Facebook Twitter WhatsApp

Əlacların ən yaxşısı

Sual: Ölülərə və xəstələrə Yasin və Fatihə oxunur. Bu surələrin tərcümələrində şəfadan bəhs edilmir. Fatihə surəsini oxuyarkən özümüz-özümüzə dua edirik. Bunların şəfa ilə əlaqəsi nədir?
CAVAB
Nədən bəhs edilirsə edilsin Qurani-kərimin hər ayəsi, hər hərfi şəfadır. Hədisi-şərifdə, Dərmanların ən yaxşısı Qurani-kərimdir buyuruldu. (İbni Macə)
Peyğəmbər əfəndimiz üç cür dərman istifadə edərdi. Qurani-kərim və ya dua oxuyardı. Fənn elmilə kəşf olunan dərmanlardan istifadə edərdi. Hər ikisini birlikdə də istifadə edərdi. Bir hədisi-şərifdə buyurulur ki:
Qurani-kərimdən şəfa gözləməyən, şəfaya qovuşa bilməz. [Deyləmi]
Qurani-kərim və dua şərtlərinə uyğun oxunarsa əlbəttə şəfa verər. Oxuyanın və xəstənin buna inanması lazımdır. Haram iş görənin və etiqadı düzgün olmayanın oxuması fayda verməz. Qurani-kərimi ödənişlə oxumaq haramdır. (Təfsiri-Məzhari)
Hədisi-şəriflərdə buyuruldu ki:
“Fatihə hər dərdə dəvadır.” [Beyhəqı]
“Fatihə surəsi Allahü təalanın qəzəbini önləyər.” [Şir’a]
“Ölülərinizə Yasin oxuyun!” [İ. Əhməd]
“Qəbirsanlığa girən Yasin surəsini oxuyasa o gün ölülərin əzabları yüngülləşər. Ölülərin sayı qədər o kəsə savab verilər.” [Ətfal-ül müslimin]
“Yasin oxuyanın sıxıntısı keçər.” [Deyləmi]
“Cümə gecəsi Yasin surəsini oxuyanın günahları əfv edilər.” [İsfəhani]
“Gecə vaxtı Yasin oxuyan kəs əfv edilmiş halda səhərə çıxar.” [Buxari]
“Allah rızası üçün Yasin oxuyanın günahları əfv olunur.” [İbni Sünni]
“Hər gecə Yasin oxumağa davam edən kəs şəhid kimi ölür.” [Tabərani]
“Hər şeyin bir qəlbi vardır. Quranın qəlbi də Yasindir.” [Tirmizi]
“Bir dəfə Yasin oxuyan on dəfə Qurani-kərimi oxumuş savabına nail olar.” [Tirmizi]
Yasin surəsində Qiyamətdə olan şeylər, dünyanın keçici olduğu, Cənnət nemətləri və Cəhənnəm əzabları da bildirilməktədir. Anlayan xəstə yanında oxunduqda iman ilə getməyə səbəb olan şeyləri eşitmiş olur. İmam Gazali buyurur ki: 
“İmam Əhməd bin Hənbəl Həzrətləri Cənabı Haqqın, “Anlayaraq da anlamayaraq da Qurani-kərim oxuyan mənim rızama qovuşar” buyurduğunu bildirməktədir.” [Ehya]
Ölülər üçün də Yasini-şərif oxunması əmr edilmişdir. Hədisi-şəriflərdə buyuruldu ki:
“Yanında Yasini-şərif oxunan xəstə suya doymuş halda vəfat edər, tox olaraq qəbrə girər”

“Müsəlman bir xəstə yanında Yasin oxunarsa, Ridvan adlı mələk Cənnət şərbəti gətirər. O kəs suya doymuş halda ruhunu təslim edər. Tox halda da qəbirə girər, suya ehtiyacı olmaz.” [S.Əbədiyyə]
Dualar və şəfalar 
Xəstəliyin vəziyyətinə görə müalicə dərman ilə, sədəqə verməklə və dua ilə olunur. Şəfanı verən yalnız Allahü təaladır. Qurani-kərimdə məalən buyuruldu ki:
“İbrahim, “xəstəliyimə ancaq O şəfa verər” dedi.” [Şüəra 80]
“Qurani-kərim möminlər üçün şəfa və rəhmətdir.” [İsra 82] 
Hədisi-şəriflərdə də buyuruldu ki:
“Əsl dəva Qurandır.” [İbni Nəsr]
“Fatihə ilə Ayətəl kürsini oxuyana o gün nəzər dəyməz.” [Deyləmi]
La ilahə illa əntə sübhanəkə, inni küntü minəz-zalimin’i oxuyan, dərd və bəladan qurtular.” [Hakim] (40 dəfə oxumaq yaxşı olar) 
1- Yeddi dəfə Fatihə oxuyub ağrı olan yerə üfülənərsə şəfa hasil olar. (T. Əzizi)
2- Hər gün səhər-axşam 24 dəfə Əstəğfirullah, sonra “Əstəğfirullahəlazim əlləzi la ilahə illa hüvəl hayyəl qayyumə və ətubü ileyh” deyilir, sonra 11 İxlas, 7 Fatihə və 33 dəfə Allahümmə salli və səllim alə seyyidinə Muhammədin və alə əli seyyidinə Muhamməd oxunur, savabı Peyğəmbər əfəndimizin, Əshab-kiram və Övliyanın ruhları ilə Silsiləyi-Aliyyə adlanan böyük alimlərin adlarını çəkib, ruhlarına hədiyyə edilir. Bu böyüklərin hörmətinə şəfa verməsi üçün Allahü təalaya dua edilir. Bir hacətə qovuşmaq üçün, 2 rəkat namaz qılınır, savabı silsiləyi-Aliyyəyə hədiyyə edilərək dua edilir! 
