bəyan edilərsə, günaha girilər və hüzursuz olunar. Sıxıntı hər nə qədər çox acı isə də, səbir edilər isə, nemət olacağı bildirilir. Qurani-kərimdə məalən buyurulur ki:
“Xoşlanmadığınız şey sizin yaxşılığınıza, sevdiyiniz şey də pisliyinizə ola bilər. Siz bilməzsiniz, Allah bilər.” [Bəqərə 216]
Hədisi-şəriflərdə buyuruldu ki:
“Mömin, küləklə yellənən sünbül kimi əyilib qalxar. Doğru dayanmaq istəyəndə yıxılır. Facir (günahkar) isə şam ağacı kimi kəsilənə qədər həmişə başı dik dayanır.” [Buxari]
“Üç gün xəstə yatan mömin, yeni doğulmuş kimi günahdan təmiz olar.” [Əbuşşeyx]
“Vəhşi heyvan kimi xəstələnməmək və kədərlənməməkmi istəyirsiniz?” [Beyhəqı]
“40 gün içində möminə bir kədər, bir xəstəlik və ya qorxu yaxud malına zərər gələr” və “Mömində üç şeydən biri olur: qıllət, illət, zillət.” (K.Səadət) [Qıllət: kasıblıq, İllət: Xəstəlik, Zillət: etibarsızlıqdır.]
İmam Qəzali həzrətləri buyurur ki:
“Firon 400 il yaşamışdı. Bir dəfə başı ağrımamış, hərarəti olmamışdı. Bir dəfə başı ağrısaydı, hər kəsin ona tapınmasını istəməsi yadına gəlməzdi.” [K.Səadət]
Çətinliyə dözmək
Sual: Dolanışıq sıxıntısı və narahatlıq kimi maddi və mənəvi çətinliklər günahların çoxluğundan irəli gəlir?
CAVAB
Günahlardan tövbə etmək və hər zaman yaxşılıq etməyə çalışmaq lazımdır. Hədisi-şərifdə buyuruldu ki:
“Harada və nə halda olarsan ol, Allahdan qorx və hər pislikdən dərhal sonra bir yaxşılıq et ki, onu yox etsin!” [Tirmizi]
Günahları yox etmək üçün tövbə etmək və hər zaman yaxşılıq etmək lazımdır. Qurani-kərimdə məalən, “Şübhəsiz yaxşılıqlar pislikləri yox edər” buyurulur. (Hud, 114)
Hər xəstəlik ziddi ilə müalicə edilər. Günah səbəbi ilə qaralan qəlb, yaxşılıq nuru ilə təmizlənər. Dünyalıqdan gələn hər sıxıntılar, müsəlmanın qəlbini dünyadan soyudar və nifrət etdirər. Hədisi-şərifdə buyuruldu ki:
“Elə günahlar vardır ki, onları ancaq dolanışıqda çəkilən sıxıntılar yox edər.” [Hatib]
İstər dolanışıq çətinliyi, istərsə başqa çətinliklər üçün gözəl səbir etmək lazımdır. Səbir etməmək bir şeyi həll etmədiyi kimi, hirslənib ətrafa ziyan vermək daha böyük zərərlərə səbəb olur. Bir möminin ayağına bir tikan batsa və ya bir çay bardağı qırılsa, günahlarına kəffarə olar. Onun üçün bütün sıxıntılara, kədərlərə dözmək böyük nemət olur. Hədisi-şərifdə buyuruldu ki:
“Qulun günahı çoxalar, onu yox edəcək yaxşı əməli olmazsa, ona sıxıntılar gələr və günahlarına kəffarə olar.” [İ.Əhməd]
Malınızın itməsi, övladınıza bir zərər gəlməsi də günahlarınıza kəffarə olar.
