Sual: Yad qadınlara baxmaq günahdırmı?
CAVAB
Qadınlara da kişilərə də lüzumsuz və ya şəhvətlə baxmaq günahdır. Ayəti-kərimədə məalən buyuruldu ki:
“Ey Rəsulum, möminlərə söylə harama baxmasınlan və övrət yerlərini haramdan qorusunlar! İmanı olan qadınlara da söylə harama baxmasından və övrət yerlərini haramdan qorusunlar!” [Nur 30]
Hədisi-şəriflərdə də buyuruldu ki:
“Kişinin qadına, qadının da kişiyə [şəhvətlə] baxması haramdır.” [Tabərani]
“Harama baxmaq şeytanın zəhərli oxudur. Allahu təaladan qorxub yad qadına baxmayana zövqlü bir iman nəsib olar.” [Ramuz]
“Yad qadına şəhvətlə baxanın gözləri odla doldurulub Cəhənnəmə atılar, ona toxunanın qolları boynundan bağlanıb Cəhənnəmə atılar, lüzumsuz və şəhvətlə danışanın hər kəliməsi üçün min il Cəhənnəmdə qalar.” [R.Nasıhin]
“Qonşu və dost xanımına şəhvətlə baxmaq yad qadına baxmaqdan və evli qadına baxmaq, qıza baxmaqdan daha çox günahdır. Zina da belədir.” [R.Nasıhin]
Bir kişinin bir qadına toxunması, zərurətsiz danışması, görünməyən bir yerdə tək qalmaları haramdır. Peyğəmbər əfəndimiz belə heç bir qadınla əllə görüşmədi. Bir hədisi-şərifdə buyurulur ki:
“Əlbəttə, mən qadınlarla əllə görüşmərəm.” [Nəsai, İbni Macə, Təbərani]
Həzrəti Aişə anamız da buyurdu ki:
“Rəsulullah ona halal olan qadınlardan başqa heç bir qadına toxunmadı.” [Buxari, Müslim]
Yenə hədisi-şəriflərdə buyurulur ki:
“Bir kişinin başına dəmir bir şişin batması, naməhrəm bir qadına toxunmasından daha yüngül olar.” [Tabərani, Beyhəqı]
“Yad qadına toxunan şeytanla birlikdə zəncirə vurulub atəşə atılar.” [Şirə]
“Qadınlarla bir arada tək qalmaqdan çəkinin. Allaha and içərəm ki, bir kişi bir qadınla tək qalanda aralarına şeytan girər. Bir kimsənin palçıqlı bir donuzla sıxışmış vəziyyətdə olması, o kimsə üçün ona halal olmayan bir qadına toxunmasından daha yüngüldür.” [Tabərani]
Naməhrəmlə danışmaq
Qadınlar zərurət olmadıqca naməhrəm kişilərlə danışa bilməz. Ramuzun 469-cu səhifəsində yazılı ilk hədisi-şərif belədir:
“Ey qadınlar, ancaq məhrəminiz olan kişilərlə danışın, məhrəminiz olmayanlarla danışmayın!” [İbni Səid]
Siz iffətli olarsanız
Kişilər iffətsiz [yəni namussuz] olarsa, fahişəxanaya filan gedərsə, xanımları, qızları da pis yola düşə bilər. Hədisi-şəriflərdə buyuruldu ki:
“Siz iffətli olarsanız, qadınlarınız da iffətli olar.” [Hakim]
“Onun-bunun xanımını, qızını aldadan bizdən deyildir.” [İ.Əhməd]
“Zina edən eyni şeyə məruz qalar.” [İ.Nəccar]
[“Döymə özgə qapısını, döyərlər qapını”, “Edən görər” deyilmişdir.]
