Sual: Üzümdəki sızanaqların keçməsi üçün evlənməyimi və ya fahişəxanaya getməyimi söylədilər. Hətta, “Evlənmədən əvvəl mütləq fahişəxanaya getmək lazımdır” deyirlər. Subaya da zina haram deyilmi?
CAVAB
Bunları din cahilləri söyləyər. Zina, subay-evli hər kəs üçün böyük günahdır. Bir neçə ayəti-kərimə məali:
“Zinaya yaxınlaşmayın! O, həyasızlıq, çirkin, aşağı bir iş, pis bir yoldur.” [İsra 32]
“Möminlərə söylə harama baxmasınlar və övrət yerlərini haramdan qorusunlar!” [Nur 31, 32]
“Möminlər namazlarını huşu içində qılar, boş, lazımsız şeylərdən üz çevirər, zəkatlarını verər, iffətlərini qoruyar, əmanət və əhdlərinə riayət edərlər.” [Möminun 1-8]
“Fuhuşun açığına da, gizlisinə də yaxınlaşmayın!” [Ənam 151]
Buradakı yaxınlaşmayın demək zinaya aparacaq səbəblərdən, hərəkət və işlərdən çəkinin, yad qadınları düşünməyin, onlarla danışmayın, onların səslərini dinləməyin, onlara baxmayın, onlara toxunmayın deməkdir.
Hədisi-şəriflərdə də buyuruldu ki:
“Allah qatında zinadan böyük günah yoxdur.” [R.Nasıhin]
“Sizin üçün ən çox qorxduğum şey zinadır.” [Tabərani]
“Zina etməyin, qadınların cazibəsi [gözəlliyi, cazibədarlığı] və sevgisi gedər, soyuqluq başlayar.” [İ.Nəccar]
“Yuxumda ayaqyolundakı nəcasət kimi pis iy verən kəslər gördüm. Sonradan bunların zina edənlər olduğunu öyrəndim.” [İ.Hibban]
“Zina yoxsulluğa yol açar.” [Beyhəqı]
“Gəncliyini zinadan qoruyan [mömin], Cənnətə girər.” [Beyhəqı]
“Bir qadın beş vaxt namazını qılar, namusunu qoruyar, əri ilə yaxşı dolanarsa, dilədiyi qapıdan Cənnətə girər.” [İbni Hibban]
“Bir yerdə, zina və riba (faiz) çoxalarsa, o yerin xalqı bəlaya məruz qalar.” [Hakim]
“Zina kasıblıq gətirər.” [Buxari]
“Zinaya davam edən bütpərəst kimidir.” [Haraiti]
“Zina edənin üzü Cəhənnəmdə odla yanar.” [Tabərani]
“Yeddi qat göy və yer zina edən qocalara davamlı lənət edər.” [Bəzzar]
“Zina edənlərin övrətlərinin qoxusu bütün Cəhənnəm xalqına əza verər.” [Bəzzar]
“Pis qadınlar çoxalıb, zina cəmiyyət içində yayılarsa, xalq daha əvvəl görülməmiş yoluxucu xəstəliklərə məruz qalar.” [Beyhəqı]
“Bir facirə [pis] qadının fücuru [günah] min kişinin fücuru kimi və bir yaxşı qadının yaxşılığı, yetmiş sıddiqin yaxşılığı kimidir.” [Əbu Nuaym]
“Namusunuzu qoruyun, zina etməyin! Namusunu qoruyana Cənnət vardır.” [Hakim]
“Pislikdən qorunmaq üçün nikahlı yaşayın və iffətli olun!” [İbni Asakir]
“Onun, bunun zövcəsini, qızını yoldan çıxardan bizdən deyildir.” [İ.Əhməd]
“Zina edən eyni şeyə məruz qalar.” [İ.Nəccar]
[“Çalma başqasının qapısını, çalarlar qapını”, “ Edən görər” deyilmişdir.]
Göz zinası
Sual: Zərurətsiz qadınlara baxmaq və toxunmaq günahdır?
CAVAB
Bəli günahdır. Hədisi-şəriflərdə buyuruldu ki:
“Qadına şəhvətlə baxanın gözlərinə ərimiş qurğuşun tökülüb Cəhənnəmə atılar.” [M.Enhür]
“Əzabı-İlahidən qorxaraq gözünü yad qadından çevirənə Allahu təala ibadətin dadını hiss etdirər.” [Hakim]
“Harama baxmayan gözlər Cəhənnəm atəşi görməz.” [İsfəhani]
“Qonşu qadına, dostunun xanımına şəhvət ilə baxmaq, yad qadına baxmaqdan on qat daha günahdır. Evli qadına baxmaq, qızlara baxmaqdan min qat daha günahdır. Zina günahları da belədir.” [Tabərani]
“Övrət yerini açana, başqasının övrət yerinə baxana Allah lənət etsin!” [Beyhəqı]
“Qadının üzündən və iki əli ovucundan başqa bütün bədəni övrətdir.” [M. Enhür]
“Qadınlarla bir yerdə tək qalmaqdan çəkinin. Allahu təalaya and içirəm ki, bir kişi bir qadınla tək qalanda aralarına şeytan girər. Bir kimsənin palçıqlı bir donuzla sıxışmış vəziyyətdə olması, o kimsə üçün özünə halal olmayan bir qadına toxunmasından daha yüngül olar.” [Tabərani]
Həzrəti Aişə anamız buyurdu ki:
“Peyğəmbər əfəndimiz ona halal olan qadınlardan başqa heç bir qadınla toxunmadı.” [Buxari, Müslim]
Qadınların Quranı-kərim, mövlud, ilahi oxuyaraq səslərini kişilərə eşitdirmələri haramdır. [Mikrafon , radio və TV ilə eşitdirmələri isə məkruh olar.] (Tərqibüssalət, Hadiqa)
Sual: Məaldən oxudum ki, zina etmiş bir qadınla heç evlənilməz?
