Sual: Tam Elmihalda deyilir ki,
“Dürrət-ül-beyda kitabında deyilir ki, “Yeməyə çağırılan şəxsə, malımdan istədiyin qədər ye, götür və istədiyinə də ver, hamısı sənə halaldır, deyilsə, yedikləri halal olur. Götürdükləri və başqasına verdikləri halal olmaz. Çünki miqdarı bilinməyən qidanın yeyilməsini halal etmək caizdir. Lakin miqdarı bilinməyən malı götürmək üçün vəkil etmək, məçhul və ayrı olaraq təslimi mümkün olan malı ayırmadan hədiyyə etmək səhih deyil”. Bir dostumuz otağına şirniyyat, şəkər qoyub, yanına da, icazəsiz yeyə bilərsiniz, deyə bir yazı yazıb. Oruclu oluruq və ya evdəki uşaqlarımıza da aparmaq istəyirik. Öz yeyəcəyimiz bir şəkəri və ya şirniyyatı xəbərsiz götürsək bizə günah olarmı?
CAVAB
Orada yeməyə icazə verilib, özü yoxkən aparmağa icazə verdiyini yazsa belə buna səlahiyyəti yoxdur. Ancaq gözü qarşısında götürsə və ya filan qədər şəkər götürdüm deyə sayını bildirsə, o zaman götürməkdə problem olmaz.
В корзине: 0 шт.
на сумму: 0