Qurani-kərimdə məalən, “Zinanın açığına da, gizlisinə də yaxınlaşmayın” buyurulur. (Ənam 151)
Buradakı yaxınlaşmayın demək, zinaya aparacaq səbəblərdən, hərəkət və işlərdən çəkinin, yad qadınları düşünməyin, onlarla danışmayın, onların səslərini dinləməyin, onlara baxmayın deməkdir. Yad qadınlara baxmaq gözü zəiflədər, qəlbi qaraldar. Peyğəmbər əfəndimiz də “göz zinası” haqqında buyurur ki:
“Yad qadına şəhvətlə baxmaq göz zinasıdır, onu tutmaq əl zinasıdır, ona getmək isə ayaqların zinasıdır.” [R.Nasıhin]
“Bir yad qadın görüb, Allahdan qorxaraq başını ondan çevirənə Allahu təala ibadətlərin dadını hiss etdirər.” [Əbu Davud, İ.Əhməd, Hakim]
“Övrət yerini açana, başqasının övrət yerinə baxana Allah lənət etsin!” [Beyhəqı]
“Qadının üzündən və iki əlindən başqa bütün bədəni övrətdir.” [M.Enhür]
Qadınların Qurani-kərim, mövlud, ilahi oxuyaraq səslərini kişilərə eşitdirmələri haramdır. [Dinamik, radio və TV ilə eşitdirmələri isə məkruh olar.] (Tərqib-üs-salat, Hadiqa)
Sual: Aşağıdakı iddialar islahatçı bir jurnalistə aiddir. Cavab verərsiniz?
“Qarşılaşan iki yoldaşın bir-birinin əlini öpməsi sünnətdir.”
CAVAB
Haram olduğu Rədd-ül Muxtarda yazılıdır.
“Peyğəmbərimiz qadınlara əl öpdürməmişsə də onlarla müsafəha edərdi. Çünki müsafəha etmək sünnətdir. Əgər Peyğəmbərimiz indi olsaydı qadınlara mütləq əl öpdürərdi. Çünki alimlərin əlini öpmək caizdir.”
CAVAB
Peyğəmbər əfəndimizin qadınlarla müsafəha etdiyi yalandır. Alimin, ana-atanın əli öpülər. Fəqət naməhrəm qadın bir alimin əlini öpə bilməz. İmam Rəbbini həzrətləri buyurur ki:
“Peyğəmbər əfəndimiz kişilərlə müsafəha edərək sözləşdikdən sonra qadınlarla da razılaşdı. Qadınların biyəti tək söz ilə oldu. Mübarək əli qadınların əlinə toxunmadı.” [3/.41]
Tibyanda Mümtəhinə surəsinin 12-ci ayəsinin şərhində deyilir ki:
Peyğəmbər əfəndimiz onunla ilə biyət edilərkən heç bir yad [naməhrəm] qadınla müsafəha etməmişdir. Həzrəti Aişə dedi ki:
“Peyğəmbər əfəndimizin qadınlarla biyəti söz ilə idi. Onun əli heç bir yad qadının əlinə dəyməmişdir.” [Müslim]
“Həkim qadına toxunur günah olmur, amma mənim əlimi öpüncə nə üçün günah olsun?”
CAVAB
Həkim zərurət olanda ehtiyac miqdarı qadına toxunması caizdir. Ehtiyacdan çox yerini açması haramdır. Əl öpməkdə bir zərurət yoxdur ki, həkimlə müqayisə edilsin.
“Alim övlad cahil atasına imam ola bilməz.”
CAVAB
Səhvdir. Övlad bilgiliysə atasına imam ola bilər. Bunu səhv olaraq kölənin imamlığına bənzətmişdir. Kölənin imamlığının məkruh olması, kölə olduğu üçün deyil, xidmətlə məşğul olmasından ötəri elm təhsilinə vaxt tapa bilməyəcəyi üçündür. Əgər alim olarsa kölənin də imamlığı məkruh olmaz. Korun imamlığının məkruh olmasının səbəbi də paltarını təmizləyə bilməməsidir, fəqət paltarı təmiz olan korun da imam olması məkruh deyildir. Çünki Peyğəmbər əfəndimiz kor olan İbni Məktum həzrətlərini dəfələrlə öz yerinə imam təyin etmişdir. (Neməti-İslam)
Naməhrəmə baxmaq günahdır
Sual: Bəzi ateistlər, “ Peyğəmbər zamanında qadınlar örtünməzdi. Müqəvva kimi örtünmək o zaman yox idi. Həzrəti Aişə başı açıq gəzərdi. İndiki örtünməyi sonradan yobazlar uydurdu” deyirlər. Bu vəziyyət hicab ayəsi gəlmədən əvvəl deyildimi?
