Facebook Twitter WhatsApp

İman doğru olmalıdır

   Duyğu orqanları və ağlın qavradığı elmlər imana qovuşmaq üçün köməkçi vasitələrdir. Fənn elmləri aləmdəki nizamın, düzgünlüyün təsadüfən olmadığını və bir yaradıcının olduğunu anlamağa, bilməyə və imana qovuşmağa səbəb olur. İman demək, son Peyğəmbər Muhamməd-əleyhissəlam Allahü təaladan gətirdiyi elmləri öyrənib inanmaq deməkdir. İnanılması lazım olan elmlərə ağlıma batsa, inanaram demək, Peyğəmbərlərə inanmamaq demək olur. Din elmləri ağıl sahiblərinin görüşləri deyildir. Hər kəs Peyğəmbərimiz Muhamməd-əleyhissəlamın xəbər verdiklərini “Əhli-sünnət alimlərinin”kitablarından öyrənib, o cür iman edilməlidir. Doğru və məqbul bir iman sahibi olmaq üçün aşağıdakı şərtlərə də tabe olmaq lazımdır:

  1. İman davamlı və sabit olmalıdır. Bir an da olsa ayrılmağı düşünməməlidir. Üç il sonra müsəlmanlıqdan çıxacağam deyənin, o andan etibarən imanı gedər və müsəlmanlıqdan çıxar.        
  2. Möminin imanı xavf(Allahü təaladan qorxmaq) və rəca(Allahü təaladan ümidini kəsməmək) arasında olmalıdır. Allahü təalanın əzabından qorxmalı, lakin rəhmətindən bir an da olsa ümidini kəsməməlidir. Hər günahı işləməkdən çox çəkinməli, günahı səbəbi ilə imanının getməsindən qorxmalıdır. Bütün günahları işləmiş olsa belə, Rəbbimizin əfv edəcəyindən heç ümidini kəsməməlidir. Günahları üçün tövbə etməlidir. Çünki tövbə edən heç günah işləməmiş kimi olur.   
  3. Can (ruh) boğaza gəlmədən əvvəl iman etməlidir. Can boğaza gəlincə axirətin bütün halları göstərilir. O zaman bütün kafirlər iman etmək istəyərlər. Halbuki imanın qeybi olmalıdır. Görmədən inanmaq lazımdır. Görülən şeyə iman etmək sayılmaz. Lakin həmin anda möminlərin tövbəsi qəbul olunur.
  4. Günəş qərbdən doğmadan əvvəl iman etməlidir. Qiyamətin böyük əlamətlərindən biri günəşin qərbdən doğmasıdır. Bunu görən bütün insanlar iman edəcəklər. Lakin imanları qəbul olunmayacaq, tövbə qapısı da bağlanmış olacaqdır.
  5. Allahü təaladan başqa heç kimin qeybi, gizli olan şeyləri bilməməsinə inanmalıdır. Yəni qeybi yalnız Allahü təala bilir. Bir də Onun bildirdikləri bilir. Mələklər, cinlər, şeytanlar və Peyğəmbərlər də qeybi bilməzlər. Lakin Peyğəmbərlərə, saleh qullara qeybdən məlumat verilə bilər.
  6. Dinin imana və ibadətlərə aid bir hökmünü zərurətsiz və qəsdən rədd etməməlidir. Əhkami-İslamiyyəti, yəni İslamiyyətin əmr və qadağalarından birini belə əhəmiyyətsiz görmək, Qurani-Kərimə, mələklərə və Peyğəmbərlərdən birisinə belə lağ etmək və bunlar ilə bildirilənləri bir məcburiyyət və zərurət olmadan dil ilə inkar etmək  küfr (inanmamaq) olur. Allahü təalanın varlığını, mələkləri, qüslün və namazın fərz olduğunu, ölümlə qorxutmaq kimi bir zərurət ilə rədd etdiyini söyləyən kafir olmaz.
  7. İslam dininin açıq-aşkar bildirdiyi zəruri məlumatlarda şübhə və tərəddüd etməməlidir. Namaz qılmağın fərz, şərab və digər spirtli içkiləri içməyin, qumar oynamağın, faizin və rüşvətin haram olduğuna şübhə etmək və ya məşhur olan bir harama halal demək və halal olan şeyə haram demək imandan çıxmağa səbəb olur.
  8. İman, İslam dininin bildirdiyi şəkildə olmalıdır. Ağlın anladıqlarına, fəlsəfəçilərin, fənn təqlidçilərinin bildirdiklərinə inanmaq iman olmaz. Muhamməd-əleyhissəlamın bildirdiyi şəkildə iman etmək lazımdır.
  9. İman edən yalnız Allah üçün sevməli və yalnız Allah üçün düşmənçilik etməlidir. Allahü təalanın dostları olan müsəlmanları sevməli və İslamiyyətə əli və qələmi ilə düşmənlik edənləri sevməməlidir. Bu düşmənçiliyin yeri qəlbdir.

(Müsəlman olmayan, qeyri-müslim vətəndaşlara və turistlərə də gülərüzlü və şirindilli davranmalıdır. Gözəl əxlaqımız ilə dinimizi onlara sevdirməliyik)

  1. Peyğəmbərimizin və Əshabəsinin göstərdiyi doğru yoldan ayrılmayan həqiqi müsəlmanların iman etdiyi kimi inanmalıdır. Doğru inanmış olmaq üçün Əhli-sünnət vəl-camaat etiqadına uyğun olaraq iman etməlidir. (Əhli-sünnət alimlərinin yazdıqları həqiqi din kitablarına tabe olanlara yüz şəhid savabı veriləcəkdir. Dörd məzhəbin hər hansı birisinin alimlərinə “Əhli-sünnət alimi”deyilir. Əhli-sünnət alimlərinin rəisi, İmamı-azam Əbu Hənifədir. Bu alimlər Əshabi-kiramdan öyrəndiklərini yazmışlar, Əshabi-kiram da bunları Rəsulullahdan eşitdiklərini söyləmişdilər.)