3- Bu dua [İslam hərfiylə yazıb] dəliyə oxunarsa, ağıllanar, xəstəyə oxunarsa şəfa tapar:
“Rəva Əliyyül-Rıda, fə-qalə, Haddəsəni əbi Musəl-Kazım an əbihi Cəfəris-Sadıq an əbihi Muhammədənil-Bakır an əbihi Zeynəlabidin Ali an əbihil-Hüseyin an əbihi Ali bin Abi Talib radıyallahü anhüm, qalə haddəsəni habibi və kurrətü ayni Rasulullahi sallallahü aleyhi və səlləm, qalə haddəsəni Cibrilü, qalə səmitü Rəbbülizzəti yəkülü, La ilahə illallahü hısni, mən qalə-ha dəhalə hısni və mən dəhalə hısni əminə min azabi”
4- Ağrıyan yeri sağ əl ilə 7 dəfə məsh edib hər dəfəsində Əuzü biizzətillahi və kudrətihi min şəri ma-əcidü və ühazirü oxuyanın ağrı və sancısı qalmaz. (B.Arifin) 
5- Səhər-axşam Bəqərənin əvvəlindən 4 ayə və Ayətəl kürsi ilə sonrakı iki ayə və bu surənin sonundakı 3 ayə dəliyə oxunarsa yaxşı olar. 
6- Yağış suyuna Fatihə, Ayətəl kürsi, İxlas və Muavvizətəyn  hər biri 70 dəfə oxunur. Bu sudan fasiləsiz 7 səhər içənin xəstəliyi ağrısı zail olar. [Bunu 5-10 saleh müsəlman oxuyarsa, daha yaxşı olar.]
7- Şəfa ayələri suya qoyulub içilərsə xəstəliklərə şəfa olar. Şəfa ayələri: Tövbə 14, Yunus 57, Nəhl 69, İsra 82, Şüəra 80, Fussilət 44]
Dərd bəla gəldikdə
Sual: Bir əsəb xəstəmiz var. Həmişə sıxıntılı və kefsizdir. Nevropotoloq həkimə getdik. “Açıq yerlərdə gəzsin, təsəlli edici insanlarla danışsın, ruhi müalicə üçün nəsihət çox faydalıdır. Tibdə təskinlə müalicə vardır. Bu cür psixoloji xəstəliklər üçün dərmanlarla yanaşı dua oxumaq faydalıdır” dedi. Nə etməyi tövsiyyə edirsiniz? 
CAVAB
Bəli, mütəxəssis həkimlərin tövsiyyələrinə əməl etmək lazımdır. Psixoloji xəstəliklər üçün təskinlik yaxşı təsir edir. Təskinliklə sağlam insana sıxıntı vermək mümkün olduğu kimi, sıxıntılı insanı da müalicə etmək mümkündür. Psixoloji xəstələrə bir şeylər söyləyib, “Artıq bir şeyin qalmaz, bir az gəz” deyildiyində xəstənin daha hüzurlu olduğu görülmüşdür.
Bədənimiz bizə əmanətdir, dinimiz onu yaxşı qorumamızı əmr edir. Xəstəni müalicə etdirmək lazımdır. Müalicənin xəstəliyin vəziyyətinə görə dərman ilə sədəqə verməklə və dua ilə olunacağı bildirilmişdir. Təcrübə ilə təsirləri qəti olan peyvənd, sistem və mikrob əleyhinə dərmanları istifadə etmək fərzdir. Yəni Allahü təalanın əmridir. Təsiri qəti olan dərmanlar qida kimidir, dərman içməyib ölmək günahdır. Peyğəmbər əfəndimiz üç cür dərman istifadə edərdi. Qurani-kərim və ya dua oxuyardı. Fənn elmilə kəşf olunan dərmanlardan istifadə edərdi. Hər ikisini birlikdə də istifadə edərdi.