Bir də ateistlərin təsiri altında qalan bir yoldaş, “Qadınlara baxmaq, onlarla danışmaq, hətta onlarla birlikdə oturmaq da günah deyildir. Qadınların kişilərlə namaz qılmasının da zərəri olmaz. Rəsulullah qadınların arxa safda qılmasını söyləməsi huşu baxımındandır. Yoxsa birlikdə qılmalarında zərər olmaz. Hicab detaldandır” deyir. Qadınların açıq gəzməsi, onlara baxmaq və danışmaq günah deyildir?
CAVAB
Əlbəttə günahdır. Spirtli içkini qadağan edən ayəti-kərimə gəlmədən əvvəl müsəlmanlardan içki içənlər vardı. Bunu örnək göstərib içki qadağan deyildir, demək səhv olduğu kimi hicab ayəsindən əvvəlki vəziyyəti bildirib qadınlarla danışmağın, onlara baxmağın, onlarla oturmağın günah olmadığını söyləmək də belə səhvdir.
Hicab [təsəttür=örtünmə] ayəsi gəlmədən əvvəl qadınlar örtünməzlər, Rəsulullaha gəlib, bilmədiklərini soruşub öyrənərdilər. Rəsulullah əfəndimiz birinin evinə getsə, qadınlar da gələr, oturar, dinləyər, istifadə edərdilər. Beydavidə və Buxarinin təfsir qismində bildirildiyi kimi hicrətdən üç il sonra, Əhzab və beş il sonra Nur surələrindəki hicab ayələri gəlib, qadınların yad kişilər yanında oturmaları, bunlarla danışmaları qadağan edildi. Bundan sonra Rəsulullah əfəndimiz qadınların bilmədiklərini mübarək xanımlarından soruşmalarını əmr etdi.
Hicab ayəsindən əvvəlki vəziyyəti bildirib qadınların açılmasının zərəri olmadığını söyləmək Müsəlmanları aldatmaq olur. Rəsulullah əfəndimizin mübarək xanımı Ümmi Sələmə anamız buyurur:
Meymunə ilə birlikdə Rəsulullahın yanında idik. İki gözü də görməyən İbni Ümmi Məktum icazə istəyib içəri girdi. Rəsulullah bunu görəndə, bizə “İçəri keçin” buyurdu. “O kor deyilmi, bizi görə bilməz” dedim. “O sizi görmürsə, siz onu görmürsünüz?” Yəni, o kor isə, siz kor deyilsiniz ki, buyurdu. (Tirmizi, Əbu Davud, İ.Əhməd)
Hədisi-şəriflərdə buyurulur ki:
“Yad qadını görəndə üzünüzü ondan çevirin! Qəfil görmək günah olmaz isə də, təkrar baxmaq günah olar.” [Əbu Davud, Darimi]
“Həddi-buluğa çatan qız üz və əlindən başqa yerini naməhrəmə göstərə bilməz.” [Əbu Davud]
“Müğənni qadının aldığı pul haram olduğu kimi, onu dinləmək və üzünə baxmaq da haramdır. Haramla bəslənən bədənə Cəhənnəm atəşi layiqdir.” [Tabərani]
“Bir qadın ətir vurub çölə çıxar və qoxusunu hiss etdirmək üçün bir camaatın yanından keçərsə, ona baxana da, özünə də zina günahı [göz zinası] yüklənər.” [Nəsai]
“Gözlər zina edər, əllər zina edər, ayaqlar zina edər, ferc (cinsiyyət orqanı) zina edər.” [Əhməd, Tabərani]
“Gözün zinası harama [naməhrəmə] baxmaq, dilin zinası əxlaqsız danışmaqdır.” [Buxari, Müslim, Əbu Davud]
“Bir qadın gözəl ətirlər vurub, cəlb edici gözəl paltarlar geyərək bir camaatın yanından keçərsə, zina işləmiş kimi günaha girər.” [İbni Hibban]
“Harama baxmayan gözlər Cəhənnəm atəşi görməz.” [İsfəhani]
“Qadına şəhvətlə baxanın, gözlərinə ərimiş qurğuşun tökülüb Cəhənnəmə atılar.” [M.Ənhür]
“Qonşu qadına, dost xanımına şəhvət ilə baxmaq, yad qadına baxmaqdan on qat daha günahdır. Evli qadınlara baxmaq qızlara baxmaqdan daha günahdır.” [Tabərani]
Qadınların saçları da övrətdir. Övrət yerinə bir zərurət olmadan şəhvətsiz də baxmaq haramdır.
