Sual: Cəmiyyətdə gəlin, ərinin ata-atasını və digər qohumlarını istəmir. Kürəkənin yanında oğlan tərəfindən bir adam iki gün qala bilərsə, qız tərəfindən aylarla qalır. Bu ədalətsizlik deyilmi? Kiçik bir şey kədərli hadisələrə səbəb olur. Daima gəlin tərəfinə haqq qazandırılır. Arada kürəkən qalır. Bu vəziyyət kürəkəni depressiyaya salır. Gəlin, haqlı bir səbəb yoxkən, ərinin ana-atasını və ya digər qohumlarını evə qəbul etmir. Gəlsələr belə, gəlib getdikləri bir olur. Gəlin, “Mən onlara baxmağa məcbur deyiləm” deyir. Dini baxımdan gəlin ərinin qohumunu evə qəbul etməyə bilər? Onun haqqı kişinin haqqından üstündür? Ərinin ana-atasından biri qocalanda və ya baxıma möhtac olanda, bunlara kim baxacaq? Peyğəmbərimiz, “Ana-atanız sizin yanınızda qocaldığı vaxt onlarla yaxşı rəftar edin” buyurmadımı? Cəmiyyətin bu problemini kim həll edəcək?
CAVAB
Dinimizdə kişi xanım tərəfinin qohumlarını, gəlin də ərinin qohumlarını evə almağa məcbur deyildir. Lakin, mən məcbur deyiləm, deyərək həyat yoldaşının qohumlarını və nəticədəhəyat yoldaşını üzərsə o evdə səadət olmaz. Bu baxımdan xanımını sevən, onunla yaxşı dolanmaq istəyən kişi xanımın məhrəm qohumlarının evə gəlməsinə mane olmaz. Gülü sevən tikanına dözər, dözməsi lazımdır. Dostun dostlarını sevmək, düşmənlərinə də düşmən olmaq lazımdır.
Kişi xanımın məhrəm qohumlarını evinə qəbul etməzsə, xanımının onları görmələrinə və danışmalarına mane ola bilməz. Bunlardan saleh olanlarına həftədə bir dəfə gəlib oturmaları üçün mane olmaması yaxşı olar.
Xanımın qohumları
Xanımın saleh olan qohumunu qonaq etmək, yaxşı qarşılamaq lazımdır. Xanımının ana-atasının əllərini öpmək, onlara yemək, içki ikram etmək lazımdır. Onlarla gözəl söhbət etmək, əmri-məruf və nəhyi münkər etmək (Allahu təalanın əmr və qadağalarını bildirmək) lazımdır. Uzaq yerdən gəlmiş isələr, “İstədiyiniz qədər qalın” deməsi lazımdır. Onların qəlblərini xoş etməyə, xeyir-dualarını almağa çalışması lazımdır. Özünün və xanımının qohumundan fasiq olanlar xanımının dinini, əxlaqını pozmaq istəyənlər varsa, onları evinə almaması və onların evlərinə getməməsi lazımdır. Onlarla görüşməməli və xanımını da görüşdürməməlidir. Lakin, onlara da və heç kimsəyə sərt davranmamalı, münaqişə etməməli, fitnə çıxmasına səbəb olmamalıdır. Din və dünyalarına zərər gələcək şeylərdən çəkinməsi, hər kəsə qarşı gülər üzlü, şirin dilli olması lazımdır.
Qadınların qəlbləri incə və zərif olduğu üçün bir-birinə həsəd edənləri çoxdur. Bu baxımdan, xüsusilə yeni evlilər oyanıq olmalı, qadınların xanımını gözü götürməməsinə aldanmamalı, belə şeylər deyilməsinə fürsət verməməli, belə sözlərə aldanıb xanımını incitməkdən çəkinməlidir!
Anası və bacıları haqqında xanımının söylədiklərinə qarşı da oyanıq olmalı, anaya edilən əziyyətə heç bir surətlə göz yumaması lazımdır! Anasına özünün, xanımının və uşaqlarının mütləq hörmət göstərməsi lazımdır. Ana-ataya, qayınana və qayınataya hörmət, xidmət edilməsi birinci vəzifə olması lazımdır! Böyüklərin razılığını, duasını almağa çalışmalı, xeyir-dualarını böyük qazanc bilmək lazımdır. Bunlara riayət edən dünyada da, axirətdə də xoşbəxt olar.