CAVAB
Məaldən, təfsirdən din öyrənilməz. Zina etmiş qadınla evlənmək caizdir. Çünki, “Zina edən qadını başqa kişilər nikah edə bilməz” məalindəki ayəti-kərimə nəsh (başqa hökmlə qüvvədən düşmüşdür) edilmişdir.
Sual: AİDS haqqında hədisi-şəriflər var deyirlər, doğrudur?
CAVAB
Firəngi və Aids kimi yoluxucu xəstəliklər Avropadan [Firəngdən] gəlmişdir. Köhnədən Avropadan gələn şeylərə firəng malı deyilərdi. Firəng üzümü, firəng köynəyi kimi. Zina ilə yayılan xəstəliyə də onlardan keçdiyi üçün firəngi deyilmişdir. Bir hədisi-şərifdə, “Pis qadınlar çoxalıb zina cəmiyyətdə yayılarsa, xalq daha əvvəl görülməmiş yoluxucu xəstəliklərə məruz qalar” buyurulur. Firəngi kimi Aids də daha əvvəl görülməmişdi. İndiyə qədər görülməmiş daha başqa xəstəliklər də çıxa bilər. Onun üçün bu hədisi-şərifdə bildirilən xəstəliyə tək Aids demək səhv olar. Avropadan gələn Firəngi, bel soyuqluğu da sonradan meydana çıxmışdır.
Sual: Zina edənin zina etdiyi ilə evlənmə məcburiyyəti vardır?
CAVAB
Xeyr, yoxdur.
Sual: Zina edənin nikahına zərəri olar?
CAVAB
Nikahına zərəri olmaz. Fəqət zina ən böyük günahlardandır.
Sual: Zinanın zərərləri nələrdir?
CAVAB
Zinanın zərərləri çoxdur. Bir hədisi-şərif məali belədir:
“Zinanın dünyada üç zərəri vardır:
Axirətdəki üç zərəri:
Göz zinası
Sual: Zina, qeyri-qanuni əlaqə demək deyilmi? Göz zinası da deyilir. Gözlə əlaqə olar?
CAVAB
Zina, haram olan əlaqə demək isə də, harama baxmaq da gözlə işlənən haram olur. Bu harama göz zinası deyilir. Bir hədisi-şərif məali belədir:
“Gözlərin zinası harama baxmaq, qulaqların zinası ədəbsiz söz dinləmək, dilin zinası əxlaqsız sözlər danışmaq, əllərin zinası naməhrəmi tutmaq, ayaqların zinası günah olan yerlərə getməkdir.” [Buxari]
Demək ki, hər üzvün bir zinası olur. Burnun da zinası olur. Bir hədisi-şərif məali:
“Ətir vurub çölə çıxan və qoxusunu hiss etdirmək üçün bir camaatın yanından keçən qadına və ona baxana [onu qoxulayana] zina günahı yazılar.” [Nəsai]
Buradakı da burnun işlədiyi qoxlama zinası olur. Bir də qadına baxmışsa, göz zinası da olur. Öpərsə dodaq zinası işləmiş olur. Şəhvətlə və ya lazımsız danışarsa dil zinası olur. Toxunarsa və ya zərurətsiz əlindən tutarsa əl zinası olar. Bir hədisi-şərif məali belədir:
“Adamın başına dəmir bir şişin batması, yad qadına toxunmasından daha yüngül olar.” [Tabərani, Beyhəqı]
O halda zinanın hər növündən uzaq dayanmaq lazımdır. Quranı-kərimdə, “Zinaya yaxınlaşmayın” buyurulur. Bu, zinaya aparacaq bütün işlərdən uzaq dayanın deməkdir.
Döyüş bəhanəsiylə
Sual: Suriyada Əsədin əsgərləri müxalifləri olan müsəlmanların qadınlarına təcavüz edirmiş. Müxaliflər də, “Əsəd tərəfdarlarının qadınları hərb əsiridir” deyə nökər olaraq istifadə edirlərmiş. Bunlar uyğundur?
CAVAB
Xəbər doğru isə hər iki tərəfin etdikləri də dinimizə ziddir.
В корзине: 0 шт.
на сумму: 0