İmam Qəzali həzrətləri buyurur ki:
Qadınların, qızların, başı, saçı, qolları, ayaqları açıq olaraq küçəyə çıxmaları haram olduğu kimi, incə, bəzəkli, dar, ətirli paltar ilə çıxmaları da haramdır. Belə çıxmalarına icazə verən, razı olan ana-atası, əri və ya qardaşı da onun günahına və əzabına ortaq olarlar. (Kimyayı səadət)
İmam Zəhəbi də buyurur ki:
Kişilərə zinətini göstərən qadınlara, məsələn, qızıl, inci kimi şeyləri örtüsünün üstünə taxan, ətir vuran, rəngli və ipək parça örtünmüş olan, qol ağızları geniş olub qolları görünən və bunlar kimi özlərini kişilərə göstərən qadınlara Allahu təala dünyada və axirətdə əzab edəcəkdir. (Zəvacir-İbni Həcəri-Məkki)
Təsəttürə riayət etməmək və zinətlərini göstərmək kimi günahlar qadınlarda çox olduğu üçün Rəsulullah əfəndimiz, “Mirac gecəsi Cəhənnəmi göstərdilər, çoxunun qadın olduğunu gördüm” buyurdu. (Tirmizi)
Harama baxmamaq üçün
Sual: Küçəyə açıq-saçıq çıxmış qadınlara baxmamağa çalışsaq da bəzən da baxırıq. Bu kimi vəziyyətlərdə günah işləməmək üçün nə etməyimiz lazımdır?
CAVAB
Harama baxmamaq üçün bunları bilmək lazımdır:
Qadınlara yaxınlaşmayın
Sual: Quranda niyə “Zina etməyin” deyilməyib, “Zinaya yaxınlaşmayın” deyilir.
CAVAB
Bəli, Qurani-kərimdə, “Zinaya yaxınlaşmayın” buyurulur. (İsra 32)
Yenə, Qurani-kərimdə, “Ana və atanı döymə” deyilmir, amma, “Ana-atana of demə” buyurulur. (İsra 23)
Bu ayəti-kərimə də of demədən məqsəd onlara üzücü bir şey söyləmə deməkdir. (Bəydavi)
Burada ən yüngülü deyilərək, bundan belə çəkinilməsi, beləcə daha pis olan işə yaxınlaşılmaması əmr edilir.
“Zinaya yaxınlaşmayın” ifadəsi də zinaya aparacaq səbəblərdən, hallardan, hərəkətlərdən və işlərdən çəkinin deməkdir. Yəni, kişilər üçün yad qadınları düşünməyin, onlara gülümsəməyin, onlara salam verməyin, ehtiyac olmadıqca onlarla danışmayın, hal-xətir soruşmayın, üzlərinə qarşı dua etməyin, onlara məktub, mesaj yazmayın, maillaşmayın, chat etməyin, onların səslərini dinləməyin, onlara baxmayın, onlarla toxunmayın, tək bir otaqda qalmayın, rəqs etməyin və sairə deməkdir.
Qadınlar üçün də diqqət çəkici paltar geyinməyin, ərinizdən başqasına makiyaj etməyin, zinətlərinizi göstərməyin, ətir vuraraq küçəyə çıxmayın, onların görə biləcəyi yerlərdə dayanmayın, onlarla salamlaşmayın, təbrikləşməyin, üzlərinə qarşı dua etməyin, qucaqlaşmayın və sairə deməkdir.