Qurani-kərimin və duanın təsir etməsi üçün bəzi şərtlərə əməl edilməsi lazımdır. Oxuyanın və ya yazanın həmçinin xəstənin buna inanması, xəstənin zərərli olan qidalardan, şübhəli dərmanlardan pəhriz saxlaması, istidən və soyuqdan qorunması lazımdır. Oxuyanın etiqadının yanlış olmaması, haram iş görməkdən, qul haqqından çəkinməsi, haram və pis şey yeyib-içməməsi və qarşılığında ödəniş almaması şərtdir. Hədisi-şərifdə, “Dərmandan istifadə etmək də təqdirdəndir, Allahın izniylə fayda verə bilər” buyuruldu. Dua da dərman kimidir. Allahü təala diləyərsə təsir edər.
Hədisi-şəriflərdə buyuruldu ki:
“Dua möminin silahı, dinin də dirəyidir.” [İbni Əbiddünya]
“Dərd-bəla gəldikdə, Yunus Peyğəmbərin duasını oxuyun! Allah o bəladan xilas edər. Dua budur: “La ilahə illa əntə sübhanəkə, inni küntü minəz-zalimin.”” [Hakim]
“”La havlə və la quvvətə illa billah” oxumaq, 99 dərdə dəvadır. Bunların ən yüngülü sıxıntıdır.” [Hakim]
“Allahü təala istiğfara davam edəni hər sıxıntıdan, hər dərddən qurtarar, ummadığı yerdən ruzi göndərər.” [Nəsai]
“Səhər-axşam İxlas və Muavvizətəyni [iki qul Əuzünü] hərəsini üç dəfə oxu! Bunlar bütün bəlaları, fəlakətləri, sıxıntıları və istəmədiyin şeyləri aparar.” [Tirmizi]
“Evində Fatihə və Ayətəl-kürsi oxuyana o gün cin və şeytan zərər verə bilməz”. [Deyləmi]
“Səhər-axşam üç dəfə “Bismilləhilləzi la yədurru məasmihi şəyün fil ərdi vəla fissəmai və hüvəssəmiülalim” deyənə heç bir şey zərər verə bilməz.” [İbni Macə]
“Allahü təala, hər gün səhər-axşam yeddi dəfə, “Hasbiyallahü la ilahə illahü, aleyhi təvəkkəltü və hüvə Rəbbül-arşil-azim” deyənin dünya və axirət işlərinə kafidir.” [Beyhəqı]
Peyğəmbər əfəndimiz sallallahü əleyhi və səlləm sıxıldığında, “Ya hayyü ya qayyum bi-rəhmətikə əstağisü” deyərdi. 
Ümmü sibyan xəstəliyi
Sual: Körpələrdə görülən ümmü sibyan xəstəliyi üçün hansı duanı oxumaq lazımdır?
CAVAB
Bu xəstəlikdən qorunmaq üçün 22 Bəsmələ, bir Fatihə, bir Ayətəl kürsi, bir İxlas, bir Fələq, bir Nas surələriylə Qələm surəsinin 51-ci və 52-ci ayələrini bir kağıza İslam hərfləriylə yazdıqdan sonra həmayil olaraq körpənin üstünə asmalıdır. Bir hədisi-şərif məalı da belədir:
“Yeni doğulmuş uşağın sağ qulağına azan, sol qulağına da iqamə oxunarsa, “Ümmü sibyan” xəstəliyindən qorunmuş olar.” [Beyhəqı]
Originalı üçün buraya tıxlayın!
İflic uşağa dua
Sual: İflic olan uşağımızı həkimə apardıq, bir nəticə ala bilmədik. Nə etmək lazımdır?
CAVAB
Daha başqa həkimlərə də aparmaq lazımdır. Hər şey Allahü təaladandır. Ondan gələnə səbr etməkdən başqa çarə yoxdur. Allahü təala səbr edənlərlə birlikdədir. Səbr edənlərin gedəcəyi yer Cənnətdir. Şəfa ayələrini də istifadə etmək yaxşı olar. Bir çox xəstəliyə şəfa verdiyi təcrübələrlə sabit olmuşdur. Ayəti-hırzı oxumaq da faydalıdır.
