1. Küfr.
2. Cəhalət.
3. Rüsvay olmaq qorxusu. (İnsanların pisləmələrindən, qınamalarından, biabır
olmasından qorxub haqqı qəbul etməmək.]
4. Təriflənməyi sevmək. (Özünü bəyənib, təriflənməyi sevmək).
5. Bidət etiqad. (Düzgün olmayan iman).
6. Həvay-i nəfs. (Nəfsin istəklərinə, ləzzətlərinə, ehtiraslarına tabe olmaq).
7. Təqlid ilə iman. (Bilmədiyi kimsələri təqlid).
8. Riya. (Göstəriş. Axirət əməlləri edərək dünya arzularına qovuşmaq)
9. Tul-i əməl. (Zövq və səfa sürmək üçün çox yasamağı istəmək).
10. Tamahkarlıq. (Dünya ləzzətlərini haram yollardan axtarmaq).
11. Təkəbbürlülük. (Özünü üstün görmək).
12. Təzəllül (Özünü alçatmaq, yaltaqlanmaq).
13. Ucb. (Etdiyi yaxşılıqları, ibadətləri bəyənmək).
14. Həsəd. (Qısqanmaq, zəhləsi getmək, nemətin ondan getməsini istəmək.
Əbülleysi Səmərqəndi deyir ki, “Üç nəfərin duası qəbul olunmaz: Haram yeyə-
nin, qeybət edənin, həsəd aparanın.")
15. Hiqd. (Başqasını aşağı görmək).
16. Şəmatət. (Başqasına gələn bəlaya, zərərə sevinmək).
17. Hicr. (Dostluğu tərk edib kin saxlamaq).
18. Cübn. (Qorxaqlıq, şücaətin az olması).
19. Təhəvvür. (Qəzəbin, sərtliyin həddindən artıq və zərərli olması.]
20. Qədr. (Əhdində və sözündə durmamaq).
21. Xəyanət. (Münafiqlik əlaməti; etibarı aradan qaldıran söz və iş.]
22. Vədini pozmaq. (Verdiyi sözü pozmaq. Hədisi-şərifdə “Münafiqlik əlaməti üçdür: Yalan söyləmək, vədini ifa etməmək, əmanətə xəyanət etmək” buyuruldu).
23. Sui-zənn. (Kiminsə haqqında pis düşünmək haramdır. Günahlarının əfv
olunmayacağını zənn etmək, Allahü təalaya sui-zənn olar. Möminləri haram işlə-
yən, yəni günahkar zənn etmək sui-zənn olur.]
24. Var-dövlətə məhəbbət. (Mala düşkün olmaq).
25. Təsvif. (Xeyirli iş görməyi sonraya saxlamaq). Hədisi-şərifdə, “Beş şey
gəlmədən əvvəl beş şeyin qiymətini bilin: Ölmədən əvvəl həyatın qiymətini,
xəstəlikdən əvvəl səhhətin qiymətini, dünyada axirəti qazanmağın qiymətini,
qocalmaqdan əvvəl gəncliyin qiymətini, kasıblıqdan əvvəl zənginliyin qiymətini” buyuruldu).
26. Fasiqləri (açıqdan günah işləyən) sevmək. (Günahın ən pisi zülmdür. Haram işləyənə fasiq deyilir).
27.Alimlərə düşmənlik. (İslam elmləri və alimləri ilə lağ etmək küfrdür).
28. Fitnə. (İnsanları dərdə, bəlaya salmaq. Hədisi-şərifdə; “Fitnə yuxudadır,
oyandırana lənət olsun!” buyuruldu).
29. Müdaxənə və müdarə. (Gücü çatdığı halda, haram işləyənə mane olmamaq və dünyası üçün dinini vermək müdahənədir. Dini üçün dünyasını verməyə
müdara deyilir).
30. Tərslik və qürur. (Haqq olanı, doğrunu eşitdiyi zaman qəbul etməmək).
31. Nifaq. (Münafiqlik, daxilinin çölünə uyğun gəlməməsi).
32. Təfəkkür etməmək. (Günahlarını, məxluqları və özünü düşünməməsi).
33. Müsəlmana bəddua (qarğış).
34. Müsəlmana pis ləqəb qoymaq.
35. Üzrü rədd etmək.
36. Qurani-Kərimi yanlış təfsir etmək.
37. Haram işləməkdə inad etmək.
38. Qeybət.
39. Tövbə etməmək.
40. Var-dövlət və vəzifə arzusu.
Pis əxlaqdan çəkinməli, gözəl əxlaqlı olmağa çalışmalıdır. Hədisi-şəriflərdə
buyuruldu ki: “İbadətləri az olan bir qul gözəl əxlaqı ilə qiyamətdə yüksək də-
rəcələrə qovuşar.”
“İbadətlərin ən asanı və çox faydalısı, az danışmaq və gözəl əxlaqlı olmaqdır.”
“Özündən uzaqlaşanlara yaxınlaşmaq, zülm edənləri bağışlamaq, özünü
məhrum edənlərə ehsan etmək gözəl əxlaqlı olmaqdır.”
В корзине: 0 шт.
на сумму: 0