Qadınların kişilərə baxması
Sual: Qadınların yad kişilərə şəhvətsiz baxması caiz deyildir?
CAVAB
Şəhvətsiz, ehtiyac qədər, övrət yeri açıq olmayan yad kişilərə baxmaq caizdir. Şəhvətdən əmin olan qadının yad kişiyə baxması, kişinin kişiyə və ya kişinin məhrəmi olan qadınlara baxması kimi caizdir, yəni günah deyildir. Şəhvətlə baxması isə haram olar. Ancaq mən şəhvətsiz baxıram deyərək, yad kişilərə baxmağı adət halına gətirməsi, ehtiyacsız baxması uyğun olmaz.
Telefonla söhbət
Sual: “Özləri görülmədiyi üçün naməhrəmlə telefonla söhbət, mesajlaşmaq və ya mailləşmək caiz olar” deyilir. Bunda bir ölçü yoxdur?
CAVAB
Ehtiyacsız danışmaq caiz olmaz. Qurani-kərimdəki, “Zinaya yaxınlaşmayın” ifadəsi zinaya aparacaq səbəblərdən, hallardan, hərəkətlərdən və işlərdən çəkinin deməkdir. Məsələn, kişilər üçün yad qadınları düşünməyin, onlara gülümsəməyin, ehtiyac olmadıqca onlarla danışmayın, salam verməyin, hal-xətir soruşmayın, onlar eşidəcək şəkildə dua etməyin, onlara məktub, mesaj yazmayın, mailləşməyin, chat etməyin, onların səslərini dinləməyin, onlara baxmayın kimi mənalara gəldiyi kitablarda yazılıdır.
Paltara baxmaq
Sual: Yad qadının iç paltarına baxmaq caizdir?
CAVAB
Şəhvətlə baxmaq haramdır. (S.Əbədiyyə)
Televiziyadakı görünüş
Sual: Yad qadınların rəsmlərinə və ya TV-dəki görünüşlərinə baxmaq caizdir?
CAVAB
Qadınların saç, qol kimi baxılması haram olan yerlərinin güzgüdəki və ya sudakı görüntülərinə şəhvətsiz baxmaq caizdir. Bunları görmək özlərini görmək kimi olmaz. Rəsmlərinə, TV-dəki və ya kompüterdəki görünüşlərinə baxmaq güzgüdəki xəyallarına baxmaq kimidir. Hamısına şəhvətsiz baxmaq caiz olub şəhvətlə baxmaq və ya şəhvətə səbəb olacaq görünüşlərə baxmaq haramdır. Yəni, şəhvətə səbəb olacaq görünüşə, şəhvətsiz də olsa buna baxmaq haramdır.
Harama səbəb olmaq
Sual: Televiziya və ya qəzetlərdəki şəhvətə səbəb olmayan görünüşlərə, şəhvətsiz baxmaq caiz olduğuna görə, bunları dərc etmək də caizdir?
CAVAB
Bunlara şəhvətlə baxanlar da çıxacağı üçün, şəhvətə, harama səbəb olan fotoşəkil və ya görünüşləri dərc etmək caiz olmaz.
Şəhvəti qırmaq
Sual: Şəhvəti çox olanın nə etməsi lazımdır?
CAVAB
Şəhvəti təhrik edən şeir və mahnılardan uzaq dayanmalı, ehtirasa səbəb olan kitabları oxumamalı, televiziyadakı və internetdəki belə nəşrlərdən çəkinməlidir.
Sirkə yemək lazımdır, çünki sirkə şəhvəti qırar. Qüvvətli qidalardan da uzaq dayanmaq lazımdır. Oruc tutmaq və gecə ibadət emək də faydalıdır. Bir hədisi-şərif məali belədir:
“Oruc və gecə ibadəti şəhvəti kəsər.” [İ.Əhməd]
В корзине: 0 шт.
на сумму: 0