Facebook Twitter WhatsApp

Hər kəsin bir vəzifəsi var

Qadın-kişi birlikdə işləyən yerlərə hamımız getmişik. Demək olar ki, bu dövrdə hər yerdə qadın və kişilər bir yerdə işləyir. Oralarda işləyən qadınlarla kişilərin aralarındakı dialoqlara da zaman-zaman şahid olmuşuq. Diqqət edilmişsə, çox səmimi sənli-mənli, senzurasız söhbətlər, yaşlarına və mövqelərinə yaraşmayan tərzdə zarafatlar və ən acınacaqlısı da etdiklərini normal sayan bir sıra insanlarla qarşılaşmışıq. Ayrıca işləyən qadınların çoxunda “işləyirəm, işimdən gəlir əldə edirəm, pul da qazanıram, eləysə, mən ayaqları üzərində dayana bilən, cəmiyyətdə söz sahibi olan və özünə güvənən bir qadınam” düşüncəsi içində davrandıqlarını da görürük.

Iş yerində müdirindən bir afərin almaq üçün müxtəlif səylər göstərən işləyən qadınlar, eyni səyi ərlərini xoşbəxt etmək, ərinin bir tərifini qazanmaq üçün göstərsəydilər, o ev güllük-gülüstanlıq olardı. Eyni zamanda bu hal bəylər tərəfindən də fərqli özünü göstərir. İş yerində qarşılaşdığı xanımlara göstərdiyi nəzakətin, mehribanlığın, komplimentin dörddə birini evdəki xanımına göstərsələr, xanımının hörmət və sevgisini daha çox qazanardılar hər halda...

Bəli, həqiqətən də bizə və uşaqlarımıza qulluq etməklə, evimizin nizam-intizamı, təmizliyi ilə məşğul olan, hətta çətinliklərə sinə gərməkdə həmişə bizimlə olan xanımlarımız kənardakı qadından daha çox xoş Münasibət və nəzakətə layiq deyillərmi?

Haramlardan uzaq duran, hətta harama düşmək qorxusundan evində olmağı seçən, örtüsünə və ibadətlərinə diqqət edərək özünü qoruduğu kimi dinimizin bildirdiyi şəkildə davranaraq ərini də günaha girməkdən xilas edən xanımlarımız daha çox iltifata və diqqətə layiq deyilmi?

Qəzetlərin insan qaynaqları səhifəsindəki reklamlara baxdınızmı? İş elanlarında həmişə xarici görünüşü və diksiyası düzgün, gözəl olan qadın işçi axtarılır... Niyə daha çox qadın işçi seçilir, çox keyfiyyətli bir təhsil almış, ev dolandırmaq məcburiyyətində olub iş tapa bilməyən bu qədər kişi var ikən?

İnsanın ağılına, “Sanki bu işdə bir iş var, görəsən qəsdən qadın küçəyə çəkilmək istənilir?” kimi şeylər gəlir. Yad qüvvələr öz cəmiyyətlərində ailə anlayışını itirdilər, zərərlərini öyrənəndə indi geri qazanmağa çalışırlar. Ancaq bizimlə məşğul olmağı sürətləndirirlər. Bir cəmiyyətə veriləcək ən böyük zərər ailəni dağıtmaqdır... Bunu da ailənin təməlini və birliyini təmin edən ananı, yəni qadını degenerasiya edərək etməyə çalışırlar.

Görünür bacarmaq üzrədirlər. Baxın, qadınlar kişiləşməyə, kişilər də qadınlaşmağa başlayıblar... Rollar dəyişib. İş tapa bilməyən ata evdə oturub uşaqlara baxarkən, qadının işləməməsinin mümkün olmadığı görüldüyü indiki vaxtda, ailə dolanışığının ağır yükü həyat müştərəkdir adı altında qadına yüklənir.

Budur sizə başqa bir mənzərə:

Bir kişi evlənmək istəyir, anası soruşur:

-  Necə bir qızla evlənəcəksən?

Gənc cavab verir:

- Fərqi yoxdur, işləyən biri olsun, mən tək necə ev dolandırım? O da işləyərsə, birimizin maaşı kommunal ödənişlərə, ev kirayəsi və s... Birimizinki də boğazımıza, paltarımıza filan ancaq çatar.

- Çox yaxşı oğlum, sən işləyəcəksən, o yeyəcək, əlbəttə ki o da işləsin. Harada işləsin?

- Mən satıcı filan istəmirəm, elə işlər müvəqqəti olur. Müəllim ola bilər, dövlət işçisi də olsa olar...

