Sual: Fasid və batil satışlar arasındakı fərq nədir?
CAVAB
Fasid, əsli dinə uyğun, ancaq sifəti dinə uyğun olmayan alverdir. Fasid satışlar, caiz deyildir və haramdır. Böyük günahdır. Batil, əsli də sifəti də dinə uyğun olmayan, yəni etibarsız olan alverdir.
Fasid alverə bir neçə nümunə:
- Alacaqlısına evini verib, “Pulsuz otur!” demək fasiddir.
- Südü üçün heyvanı, meyvəsi üçün ağacı, üzümü üçün asmağı, qoyun otarmaq üçün tarlanı, yunu üçün heyvanı kirayəyə vermək caiz deyildir, fasiddir.
- Sapın bir qisimini, toxucuya kirayə verərək toxudmaq, əşyadan bir qismini, icarəyə verməklədaşıtmaq üçün heyvan icarəyə götürmək, unun bir qismini, kirayə verməklə buğda üyütmək fasiddir.
- Bir kimsənin, birindən bir miqdar alacağı varkən, bu kimsənin, alacağı ilə mübadilə edilməmək şərtiylə ondan o qədər manatlıq mal satın alması fasiddir. Yəni kömürçüdən 100 manat alacağı olan kimsə, 100 manatlıq kömür alıb, “Alacağıma say!” deyə bilər, lakin “Alacağıma sayma, mən sənə 100 manat borclanım” deyə bilməz.
- Evini ,ölənə qədər içində qalmaq və ya ölənə qədər müştərinin özünə baxması şərti ilə satmaq fasid olar. Bu şərtlə evini hədiyyə etmək caizdir və evi təslim etdikdən və alan, ona baxmağa razı olduqdan sonra, geri ala bilməz.
- Satışdakı kredit müddətini, satıcının və müştərinin bilməsi şərtdir. Ödəmə müddəti, mal təslim tarixindən başlayar. “Hacılar gəldiyi vaxt, yağış yağdığı vaxt ödəyərəm” demək caiz deyildir, fasiddir. Hansı ayın, hansı günü olduğu bilinməsi lazımdır.
- “Bu sürüdən bir qoyunu sənə satdım” demək fasiddir, çünki hansı qoyun olduğu bəlli deyildir.
- Kreditlə vermək üçün, qiyməti artdırmaq şərt edilsə, alver fasid olar. Məsələn, 100 manat olan bir malı, kreditlə alsan və ya üç ay vədə ilə alsan 110 manata satıram demək kimidir. Lakin 100 manatlıq bir malı, kreditlə istəyən kimsəyə 110 manat və ya 200 manata satıram deyilsə fasid olmaz. Hər kəs malını istədiyi qiymətə sata bilər. Əvvəlkində, “Malın 100 manat, amma kreditlə alsan daha çoxa sataram” deməsi vaxtı pulla satması olur.
- Bir kimsəyə verdiyi borcu yalnız ona nağd satmaq caiz olub, başqasına satmaq fasiddir. Məsələn, qonşuya on dənə yumurta borc verdik. Bunu başqasına sata bilmərik. Qonşu, pulunu verim deyərsə ona nağd satmaq caizdir.
- Kasıbın, zəkatı nağd almadan satması fasiddir. Məsələn, “ Əli Bəy, mənə zəkat olaraq bir ayaqqabı, bir palto verəcək. Onu sənə satdım” demək caiz olmaz. Zəkat mallarını almış olması lazımdır.
- Alverin gərəyi olmadan, satıcıya və müştəriyə faydası olan bir şərtlə edilən satış fasid olar. Bir neçə nümunə verək:
Satıcının buğdanı un etdikdən və ya meyvəni yığdıqdan sonra təslim etməsini şərt etmək fasiddir.
Nağd olaraq bazarlıq edəndə, pulunu vermədən əvvəl, malı təslim etməsini istəmək fasiddir. Pulunu sonra vermək şərtilə kreditlə satmağın zərəri olmaz.
Pulunu başqa şəhərdə verməyi şərt qoşmaq fasiddir. Məsələn, nağd bazarlıq edib malı Bakıda təslim alıb, “ Gəl pulunu sənə Gəncədə verərəm” demək fasiddir.
Batil olan satışlar:
Bəzi fasid satışlar, qeyri-müslim ölkələrdə caizdir, lakin batil olan satışlar, qeyri-müslim ölkələrdə də caiz deyildir, haramdır. Harama düşməmək üçün batil satışları hər Müsəlmanın bilməsi lazımdır. Batil satışlardan bəziləri bunlardır:
- Mal sayılmayan şeylərin satılması batildir. Məsələn, qan və leş mal deyildir.
- Mülkü olmayan şeyi satmaq batildir. Məsələn, dənizdəki balığı tutmadan əvvəl satmaq batildir. Satış etdikdən sonra balıqları tutub müştəriyə versə yenə səhih olmaz. Balıqları tutduqdan sonra satmaq lazımdır.
