Sual: “Bu duanı oxuyan kasıblıqdan qurtular” deyirlər. Dua oxumaqla kasıblıqdan necə qurtulmaq olar?
CAVAB
Dinimiz çalışaraq qazanmağı əmr etməktədir. Həzrəti Ömər, “İşləyin, qazanın, işləmədən ruzi gözləməyin! Allahü təala göydən pul yağdırmaz” buyurdu. Həzrəti Loğman Hakim də, “İşləməyib möhtaç olanın dini və ağlı nöqsandır” buyurdu.
Ruziniz üçün narahat olmayın! Qurani-kərimdə məalən buyurulur ki:
“Hər canlının ruzisi Allaha aiddir” buyuruldu. (Hud 6)
“Şeytan sizi kasıblıqla qorxudub, fuhşa sürükləyər [simicliyə, hər cür pisliyə təşviq edər.]) [Bəqərə 268]
“Yer üzünə dağılın, Allahın fəzlindən ruzinızı axtarın!” [Cümə 10]
Hədisi-şəriflərdə də buyuruldu ki:
“Ən gözəl ruzi halala, harama diqqət edilərək alın təri ilə qazanılandır.” [Nəsai]
“İbadət on qisimdir, doqquzu işləyib halal qazanmaqdır.” [Deyləmi]
İşləmək fərzdir
Nəfəqəsini (ehtiyacını) əldə edəcək və borclarını ödəyəcək qədər işləyib qazanmaq fərzdir. Cəfər Huldi həzrətləri, “Böyüklərimiz özləri üçün deyil, din qardaşlarına yardım üçün işləyib qazanardılar”, buyurur.
Müsəlmanlara yardım üçün, elm yaymaq üçün çox işləyib qazanmaq müstəhəbdir, yaxşıdır. Hədisi-şərifdə buyuruldu ki:
“İnsanların ən yaxşısı insanlara faydalı olandır.” [Qüdai]
Bu duanı oxuyan kasıblıqdan qurtular demək, o dua qəbul olmuşdursa, ona bir iş qapısı açılar və ya ummadığı yerdən ruzisini tapar deməkdir. Xəstəliyi üçün dua edən də şəfaya səbəb olan dərmana və ya başqa bir səbəblə səhhətə qovuşar. İşləmək ruzini artırmaz. Ruzini verən Allahü təaladır. İşləmək səbəbə sarılmaqdır. Səbəblərə yapışmaq sünnətdir. (Əl-İxtiyar)
[Duaların qəbul olması üçün Əhli sünnət etiqadında olmaq, Allahü təalanın əmrlərini yerinə yetirib qadağalarından çəkinmək lazımdır.]
Ehtiyacdan qurtulmaq, bərəkətli ruziyə qovuşmaq üçün səbəblərə yapışmaq lazımdır! Hədisi-şəriflərdə buyuruldu ki:
“Ömrüm uzun, ruzim bol olsun deyən qohumunu ziyarət etsin, ona baş çəksin, vəziyyətindən xəbər tutsun!” [İ. Əhməd]
“Səhər yuxusu ruziyə manedir.” [Beyhəqı]
“Allah qorxusunu sərmayə edən ticarətsiz və sərmayəsiz ruzisinə çatar. Qurani-kərimdə, “Kim Allahdan qorxarsa, Allah ona bir çıxış yolu ehsan edər və ruzisinı ummadığı yerdən göndərər” buyuruldu.” [Tələq 2, 3 – Tabərani]
“Evə girərkən “İxlas” surəsini oxuyan kasıblıq görməz.” [T. Qurtubi]
“Sıxıntıya düşən və ya borclanan min dəfə “La havlə və la quvvətə illa billahil aliyyil azim” deyərsə, Allahü təala işini asanlaşdırar.” [Şir’a]
“Gündə yüz dəfə La ilahə illallah, əl-məlikül haqqul mübin, Muhammədün Rəsulullah, sadiqul vədil əmin deyən kasıblaşmaz, zənginləşər, qəbirdə ona yoldaş olar, Cənnətin qapısını da açmış olar.” [Xətib]
“Ruziyə çatan çoxlu həmd etsin! Ruzisi azalan istiğfar etsin!” [Xətib]
“Həmd; “Əlhamdulillah”, İstiğfar; “Əstəğfirullah” deməkdir. İstiğfar etmək, günahların əfvinə səbəb olan yaxşı əməllər etməkdir.”
