Facebook Twitter WhatsApp

Az yeməyin faydaları

Sual: Oruc tutaraq ac qalmağın faydaları nələrdir?

CAVAB

Oruc tutmaq başqa, ac qalmaq başqadır. Ac qalmağın faydaları:

  1. Ac olanın bəsirəti acılar. Anlama qabiliyyəti artar. Hədisi-şərifdə, “Ac dayananın idrakı artar, zəkası acılar” “Təfəkkür, ibadətin yarısı, az yemək isə hamısıdır” (İ.Qəzali)

Çox yeyən çox yatar, çox yatanın da ömrü boşa keçər. Çox yeyənin zəkası və zehni kütləşər. Hədisi-şərifdə buyuruldu ki:

“Çox yeyib-içəni Allahu təala sevməz.” [İ.Qəzali]

  1. Aclıq qəlbdə incəlik əmələ gətirər. Hədisi-şərifdə, “Az yeyənin içi nurla dolar” “Allahu təala, az yeyib-içən və bədəni xəfif olan mömini sevər” (Deyləmi)
  2. Aclıqda arzular qırılar, nəfs itaətli olar. Çox yemək qəflət əmələ gətirər. Vəhşi bir atı tutmaq çətin olduğu kimi, çox yedirməklə nəfsə hakim olmaq da çətindir. Aclıqla tərbiyəsi asanlaşar. Hədisi-şərifdə buyuruldu ki:

“Az yeməklə qəlbinizi əhya edin!” [İ.Qəzali]

  1. Tox olan şəfqətsiz və mərhəmətsiz olar. Tox, acın halından anlamaz. Çox yeyən sərt və qatı qəlbli olar. Hədisi-şərifdə, “Çox yeməklə qəlbinizi öldürməyin!” “Allahu təala doyduqdan sonra yeyib, mədəsini zay edəndən nifrət edər” (İ.Qəzali)
  2. Əsəblərinə hakim olan hüzurlu olar. Aclıq günah işləmə arzusunu yox edər, pislik etməyə mane olar. Hədisi-şərifdə buyuruldu ki:

“Ac və susuz dayanaraq nəfslə cihad Allah yolunda cihad kimidir.” [İ.Qəzali]

  1. Çox yeyən çox su içər. Çox su içən çox yatar. Ömrü yuxu ilə keçər. Çox yuxu da dünya və axirət qazancına mane olar. Aclıq əsəbləri sağlam, gümrah tutar. Toxluq axmaqlığa yol acar, oxuduğunu anlaması və yaddaşında tutması çətin olar. İki gündə üç dəfə yemək normaldır. Yəni, bir gün səhər-axşam, o biri gün günorta vaxtı yemək lazımdır. (Təshil-ül-mənafi)
  2. Çox yeyib göbək bağlamaq zərərlidir. Peyğəmbər əfəndimiz göbəkli birisinə, “Bu artıqlıq başqa yerdə olsaydı, daha yaxşı olardı” (Hakim)

Yeyib-içmə elmini öyrənmək, ibadət elmindən əvvəl gəlir. Bədən sağlam olarsa, dünyada rahata qovuşduğumuz kimi, sağlam bədənlə daha çox xidmət etmə imkanı olacağı üçün, axirəti qazanmağa da səbəb olar. İki dünya səadəti üçün mədəmizi düşünmək lazımdır. Acmadan yeməmək, doymadan qalxmaq lazımdır! Elm və əməl az yeməkdə, qəlb təmizliyi az yatmaqda, hikmət az danışmaqdadır.  

Az yemək ustalıq, çox yemək xəstəlikdir. Övliya az yatar, az yeyər, az içər, siratı quş kimi keçər. Çox yeyən çox yatar, hər kəsdən tənbəl olar. Çox yemək hədər, çox yatmaq kədərdir. Çox yemək zehni çalışdırmaz, çox yatmaq mənzilə çatdırmaz. Az yeyənin qəlb gözü korlaşmaz, aclıqla xəstəlik birləşməz.

Az yemək, meyvəli bir ağacdır, xəstə qəlblərə dərmandır. Az yemək nəfsani arzuları öldürər, qəlbə fərahlıq verər, axirətdə güldürər. Az yemək tənbəllikdən uzaqlaşdırar, bilgi qazanmağı asanlaşdırar. Az yeyənin qəlbində hikmət qapıları acılar, ağzından inci, mərcan sacılar. Çox yemək ağıl üçün qıtlıqdır, zəka üçün şikəstlikdir. Köklük insana düşmən olar, çox yeyənlər peşman olar.  