- İnəyin məməsindəki südü sağmadan əvvəl satmaq batildir. Səhih olması üçün, inəyin sahibinə, südün dəyərinə yaxın bir pul borc verilir. İnəyin sahibi də heyvanından çıxan südü hər gün borc verir. Sonra mübadilə yolu ilə ödəşərlər.
- Ağacdakı yetişməmiş meyvəni satmaq batildir. Çünki ortada mal yoxdur. Meyvənin böyüyəcəyi qəti deyildir.
- Yeddi yaşından kiçik uşağın alveri batildir.[Ancaq uşağın evə gətirdiyi şeyləri ana və ya atası görüb razı olarsa alveri səhih olar. Razı olmaqla ana ata alveri etmiş olur.]
- Canlı heyvanın ətini tərəzi ilə satmaq batildir. [Ancaq satıcı çəkib hesab edər, bu qədər manat deyər. Alıcı da, bu qoyuna o qədər manat verərəm deyərsə, zərəri olmaz.]
- İtən əşyanı satmaq batildir. Çünki malı dərhal təslim etmək imkanı yoxdur.
- Leşin dərisini dabaqlamadan (istifadə edilə biləcək vəziyyətə gətirmək) satmaq batildir. Leşin sümükləri, buynuzu, tükü satılar. Donuzdan başqa əti yeyilməyən heyvanları, həşəratı və balıqdan başqa dəniz heyvanlarını, ancaq istifadə etmələri faydalı olduğu vaxt satmaq caiz olar. Donuzdan başqa əti yeyilməyən heyvanlar Bəsmələ ilə kəsiləndə və ya ovlananda dərisi təmiz olar.
- Bir binanın üst qatı yıxıldıqdan sonra, yalnız bu üst qatını satmaq batildir. Çünki mal qalmamışdır. Mövcud olan mal satılar. Haqq, yalnız olaraq satılmaz. Bunun üçün, alınacaq maaşı almadan əvvəl satmaq, bunların çeklərini banka qırdırmaq batildir.
- Bir kimsə, növünü söyləyərək bir şey satsa, bu şey başqa növdən çıxsa, satış batil olar. Məsələn, noxud deyib , düyü çıxsa, batil olar.
- “Filan şey olarsa və ya olmazsa, bu malı sənə satdım” deyə satış etmək batil olar. [Məsələn, filan kənd qəsəbə olarsa, bu malı sənə min dollara satdım və ya zəlzələ olmazsa, bu evi sənə 90 min manata satdım demək kimi]
- Satıcıya və ya müştəriyə faydası olmayan şərtlə alver səhih olub, şərt edilən şey edilməz. Məsələn, minməmək şərti ilə bir heyvanı satmaq, müştərinin özü geyinməməsi şərti ilə paltar satmaq, başqasına satmamaq və ya hədiyyə etməmək şərti ilə satın almaq səhih olub, bu şərtləri hamısı boşdur, edilməz. Məsələn, kəsmək şərtiylə qoç satın almaq səhihdir, lakin şərt etibarsızdır. Bir malı, bu şəhərdə satmamaq şərtiylə satın almaq səhih olub, şərt batildir. Bir evi yıxmaq şərtiylə satın almaq səhih, amma şərt batildir, yəni yıxmaq lazım deyildir.
- Bir satışda, malın və ya pulun ikisi də deyn olarsa, alver səhih olmaz, batil olar. Deyni , deyn qarşılığı satmaq batildir. Bunun üçün, hər cür alacaq, təslim alınmadan əvvəl, heç kimə kreditlə satıla bilməz. [Özündə, hal-hazırda əlində olan mala (Ayn),özündə olmayana (Deyn) ]
- Ayaqqabını, hələ hazır etmədən satmaq batildir. İsmarlama surəti ilə etmək caizdir.
- Ödəniş ilə ibadət etdirmək və ya ibadətin savabını başqasına satmaq batildir.
Sual: Almaniyadan yazıram. Burada lotoreya hazırlamaq, sığorta agentliyi və ya bank reklamı etmək caizdirmi?
CAVAB
Caizdir.
Dar-ül-hərbdə, yəni Almaniya, İngiltərə kimi İslamiyyət ilə idarə edilməyən yelərdə, bir müsəlman, qazanmaq şərti ilə, qumar, lotoreya, faiz və sığorta yolu ilə, oradakı hər kəsin pulunu, malını ala bilər. (Quduri, Cəvhərə, Vikayə, Rədd-ül Muxtar, Hindiyyə, Məbsut)
Məcmaul-enhür və Dürərdəki hədisi-şərifdə, “La riba beynəl müslimi vəl harbiyyi fi daril harbi= Dar-ül-hərbdə, müsəlman ilə kafir arasında faiz yoxdur” buyuruldu.