“Ata-anaya, övlada baxmaq, heç kimə möhtaç olmamaq üçün işləmək cihaddır.” [İ. Əsakir]
“Ehtiyacını insanlara bəyan edən ehtiyacdan qurtula bilməz. Allaha ərz edən ehtiyacdan qurtular.” [Hakim]
“Allahü təala sənət sahibi mömini sevər.” [Tabərani]
“İşləməyib özünü sədəqə dilənəcək vəziyyətə salan 70 şeyə möhtac olar.” [Tirmizi]
“Heç kimə möhtaç olmamaq və ana-atasını, ailəsini də möhtac etməmək üçün işə gedənin hər addımı ibadətdir.” [Tabərani]
“Dolanışığını halalından qazanmaq Allah yolundakı cihad kimidir.” [Deyləmi]
Uşaqlarının keçimi üçün sıxıntı çəkən bir nəfərə Peyğəmbər əfəndimiz, “Niyə istiğfar etmirsən? Mən gündə yüz dəfə istiğfar edirəm” buyurdu. Bir qrup camaat Həsən Bəsri həzrətlərinə qıtlıq, kasıblıq, övladlarının olmamasından şikayət etdilər. Hamısına da istiğfar etmələrini söylədi. Səbəbini soruşduqda, Nuh surəsindən bu məaldakı ayəti-kərimələri oxudu:
“Çox əfv edici olan Rəbbinizə istiğfar edin ki, göydən bol yağmur yağdırsın; sizə mal və oğullar ilə yardım etsin, sizə bağçalar versin, sizin üçün çaylar axıtsın”. [Nuh 10-12]
İstiğfar edərkən yüz dəfə “Əstəğfirullahəlazim əlləzi la ilahə illa hüvəl hayyəl kayyumə və ətubü ileyh” deməli və mənasını düşünməlidir! Mənası aşağıdakı kimidir:
“Özündən başqa ilah olmayan hay, qəyyum və azim olan Allaha istiğfar edər, günahlarıma peşman olub Ona sığınıram.” [Azim, zatı və sifətləri kamalda, Hay, əzəli və əbədi bir həyatla diri olan, Qəyyum, zatı ilə qaim olan, yaratdığı hər şeyi varlıqda durduran deməkdir.]
Borcdan qurtulmaq üçün hədisi-şərifdə bildirilən bu duanı oxumaq lazımdır:
“Allahümmə əkfini bihəlalikə an haramikə və aqnini bi fədlikə ammən sivəkə.” [Tirmizi]
[Ya Rəbbi! Məni halal ilə kifayətlənib, haramdan çəkinən qullarından eylə və fəzlinlə səndən başqasına möhtac etmə!] (Məktubatı-Rəbbani)
Hər cür tədbirə almasına baxmayaraq zəngin ola bilməyən də halına şükr etməli, kasıblığa səbr etməlidir. Çünki hədisi-şərifdə “Kasıblıq dünyada qüsur isə də, axirətdə bəzəkdir” buyuruldu. Bir nəfər “Ya Rəsulallah! Vallahi səni sevirəm” dedi, bunu üç dəfə təkrar etdi. Rəsulullah əfəndimiz, ona “Məni sevən kasıblığa qarşı bir zireh hazırlasın. Çünki məni sevənə kasıblıq dağın təpəsindən enən seldən daha sürətlə gələr” buyurdu.
Mal nə qədər çox olarsa hesabı vardır, haramdan qazanılıbsa əzabı vardır. Qurani-kərimdə məalən buyurulur ki:
“O gün, sizə verilən hər nemətdən sorğuya çəkiləcəksiniz.” [Təkasür 8]
Dərd və borcdan qurtulmaq üçün
Sual: Peyğəmbər əfəndimizin Əshabı kiramdan Əbu Ümamə həzrətlərinə dərddən və borcdan qurtulması üçün öyrətdiyi dua necədir?
CAVAB
Əshabı kiramdan Əbu Said Xudri həzrətləri buyurur:
Rəsulullah əfəndimiz bir gün məscidə girdi və Ənsardan Əbu Ümaməylə rastlaşdı və ona, “Ya Əba Ümamə! Namaz vaxtı deyil, niyə məsciddə oturursan?” deyə soruşdu. Əbu Ümamə, “Məni sıxan dərdlər və borclar üzündən ya Rəsulallah” dedi. Rəsulullah, “Sənə bir dua öyrədim, bunu oxuduğun zaman Allah dərdinə dəva verər, borcunu ödətdirər. Səhər və axşam bu duanı oxu” buyurdu. Dua belədir: “Allahümmə inni əuzü bikə minəl-həmmi vəl-hazən və əuzü bikə minəl-aczi vəl-kəsəl və əuzü bikə minəl-cübni vəl-buxl və əuzü bikə min ğaləbətiddəyni və qahrirricəl.”
Həzrəti Əbu Ümamə, “Bunu oxudum, dərddən və borcdan qurtuldum” dedi. (Əbu Davud)
Bu dua, “Ya Rəbbi, kədərdən, dərddən, acizlikdən, tənbəllikdən, qorxudan, simiclikdən, borcumu ödəyə bilməməkdən və insanların qəhrindən sənə sığınıram” deməkdir.
Borcdan qurtulma duası
Sual: Borcdan qurtulma duası vardırmı?
CAVAB
Mötəbər kitablardan götürülən borc duaları internet saytımızda yazılıdır. Bunlardan birini bildirən bir hədisi-şərif:
“Ya Muaz! Əgər bu duanı oxusan, Uhud dağı qədər borcun olsa da Allah onu ödəmək nəsib edər: Allahümmə malikəl-mülki tütil-mülkə mən təşaü və tənziül-mülkə mimmən təşaü və tüizzü mən təşaü və tüzillü mən təşaü bi-yədikəl-hayr innəkə ala külli şəyin qadir. Tulicul-ləylə fin-nəhari və tulicün-nəharə fil-ləyli və tühricul-hayyə minəl məyyiti və tühricul-məyyitə minəl-hayyi və tərzuku mən təşaü bi-qayri hısəb. [Buraya qədər olan qismi, Ali İmran surəsinin 26-27-ci ayələridir. Əslinə baxaraq oxunmaq lazımdır]. Rahmənəd-dünyə vəl-axirəti və rahiməhüma tutihimə mən təşaü və təmnəu min-hüma mən təşaü, irhamni rahmətən tunini biha ammən sivəkə.” [Tabərani]
В корзине: 0 шт.
на сумму: 0