Az yemək insan üçün nəzafətdir, zehini açan fərasətdir. Çox yemək, çox yatmaq, çox danışmaq, ürəyə sıxıntı verər, mədə şişər, qəlb ölər, acınca təkrar dirilər. Çox yeyən çox yatar, çox yatan çox danışar, çox danışan nemətdən məhrum olar. Çox yemək mədəni pozar, mədəsi pozulanın dərdləri artar. Bilən bilir, dəli belə acınca ağılı başına gəlir. Az yemək nəfsə zindan, qəlbə gülüstandır. Çox yeyən unutqan olar, üzü gülməz qaraqabaq olar.

Mədənin əsiri olmaq

Kim ki, həmişə yemək fikrini çəkər, ağılını nəfsə əsir edər. Mədəyə əsir olar, ağlı və şüuru aparar. Kim az yeməklə yarışar, övliyaya qarışar. Çox yeyən kök olar, qəlb evi qəbir olar. Səni daşıyacaq qədər yemək ye, sən onu daşıyacaq qədər yemə! Bunu yaxşı biləsən, yeməyi sən yeyəsən, yemək səni yeməsin! Əgər sən onu yeyərsən, hamısı dərman olar, yemək səni yeyərsə, hamısı dərd və duman olar. Mən insanam demək lazım, yemək üçün yaşamamalı, yaşamaq üçün yeməli. Orucdur bədənin zəkatı, çox yeyənin pozular səhhəti, azalar şəfqəti, tükənər taqəti. Az yemək bədənin istirahəti, az yatmaq ruhun rahatı.  

Çox yeyərək qəlbini öldürmə, şeytanı özünə güldürmə! Çox yemək, orqanları çox işlədib zay edər, müalicə üçün həkim axtarar. Çox yeyən həqiqəti görə bilməz, haramlardan çəkinə bilməz. Haram yeyənin işləri harama yönələr, hər bəla haramdan gələr. Halaldan belə çox yeyənin yersiz olar sözləri, həm də ibrətsiz baxar gözləri. Demə çox yemək çox yanacaq olar, çox yeyənin anlayışı qıt olar.

Çox yeyənin az olur ibadəti, əldən qacırar əbədi səadəti. Çox yeyənin gözü doymaz, ibadətdən zövq duymaz. Çox yemək toxumudur hər dərdin, az yemək dərmanıdır hər fərdin.

Az ye, az yat, az söylə, nemətə qovuşular belə. Çox yeyənin diridir nəfsi, könlü yatar çıxa bilməz səsi. Könlü oyandırmaq üçün bu sözü tutmaq lazım, az yeyərək nəfsi yatırtmaq lazım. Çox yeyən pis fikirlər güdər, hər an günaha meyl edər. Qəflət istəyərsən dayanma mədəni doyur, çünki tox yatan çox yatar. Çox yeməyi unutmaq lazım, çox oruc tutmaq lazımdır. 

Oruc tutmaq faydalıdır

Sual: Orucun bədənə zərər verdiyi deyilir. Dinimiz zərərli şeyi əmr edərmi?

CAVAB

Allahu təala insanlara zərərli olan bir şeyi əmr etməz. Tibb mütəxəssisləri deyir ki:

Oruclu kəslərdə adrenalin və kortizon hormonları qana daha asanlıqla qarışır. Bu hormonlar təsirlərini xərçəng hüceyrələr üzərində də göstərir. Beləcə bu hormonlar, xərçəngə qarşı bir növ qalxan rolunu oynayır, yəni xərçəng hüceyrələrinin çoxalmasının qarşısını alır.

Oruc tutan bədən sanki müalicəyə gedər, daxili orqanları əhatə edən yağlar əriyər, bədənin gümrahlığı artar, müqavimət gücü qazanar, mədə, böyrək, şəkər, qəlb və qaraciyər xəstəliklərə qarşı müqavimət qazanar.

Müxtəlif vəzifələri olan qaraciyər, həzmlə də vəzifəlidir. Oruc müddətində 3-5 saat istirahət edər, qida saxlama işinə bir müddət ara vermiş olar. Bu arada, imunitet sistemini gücləndirən globülinləri hazırlayır. Mədədəki əzələlər və ifrazat ifraz edən hüceyrələr, oruc zamanı bir neçə saat istirahət edər. Qan həcmi də azaldığı üçün təzyiq düşərək qəlb rahatlayar. Xüsusilə yüksək təzyiqlilər üçün oruc bir dərman kimi faydalıdır. 

