Facebook Twitter WhatsApp

Duanın qəbul olması üçün

Sual: Qurani-kərimdə, “Dua edin, duanızı qəbul edərəm”, hədisi-şərifdə isə, “Rəbbiniz kərimdir, Ona açılan əli boş çevirməkn həya edər” buyurulduğu halda bəzi dualar nə üçün qəbul olmur? 
CAVAB
Duanın qəbul edilməsi üçün bəzi şərtlər vardır. Duanın qəbul ediləcəyindən şübhə etməməli, şərtlərinə riayət edilib-edilmədiyindən şübhə etməlidir. Lazım olan şərtlərə riayət etmədən duanın qəbul edilməsini gözləmək doğru olmaz.

Əvvəlcə çalışmaq, sonra dua dinin əsası!
Qəbul edilər ancaq, çalışanın duası!

Duanın qəbul edilməsi üçün lazım olan şərtlərdən bir qismi aşağıdakı kimidir:
1- Haram tikədən çəkinmək! 
Hədisi-şəriflərdə buyuruldu ki: 
“Haramdan çəkinin! Mədəsinə haram tikə girənin qırx gün duası qəbul olmaz.” 
[Tabərani]

Sad ibn Əbu Vəqqas həzrətləri dedi ki: Ya Rəsulallah, dua buyur ki, Allahü təala mənim hər duamı qəbul etsin! Cavabında buyurdu ki:
“Duanızın qəbul olması üçün halal tikə yeyin! Çox insan vardır ki, yedikləri və geyindikləri haramdır. Sonra əllərini qaldırıb dua edərlər. Belə dua necə qəbul olar?” [Şir’a]
Yenə buyurdu ki: 
“Duanın qəbul olması üçün iki şey lazımdır. Duanı ixlasla etmək lazımdır. Yediyi və geyindiyi halaldan olmalıdır. Möminin otağında haramdan bir sap varsa, bu otaqda etdiyi dua qəbul olmaz.” [Tərgibüs-salat] 
2- Etiqadı düzgün olmalıdır. 
Bidət əhlinin duaları qəbul olmaz. Hədisi-şərifdə, “Bidət əhlinin duası və ibadətləri qəbul olmaz” buyuruldu. (İbni Macə)

Ayəti-kərimənin, duanın təsir edə bilməsi üçün oxuyan və oxunan kəsin buna inanması və oxuyanın etiqadının düzgün olması, Allah rızası üçün oxuması, qul haqqından çəkinməsi, haram yeməməsi və qarşılığında ödəniş istəməməsi şərtdir. 
3- Oyaq qəlblə və qəbul ediləcəyinə inanaraq dua etməlidir. 
Hədisi-şərifdə buyuruldu ki: 
“Allahü təalaya qəbul ediləcəyinə tam inanaraq dua edin! Bilin ki, Allahü təala qafil bir qəlb ilə olunan duanı qəbul etməz.” 
[Şir’a]

4- Dualarım nə üçün qəbul olmur, deməməlidir. 
Hədisi-şərifdə buyuruldu ki: 

“Allahü təala duanızı qəbul edər. Dua etdim, hələ də duam qəbul olmadı deyə tələsməyin! Allahdan çox istəyin! Çünki kərəm sahibindən istəyirsiniz.” [Buxari]
İstənilən şeyin olmaması, duanın qəbul olmadığını göstərməz. Ona görə də duaya davam etmək lazımdır! Duanın qəbulu üçün gecikməsinin başqa səbəbləri də vardır. Hədisi-şərifdə buyuruldu ki:
“Mömin dua etdikdə Allahü təala, Cəbrailə, “Mən onu sevirəm, istəyini dərhal yerinə yetirmə!” Facir, [günahkar] dua etdikdə də “Mən onun səsini sevmirəm. İstəyini dərhal yerinə yetir” buyurur.” [İbni Nəccar]
Bu halda duanın qəbulunun gecikməsi zərərli deyildir. 
5- Bəla gəlmədən əvvəl çoxlu dua etmək lazımdır. 
Hədisi-şərifdə buyuruldu ki: 
“Sıxıntılı ikən duasının qəbul edilməsini istəyən, rifah vaxtında çoxlu dua etsin!” [Tirmizi]
Əbu İshaq həzrətlərindən dua istədilər. Dua etdi. Duasının qəbul edildiyini görən bir tələbəsi, “Əfəndim, bu duanı mənə də öyrədin, ehtiyac halında mən də edim” dedi. Buyurdu ki: “Duamın qəbul edilməsinin səbəbi, otuz ildir qıldığım namazlar, etdiyim dualar və haram tikədən qaçmağımdır.”
6- Duaya həmd və salavatla başlamalıdır. 
Hədisi-şərifdə buyuruldu ki: 

