Facebook Twitter WhatsApp

Nəsibin çıxmaması

Sual: Heç bir əxlaqi və bədəni bir qüsurum olmadığı halda, yaşın otuzu keçməsinə baxmayaraq ailə qura bilməyən bir qızam. Ətrafımdakılar, “evdə qaldı” deyə dedi-qodu edirlər. Bunda mənim təqsirim olmadığı halda, bu da qədərdəndir?

CAVAB

Cəbriyyə deyilən bidət firqəsi qədəri günahlandırar. Mutəzilə firqəsi də qədərin rolunu inkar edər. Hər şey təqdir ilədir. Qədərin yaxşısı, pisi, şirini, acısı hər zaman Allahu təaladandır. Qədər Allahu təalanın olacaq şeyləri əzəldə bilməsidir. Qəza, qədərdə olan şeyləri, zamanı gələndə yaratmasıdır.

Evlənmək, nəsibi çıxmaq və ya çıxmamaq da təqdirə bağlıdır. Allahu təala təqdirinə görə səbəblər yaradar. Məsələn, bir qız dua edər, “Ya Rəbbi, evlənmək haqqımda xeyirli isə, evlənməyi mənə nəsib eylə” deyər. Duası qəbul olarsa evlənər. Evlənmək üçün tədbir almaq və səbəblərə yapışmaq lazımdır. Məsələn, pis biri ilə evlənib də təqsiri qədərə yükləmək doğru deyildir. 

Təbdir alıb səbəblərə yapışdıqdan sonra evlənə bilmədim deyə özünü çətinliklərə soxmaq çox səhv olar. “Nasibukə, yusibukə” buyurmuşdurlar. “Nəsibsə qovuşarsan” deməkdir. Yenə, “Nəsibsə gələr Hinddən, Yəməndən, nəsib deyilsə, nə gələr əldən” demişdirlər.

Çətin şeylərdən xilas olmaq üçün, rahat ibadət edə bilmək və haramlardan qaçmaq üçün, səbr edərək dua etmək lazımdır. Peyğəmbər əfəndimiz, “Möminin silahı duadır” buyurdu. (İ.Əbiddünya)

Quranı-kərimdə də məalən, “Ey iman edənlər, Allahdan səbir və namazla kömək istəyin” buyurulur. (Bəqərə 153)

Göründüyü kimi, səbrin, namaz və duanın önəmi çox böyükdür. İnsana çətinlik bəzi şeylərdə israr etməsindən irəli gələr. Tədbir almaq lazımdır, fəqət tədbirə də güvənməmək lazımdır. Çünki tədbir, təqdiri dəyişdirə bilməz. Təqdirə boyun əymək və ona inanmaq fərzdir. Hədisi-şərifdə buyuruldu ki:

“Qədərə riza göstərmək xoşbəxt olmağa, rizasızlıq isə bədbəxtliyə əlamətdir.” [Tirmizi]

Muhamməd Məsum həzrətləri buyurur ki:

İnsana gələn əzablar təqdiri ilahi ilə gələr. Razı olmaq lazımdır. İbadətərə davam, ələmlərə, xəstəliklərə səbir edə bilməkdir. Allahu təalanın kərəmindən afiyət gözləmək lazımdır! Məxluqlardan bir şey gözləməmək lazımdır, hər şeyin Haqq təaladan gəldiyini bilmək lazımdır! Dərdlərdən, ələmlərdən xilas olmaq üçün dua və istiğfar etmək lazımdır! Onun təqdiri, iradəsi olmadıqca, kimsə kimsəyə zərər verə bilməz. Bununla birlikdə səbəblərə yapışmaq Peyğəmbərlərin yoludur. Səbəblərin təsirini də Allahu təaladan tələb etmək lazımdır! (C.1, m.72)