Yusif əleyhissəlam zindanda ikən onu ziyarətə gələn Cəbrayıl əleyhissəlama, atasının halını soruşdu. Cəbrayıl əleyhissəlam, “Atan sənin həsrətindən yüz uşaq itirən atanın kədəri kimi acı çəkir” dedi. Atasının bu acıya dözməsinin mükafatını soruşdu. “Atan yüz şəhid savabı almışdır” dedi.
Pis xasiyyətlərə səbir etmək lazımdır
Sual: Xasiyyəti pis olan bir ərə də dinin əmr etdiyi şəkildə davranmaq lazımdır?
CAVAB
Zalıma da, məzluma da dinin əmr etdiyi şəkildə hərəkət edilir. Yaxşılıq edən, xanımını üzməyən ərin nəyinə səbir edilər? Qadının xasiyyəti pis olarsa, əri səbir edər, ərinin xasiyyəti pis olarsa xanımı səbir edər. Bu imtahanda səbir edən çox savab alar. Pislik edən özünə edər.
Məzlumların, səbir edənlərin köməkçisi Allahdır. Allahu təala kimsənin haqqını kimsədə qoymaz. Səbir edənlərə saysız mükafat verər.
Ər-xanım bir-birinin pis xasiyyətlərinə səbir etməlidirlər! Hədisi-şərifdə, “Xanımın pis xasiyyətinə səbir edən kişi, Eyyuba səbri qarşılığında verilən savab kimi əcrə, ərinin pis xasiyyətinə səbir edən qadın da, Asiyyəyə verilən savaba qovuşar.” buyuruldu. [İ.Qəzali]
Qurani-kərimdə də Allahu təalanın səbir edənlərlə bərabər olacağı və səbir edənlərin mükafatlarının hesabsız veriləcəyi bildirilmişdir. (Əndal 46, Zumər 10)
Yaxşı insan ancaq başqalarına pislik etməyən insan demək deyildir, başqalarından gələn pisliklərə də gözəl səbir edən insandır.
Sual: “Sıxıntılarını başqa insanlara şikayət edən bir şəxs səbir etmiş olmaz” buyurulur. Şikayət məqsədiylə deyil, paylaşmaq və rahatlanmaq məqsədiylə yaxınlarına demək səbrə ziddirmi?
CAVAB
Məqsəd şikayət deyilsə caiz olar, fəqət, bu paylaşmadan məqsəd acınacaqlı halını anlatmaqdır, şikayətdir, bax başıma nələr gəldi deyirsən və Allahı qula şikayət edirsən. Amma, təbii ki tam şikayət kimi olmaz.
Sual: Başa gələn çətinlikləri anlatmaq günahdırmı?
CAVAB
Allahdan şikayət məqsədi yoxsa, qismətdə bu da var imiş deyərək başa gələn sıxıntıları anlatmaq günah deyildir.
Sual: Siqaretsizliyə səbir edən cihad savabına qovuşar?
CAVAB
Nəfsiylə mübarizə edən cihadı-əkbər savabı qazanar.
Sual: Qızım iflicdir. Baxmağa gücümüz qalmadı. Nə edək?
CAVAB
Hər şey Allahdandır. Səbir etməkdən başqa çarə yoxdur. Allahu təala səbir edənlərlə birlikdədir. Səbir edənlərin gedəcəyi yer Cənnətdir.
Sual: Qripə səbir edilsə savab alınmaz?
CAVAB
Hər zəhmətə səbir edən savab qazanar.
Sual: Silsiləyi-Aliyyədən olan böyük şəxslərin kasıblıq və çətinlik içində yaşayanların olduğunu oxuyuruq. Allah sevdiyi şəxslərə niyə nemət vermir, bəla və sıxıntı göndərir?