Qurani-kərim şəfadır
Sual: “Quran əzbərləmək və ya oxuyub xəstəyə üfüləmək üçün nazil edilmədi” demək yalnış deyilmidir?
CAVAB
Əgər cümləyə “sadəcə” kəliməsi əlavə edilməzsə, yəni, “Quran, sadəcə əzbərləmək və ya sadəcə oxuyub şəfa məqsədiylə üfüləmək üçün endirilmədi” deyilməzsə, çox yalnış olar. Allahü təalaya iftira olar. Qurani- kərim bunları etmək üçün də endirildi. Peyğəmbər əfəndimiz oxunmasını, əzbərlənməsini, oxunub xəstələrə üfülənməsini təşvik edərkən, bunlar üçün göndərilmədi demək, ya pis niyyətdən və ya cahillikdən qaynaqlanır. Bu zehniyyətdəki məzhəbsizlər, “Hər kəs Quranın məalini oxusun, anlasın və öz anladığına tabe olsun!” deyirlər. Halbuki satışdakı bir-birinə uyğun gəlməyən məalləri oxumaqla, Qurani-kərimin həqiqi mənası anlaşılmaz. Bunları oxuyan sadəcə tərcümə edənin bilik dərəcəsinə görə anladıqlarını oxumuş olur. O insanın fikirlərinin əsiri olur. Qurani-kərimi əslindən oxumaq, əzbərləmək çox böyük bir nemətdir, hər hərfi şəfadır. Bir ayəti-kərimə məalı budur:
“Qurani-kərim möminlər üçün şəfa və rəhmətdir.” [İsra 82]
Bu mövzulardaki bir neçə Hədisi-şərif məalı da belədir:
“Dərmanların ən yaxşısı Qurani-kərimdir.” [İbni Macə]
“Qurani-kərimdən şəfa gözləməyən şəfaya qovuşa bilməz.” [Deyləmi]
“Fatihə ilə Ayətəl kürsini oxuyana o gün nəzər dəyməz.” [Deyləmi]
“Səhər-axşam İxlas və Muavvizətəyni [iki Qul Əuzünü] hər birini 3 dəfə oxu! Bunlar bütün bəlaları, fəlakətləri, sıxıntıları və istəmədiyin şeyləri aparar”. [Tirmizi]
“Qurani-kərimi oxuyub əzbərləyin! Allahü təala içərisində Qurani-kərim olan qəlbə əzab etməz.” [Şir’a Şərhi]
“Hafizəsində Qurani-kərimdən bir şey olmayan xaraba olmuş bir evə bənzəyir.” [Tirmizi]
Xəstəlik üçün dua
Sual: Yuxusuzluqdan əziyyət çəkən çibanı çıxan, təzyiqi yüksələn, ayağı burxulan üçün hansı duaları oxumaq lazımdır?
CAVAB
Hər bir xəstəlik üçün, “Hansı duanı oxuyaq?” deyənlər çox olur. Tibbi çarəsi olan xəstəliklər üçün həkimə getmək lazımdır. Dinimiz tibbi dərmanların da istifadə etməsini əmr edir. Bunlardan istifadə etməmək dinin əmrinə riayət etməmək olar. “Tibbi çarəsini tapa bilmədiyi ruhi xəstəliklər üçün hansı duanı oxuyaq?” deyə soruşmaq olar. Peyğəmbər əfəndimiz xəstəliklər üçün üç cür dərman istifadə edərdi: Qurani-kərim və dua oxuyardı, fənnlə tapılan dərmanları və hər ikisini qarışıq da istifadə edərdi. (Məvahibi-lədünniyyə)
Üç Hədisi-şərif məalı:
“Dərmanların ən yaxşısı Qurani-kərimdir.” [İ. Macə]
“Qurani-kərimdən şəfa gözləməyən şəfaya qovuşa bilməz.” [Deyləmi]
“Fatihə hər dərdə dəvadır.” [Beyhəqı]
Qurani-kərim və dua şərtlərinə uyğun oxunarsa, əlbəttə şəfa verər. Oxuyanın və xəstənin buna inanması lazımdır. Haram iş görənin və etiqadı düzgün olmayanın oxuması fayda verməz. Qurani-kərimi ödənişlə oxumaq haramdır. (Təfsiri-Məzhari)
Xəstəya dua
Sual: Narahatam və ya xəstəyəm deyənə necə bir dua oxumanlıdır?
CAVAB
Müxtəlif dualar var. Biri belədir:
Xəstəyə şəfa üçün 70 istiğfar oxuyub üzünə üfüləmək və şəfaya qovuşması üçün qısa bir dua etmək lazımdır. (S. Əbədiyyə)