Facebook Twitter WhatsApp

Narkotik asılılığı

Sual: Marixuanna, tiryək, kokoin kimi narkotik vasitələrdən istifadə etmək günah deyilmi? Dünyada narkotikdən asılı olmağın səbəbi nə ola bilər?

CAVAB

Hər növ narkotik vasitə günahdır. İslam Əxlaqı kitabında böyük günahlar arasında bildirilir. İbni Həcər Məkki həzrətləri buyurur ki:

Tiryək və digər zəhərli otlar haramdır, amma dərmanların içinə qatılan az miqdarı haram deyildir. (Zəvacir)

Marixuanna və tiryək kimi qatı cisimlərin beynə zərər verən miqdarı haramdır. Dərmanların içinə qatılan az miqdarı haram deyildir. Çox istifadə edildikdə ağlı və sinirləri pozan belə otlardakı zərərli maddələri ayırıb, bunları və bənzərlərini həb və iynə halında həzz və zövq dərmanı adı ilə tələbələrə, işçilərə və futbolçulara satırlar. Əxlaq, namus, din, iman və vətən sevgisi kimi müqəddəs bağlarımızı qoparan bu narkotik maddələri satın almaq və istifadə etmək haramdır, böyük günahdır. (S.Əbədiyyə)

İmanlı gənclər, anarxiyaya yanaşmadığı kimi, narkotikə də yanaşmaz, çünki Allah qorxusu hər cür pis əməli etməyə manedir.

Dinimiz sağlamlığa və insanlığa zərərli olan hər şeyi qadağan etmişdir. Müsəlman gənc üstündə pul verilsə də narkotikə əlini vurmaz. İmansız insan narahat insan deməkdir. Belə bir şəxs də dincliyə qovuşmaq ümidiylə gücünün çatdığı hər şeyi etməyə çalışar. Hər bataqlığa ayaq basar, hər addımda bir az daha batar. Amerikalı bir kriminologiya mütəxəssisi deyir ki:

“Gənclər, hazır pula sahib olanda, hər dadı dadmağa çalışar. Dadacaq başqa bir şey tapa bilməyəndə, həyat onu sıxmağa başlayar. Narkotik qaçaqçısı belə zəngin uşaqlarını tapar. Gənclər bunu da dadmaq istəyər. Dadanda xoşbəxt olduğunu zənn edər. Daha çox xoşbəxt olmaq üçün daha qüvvətli zəhər almağa çalışar. Bunlar da daha çox pulu gərəkdirdiyi üçün oğurluqlar, soyğunlar başlayar. Heroinə alışanda dəliliklər başlayar. Artıq arsen qəbul etmiş kimi olar, yaşamaq onu narahat edər, ölümü seçər.”

Kriminologiya mütəxəssisinə görə ümumiyyətlə narkotikə zəngin uşaqları mübtəla olur. Halbuki bir çox Müsəlman zəngin uşağı narkotiklərin adlarını belə bilməz. Narkotikin qarşısını almaq da digər bütün pis vərdişlərdə olduğu kimi dinimizin əmrlərinə riayət etməklə mümkündür. Namazlarını doğru qılan bir Müsəlmanın narkotikə öyrəşməsi mümkün deyildir. Əgər daha əvvəldən öyrəşibsə, namazını doğru qılarsa, bundan və digər bütün pis əməllərdən xilas ola bilər. Bir ayəti-kərimə məali belədir:

“Namaz, münkər və fahşədən [ədəbsizlikdən, ağıla və dinə zidd olan narkotik, içki, zina, livata kimi hər cür pislikdən və hər cür günahdan] döndərər.” [Ənkəbut 45]