CAVAB
Kafirlər, “Allah dostlarına nə üçün bəla göndərir, nemət vermir?” dedilər. Rəsulullah üçün də belə demişdilər:
“Bu necə Peyğəmbərdir, [bizim kimi] yeyib-içir, bazarda, küçədə gəzir! Özüylə birlikdə [cəhənnəmdən qorxudan] xəbərdar edən bir mələyin də endirilməsi lazımdır, yaxud ona bir xəzinə və ya yeməyi [dolanışığını rahatca təmin edəcəyi] bir bağça [ferma] verilməsi lazımdı.” [Furqan 7-8]
Bəla gəlməsi onların şanına ləkə gətirməz. Əksinə dərəcələrinin yüksəlməsinə səbəb olar. Bir hədisi-şərif məali belədir:
“Ən şiddətli bəla, ənbiya, övliya və bənzərlərinə gələr.” [Tirmizi]
Sual: Yoldaş, dost, qonşu sıxıntı verir. Onlardan uzaqlaşıb kənara çəkilmək yaxşı deyildir?
CAVAB
Cəmiyyətdə vəzifələrimiz vardır. Kənara çəkilmək vəzifədən qaçmaq kimi olur. Bir hədisi-şərif məali belədir:
“İnsanların arasına qarışıb da, onlardan gələn sıxıntılara səbir edən mömin, kənara çəkilib onlardan gələcək sıxıntılara səbir etmək savabından məhrum qalan mömindən daha üstündür.” [Tirmizi, İ.Macə,Əhməd, Beyhəqı]
Dərdlər günahları silər
Sual: Bir kimsənin başına dərd, bəla gəlsə, xəstələnsə, fəqət, səbir etməsə, yenə günahları əfv olar?
CAVAB
Bəli, günahları əfv olar. Müsibətlərə, kədərlərə, bəlalara savab olmaz. Bunlara səbir etməyə savab verilər. Fəqət, bunlara səbir edilməsə də, günahların əfvinə səbəb olar. (S.Əbədiyyə) Bir neçə hədisi-şərif məali belədir:
“Mömin xəstələnib yaxşılaşanda, xəstəliyi günahlarına kəffarə olar.” [Tabərani]
“Hər müsibət əfv ediləcək bir günah üçün gələr.” [Əbu Nuaym]
“Möminin günahları əfv olana qədər bəla və xəstəlik gələr.” [Hakim]
“Baş ağrısı və ya hər hansı bir xəstəliyi səbəbi ilə möminin Uhud dağı qədər günahı olsa da hamısı əfv olar.” [Tabərani]
“İnsan həmişə səhhət və səlamətdə olsa idi, bu ikisi onun həlakı üçün kafi gələrdi.” [Asakir]
Bəlanın gəlişi
Sual: Başımıza gələn bəlanı necə qarşılamaq lazımdır?
CAVAB
İmam Rəbbani həzrətləri buyurur ki:
Dostlara dünya sıxıntılarının və bəlaların gəlməsi bunların günahlarının əfv olması üçün kəffarədir. Yalvararaq, ağlayaraq və sığınaraq, qırıq qəlb ilə Allahu təaladan əfv və səhhət istəmək lazımdır. Duanın qəbul olduğu aydın olana qədər belə dua etmək lazımdır. Dostlarınız və yaxşılığınızı istəyən sevənləriniz də sizin üçün dua edirlərsə də, dərdlinin özünün yalvarması daha yerində olur. Dərman almaq və pəhriz etmək xəstəyə lazımdır. Başqalarının edəcəyi ancaq ona köməkçi olmaqdır.
Sözün doğrusu budur ki, sevgilidən [Allahu təaladan] gələn hər şeyi gülərək, sevinərək qarşılamaq lazımdır. Ondan gələnlərin hamısının insana şirin gəlməsi lazımdır. Sevgilinin sərt davranması, alçaltması insana ikram, ehsan və yüksəltmək kimi olmalıdır. Hətta, öz nəfsinin belə istəklərindən daha şirin olması lazımdır. Sevən belə olmazsa sevgisi tam olmaz. Hətta, sevirəm deməsi yalan olar. (c.2, m.75)
İrsi xəstəliklər
Sual: Bəzi xəstəliklər irsidir. Niyə günahsız bir uşaq atasının cəzasını çəkir?
