Facebook Twitter WhatsApp

Allahü təala üçün küsmək

Günah işləyən insandan, ona nəsihət niyyətilə küsmək caizdir, hətta müstəhəbdir.

 

Sual: Günah işləyənlərə qarşı məsafəli durmaq, küsmək dinimiz cəhətdən düzgündürmü?

Cavab: Hicr, çəkindirmək, dostluğu pozmaq, küsülü olmaq deməkdir. Günah işləyənə, ona nəsihət niyyətilə hicr etmək caizdir, hətta müstəhəbdir. Bu hal, Allahü təala üçün inciməkdir. Hədisi-şərifdə:

“Əməllərin, ibadətlərin ən qiymətlisi hubbi-fillah və buğdı-fillahdır” buyuruldu. Hubbi-fillah  - Allahü təala üçün sevmək deməkdir. Buğdı- fillah isə Allahü təala üçün sevməmək, küskün olmaq deməkdir. Allahü təala Musa əleyhissalama:

-Mənim üçün nə etdin? Buyurduqda:

-Ya Rəbb, sənin üçün namaz qıldım, oruc tutdum, zəkat verdim, adını çox zikr eylədim, deyə məruzə etdikdə, Allahü təala:

-Namaz, sənə burhandır, pis iş görməkdən qoruyur. Oruc qalxandır, Cəhənnəm atəşindən qoruyur. Zəkat da, məhşər meydanında kölgə verəcək, sənə rahatlıq verəcək. Zikr, məhşərdə qaranlıqdan qurtaracaq, işıq verəcək. Mənim üçün nə etdin? buyurdu.

-Ya Rəbb! Sənin üçün olan işin nə olduğunu mənə bildir, deyə yalvardıqda:

-Ya Musa! Dostlarımı sevdinmi, düşmənlərimdən əlaqəni kəsdinmi? buyurdu. Musa əleyhissalam, Allahü təalanın ən çox sevdiyi ibadətin, hubbi-fillah və buğdı-fillah olduğunu anladı.

Günah işləyəni, qəbahət edəni uzun müddət hicr eyləmək caizdir. Əhməd ibn Hənbəl həzrətlərinin haramdan gəldiyi bilinən hədiyyəni qəbul etdikləri üçün əmisini və oğullarını hicr eylədiyi məşhurdur. Rəsulullah əfəndimiz Təbük döyüşünə gələ bilməyən üç nəfəri hicr eyləmişdir.


В корзине: 0 шт.

на сумму: 0

Cəmi: 0

Оформить заказ Очистить корзину