Facebook Twitter WhatsApp

Cümə namazı necə qılınır?

Cümə günü, zöhr azanı oxunduqdan sonra on altı rükət Cümə namazı qılınır.
Bunların sırası belədir:
1. Əvvəl Cümə namazının dörd rükətlik “
ilk sünnəti” qılınır. Bu sünnət zöhr namazının ilk sünnəti kimi qılınır. Bunun üçün “Niyyət etdim, Allah rizası üçün Cümə namazının ilk sünnətini qılmağa, döndüm qibləyə” deyə niyyət edilir.
2. Sonra məscid içində ikinci azan və xütbə oxunur.
3. Xütbə oxunduqdan sonra iqamət oxunub, camaat ilə Cümə namazının iki rükətlik “
fərz” qılınır.
4. Cümə namazının fərzi qılındıqdan sonra dörd rükətlik “
son sünnət” qılınır.Bunun qılınması zöhr namazının ilk sünnəti kimidir.
5. Bundan sonra “
üzərimə fərz olan qıla bilmədiyim son zöhr namazının fərzini qılmağa” deyə niyyət edərək, “axır zuhur” namazı qılınır. Dörd rükətlik bu namazın qılınması zöhr namazının fərzinin qılınması kimidir.
6. Sonra da, iki rükət “
vaxtın sünnəti” qılınır. Qılınması sübh namazının sünnətinin qılınması kimidir.
7. Bundan sonra Ayətəl-kürsü və təsbehlər oxunub, dua edilir


В корзине: 0 шт.

на сумму: 0

Cəmi: 0

Оформить заказ Очистить корзину