CAVAB
İrsi olan xəstəliklərin yoluxması tam qəti deyildir. Bir atanın üç uşağı olarsa, birinə keçər, o birinə keçməyə bilər.
Bir nəfər qonşusunun dəvəsindən öz dəvəsinə xəstəlik keçdi deyə şikayət edər. Peyğəmbər əfəndimiz, “Qonşunun dəvəsinə xəstəlik kimdən yoluxdu?” deyə soruşur. Yəni, xəstəlik mütləq yoluxacaq deyə bir şey yoxdur, qonşu dəvədən keçə biləcəyi kimi, özbaşına və ya başqa səbəblə də xəstə olmuş ola bilər.
Mütləq uşağa xəstəlik atasından keçir deyilsə, yaxşı ataya bu xəstəlik haradan gəldi? Ona da atasından ona da onun atasından deyə bilməzsiniz. O vaxt bu Həzrəti Adəmə qədər gedər. Bu irsi xəstəliklərin hamısı Həzrəti Adəmdən gəldiyini qəbul etmiş olarsınız. Bu elmi olmadığı kimi tam xurafat olar. Hər kəs Həzrəti Adəmdən gəldiyinə görə, xəstəliyi olmayan insanlar da vardır.
İkinci və ən önəmli xüsus da Peyğəmbər əfəndimiz, “Hər xəstəliyin bir dərmanı mütləq vardır. Allahu təala dəvasız dərd yaratmadı” buyurur, amma tibb bunun dəvasını tapa bilmədisə, günahı atanıza və ya başqalarına yükləməyə haqqınız yoxdur. Allahu təalanın bildirdiyi qaydalara tabe olan asan xəstə olmaz. Xəstə olarsa, onun da çarəsini yaratmışdır.
Ana-atanın günahını da uşağı çəkməz. Bir ayəti-kərimə məali:
“Kimsə kimsənin günahının cəzasını çəkməz.” [İsra 15]
Bir hədisi-şərif məali də belədir:
“Vələdi-zina, atasının günahını çəkməz. Heç kim digərinin günahını çəkməz.” [Hakim]
Hər şeyi səbəblərlə yaratmaq Allahu təalanın adətidir. Xəstəlik, kiməsə bir başqasından, kiməsə də irsi olaraq keçir. Kimisi öz laqeydliyindən xəstə olur, kimisi anadan şikəst olaraq doğular, bir başqası da zəlzələ və ya yol qəzası nəticəsində şikəst qala bilər. Bunların hamısı bir səbəbdir. Belə olmasında çox hikmətlər vardır. Bir neçəsi belədir:
“Xoşlanmadığınız şey sizin yaxşılığınıza, sevdiyiniz şey də pisliyinizə ola bilər. Siz bilməzsiniz, Allah bilər.” [Bəqərə 216]
Allahu təala, qüdsi hədislərdə buyurur ki:
“Mömin başına gələn işdən xoşlansa da xoşlanmasa da o iş onun üçün yaxşıdır.” [İbni Şahin]
“Kimisinin imanı ancaq zənginliklə qurtuluş tapar. Əgər o kasıb olsaydı, küfrə girərdi. Kimisi də, ancaq kasıblıqla qurtuluş tapar, [doğru, yaxşı yolda olar] əgər zəngin olsaydı, küfrə düşərdi. Kiminin imanı da ancaq səhhətdə olması ilə tamam olar. Əgər xəstələnsə, küfrə girərdi. Kiminin imanı xəstəliklə yetkinləşər. Əgər səhhətdə olsaydı küfrə düşərdi.” [Hatib]
“Allah yolundakı möminə isabət edən hər yorğunluq, xəstəlik, çətinlik, kədər, hətta ayağına batan tikan belə günahlarına kəffarə olar.” [Buxari]
“Allahu təala bir quluna xeyir murad edəndə, günahlarının cəzasını dünyada verər. Şər murad edəndə günahlarının cəzasını qiyamətə saxlayar.” [Tirmizi]
Mənə bir bəla gələrsə, üç cür sevinərəm:
Birincisi, bəlanı Allahu təala göndərmişdir. Sevgilinin göndərdiyi hər şey şirin olar.
