Sual: Ruh təmizliyi nədir?
CAVAB
Hədisi-şərifdə, “Elm ikidir: Bədən bilgisi, din bilgisi” buyuruldu. Yəni “Elmlər içində ən lüzumlusu ruhu qoruyan din bilgisi və bədəni qoruyan tibb bilgisidir” buyuraraq hər şeydən əvvəl ruhun və bədənin gümrah olması üçün çalışmağın lazım olduğunu əmr etdi. İslamiyyət, bədən bilgisini din bilgisindən əvvəl öyrənməyi əmr edir. Çünki bütün yaxşı əməllər bədənin sağlam olması ilə edilə bilər.
İslamiyyətdə ruh təmizliyi əsasdır. Yalan söyləyən, hiyləgərlik edən, insanları aldadan, zülm, haqsızlıq edən, din qardaşlarına kömək etməyən, özünü başqalarından üstün göstərən, ancaq öz mənfəətlərini düşünən bir kimsə, nə qədər ibadət edərsə etsin, həqiqi bir müsəlman sayılmaz. Qurani-kərimdə məalən buyuruldu ki:
“Ey Rəsulum, qiyamət gününü inkar edən, yetim-yesiri incidib haqqını qəsb edən, kasıbı doyurmayan və başqalarını da kasıba yaxşılıq etməyə təşviq etməyən o şəxsi gördünmü?” [Maun]
Bu kimi kəslərin ibadəti qəbul olunmaz. İslam dinində qadağanlardan, haramlardan çəkinmək, əmrləri, fərzləri yerinə yetirməkdən daha əvvəl gəlir. Həqiqi bir müsəlman hər şeydən əvvəl tam və mükəmməl bir insandır. Gülər üzlü, şirin dilli, doğru sözlüdür. Hirslənmək nədir bilməz. Hədisi-şərifdə buyuruldu ki:
“Bir insana mülayimlik verilmişsə, dünya və axirət yaxşılıqları verilmişdir.” [Tirmizi]
Müsəlman son dərəcə təvazökar, alçaq könüllüdür. Ona müraciət edən hər kəsi dinləyər və imkan tapdıqca kömək edər. Müsəlman ağırdır, nəzakətlidir. Ailəsini və vətənini sevər. Hədisi-şərifdə, “Vətən sevgisi imandandır” buyuruldu. Bunun üçün vətəninə hücum edənlərə qarşı lazım olan vəzifəsini edər. Həqiqi müsəlman dininə, anasına, atasına, xocasına, böyüyünə qarşı hörmətlidir, lüzumsuz şeylərlə məşğul olmaz, ancaq faydalı şeylərlə məşğul olar, qumar oynamaz, vaxtını boşa keçirməz.
В корзине: 0 шт.
на сумму: 0