Gözəl İslam / Fasid və batil satışlar

Fasid və batil satışlar

Sual: Fasid və batil satışlar arasındakı fərq nədir?

CAVAB

Fasid, əsli dinə uyğun, ancaq sifəti dinə uyğun olmayan alverdir. Fasid satışlar, caiz deyildir və haramdır. Böyük günahdır. Batil, əsli də sifəti də dinə uyğun olmayan, yəni etibarsız olan alverdir.

Fasid alverə bir neçə nümunə:

Satıcının buğdanı un etdikdən və ya meyvəni yığdıqdan sonra təslim etməsini şərt etmək fasiddir.

Nağd olaraq bazarlıq edəndə, pulunu vermədən əvvəl, malı təslim etməsini istəmək fasiddir. Pulunu sonra vermək şərtilə kreditlə satmağın zərəri olmaz.

Pulunu başqa şəhərdə verməyi şərt qoşmaq fasiddir. Məsələn, nağd bazarlıq edib malı Bakıda təslim alıb, “ Gəl pulunu sənə Gəncədə verərəm” demək fasiddir.

Batil olan satışlar:

Bəzi fasid satışlar, qeyri-müslim ölkələrdə caizdir, lakin batil olan satışlar, qeyri-müslim ölkələrdə də caiz deyildir, haramdır. Harama düşməmək üçün batil satışları hər Müsəlmanın bilməsi lazımdır. Batil satışlardan bəziləri bunlardır:

Sual: Almaniyadan yazıram. Burada lotoreya hazırlamaq, sığorta agentliyi və ya bank reklamı etmək caizdirmi?

CAVAB

Caizdir.

Dar-ül-hərbdə, yəni Almaniya, İngiltərə kimi İslamiyyət ilə idarə edilməyən yelərdə, bir müsəlman, qazanmaq şərti ilə, qumar, lotoreya, faiz və sığorta yolu ilə, oradakı hər kəsin pulunu, malını ala bilər. (Quduri, Cəvhərə, Vikayə, Rədd-ül Muxtar, Hindiyyə, Məbsut)

Məcmaul-enhür və Dürərdəki hədisi-şərifdə, “La riba beynəl müslimi vəl harbiyyi fi daril harbi= Dar-ül-hərbdə, müsəlman ilə kafir arasında faiz yoxdur” buyuruldu.

Dəyanət Ensiklopediyasında isə belə deyir:

Əbu Hənifə və İmam Muhammədə görə dar-ül-hərbdə müsəlmanla hərbi arasında faiz rəftarı caizdir. Eyni şəkildə Hənəfi məzhəbinə görə, fasid qəbul edilən alver və ticari rəftarlar, bəhsə girmək və qumar oynamaq da caizdir. Ancaq müsəlmanın bu işlərdən qazanclı çıxması şərtdir. (Faiz maddəsi s.121)

Qeyd: Geniş bilgi üçün Faiz və Sığorta maddələrinə bax.

Fasid anlaşma

Sual:Avropada, çox gəlirli bir bononu, müsəlman olmayanlara vermək günahdırmı?

CAVAB

Günah deyildir, çünki qeyri-müslim ölkələrdə, qeyri-müslimlərlə və dinsizlərlə fasid anlaşma caizdir.

Ağacdakı meyvəni satmaq

Sual: Ağacdakı yetişmiş meyvəni, tarladakı yetişmiş qovun, qarpız kimi məhsulları, ölçmədən, topdan üsulu ilə satmaq caizdirmi?

CAVAB

Əlbəttə, caizdir. Çəkmək lazım deyildir. Topdan satış üsulu uyğundur. Hələ yetişməmiş olan məhsulu satmaq batildir, ancaq məhsul yeyiləcək halda olmasa belə, müştəri dərhal toplayacaqsa, satmaq caiz olar. Toplamayıb, ağacda qalmasını istəmək caiz olmaz. Yetişmiş məhsulu isə satmaq caizdir.

Sürpriz paket

Sual:Sürpriz paket deyərək bəzi satışlar edilir. Satıcı firma, paketə bəzi məhsullar qoyur, amma içində nələr olduğunu söyləmir. Belə bir paketi satın almaq caiz olar?

CAVAB

Xeyr, nə olduğu bilinməyən mal satıla bilməz. Gözümüzlə görməsək də, içində nə olduğunu bilməmiz lazımdır. Müştərinin görmədiyi malın yerini, sifətini, arasının hüdudunu, cinsini, miqdarını satıcı bildirməzsə, alver fasid olar.

Bir kimsə, cinsini söyləyərək bir şey satsa, bu şey başqa cinsdən çıxsa, satış batil olar. Məsələn, fındıq alıb , püstə çıxsa, batil olar. Müştəri, çıxan mal mövcuddursa, geri verər. Mövcud deyil isə pulunu geri alar.

Pulu əvvəldən vermək

Sual:Çörək alacağımız vaxt əvvəl pulunu  verib, çörəyi sonra alsaq uyğun olar?

CAVAB

Bəli, ən uyğunu budur. Bazara gedib 5 manatlıq bu meyvədən ver deyərək, əvvəl 5 manatı vermək də eyni şəkildə uyğun olar. O vaxt əskik və ya çox çəkilsə də, topdan üsulu ilə, çəkilmiş olan miqdar 5 manata alınmış olar.

Buğda üyüdmə ödənişi

Sual:Kəndimizdə, dəyirmana, 100 kq buğdanı üyüdməyə apardıqda, dəyirmançı, üyüdmə ödənişi olaraq 5 kq un alır. Dinən bu caizdirmi?

CAVAB

Caiz deyil, fasiddir. Bu ödənişə icarə və ya kirayə deyilir. İcarə, bir malın, özünü deyil, mənfəətini, yəni istifadə edilməsini satmaq, kirayəyə vermək deməkdir. İcarə, kirayə mənasına da gəlir. Kirayəyə ödəniş də deyilir.

Sapın bir qismini, toxucuya kirayə olaraq verib toxudmaq, əşyadan bir qismini, kirayə verməklə daşıtmaq üçün heyvan icarəyə götürmək, unun bir qismini kirayə verməklə, buğda üyüdmək fasiddir. (S.Əbədiyyə)

Buğdanı daşınma ödənişi olaraq bu buğdadan və ya buğdanı üyüdən dəyirmançıya undan ödənişini vermək caiz deyildir. (Rədd-ül Muxtar)

Demək ki, dəyirmançının buğdanın üyüdmə ödənişini üyütdüyü undan alması caiz olmur. Caiz olması üçün buğdanı ödənişlə üyüdməsi lazımdır.Dəyirmançı, buğdanı üyüdüb ödənişini istəyəndə ödənişi verilir. Əgər, əlimizdə pul yoxdursa, borcumuza qarşılıq buğda da, un da verə bilərik. Borc qarşılığı verildiyi üçün zərəri olmaz.

İndi un fabriklərinə buğda aparılır. Məsələn, 100 kq buğda aparılır. Un üyüdən fabrik işçisi, “Bu buğdadan 30 kq kəpək çıxar. Sizə 70 kq un verim. Siz bu 100 kq buğdanı verin!” deyir. Bu işin fasid olmaması üçün əldəki 100 kq buğdanı ona, məsələn 70 manata satıb, fabrikdən 70 manatlıq un alarsa, mübadilə surətiylə caiz olar.

17-03-2018, 11:15
Geri