İkincisi, Allahu təalaya bundan daha böyük bəla göndərmədiyi üçün şükr edirəm.
Üçüncüsü, Allahu təala insanlara boş yerə, faydasız bir şey göndərməz. Bəlaya qarşılıq axirətdə nemətlər ehsan edər. Dünya bəlaları az, axirətin nemətləri isə sonsuz olduğu üçün, gələn bəlalara sevinərəm. (Haqq Sözün Vəsiqələri)
Sonsuz Cənnət nemətləri yanında bu dünyada bir neçə illik sıxıntıdan heç söhbət gedə bilməz. Min il də olsa, sonsuz yanında dənizdə damcı belə deyildir. İmam Qəzalı həzrətləri, “Bütün dünya səma daxil, buğda dənəsilə dolu olsa, bir sərçəyə desələr ki, hər il bir dənə yeyəcəksən, o buğdalar bitər, sonsuzun yanında hesabı belə olmaz” buyurur.
“And olsun, sizi bir az qorxu, bir az aclıq, mal, can və məhsulun azalmasıyla imtahan edəcəyik. Ey Həbibim, səbir edənlərə [ehsanımı] müjdələ!” [Bəqərə 155]
Dünyada bir neçə gün dərd, bəla çəkməsələrdi, Cənnətin ləzzətlərinin qiymətini anlamazdılar və əbədi nemətlərin qiymətini bilməzdilər. Aclıq çəkməyən yeməyin ləzzətini anlamaz. Ağrı çəkməyən rahatlığın qiymətini bilməz. Dünyada onlara əzab vermək, sanki daimi ləzzətləri artırmaq üçündür.
“Qəza və qədərimə razı olmayan, bəyənməyən və göndərdiyim bəlalara səbir etməyən, məndən başqa Rəbb axtarsın. Yer üzündə qulum olaraq olmasın!” [Tabərani]
Səbri-cəmil
Sual: Səbri-cəmil nə deməkdir?
CAVAB
Səbri-cəmil, ən gözəl şəkildə, fəryad etmədən, insanlara şikayət etmədən səbir etmək deməkdir. İsmail Haqqı Bursəvi həzrətləri, “Səbir, qəzaya razılıq göstərməkdən deyil, başqa məqsədlərlə olarsa, buna səbri-cəmil deyilməz” buyurur. Bir hədisi-şərif məali:
“Allahu təala buyurdu ki: “Kimin bədəninə, övladına və ya malına bir müsibət gələrsə, o da səbri-cəmil göstərərsə, Qiyamətdə ona hesab soruşmağa həya edərəm.” [Hakim]
Səbir və dua silahı
Sual: “Möminin silahı, səbir və duadır” hədisindəki səbir və duadan silah olaraq necə istifadə edilər?
