Facebook Twitter WhatsApp

Unudaraq 4 rükət qılmaq

Sual: Səfəri unudaraq və ya qəsdən 4 rükət qılsa nə etməlidir? Səfəri olan imam çaşıb dörd rükət qılarsa, ona uymuş olan mükimin namazı necə olar?

CAVAB

Səfəri olan fərzi dörd rükət qılarsa, son iki rükəti nafilə olar. Əmri dinləmədiyi üçün və nafilənin iftitah təkbirini və fərzin salamını tərk etdiyi üçün və nafiləni fərz ilə qarışdırdığı üçün günah olar. Unudaraq dörd rükət qılan kimsə səcdəyi-səhv edər.

Səfəri olan imam çaşıb dörd rükət qılarsa, ona uymuş olan mükimin namazı fasid olar. İkinci rükətdə oturmazsa, fərzi qəbul olmaz. Üçüncü rükətin səcdəsini etmədən, o şəhərdə 15 gün qalmağa niyyət edərsə, o fərzi dörd rükət qılmalıdır. Lakin, üçüncü rükətin qiyamını və rükusunu təkrarlaması lazımdır. Çünki, bu ikisini nafilə qılmışdı. Nafilə edilən ibadət fərz yerinə keçə bilməz.

Səfəri olan surələri qısa oxumalıdır. Təsbehləri üçdən az etməməlidir. Yolda ikən, yəni sıxıntılı zamanında sübh namazından başqa sünnətləri tərk etmək olar. Sünnətləri üzr ilə tərk etmək caizdir. Səfərdə işa namazını kərahət vaxtına saxlamaq caizdir.

Sual: Səfəri olan, zöhrü, əsri və işanı 4 rükət qılsa, daha sonra yadına düşsə, qəza etməlidirmi?

CAVAB

Qəza qılmaq lazım deyildir.