Facebook Twitter WhatsApp

İnşəallah deməyin əhəmiyyəti

Sual: İnşəallah nə deməkdir, əhəmiyyəti nədir?
CAVAB
İnşəallah, Allahü təala diləyərsə olar, mənasını verir, bütün işlərini Allahü təalanın diləməsinə həvalə etmək üçün söylənən sözdür.
Allahü təalanın hüzurunda itaət edənlərdən olmaq üçün hər işdə inşəallah demək lazımdır! Hədisi-şərifdə, “İnsanlar üçün inşəallah deməkdən daha fəzilətli itaət edicilik yoxdur” buyuruldu. 
“Bunu edəcəm” və ya “sabah filan yerə gedəcəm” deyildikdə də “İnşəallah” deyilməlidir! 
Bir şəxs ilə bir şeyi qərarlaşdırarkən inşəallah deyilərsə, sonradan o iş yerinə yetirilə bilinməzsə, yalançı çıxmaz. (Miftah-ül cənnə)
Dəqiq işlərdə də inşəallah deyilir. Məscidi-harama giriləcəyini Allahü təala bildirdiyi halda, inşəallah deyilməsini öyrətmək üçün, “Məscidi-harama inşəallah girəcəksiniz” buyurdu. (Fəth 27)
İsmayıl əleyhissalamın, “Atacan, sənə əmr edilən nədirsə, onu et! İnşəallah mən səbr edənlərdən olaram”, dediyi də Qurani-kərimdə bildirilməktədir. (Səfvat 102)
Peyğəmbər əfəndimiz də qəbirsanlığa baş çəkəndə ölüm mütləq olduğu halda, ilahi tərbiyəyə uyğun olaraq, “İnşəallah biz də sizə qovuşacağıq” buyurdu. (Müslim)
Peyğəmbər əfəndimiz duasının qəbul olacağını ayəti-kəriməyə istinadən dəqiq olaraq bildiyi halda belə buyurdu:
“Hər Peyğəmbərin duası qəbul olur. Hər Peyğəmbər ümməti üçün dünyada dua etdi. Mən isə, Qiyamətdə ümmətimə şəfaət izni verilməsi üçün dua edirəm. Duam inşəallah qəbul olacaq. Müşrik olmayanların hamısına şəfaət edəcəyəm.” [Müslim]
Həzrəti Süleymanın imtahanı
Qurani-kərimdə məalən; “Biz Süleymanı imtahan etdik. Taxtının üstünə bir cəsəd qoyduq. Daha sonra o, yenə [Rəbbinə] döndü” buyurulmuşdur. (Sad 34)
Fəxrəddini Razi Həzrətləri buyurur ki:
Süleyman əleyhissalam bir gecədə zövcələrinin hamısının yanına gedəcəyini, onlardan hər birindən bir oğlan uşağının dünyaya gələcəyini, Allah yolunda müharibə edəcəklərini söylədi. Ancaq, inşəallah deməyi unutdu. Şikəst bir uşaq dünyaya gəldi. Onu götürüb atasının taxtına qoydular. Hədisi-şərifdə, “And içirəm ki, Süleyman əleyhissalam inşəallah desəydi, dediyi kimi olardı” buyuruldu. (Buxari)
Rəsulullah əfəndimizə Ruh, Əshabı-Kəhf və Zülqərneyn haqqında soruşduqda; “Sabah gəlin, xəbər verim” buyurmuş, inşəallah deməyi unutmuşdu. Bu səbəblə bir neçə gün Rəsulullaha vəhy gəlmədi. Sonra bu məaldakı ayəti-kərimə nazil oldu: 
“İnşəallah demədən heç bir şeyi sabah edəcəyəm demə!” [Kəhf 23, 24]
Peyğəmbərlər günah iş görməz. Bu cür hərəkətlərinə zəllə deyilir.
Sual: İnşəallah deyiləndə, “İnşəallahla, maşallahla olmaz bu iş” demək küfrdürmü?
CAVAB
İnşəallah, “Allah izn verərsə” deməkdir. Allah izn versə də olmaz demək, Allahü təalanın qüdrətinə inanmamaq olur. Maşallah da, bəyənilən şeylər görüldüyündə, “Bu, Allahü təalanın dilədiyi və ehsan etdiyi şeydir. Allah qorusun, Allah nəzərdən saxlasın” anlamına gələn, mübarək bir sözdür. Bu kəlimələri ələ salmaq məqsədi ilə o tərzdə söyləmək küfr olar. 
Sual: İnşəallah, Allahın izniylə demədən, məsələn gələrəm, sataram, gələ bilərəm, gedərsən, edərəm kimi qərarlı sözlər, ifadələr deyilərsə şirk sayılarmı?
CAVAB
Xeyr, şirk ilə əlaqəsi yoxdur. Qapını açarsanmı deyənə bəli açaram, deməyin şirk ilə əlaqəsi yoxdur. Onsuz da hər şeyimizi yaradan Allahdır, qapını bizə açdıran da Odur. İnşəallah demək yaxşı olar.