CAVAB
Silah, daha çox müdafiə vasitəsidir. Dua və səbirlə pis şeylər önləndiyi kimi, yaxşı şeylər də ələ keçər. Çətin şeylərdən xilas olmaq üçün, rahat ibadət edə bilmək və haramlardan qaçmaq üçün səbir edərək dua etmək lazımdır. Hər ikisinə də bir neçə örnək verək:
Səbir silahının faydaları
Bir fərzi yerinə yetirmək və ya bir günahdan çəkinmək səbirsiz ələ keçməz. Rəsulullah əfəndimizə “İman nədir?” deyə soruşulduğu vaxt, “Səbirdir” buyurdu. (Deyləmi)
Səbir acı olsa da, meyvəsi şirindir. Beş ayəti-kərimə məali:
“Səbir edənlərə mükafatı hesabsız verilər.” [Zumər 10]
“Səbir edənlərə [ehsanımı] müjdələ!” [Bəqərə 155]
“Allah səbir edənlərlə bərabərdir.” [Bəqərə 153]
“Allah səbir edənləri sevər.” [Əli-İmran 146]
“Ən gözəl şəkildə səbir et!” [Məaric 5]
Bir neçə hədisi-şərif məali:
“Səbir edən quldan Allah razı olar.” [Deyləmi]
“Səbirli və ixlaslılar hesaba çəkilmədən Cənnətə girər.” [Tabərani]
“Ən fəzilətli əməl çətinliyə səbir etməkdir.” [Tirmizi]
“Sevmədiklərinizə səbir etmədikcə, sevdiklərinizə qovuşa bilməzsiniz.” [İ.Mavərdi]
“Səbir üç növdür:
Duanın faydaları
Hədisi-şəriflərdə buyurulur ki:
“Qəzayi-muallakı heç bir şey dəyişdirməz. Tək dua dəyişdirər.” [Hakim]
“Qədər tədbirlə dəyişməz, amma qəbul olan dua, bəla gələrkən qoruyar.” [Tabərani]
“Dua 70 cür qəzanı önləyər. Ömrün bərəkətini artırar.” [Tirmizi]
“Dua bəlanı önləyər.” [Deyləmi]
“Dua edənin ya günahı əfv olar və ya dərhal xeyirli qarşılığını görər yaxud axirətdə mükafatını görər.” [Deyləmi]
Səbir istəmək lazımdır
Sual: “Allahdan səbir istənilməz, çünki səbir istəmək, bəla istəmək deməkdir. Buna hər kəsin gücü çatmaz” deyilir. Səbir istəmək pisdir?
CAVAB
Xeyr, pis deyildir. Biz bəla və müsibət istəmirik. “Başımıza bəla və müsibət gələrsə, bunlara qarşı səbirli olmağımızı nəsib et!” deyə dua edirik. İki ayəti-kərimə məali belədir:
“Səbir və namazla Allaha sığınıb kömək istəyin!” [Bəqərə 45]
“Ey iman edənlər, səbir və namazla Allahdan kömək istəyin! Əlbəttə Allah səbir edənlərlə bərabərdir.” [Bəqərə 153]
Göründüyü kimi Allahu təala, “Səbirli kömək istəyin” buyurur. Allahu təala ilə birlikdə olmaq üçün səbir istəmək və səbir əhli olmaq nə böyük nemətdir.
Bir hədisi-şərif məali də belədir:
“Allahu təala, səbir istəyəni səbirli edər.” [Tirmizi]
Peyğəmbər əfəndimiz də belə dua edərdi:
“Ya Rəbbi, məni çox şükür edən və çox səbir edənlərdən et!” [Bəzzar] (Demək ki, səbir edən qul olmağı istəmək lazımdır.”
“Ya Rəbbi, səhhət, afiyət və gözəl əxlaq ver! Qəza və qədərinə razı olanlardan et!” [Tabərani]
“Allahdan bəla istəyirsən, əvvəl afiyət istə!” hədisi-şərifi, digər hədisi-şəriflərə zidd deyildir. O kimsə, “Ya Rəbbi, verəcəyin bəlaya səbir ver!” deyirmiş. “Ya Rəbbi bəla vermə, bəla gələrsə səbrini də ver!” deyə dua etməyin zərəri olmaz.
Səbir istəmək lazımdır
Sual: “Səbir istəmək, bəla istəməkdir” deyilir. Səbir istənilməzmi?
