Facebook Twitter WhatsApp

İnsanın səid və şəqi olacağı bəllidirsə

Sual: Bəzi insanlar: “İnsanların səid və şəqi olacaqları əzəldə təqdir edildiyi üçün ibadət etməyin faydası yoxdur, özünü boşuna yorma” deyirlər. Bunlara nə demək lazımdır?
Cavab:
 Bu sözlərin şeytanın hiylələrindən olduğu “Bəriqa”“İslam Əxlaqı” kitablarında bəhs edilərkən qeyd edilir ki:

Bu sözlərə qarşı, mən qulam, qulun vəzifəsi sahibinin əmrinə əməl etməkdir, deməlidir. Buna qarşılıq: “Əmrə tabe olmadıqda, əzab qorxusu olsa, əmri yerinə yetirmək lazımdır. Əzəldə səid olan üçün bu qorxu yoxdur” desələr, buna cavab olaraq, Rəbbim hər şeyi bilir və dilədiyini edir. Dilədiyinə xeyir, dilədiyinə şər verir. Heç kimin Ondan sual soruşmaq haqqı yoxdur deməlidir. İblis, İsa əleyhissalama görünərək:
-Əzəldə Allahü təalanın təqdir etdikləri olur deyirsən, elədirmi? dedi.
-Bəli, elədir buyurdu.
- Elə isə, özünü bu dağın təpəsindən aşağı at. Əgər əzəldə salamatlığın təqdir edilibsə, sənə bir şey olmayacaq dedi. Cavabında:
-Ey məlun! Allahü təala qullarını imtahan edir. Qulun, sahibini imtahan etməyə haqqı yoxdur, buyurdu.

Şeytanın bu hiyləsinə qarşı: “İbadət etmək faydalıdır. Çünki, əzəldən səid olsam, savabların artması, dərəcələrin yüksəlməsi üçün ibadətləri yerinə yetirməliyəm. Şəqiyəmsə, ibadət etməmək əzabından qurtulmaq üçün ibadət edəcəyəm” demək lazımdır. İbadət etməyin mənə heç bir zərəri də olmaz. Çünki, Allahü təala hakimdir. İbadət edənlərə əzab etməsi, Onun hikmətinə yaraşmaz. İbadəti tərk etməyin, əzəldə səid olana zərəri olmasa belə, faydası yoxdur. Belə olduqda, necə tərk etmək olar? Ağlı olan insan, özünə faydalı olanı edər, faydasız olanı tərk edər. Əzəldə şəqiyəmsə, Rəbbimə itaət etmiş olaraq Cəhənnəmə girməyi, asi olaraq girməkdən üstün tuturam. Bundan başqa, Allahü təala ibadət edənləri Cənnətə salacağını, ibadət etməyənlərə Cəhənnəmdə əzab edəcəyini vəd etmişdir. Allahü təala vədində sadiqdir, vədindən dönməz.

Allahü təala hər şeyi səbəblə yaratmışdır. Adəti-ilahiyyəsi belədir. Ancaq möcüzə və kəramət olaraq adətini pozur. İbadətləri Cənnətə girmək üçün səbəb qoyduğunu bildirir. Yəni, Cənnət nemətlərini ibadətlərə qarşılıq olaraq yaratmışdır. Hədisi-şərifdə “Heç kim Cənnətə ibadəti səbəbi ilə girməyəcək” buyuruldu. Qarşılıq başqadır, səbəb olmaq başqadır.


Kitablarımız Dini Qurumlarla İş Üzrə Dövlət Komitəsi tərəfindən yoxlanışdan keçərək, nəzarət markası ilə markalanmışdır.

В корзине: 0 шт.

на сумму: 0

Cəmi: 0

Оформить заказ Очистить корзину