Facebook Twitter WhatsApp

Namaz qılmağı öyrənirəm (Şəkilli izah)

İKİ RƏKATLIQ NAMAZIN QILINIŞI


Buradan [267.39 Kb] (Yüklənilib: 1354)
Onlayn oxu: Yüklə

 BİRİNCİ RƏKATI

Dəstəmaz alınıb, ayaq üstə qibləyə tərəf dönülür. Ayaqların arası dörd barmaq açıqlıqda olur. Qadınlar bədənin şəkli bəlli olmayacaq şəkildə təpədən dırnağa qədər örtünür. Yalnız əllər və üz açıq qalır. Namazda qadınlar üçün ən yaxşı örtülü olmağın ən asan şəkli əllərini də örtəcək geniş bir baş örtüsü və ayaqlarını da örtəcək geniş və uzun bir ətəkdir. Niyyət edilir. Məsələn, “Allah rizası üçün bu günkü sübh namazının fərzini qılmağa niyyət etdim” deyilir.

 2 — “Allahu əkbər” deyərək iftitah təkbiri alınır. Kişilər təkbir alarkən, əllərin içi qibləyə qarşı və barmaq araları normal açıqlıqda olur. Baş barmaqlar qulaq yumşağına dəydirilərək əllər yuxarıya qaldırılır. Qadınlar təkbir alarkən, əllərin içi qibləyə qarşı, barmaq araları normal açıqlıqda və barmaq ucları çiyinlərin səviyyəsinə gələcək şəkildə əllərini yuxarıya qaldırarlar.

3- QİYAM Kişilər “Sağ əlin ovucu sol əlin üzərində və sağ əlin baş və kiçik barmaqları sol əlin biləyini tutaraq əllərini göbək altında bağlayarlar.” Qadınlar “Sağ əl sol əlin üzərində olacaq şəkildə əllərini sinə üstünə qoyarlar. Kişilərdə olduğu kimi sağ əlin barmaqları ilə sol əlin biləyini tutmazlar. - OXUNACAQLAR: Gözləri, səcdə ediləcək yerdən ayırmadan: a) “Sübhanəkə” oxunur. b) Əuzu Bəsmələ-dən sonra “Fatihə” oxunur. c) Fatihədən sonra bəsmələ oxunmadan

bir zammı surə (məsələn; Kəvsər surəsi) oxunur.

4- RÜKU. “Allahu Əkbər” deyərək rükuya əyilir. Kişilər rükuda barmaqları acıq olaraq əlləri ilə dizlərini tutub belini dümdüz tutarlar. Dizlərini və dirsəklərini tam açıq tutarlar. Qadınlar rükuda tam düz durmazlar, barmaqlarını açmayaraq dizləri üzərinə qoyarlar və dizlərini bir az bükülü tutarlar. OXUNACAQLAR:“Subhanə Rabbiəl-Azım” 3 dəfə

 Sonra “Səmi-Allahu limən hamidəh” deyərək qalxarkən, şalvar çəkilməz və gözlər səcdə yerindən ayrılmaz. Tam dik durunca “Rabbəna ləkəl hamd” deyilir. Daha sonra “Allahu Əkbər” deyərək əvvəlcə dizlərimizi, sonra əllərimizi və ondan sonra burnumuzu və alnımızı yerə qoyaraq səcdəyə gedirik,

5- SƏCDƏ. Əl və ayaq barmaqlarımızı qibləyə tərəf çeviririk, Başımızı əllərimizin arasına qoyuruq, Dirsəklərimiz yerə toxunmur, qarnımız dizlərimizlə birləşmir. (Qadınlar səcdədə dirsəklərini yerə qoyur və qarınları ilə dizlərini sıx saxlayırlar. OXUNACAQLAR: “Subhanə Rabbiyəl-Əalə” - 3 dəfə.

