Facebook Twitter WhatsApp

Tarlanız təbiri

Sual: “Qadınlar sizin tarlanızdır” məalindəki ayətlə anal və ya oral yol kimi, hər növ əlaqəyə icazə verildiyi deyilir. Bunlar dinimizdə qadağan deyildirmi?

CAVAB

Bildirdiyiniz ayəti-kərimənin məalı belədir:

“Qadınlarınız sizin [övlad yetişdirən, əkin] tarlanızdır. O halda [övlad yetişdirmək üçün toxum əkilmiş tarlanıza, yəni uşaqlığa] dilədiyiniz kimi [arzu etdiyiniz şəkildə, gecə, gündüz] gəlin. Özünüz üçün öndən yaxşı əməllər göndərin [xeyirli övladlar yetişdirin]. Bir də Allahdan qorxun və bilin ki, əlbəttə Allahın hüzuruna gələcəksiniz. İman edənlərə [Cənnəti] müjdələ!” [Bəqərə 223]

Bu ayədə uşağa sahib olmaqdan bəhs edilir. Bir əvvəlki ayədə, qadınlarınıza məşru (dinə uyğun) yoldan yaxınlaşın deyilir. Bu ayədə də tarla deyilir. Tarla, məhsul yetişdirilən yer deməkdir. Tarlaya toxum əkilən yer bəllidir. Başqa yerdən toxum əkilərsə məhsul alınmaz. Bu ayənin nazil olma səbəbi təfsirlərdə belə bildirilir:

Yəhudilərin “Qadının arxasından ön üzvünə yaxınlaşılarsa, uşaq çəp olar” demələri üzərinə, Allahu təala da elə bir şey olmadığını, ön üzvdən olmaq şərtilə hər şəkildə birləşməyin zərəri olmadığını bildirir.

Bu ayənin anal və ya oral yolla bir əlaqəsi yoxdur. Hələ analdan yaxınlaşmaq, böyük günahdır. Peyğəmbər əfəndimiz, “Xanımına arxa üzvündən [analdan] yanaşan lətlənmişdir” buyurur.

Zövcəsinə arxa yoldan yaxınlaşan kimsəylə, kişi ilə livata (kişinin kişi ilə cinsi əlaqəsi) edən hökm etibarilə eynidir, çünki nəcis çıxan yerdəki nəcasət və narahatlıq verici şeylər aybaşı qanından daha çoxdur. Aybaşı, qan nəcasəti olduğu üçün halal yol belə haram olur. O baxımdan, nəcasət yeri olan anal, daha çirkin və daha natəmizdir. (Qurtubi təfsiri)


В корзине: 0 шт.

на сумму: 0

Cəmi: 0

Оформить заказ Очистить корзину