Facebook Twitter WhatsApp

Vəfa

Sual: Vəfa nədir?

CAVAB

Vəfa, sevgidə davamlılıq deməkdir. Vəfa demək, ehtiyac olanda ona kömək etməkdir. Dost öldükdən sonra onun ailəsini, yaxınlarını sevmək, onlarla əlaqəni kəsməmək də vəfadandır. Müsəlman vəfakar olar. Vəfakar olmağın, yəni tək Allah rizası üçün sevməyin mükafatı böyükdür.

Hədisi-şərifdə buyuruldu ki:

“Qiyamətdə heç bir himayənin olmadığı zaman, Allahu təalanın himayəsində olacaq yeddi adamdan biri, bir-birini [yalnız Allah rizası üçün] sevənlərdir.” [Buxari]

Vəfa dostluqda, bağlılıqda səbat deməkdir. Dostuna etdiyi yaxşılığı az görmək, onun etdiyini çox bilmək vəfadandır.

Vəfa demək, istər həyatda ikən və istərsə də öldükdən sonra sevgi və əlaqəni davam etdirmək deməkdir. Ölən bir kimsəyə az bir vəfa göstərmək, həyatda edilən çox yaxşılıqlardan daha məqbuldur. Çünki insan həyatdakı yoldaşına bir yaxşılıq edincə, bəlkə bir qarşılıq gözləyə bilər. Öldükdən sonra ediləcək yaxşılığa  riya qarışması çətin olar. Ölülər üçün dua və istiğfar edilir. Edilən yaxşılıqların savabı bağışlanır. Həyatdakı qohumlarına, dostlarına yaxşılıq edilir. Peyğəmbər əfəndimiz qoca bir qadına ikram etdi. Səbəbini soruşanlara, “Bu qadın Xədicə həyatda ikən bizə gələr gedərdi. Əhdə vəfa dindəndir” buyurdu.

Vəfanın lüzumundandır ki, insan sevdiyi yoldaşının dostlarını, qohumlarını da sevib haqlarına riayət etməsi lazımdır! Çünki insan yaxınlarına göstərilən əlaqəyə daha çox məmnun olur. Sevgi, sevgilinin hər şeyini, ona yaxından, uzaqdan əlaqədar olan hər şeyi sevimli edər. Bunun üçün, “Sevgilinin qapısındakı köpək sevənin qəlbində digər köpəklərdən üstün və ayrı bir yer tutar” deyilmişdir.

Alimlər, “Övlada xidmət, atasına xidmət deməkdir” buyurmuşdurlar. Övlada xidmət atanı sevindirdiyi kimi, övlada düşmənlik də atanı üzər. Digər yaxınlarının vəziyyəti də belədir. Yoldaşının dostu ilə düşmən olmamaq və ya düşməni ilə dost olmamaq da vəfadandır. Yoldaş vəfat etdikdən sonra da onun yaxınları ilə əlaqə saxlamaq, sağlamlığında əlaqə göstərməkdən daha qiymətlidir. Dostunun yanında, “Bu mənim, bu sənindir” deməmək lazımdır! İbrahim ibn Şeyban həzrətləri, “Bu mənim qələmimdir, deyənlə yoldaşlıq etməzdik” buyurardı. “Bunu sənin üçün etdim!” demək də onu minnət altında buraxmaq olur, soyuqluğa səbəb olar. Alimlər, “Çağırdığımız vaxt haraya, deyə soruşanla yoldaşlıq etməzdik” buyurmuşlardır. Yoldaşının qüsurlarını görməmək, mürüvvətdən, vəfadandır. 

Yoldaşın dost və qohumlarını axtarıb soruşmaq vəfakarlığın şərtlərindəndir. Onların haqlarına riayət, yoldaşa ikram etməkdən daha qiymətlidir.

Vəfasızlıq şeytanın xoşuna gedər. Məsələn, yoldaşlar arasındakı sevginin azalması, incikliyin əməl gəlməsi şeytanı çox sevindirir. Şeytanı sevindirməmək, onun oyununa gəlməmək üçün vəfakar olmaq, yoldaşının qüsurlarını fəzilət, təhqirlərini də iltifat qəbul etmək lazımdır. İki yoldaşdan biri digərinə sərt baxınca, şeytan sevinib oynayar. Allahu təala, “Şeytan, aralarını pozmaması üçün, qullarım gözəl danışsın!” buyurur. (İsra 53)

Onun üçün incidən və kədərli danışmaqdan və sərt baxışlardan uzaq dayanmaq lazımdır! Allah dostlarının duruşu belə sevgi təlqin edər. Belə bir kimsə vəzifə sahibi də olsa köhnə yoldaşlarını axtarar. “Kərəm sahibləri, darlıq zamanlarında onlarla oturub-duranları, genişlik zamanlarında da axtararlar” deyilmişdir.

Sıxıntılı vaxtında yoldaşın köməyinə qaçmaq lazımdır, “Qara günün dostu” olmaq lazımdır. Şeytan, nəfs və pis yoldaş, ara pozmağa çalışdığı üçün yoldaşlığı davam etdirmək çətin olur. Bunun üçün, “Dostluq incə və lətif bir cövhərdir. Qorunmasını bilməzsən qəzaya uğrayar!” demişdirlər. Bu cövhəri qorumaq, yoldaşda qüsur axtarmamaq və heç bir səhvini görməməklə olur. Çünki qüsursuz insan olmaz. Qüsurunu görüncə, onu buraxmamaq lazımdır və deməli ki:

Bu səfərlik əfv et bəlkə də bilməz,

Büdrəyən atın başı dərhal kəsilməz.

Qüsursuz insanla hər kəs yola gedər. Əsl igidlik qüsurlu dostla yola getməkdir. Daim onu özünə tərcih etməsi lazımdır! Vəfakar olmağın şərtlərindən biri də dostun sevmədiklərini, düşmənlərini sevməməkdir. Dostun düşməni ilə birlikdə gəzmək, düşmənlikdə ortaq olmaq deməkdir.

Köhnə şəxslərdən birinin oğluna vəsiyyəti belə:

“Oğlum, hər kəslə yoldaşlıq edilməz. Ehtiyac içində olduğun vaxt səndən uzaqlaşan, genişlik zamanında malına göz dikən və yüksəldiyi vaxt sənə üstünlük göstərən kimsə ilə yoldaş olma!” 

O halda ehtiyacı olan yoldaşa kömək etmək, ondan bir mənfəət gözləməməli və ona qarşı heç bir üstünlük göstərməməlidir! Hər şeyə etiraz edən, xeyr elə deyil deyən, yoldaşlarını düşmən etməklə qalmaz, bütün insanların nifrətini qazanar.

Vəfalı bir oxuyucumuz nəşrlərimizdən istifadə edib bizi tanıdıqdan sonra uzun bir məktub yazmışdı. Məktubunu nəşr etmək yerinə, yalnız bir beytini nəşr etmək bizə yetərli fikir aşılayar. Vəfalı dostumuz deyir ki:

Hər kəs dost kimi idi siz yad idiniz bizə,

İndi hər kəs yad, sizlər dostsunuz bizə.