Facebook Twitter WhatsApp

Duanın məqbul olduğu vaxtlar

Sual: Dua hansı vaxtlarda məqbuldur?
CAVAB
Azan oxunarkən və azan ilə iqamə arasında olunan duadır. Quran oxunarkən, Qurani-kərim xətm edilərkən, Kəbəyi-şərifi görərkən, yağış yağarkən, düşmənlə qarşılaşdıqda, zülmə uğradıqda, camaat halında ikən, fərz namazlardan sonra, qəlbində incəlik hiss etdiyi an, Əsmai hüsna ilə, ismi əzəm ilə dua etdikdə, səhər vaxtı, yalvararaq dua etmək, bidətlərdən çəkinmək, qafil olmamaq, qəlbi oyaq olmaq, halal yemək, haramlardan qaçmaq, Cümə günü və gecəsi, Rəcəbin ilk, Şabanın 15-ci gecəsi, Bayramın birinci gecələri, Ərəfə günü, Ramazanın gün və gecələri, iftar vaxtı edilən dualar məqbuldur. 

Hədisi şəriflərdə buyurulur ki:
“Azanla iqamə arasında dua məqbuldur.” [Tirmizi]
“Quranı xətm edənin duası məqbuldur.” [Beyhəqı]
“Riqqət [Qəlbi qırıq və yumşaq] halda edilən duanı qənimət bilin.” [Deyləmi]
“Həcc edənlərin, duaları qəbul olur.” [Tabərani]
“Quran və azan oxunarkən, düşmən ordusuyla qarşılaşdıqda, yağış yağanda, zülmə uğradıqda dualar qəbul olur.” [Tabərani]
“Bir camaatdan bir qismi dua etsə, digərləri də amin deyərsə o duanı, Allahü təala qəbul edər.” 
[Hakim]

“Beş vaxt namazlardan sonra edilən dua qəbul olar.” [Buxari]
“İsmi əzəmlə edilən dua məqbuldur.” [İbni Macə]
“Hər gecə səhər vaxtı, Allahü təala buyurur ki: İstiğfar edən yoxdurmu, əfv edim. İstəyən yoxdurmu, verim, duasını qəbul edim.” [Müslim]
“Allaha yalvarıb-yaxararaq edilən dua məqbuldur.” [Əbu Yala]
“Ən əfdal dua, Ərəfə günü olunandır.” [Beyhəqı]
“Bu beş gecədə edilən dua qəbul olur: Rəqaib, Bərat və Cümə gecəsi ilə Ramazan və Qurban bayramının birinci gecəsi.” [İbni Əsakir]
“Bidət əhlinin duası qəbul olmaz.” [İbni Macə] 
“Qəflətlə edilən dua qəbul olmaz.” [Tirmizi]
“Bir tikə haram yeyənin, qırx gün duası qəbul olmaz.” [Tabərani]
Namaz qılmayanın, haram iş görənin və qəlbi qafil olanın duası qəbul olmaz. Əhli sünnət etiqadında olmayanın oxuması fayda verməz. Haqq təala hər şeyi bir səbəblə yaratmaqdadır. Bir şeyə qovuşmaq istəyən o şeyin səbəbinə yapışmalıdır. Rəbbimiz insana səhhət, şəfa vermək üçün dua etməyi, sədəqə verməyi və dərmandan istifadə etməyi səbəb etmişdir.
Azanla iqamə arasında dua
Sual:
 Azanla iqamə arasında edilən dua məqbul olur. Azanla iqamə arasında sünnət də qılınır. Sünnət ilə fərz, fərz ilə sünnət arasında danışmaq kimi, dua etmək də sünnətin savabını apardığına görə azanla iqamə arasında nə vaxt dua edəcəyik?

CAVAB
Azanla iqamə arasında sünnət qılırıq. Sünnət qılarkən Fatihə və başqa dualar oxuyuruq. Bu dualar azanla iqamə arasında edilmiş olur. Yəni, azanla iqamə arasında edilməsi lazım olan duadan məhrum qalmırıq.

Həmçinin, axşam namazında azandan sonra və iqamədən öncə sünnət olmadığı üçün dua edilə bilər. Digər dörd vaxtda sünnətdən sonra iqamə oxunduğu üçün sünnətlə fərz arasında dua edilməz.
Kəbəni gördükdə dua
Sual:
 Kəbəni ilk gördükdə edilən dua qəbul olarmış, orada necə dua etmək lazımdır?

CAVAB
Aşağıdakı duaların biri və ya hamısı edilə bilər:

1- Ya Rəbbi, bundan sonra rizana uyğun edəcəyim hər duamı qəbul et! [Hər duamız qəbul olduqda, imkan daxilindəki hər nemətə qovuşmuş oluruq.]
2- Həqiqi imana qovuşmağımı nəsib et! [Həqiqi imana qovuşularsa, insan bir daha küfrə düşməz. Onun üçün bu dua birincisi qədər, hətta ondan da mühümdür.]
3- Şəhid kimi ölməyimi nəsib et! [Bu duamız da qəbul olarsa heç bir dərdimiz qalmaz.]
Kəbəyə olduğu kimi möminin üzünə baxdıqda da edilən dualar qəbul olar.
Kəbəni hər kəsin görməsi çətindir, amma saleh bir mömini tapmaq daha asandır. Bu neməti əldən qaçırmamaq lazımdır.


В корзине: 0 шт.

на сумму: 0

Cəmi: 0

Оформить заказ Очистить корзину