Dəyanət Ensiklopediyasında isə belə deyir:
Əbu Hənifə və İmam Muhammədə görə dar-ül-hərbdə müsəlmanla hərbi arasında faiz rəftarı caizdir. Eyni şəkildə Hənəfi məzhəbinə görə, fasid qəbul edilən alver və ticari rəftarlar, bəhsə girmək və qumar oynamaq da caizdir. Ancaq müsəlmanın bu işlərdən qazanclı çıxması şərtdir. (Faiz maddəsi s.121)
Qeyd: Geniş bilgi üçün Faiz və Sığorta maddələrinə bax.
Fasid anlaşma
Sual:Avropada, çox gəlirli bir bononu, müsəlman olmayanlara vermək günahdırmı?
CAVAB
Günah deyildir, çünki qeyri-müslim ölkələrdə, qeyri-müslimlərlə və dinsizlərlə fasid anlaşma caizdir.
Ağacdakı meyvəni satmaq
Sual: Ağacdakı yetişmiş meyvəni, tarladakı yetişmiş qovun, qarpız kimi məhsulları, ölçmədən, topdan üsulu ilə satmaq caizdirmi?
CAVAB
Əlbəttə, caizdir. Çəkmək lazım deyildir. Topdan satış üsulu uyğundur. Hələ yetişməmiş olan məhsulu satmaq batildir, ancaq məhsul yeyiləcək halda olmasa belə, müştəri dərhal toplayacaqsa, satmaq caiz olar. Toplamayıb, ağacda qalmasını istəmək caiz olmaz. Yetişmiş məhsulu isə satmaq caizdir.
Sürpriz paket
Sual:Sürpriz paket deyərək bəzi satışlar edilir. Satıcı firma, paketə bəzi məhsullar qoyur, amma içində nələr olduğunu söyləmir. Belə bir paketi satın almaq caiz olar?
CAVAB
Xeyr, nə olduğu bilinməyən mal satıla bilməz. Gözümüzlə görməsək də, içində nə olduğunu bilməmiz lazımdır. Müştərinin görmədiyi malın yerini, sifətini, arasının hüdudunu, cinsini, miqdarını satıcı bildirməzsə, alver fasid olar.
Bir kimsə, cinsini söyləyərək bir şey satsa, bu şey başqa cinsdən çıxsa, satış batil olar. Məsələn, fındıq alıb , püstə çıxsa, batil olar. Müştəri, çıxan mal mövcuddursa, geri verər. Mövcud deyil isə pulunu geri alar.
Pulu əvvəldən vermək
Sual:Çörək alacağımız vaxt əvvəl pulunu verib, çörəyi sonra alsaq uyğun olar?
CAVAB
Bəli, ən uyğunu budur. Bazara gedib 5 manatlıq bu meyvədən ver deyərək, əvvəl 5 manatı vermək də eyni şəkildə uyğun olar. O vaxt əskik və ya çox çəkilsə də, topdan üsulu ilə, çəkilmiş olan miqdar 5 manata alınmış olar.
Buğda üyüdmə ödənişi
Sual:Kəndimizdə, dəyirmana, 100 kq buğdanı üyüdməyə apardıqda, dəyirmançı, üyüdmə ödənişi olaraq 5 kq un alır. Dinən bu caizdirmi?
CAVAB
Caiz deyil, fasiddir. Bu ödənişə icarə və ya kirayə deyilir. İcarə, bir malın, özünü deyil, mənfəətini, yəni istifadə edilməsini satmaq, kirayəyə vermək deməkdir. İcarə, kirayə mənasına da gəlir. Kirayəyə ödəniş də deyilir.
Sapın bir qismini, toxucuya kirayə olaraq verib toxudmaq, əşyadan bir qismini, kirayə verməklə daşıtmaq üçün heyvan icarəyə götürmək, unun bir qismini kirayə verməklə, buğda üyüdmək fasiddir. (S.Əbədiyyə)
Buğdanı daşınma ödənişi olaraq bu buğdadan və ya buğdanı üyüdən dəyirmançıya undan ödənişini vermək caiz deyildir. (Rədd-ül Muxtar)
Demək ki, dəyirmançının buğdanın üyüdmə ödənişini üyütdüyü undan alması caiz olmur. Caiz olması üçün buğdanı ödənişlə üyüdməsi lazımdır.Dəyirmançı, buğdanı üyüdüb ödənişini istəyəndə ödənişi verilir. Əgər, əlimizdə pul yoxdursa, borcumuza qarşılıq buğda da, un da verə bilərik. Borc qarşılığı verildiyi üçün zərəri olmaz.
İndi un fabriklərinə buğda aparılır. Məsələn, 100 kq buğda aparılır. Un üyüdən fabrik işçisi, “Bu buğdadan 30 kq kəpək çıxar. Sizə 70 kq un verim. Siz bu 100 kq buğdanı verin!” deyir. Bu işin fasid olmaması üçün əldəki 100 kq buğdanı ona, məsələn 70 manata satıb, fabrikdən 70 manatlıq un alarsa, mübadilə surətiylə caiz olar.