Bunun kimi söhbətlər, axtarılan xüsusiyyətlərdə qız tapılır, nişan, toy, bal ayı filan deyərkən,

- Bəs mən yazıq deyiləm? Bəs həyat müştərəkdi, bəs sən də mənə evdə kömək edəcəkdin? Kömək etməyi kənara qoy, öz əşyalarını yığışdırmağın da bəs edər. Gələn kimi mətbəxə girirəm, yemək, qab-qacaq, evi yığışdırmaq bezdim artıq. Sən yorulursan, mən yorulmuram? Mən də sənin kimi evə gələn kimi əlimə pultu alıb televiziyanın qarşısına keçsəm ac qalarıq ac...

- Əlbəttə ki, edəcəksən, sən qadın deyilsən, mən edəcəyəm yeməyi, ütünü? Çox danışma, süfrəni hazırla çox acımışam.

Bu müzakirələri kənardan izləyənlər bəlkə bir uşaq olsa hər şey yoluna girər deyə düşünərkən əslində qarışıq olan vəziyyət uşağın olmasıyla içindən çıxılmaz bir hal alar.

- Uşağa kim baxacaq? Anam xəstə, ee sənin anan da uşağı çox şıltaq edir, əxlaqı pozulur uşağın.

- Ən yaxşısı bir körpələr evi tapaq, körpələr evinə verək uşağı...

Uzun araşdırmalar, yoldaş tövsiyələriylə bir körpələr evi tapılır, uşaq oraya verilir, ananın ağıllı balası, bütün gün nə etdi, nə yedi, qızdırması da vardı, necə oldu görəsən? Bütün bu suallar, düşüncələr və ananın gizli çəkdiyi, amma söyləmədiyi bir vicdan əzabı, bir günah hissi içini həmişə gəmirir. Əslində hesab ortadadır, qadının aldığı pul körpələr evinə, öz xüsusi ehtiyacları üçün, istifadə etdiyi makiyajına ancaq çatır. Onda niyə bu qədər çətinlik çəkir ki?

Səhər tezdən qalxıb hazırlanmaq, uşağı hazırlamaq, üstəlik tam da hüzurlu isti evində yatarkən onu oyatmaq, bütün gün iş yerində axşama nə bişirim, qonağa nə hazırlayım, uşaq necədir görəsən, kimi düşüncələrlə boğuşmaq. İşdən sonra evə gələndə eyni minvalla davam etməkdə, sürətlə yemək hazırlayıb, yenə eyni sürətlə yeyilib, sabahısı günün yeməyi hazırlanıb, uşaqla məşğul olmağa vaxt qalmadan baxır ki, çoxdan gecə yarısı olub. Bir kənarda anasının gəlməyini, ona diqqət yetirməyi gözləyərkən yatıb qalan balanızı qucaqlayıb, bir öpüşlə yatağına yatırarsanız. Budur, bütün gün qaçıb dayanarkən bir də baxar ki, ömür keçib, uşaq böyüyüb, amma fikir də verməyib ki, nə əvvəlki gözəlliyi, nə əvvəlki sağlamlığı, nə də artıq problemlərlə başa çıxacaq gücü qalmışdır.

Bu qədər il ər-arvad işləyiblər, amma heç bir şey əldə etməyiblər. Hələ borcunu ödədikləri evi saymazsaq, ömür vəfa edərsə, borcdan xilas olub rahata çıxarıq deyə gözləyərkən, övladların evlənməsi kimi səbəblərdən, borc üstünə borc gəlir...

- Bəs ikimiz də işləsək rahat edərdik, daha yaxşı yaşayardıq? Həmişə çətinlik çəkdik, indi ömür bitdi, hesab veriləcək, amma dünyada rahat yaşamaq üçün çətinlik çəkdik, fürsət tapa bilmədik ki, əbədi yaşayacağımız yer üçün hazırlıq edək, üstəlik həmişə sərmayədən yedik əldə bir şey qalmadı. Nə üçün, kimin üçün, necə yaşadıq, nə qoyduq? Kreditləri ödəməyə heç laqeyd davranmadım, amma imanımı, dinimi öyrənməkdə laqeyd davrandım. Dinini öyrətmədən uşağımı Amerikaya magistr oxumağa göndərdim. Uşağım oralarda əməlli başlı pozuldu. Axirətdə məni çətinlik çəkərək, günah işləyərək oxutdun deyib təşəkkür etməyəcək, yaxama yapışıb nə üçün mənim günah işləməyimə mane olmadın, niyə mənə dinimi öyrətmədin deyəcək.

Yaxşı, bəs onda niyə bu qədər işləyib günaha girmək istəyirik ki? Üç günlük dünya üçün sonsuz olan axirət həyatını fəda etmək ağıllı adamın işidirmi?

 


В корзине: 0 шт.

на сумму: 0

Cəmi: 0

Оформить заказ Очистить корзину