Facebook Twitter WhatsApp

Malikini təqlid edənin səfəriliyi

Sual: Maliki məzhəbini təqlid edən bir Hənəfinin səfərilik müddəti nə qədərdir? Səfərilik müddətinə, girdiyi və çıxdığı günlər daxildirmi?

CAVAB

Girdiyi və çıxdığı günlər xaric, 4 gün qalan mükim olur, 3 gün qalarsa səfəri olur. Giriş-çıxış günləri daxil 6 gün qalan mükim 5 gün və daha az qalan səfəri olur. [Giriş-çıxış günlərində ölçü imsaq vaxtıdır. Gedilən yerə imsaq vaxtından sonra girilərsə, o gün sayılmaz. Çıxılan yerdən imsaq vaxtından sonra çıxılarsa, o gün sayılmaz].

Sual: Maliki məzhəbini təqlid edən biri səfəriliyə Hənəfidəki kimi uyacaq, yoxsa Maliki məzhəbindəki kimi uymalıdır?

CAVAB

Kilometr olaraq Hənəfi əsas götürülür, yəni 104 kilometrdən az səfəri olunmaz. Səfəri olmaq üçün gün olaraq da Maliki əsas götürülür . Yəni, giriş-çıxış xaric dörd gün qalan mükim olar.

Sual: Malikini təqlid edirəm. Səfərə çıxacağıq. Bir işimiz var, alınsa bir neçə gün içərisində qayıdacağıq. Normal vəziyyətdə 1 həftə qalmağa niyyətləndik. Namazları səfəri olaraq qılmalıyıq?

CAVAB

Dəqiq olmadığı üçün elə səfəri olursunuz. Dörd rükətliləri iki qılacaqsınız.

Sual: Maliki məzhəbini təqlid edən Hənəfi səfərə niyyət edir, işlədiyi şirkətə çatdıqda avtomobilin km göstəricisi 104 km göstərir, səfəri sayılırmı? Yoxsa şirkətin olduğu şəhər sərhədimi əsas götürülür?

CAVAB

Əvvəlcə çıxış yeri önəmlidir. Şəhərin qəbirstanlıq, fabrik, hərbi hissə, çay kimi bir yerdən kilometri hesab edilir. Çatdığı yerin də eyni şeylər hərbi hissə, fabrik,  qəbirstanlıq  kimi yerinə çatdıqda tamam olur. Şirkətin yeri önəmli deyildir. Əgər bu məsafə 104 km olarsa, səfəri olar.

Sual: Malikini təqlid edirəm. 3 günlüyünə bir yerə getməyə niyyət etmişdim. Buraya gəldikdən sonra  namazları bir gün səfəri kimi qıldım, ancaq bir neçə gün daha qalmalı oldum. Səfəriliyim pozuldumu? Səfəri kimi qıldığım namazlar səhih oldumu?

CAVAB

Səhih oldu. Maliki məzhəbinə görə giriş və çıxış günlərindən başqa üç gündən artıq qalmağa niyyət etdiyi bir yerə girdikdə, yaxud dörd gündən əvvəl bitəcəyini sandığı işi üçün getdiyi yerdə on səkkiz gündən çox qaldıqda mükim olur. Daha az qalarsa səfəri olar. Şafidə də belədir.

Sual: Malikini təqlid edirəm. Beş gün qalmaq üçün bir yerə gedirəm. Ancaq beş gün qalacağıma niyyət etmirəm. Davamlı  səfəri oluram? Yaxud nə qədər qalacağımı bilmirəm, bu üç gün də ola bilər, beş və ya daha artıq da ola bilər. Nə etməliyəm?

CAVAB

Malikidə bir yerdəki işinin dörd gündən əvvəl bitməyəcəyini bilirsə, niyyət etməsə də oraya girdikdə mükim olur. Müddətini dəqiq bilməsə, on səkkiz gün sonra mükim olar. Şafiidə də belədir.

Sual: Maliki məzhəbinə görə, giriş və çıxış günlərindən başqa üç gündən artıq qalmağa niyyət etdiyi bir yerə girdikdə, yaxud dörd gündən əvvəl bitəcəyini sandığı işi üçün getdiyi yerdə on səkkiz gündən çox qaldıqda mükim olur nə deməkdir?

CAVAB

Məsələn, dörd gündən az qalaram deyə Gəncəyə gedirsiniz, işiniz çıxır, iki gün daha qalmağınız lazım gəlir, iki gün sonra bitməyir, üç gün daha qalmaq lazım olur, belə 2 və ya 3 gün qaldıqda 18 günə qədər səfəri olursunuz. Bu vəziyyətdə Hənəfidə isə, ömür boyu səfəri olur.

Sual: Malikini təqlid edirəm. Doğulduğum yer Balakən, boya-başa çatdığım yer İsmayıllı, Bakıda yaşayıram və Ağdamda evlənmişəm. İsmayıllıda və Ağdamda 4 gündən az qalsam səfəri olacağam?

CAVAB

Ağdam vətəni-əsliniz olduğu üçün orada səfəri olmursunuz. [Həddi-büluğa çatmış bir uşağın ana-atasının olduğu yer doğulduğu yer belə olsa, oradan gedib başqa yerdə çıxmamağa niyyət edib qalsa və ya evlənsə, ora “Əsli yeri” olur. Ana-atasının yanına getdikdə, qalmağa niyyət etmədikcə, bura uşağın əsli yeri olmaz. Onun əsli yeri evləndiyi və ya son qaldığı yerdir.]

Malikini təqlid və səfərilik

Sual: Hənəfi məzhəbindəki bir şəxs 10 günlüyünə səfərə çıxsa, orada dəstəmazı pozan bir xəstəlikdən və ya başqa bir ehtiyacdan ötrü Maliki məzhəbini təqlid etməli olsa, səfəriliyi davam edərmi?

CAVAB

Malikinin şərtlərinə də tabe olmalı olduğu üçün səfəriliyi davam etməz.

Səfərdə cəm etmək

Sual: Malikini təqlid edən bir kimsə səfərdə iki namazını cəm edə bilərmi?

CAVAB

Bir ehtiyac, bir sıxıntı olmadan cəm edə bilməz.

Malikidə səfərilik

Sual: Bir yoldaş Malikidə mükim olmağın formulunu tapıb. Üç sübh namazının qılındığı yerdə mükim olunacağını təyin edib. Bir nəfər səfərə çıxıb üç sübh namazını qıldığı yerdə mükim olarmı?

CAVAB

Xeyr, mükim olmaz. O yoldaşın o formulu səhvdir. Maliki, Şafiî və Hənbəlidə giriş və çıxış günləri xaric üç gün qalan səfəri olur. Dörd və ya daha artıq gün qalan mükim olur. Səfərə çıxan, sübh azanları oxunarkən bir şəhərə girsə, imsaq vaxtından sonra girdiyi üçün, o gün giriş günüdür, sayılmaz. Azanlar oxunarkən o şəhərdən çıxarsa, çıxdığı gün də sayılmaz. Üç gün qaldıqda üç sübh namazı qılar, bir girişdə, bir də çıxışda sübh namazı qılınmış olur ki, hamısı beş sübh namazı edir. Deməli, üç sübh namazı deyil, ən çox beş sübh namazı qılan belə səfəri olur, mükim olmur. Şəriətə görə gün imsaq vaxtı girdikdə başlayır.


В корзине: 0 шт.

на сумму: 0

Cəmi: 0

Оформить заказ Очистить корзину