Ramazanla oyandı,
Mömin nura boyandı,
Hazırlıqlar başladı,
Camidə qəndil yandı.
* * *
Möminlərə nemətdir,
İlk on günü rəhmətdir,
Bu ayda oruc tutmaq,
Böyük bir qənimətdir.
* * *
Möminlər hüzur tapar,
Günahları əfv olar,
Bayram günü gəldikdə,
Cəhənnəmdən qurtular.
* * *
Orucla an ac-toxu!
Aç elmihalı oxu!
Qardaş, ömrün keçmədən,
İnsanlıqdan al qoxu!
* * *
Bax bir qərib quş gəldi,
Süfrəmizə aş gəldi,
Gözümüz aydın olsun,
Mübarək ay xoş gəldi.
* * *
Oruc Rəbbin ehsanı,
Bildirildi fərmanı,
Günahları əridir,
On bir ayın sultanı.
* * *
Aldanma sağa-sola!
İxlasla gir Haqq yola!
Orucunu tutanın,
Sonu əlbət xoş ola.
* * *
Bilinməli əməklər,
Nəfis olsun yeməklər,
Qonşu dəvət etmişdi,
İftara bizi gözlər?
* * *
İnanan oruc tutar,
Qəfləti söküb atar,
Təravihi də qılıb,
Savaba savab qatar.
* * *
Şükr edər sahur yeyən,
İbadət zirhi geyən,
Oruc bərəkətilə,
Çoxalar Allah deyən.
* * *
Qardaş şükr et Rəhmana!
Fürsət vermə şeytana!
Həsrətlə gözləyirdik,
Qovuşduq Ramazana.
* * *
Süfrə qonaqla dolsun!
Ev bərəkətli olsun!
Yeməklərin yanında,
Südlü və şirni olsun!
* * *
Hörmət et Ramazana!
Qovuşarıq ehsana,
Bu ayda oruc tutmaq,
Asandır Müsəlmana.
* * *
Gəl oruc tut, sağlam ol!
Orucla dincləşir qul,
Mövlanın əmrinə uy!
Sonsuzadək xilas ol!
* * *
Oruc səbrin yarısı,
Atəşə pərdə olar.
İbadətin əlası,
Oruclu fərah tapar.
* * *
Dinlə beş vaxtı azan!
Oruc tut savab qazan!
Nemətlərlə doludur,
Bu mübarək Ramazan.
* * *
Orucunu tutana,
Yuxu ibadət olar.
Bu aya qovuşana,
Yağanlar rəhmət olar.
* * *
Kölgə verdi Ramazan,
Bax oxunurdu azan,
Fürsəti qənimət bil!
Oruc tut, savab qazan!
* * *
Sahur yeməyi toxdur,
Fəziləti həm çoxdur,
Sahur yeməyi üçün,
Sual və hesab yoxdur.
* * *
Orucu belə bilin:
Zəkatıdır bədənin,
Dəftəri savab dolar,
Onu əda edənin.
* * *
Haqq olmalı sözümüz,
Ağ olmalı üzümüz,
Orucu tam tutaq ki,
Pak olarıq özümüz.
* * *
Rəbbimizin ehsanı,
On bir ayın sultanı,
Qardaş, qəfləti burax!
Dəyərləndir hər anı.
Ruhun səhhəti üçün,
Az günah işləməli,
Bədən sağlığı üçün,
Az yeyib, az içməli.
* * *
Qul imanı dadmalı,
Qəflətini atmalı,
Qılmalı namazını,
Orucunu tutmalı.
Nəfsimizlə savaşla,
Yetinərik az aşla,
Gəl iftara gedək,
Səmimi bir yoldaşla.
* * *
Orucda olar vəfa,
Bizlərə verər səfa,
Qardaş, Haqqa həmd olsun,
Hər nəfəsdə min dəfa.
* * *
Xoşdur yeməkli söhbət,
Pozulmasın bu adət!
Unudulmasın heç kim,
Kimisi gözlər dəvət.
Orucu doğru tutan,
Məmnun edərək salan,
Sevinsin, bayram etsin!
Orucu qəbul olan.
* * *
Qardaş ilə başladım
Susuzluğa dayandım,
Daha çox yeyəcəkdim,
Görənlərdən utandım.
В корзине: 0 шт.
на сумму: 0