Sonra “Allahu Əkbər” deyərək dikəlirik. Allahü-əkbər” deyərək sol ayaq yerə yayılır, sağ ayağın barmaqları qiblə istiqamətində bükülür və budlarının üzərində oturulur. Ovuclar dizin üzərinə qoyulur və barmaqlar sərbəst buraxılır. Qadınlar təşəhhüddə budunun üzərinə oturur. Yəni sağ və sol ayaqlar sağ tərəfdə olub, sol budunun üzərinə oturur. Budları üzərində artıq durmadan “Allahü-əkbər” deyərək, təkrar səcdəyə gedilir. Səcdədə yenə ən az üç dəfə “Sübhanə Rabbiyəl-əalə” dedikdən sonra “Allahü-əkbər” deyərək ayağa qalxılır. Ayağa qalxarkən əllərlə yerdən qüvvət alınmaz və ayaqlar oynadılmaz. Səcdədən qalxarkən öncə alın, sonra burun, sonra da sol əl və sağ əl, sonra sol diz və sağ diz yerdən qaldırılmalıdır. Beləliklə birinci rəkatı başa vurmuş oluruq.

İKİNCİ RƏKAT 

Ayaq üstə ikən bəsmələdən sonra “Fatihə” və bundan sonra bir zammı-surə (məsələn; ixlas surəsi) oxunub, “Allahü-əkbər” deyərək rüküyə əyilir. İkinci rükət də birinci rükətdə tərif edildiyi şəkildə tamamlanır. Yalnız ikinci səcdədən sonra “Allahü-əkbər” deyincə ayağa qalxmayıb ombalar üzərinə oturulur və: a) “Əttəhıyyatü”, “Allahümmə salli”, “Allahümmə bərik” və “Rabbəna ətinə” dualarını oxuduqdan sonra,  

Öncə sağa “Əssəlamü aləyküm və rahmətullah”, sonra sola “Əssəlamü aləyküm və rahmətullah” deyə salam verilirb)Salam verdikdən sonra “Allahümmə əntəssəlam və minkəssəlam təbəraktə yə

zəl-cələli vəl-ikram” deyilir

ə̂ â î ü̂ û - uzatma hərfləri]

SUBHANƏKƏ DUASI: “Sübhânə kəllâhümmə və bi hamdik. Və təbə̂ra kəsmük. Və təâlə̂ cəddük və lə̂ ilə̂hə ğayruk” 

ƏUZÜ BƏSMƏLƏ  Əûzü billə̂hi minəş-şeytânir-racîm. Bismillə̂hir-Rahmə̂nir-Rahîm.

FATİHƏ SURƏSİ: “Əl-Hamdu lillə̂hi Rabbil-âləmîn. Ər-Rahmə̂nir-Rahîm. Mə̂liki yəvmid-dîn. İyyə̂kə nəabüdu və iyyə̂kə nəstəîn. İhdinəs-sırâtal-müstəqîm. Sirâtalləzînə ən amtə aleyhim ğayril-məğdûbi aleyhim vələd-dâ̂llîn.

KƏVSƏR SURƏSİ:  İnnə̂ əataynə̂ kəl-kəvsər. Fəsalli lirabbikə vənhar. İnnə şə̂niəkə hüvəl-əbtər”

İXLAS SURƏSİ: Qul hü vəllâhü əhad. Allahüssaməd. Ləm yəlid və ləm yü̂ləd. Və ləm yəkün ləhü̂ küfüvən əhad.

ƏTTƏHIYYATÜ DUASI: Əttəhıyyə̂tü lillə̂hi vəssaləvə̂tü vəttayyibə̂t. Əs-sələ̂mü aleykə əyyühən-Nəbiyyü və rahmətullâhi və bərakə̂tüh. Əs-sələ̂mü aleynə̂ və alə̂ ibə̂dillə̂his-Salihîn. Əşhədü ən lə̂ ilə̂hə illəllâh və əşhədü ənnə Muhammədən abduhü̂ və Rasûlüh.

ALLAHÜMMƏ SALLİ Allahummə salli alə̂ Muhammədin və alə̂ ə̂li Muhamməd. Kəmə̂ salleytə alə̂ İbrahîmə və alə̂ ə̂li İbrahîm. İnnəkə hamîdun məcîd.

ALLAHÜMMƏ BARİK Allahummə bərik alə̂ Muhammədin və alə̂ ə̂li Muhamməd. Kəmə̂ bəraktə̂ alə̂ İbrahîmə və alə̂ ə̂li İbrahîm. İnnəkə hamîdun məcîd.

RABBƏNA ƏTİNƏ DUASI: Rabbənə̂ ə̂tinə̂ fid-dünyə̂ hasənətən və fil-ə̂xirati hasənətən və qınə̂ azəbən-nə̂r.                                                                           


В корзине: 0 шт.

на сумму: 0

Cəmi: 0

Оформить заказ Очистить корзину