Xanımla yaxşı dolanmaq
Kişinin həmişə özünü qüsurlu görməlidir, “Mən yaxşı olsaydm, o belə olmazdı” deyə düşünməlidir. Xanımının yaxşılığını, iffətini Allahu təalanın böyük neməti bilməsi lazımdır. Onun pis xasiyyətinə yaxşılıqla rəftar etməli, yaxşılığı çoxalıb, hər işi sevə-sevə edincə, ona dua etməli və Allahu təalaya şükr etməlidir. Çünki, uyğun bir xanım böyük nemətdir. Yaxşı davranmaq, yalnız xanımı üzməmək deyil, onun verdiyi sıxıntılara da dözməkdir. Yaxşı müsəlman olmaq üçün xanımla yaxşı dolanmaq şərtdir. Qurani-kərimdə məalən, “Onlarla yaxşı, gözəl dolanın” buyuruldu. (Nisa 19)
Hədisi-şəriflərdə də buyuruldu ki:
“Müsəlmanların ən yaxşısı, ən faydalısı xanımına ən yaxşı, ən faydalı olandır.”[Nəsai]
“Qadınlarınızı üzməyin! Onlar Allahu təalanın sizlərə əmanətidir. Onlara yumşaq davranın, yaxşılıq edin!” [Müslim]
Ağlı olan ər-arvad bir-birini üzməz. Həyat yoldaşını üzmək, incitmək axmaqlıq əlamətidir. Zalım, pis xasiyyətli bir şəxsin həyat yoldaşı davamlı kədərlənərək sinirləri pozular. Sinir xəstəsi olar. Sinirlər pozulanda, müxtəlif xəstəliklər hasil olar. Həyat yoldaşı xəstə olan bir şəxs məhv olmuş, səadəti sona çatmış deməkdir. Həyat yoldaşının xidmətindən, köməyindən məhrum qalmışdır. Ömrü onun dərdlərini dinləməklə, ona həkim axtarmaqla, ona alışmamış olduğu xidmətləri etməklə keçər. Bütün bu fəlakətlərə, bitməyən sıxıntılara öz pis xasiyyəti səbəb olmuşdur. Dizlərini döysə də təəssüf ki, bu peşmanlığının faydası olmaz. O halda həyat yoldaşına ediləcək xasiyyətsizliyin, işgəncənin zərəri özünə olar. Ona qarşı həmişə gülər üzlü, şirin dilli olmağa çalışması lazımdır! Bunu edə bilən rahat və dinclik içində yaşayar, Rəbbinin razılığını qazanar!
Haqsız olan kişidir, yoxsa qadın?
Yuxarıdakı yazımız üzərinə bəzi kişilər, “Həmişə xanımların haqqından bəhs edirsən, bir az da kişilərin haqqından bəhs et! Xanım öz qohumlarını evə qəbul edir, bizimkiləri etmir. Ər haqqı mühümdür, deyə yaz” dedilər.
Mən, hər vaxt kişini hökumət, qadını da müxalifət olaraq qəbul edirəm. Kişinin, “Xanım, öz qohumlarını evə alır, mənimkiləri qoymur” deməsi, hökumətin, “Müxalifət bizə imkan vermir iş görək” deməsinə bənzəyir. Hökumət icra qüvvətidir. Müxalifətlə məsləhətləşmədən, hətta onun maneə törətməsinə baxmayaraq istədiyini edə bilər. Xanımına “Sən mənim qohumlarımı qəbul etmirsən, mən də sənin qohumlarının gəlməsinə razı olmaram” deyə bilməyən kişinin günahını xanımına yükləməsi əfv edilməz bir səhvdir. Sevgi, hörmət qarşılıqlı olar. Qadın məcbur olmadığı şeyləri bir lütf olaraq edərsə, kişi də ona əlindən gələn yaxşılığı, fədakarlığı əlbəttə edər.
Xidməti seçim
Anam on ilini yatalaq olmaqla iyirmi il xəstə yatdı. Xanım məcbur olmadığı halda, gecə-gündüz yatalaq anama baxdı. Xanım baxmasaydı əlbəttə anamı küçəyə ata bilməzdim. “Xanımını anasından üstün tutana Allah lənət etsin” hədisi-şərifini bilirdim. Xanım baxmasaydı, anama özüm baxar, xanım da istirahət etmək üçün atasının evinə gedərdi. Xanım da bunu bildiyi üçün istirahət etməyi düşünmədi, xidmət etməyi seçdi. Çünki xanım bu hədisi-şərifləri bilirdi:
“Qadın üçün ən böyük haqq sahibi əri, kişinin də anasıdır.” [Hakim]
“Ər haqqına riayət, Allah yolunda cihad etmək kimi savabdır.” [Bəzzar]
“Qadın ərinin haqqını ödəmədikcə, Allahu təalanın haqqını ödəmiş olmaz.” [İbni Macə]
“Ərinə nankorluq etməyən və namaz qılan qadın Cənnətə girər.” [Şirə]
Bəli, xanımı üzmək doğru deyildir. Lakin, onun yerli yersiz hər dediyini etmək də doğru deyildir. Bu hədisi-şərifləri bilmək lazımdır:
“Xanıma qul olan həlak olar.” [İ.Qəzali]
“Xanıma itaət peşmanlıqdır.” [Qudai]
Qadının nə düşünməlidir
Qadınların pis yola düşməməsi üçün kişinin lazım olan tədbirləri alması lazımdır! Yəni qadın, “Əgər mən xainlik etsəm, ərim məni bəlkə tərk edər” düşüncəsində olması lazımdır! Yaxşı qadın etdiyi yaxşılığı ərinin başına qaxmaz. Yeyib-içmək və geyim kimi məsələlərdə ərini üzməz, edə bilməyəcəyi şeyi ondan istəməz. Ərinin şərəfini qoruyar, hər işdə onun razılığını qazanıb könlünü xoş etməyə çalışar və onu üzməz. Peyğəmbər əfəndimiz qızının ağladığını görüb soruşdu:
Bunları bilən kişi və qadın bir-birini nə üçün üzsün?
В корзине: 0 шт.
на сумму: 0