Qida artıqları yaxşı həzm edilmədikdə damarları zay edər. Yanmayan yağlar damarları daraldar, damar sərtliyi deyilən narahatlığa səbəb olar. Axşama doğru bədəndə qida demək olar ki, heç qalmaz. Yəni, bütün qidalar yandırılmış olar. Bu baxımdan xüsusilə “damar sərtliyi” olanların başqa aylarda da oruc tutmaları tövsiyə edilir. Oruc tutunca bədənin digər orqanlarına da istirahətdə olar. Az yemək və oruc tutmaq bədənin səhhəti üçün çox əhəmiyyətlidir. Zəkat, malın çirkidir. Zəkat verən, malını kirdən qoruduğu kimi, oruc tutan da bədənin zəkatını ödəmiş, xəstəliklərdən onu qorumuş olar. Oruc tutmaqda səbir də vardır. Hədisi-şərifdə, “Təmizlik imanın yarısı, oruc da səbrin yarısıdır” buyuruldu. (Müslim)

Oruc səhhət gətirər. Hədisi-şərifdə, “Oruc tutan sağlam olar” buyuruldu. (Tabərani)

Xəstəliklərin əksəriyyəti çox yeməkdən irəli gəlir. Hədisi-şərifdə buyuruldu ki:

“Çox yeyib içmək xəstəliklərin başıdır.” [Darə Qutni]

Çox yeyəndə mərhəmət hissi azalar. Arzuları artar, harama dalar. Qeyri-dini arzuları hərəkətə keçirən yolları kəsmək lazımdır. Aclıq şeytanın yolunu kəsər. Hədisi-şərifdə, “Şeytan, damardakı qan kimidir, bədəndə gəzər, aclıq ilə yolunu daraldın” buyuruldu. (Ehya)

Subay üçün də oruc faydalıdır. Hədisi-şərifdə “Oruc şəhvəti kəsər” buyuruldu. (İ.Əhməd)

Yaxşı ye, yaxşı çalış!

Sual: Çox yemək nə deməkdir? Doyana qədər yemək çox yeməkdirmi?

CAVAB                 

İmam Rəbbani həzrətləri, “Təsəvvüf, az yemək, az içmək deyildir. Hər kəsin halaldan qazanıb, doyana qədər yeməsi lazımdır” buyurur. Şahı Nəqşibənd həzrətləri də, “Bir şey yemək, ac qalmaqdan yaxşıdır” buyurur.

Az yemək əlbəttə yaxşıdır, fəqət az yemək, doymadan əvvəl süfrədən qalxmaq və acmadan süfrəyə oturmamaq deməkdir. Yoxsa ac qalmaq demək deyildir.

İmam Rəbbani həzrətləri buyurur ki: İnsanlar, riyazət çəkmək deyiləndə, aclıq çəkməyi  və nafilə oruc tutmağı anlayırlar. Halbuki dinimizin əmr etdiyi qədər yemək üçün diqqət etmək, min illərlə nafilə oruc tutmaqdan daha çətin və daha faydalıdır. Bir kimsənin önünə ləzzətli, dadlı yeməklər qoyulsa, iştahı olduğu halda və hamısını yemək istədiyi halda, dinimizin əmr etdiyi qədər yeyib, çoxunu tərk etməsi, şiddətli bir riyazətdir və digər riyazətlərdən çox üstündür. (Mənaqib-i Əhmədiyyə, H.S. Vəsiqələri)

Muhamməd Məsum həzrətləri də buyurur ki: Yeməkdə, içməkdə orta yolu tutmaq lazımdır. Zəiflik verəcək qədər çox yeməmək lazımdır. İbadət edə bilməyəcək qədər də pərhiz etməmək lazımdır. Övliyanın böyüklərindən  Şahı Nəqşibənd həzrətləri, “Yaxşı ye, yaxşı çalış” buyurdu. İbadət və yaxşılıq etməyə köməkçi olan hər şey yaxşı və mübarəkdir. Bunları azaldanlar da qadağandır. (2/110)

İmtahana ac girmək

Sual: İmtahanlara ac qarnına yoxsa tox qarnına girmək daha uyğundur? Oruclu olmağın bir zərəri vardır?

CAVAB

İmtahana ac girməyin bir zərəri olmaz. Oruclu olmaq da yaxşıdır. Toxluq, unutqanlığa səbəb olar. Qəlbi kor edər, zehin yaxşı çalışmaz. Ehtiyac qədər yemək lazımdır. Çox yeyib-içməyin zərəri çoxdur. Bir hədisi-şərif məalı:

“Qiyamətdə ən ac qalacaq olan, dünyada ən çox tox olandır”  [Beyhəqı]


В корзине: 0 шт.

на сумму: 0

Cəmi: 0

Оформить заказ Очистить корзину