CAVAB
“Ya Rəbbi, verəcəyin bəlaya səbir ver!” demədən, səbir istəməyin zərəri olmaz. Bir ayəti-kərimə məali:
“Ey Rəbbimiz, bizə çox səbir ver, Müsəlman olaraq canımızı al!” [Əraf 126]
Allahu təala Musa əleyhissəlamdan sonra İsrail oğullarına bir çox peyğəmbər göndərdi, fəqət, zaman keçdikdə azğınlaşan İsrail oğulları Tövratın hökmlərini dəyişdirdilər, peyğəmbərlərini dinləmədilər, əxlaqları tamamilə pozuldu. Calut adlı kafir bir hökmdar İsrail oğullarını vətənlərindən sürgün etdi. Daha sonra Talut adlı bir hökmdar ordusuyla Calutun üzərinə getdi. Qurani-kərimdə məalən buyurulur ki:
“Calut və ordusuna qarşı çıxdıqları zaman, “Rəbbimiz! Bizə səbir ver, səbatımızı, cəsarətimizi artır, inkar edən millətə qarşı bizə kömək et” dedilər.” [Bəqərə 250]
Talutun ordusunda olan Davud əleyhissəlam Calutu öldürdü. Talutun ölümündən sonra Davud əleyhissəlam İsrail oğullarının hökmdarı oldu.
Davud əleyhissəlamın da olduğu ordudakı Müsəlmanlar, “Ya Rəbbi, bizə səbir ver” deyə dua etmişdilər.
Müsibətlərə səbir etmək yüksək dərəcədir.
Səbir nədir?
Sual: Səbrin əhəmiyyəti bildirilir, amma neyə səbir edəcəyik?
CAVAB
Hər kəs səbir deyiləndə bəlaya səbri anlayır. Daha önəmliləri də vardır. Səbir üçdür:
Bir neçə örnəklə açıqlayaq:
Çox kimsə qadınların açıq gəzməsinin, boyanıb, ətir vurub çölə çıxmalarının günah olduğunu bildiyi halda, dözə bilməz, bu günahı işləyər. Çoxu qadın, namaz, oruc və digər ibadətləri etməyə səbir göstərdiyi halda, örtülü gəzməyə səbir edə bilməz. Günah işləməməyə səbir, onun üçün çox qiymətlidir. Bir günahdan qaçmaq bir çox ibadət etməkdən üstündür. Bir hədisi-şərifdə, “Çox az bir günahdan çəkinmək, bütün cin və insanların [nafilə] ibadətləri cəmindən daha yaxşıdır” buyurulur. Hər günah Allahu təalaya üsyan olduğu üçün, böyükdür, fəqət bəzisi, bəsizinə görə kiçik görünür. Bir kiçik günahı etməmək bütün cahanın nafilə ibadətlərindən daha savabdır, çünki nafilə ibadət etmək fərz deyildir. Günahlardan çəkinmək isə fərzdir. (Rıyad-un-nasıhın)
Böyük, kiçik hər növ günahdan çox çəkinmək lazımdır. Namaz qılmayanın da günahdan çəkinməsi qeyri-mümkün deyiləcək qədər çətindir. Qurani-kərimdə namazı doğru qılmağın, hər növ pisliyi, günahı önləyəcəyi bildirilir. Namazı doğru qılaraq günahlardan çəkinməyə çalışmağımız lazımdır.
Xəstəlikdən şikayət
Sual: Xəstəliyə və ya başa gələn bəlaya səbir etməyib bunları başqasına söyləyəndə savabdan məhrum qalırıq?
CAVAB
Səbir edilməzsə, səbir etmə savabından məhrum qalınar.
Müsibətlərə, xəstəliyə savab olmaz. Bunlara səbir edilərsə savab verilər, fəqət səbir edilməzsə də, günahların əfvinə səbəb olar. Səbir edilər, kimsəyə şikayət edilməzsə, o zaman səbir savabına da qovuşulur. (S.Əbədiyyə)
В корзине: 0 шт.
на сумму: 0