“Ey namaz qılan, tələsdin. Namaz qıldıqdan sonra dua edərkən əvvəlcə Allahü təalaya layiq olduğu şəkildə həmd et, sonra mənə salavat gətir, sonra dua et!” [Tirmizi]
7- Yalvararaq dua edilməlidir. 
Hədisi-şərifdə buyuruldu ki: “Qafil olan qəlb ilə olunan dua məqbul deyildir.” [Tirmizi] 

Həzrəti Davudun dövründə quraqlıq olmuşdu. Xalq dua etmək üçün aralarından üç alimi seçdilər. Alimlərdən biri belə dua etdi: 
“Ya Rəbbi, Kitabında bizim özümüzə zülm edənləri əfv etməyimizi bildirdin. Budur biz nəfslərimizə zülm etdik. Səndən əfv diləyirik. Bizi əfv et!” 
İkinci alimin duası da belə idi: 
“Ya Rəbbi, Kitabında kölələri azad etməyimizi bildirdin. Budur biz qul kimi hüzurundayıq. Bizləri azad eylə!”
Üçüncü alim də belə dua etdi: 

“Ya Rəbbi, Kitabında qapımıza gələn dilənçini qovmamağı, üz çevirməməyi bildirdin. Budur biz də dilənçi, möhtac vəziyyətdə hüzurundayıq. Səndən rəhmət istəyirik. Bizi boş çevirmə!”
Duaları qəbul olaraq rəhmət yağdı.

8- Səbəblərə yapışmadan istəmək quru bir təmənnidir. 
Hədisi-şərifdə buyuruldu ki: 

“İşləmədən dua edən, döyüşə silahsız gedənə bənzəyər.” [Deyləmi]
9- Günah söz danışmayan dil ilə dua etməlidir.
Peyğəmbər əfəndimiz, “Allahü təalaya günah söz danışmayan dil ile dua edin” buyurdu. Belə bir dili hardan tapmaq olar deyə sual etdikdə, “Bir-birinizə dua edin! Çünki nə sən onun, nə də o sənin dilinlə günah etmişdir” buyurdu. [Tərgibüs-salat] 

10- İsmi əzəm və əsmai-hüsna ilə dua edilməlidir. 
Sual:
 Qəflətlə dua etməkdənsə heç dua etməmək daha yaxşı deyildirmi ?

CAVAB
Qəflətlə olduğunu söyləyərək duanı tərk etmək doğru deyildir. Qəlbinə gəldiyi kimi dua etmək, əzbərlədiyi duanı oxumaqdan daha yaxşıdır. (Bəzzaziyyə)

Dua dinin dirəyidir. “Allahü təala qatında duadan daha şərəfli bir şey yoxdur”, “Düşməndən qurtulmaq, bol ruziyə çatmaq üçün dua edin! Çünki dua möminin silahıdır” hədisi-şərifləri duanın əhəmiyyətini açıq-aydın bildirməkdədir. Allahü təaladan bir şey istəməmək isə çox pisdir. Hədisi-şərifdə buyuruldu ki:
“Allahü təala, Ondan bir şey istəməyənə, dua etməyənə qəzəblənər.” [Tirmizi]
Başqa bir hədisi-şərifdə, “Dua ibadətdir” buyuruldu. İbadəti tərk etmək isə heç doğru deyildir. Qurani-kərimdə məalən buyurulur ki:
“Mənə dua edin qəbul edim. [Mənə xalis qəlb ilə dua etsəniz qəbul edərəm.] Mənə ibadət etmək istəməyənləri zəlil və alçaq edər, Cəhənnəmə ataram.” [Mömin 60]
Həmd və salavat
Sual:
 Dua edərkən, həmd və salavat demək lazımdırmı? 

CAVAB
Peyğəmbər əfəndimizə salavat gətirmək duanın qəbuluna vəsilədir. Həmd duanın başı, salavat gətirmək isə qanadları kimidir. Duaya həmd, Rəsulullah əfəndimizə Onun alinə və əshabına salavat ilə başlamalı, yəni “Əlhamdülillahi Rəbbil aləmin, əssəlatü vəssəlamü ala rasulinə Muhammədin əlihi və sahbihi əcmain” deməli, sonunda da yenə salavat oxumalı, “Allahümmə salli ala seyyidinə və nəbiyyinə Muhamməd “ deməlidir. Rəsulullah əfəndimizə oxunan dua, yəni salavat qəbul olacağı üçün, qəbul olmuş iki dua arasında edilən dualar da qəbul olar.


В корзине: 0 шт.

на сумму: 0

Cəmi: 0

Оформить заказ Очистить корзину