Sual: Hansı maldan zəkat verilər
CAVAB
Zəkatın hansı maldan veriləcəyini bir çox Müsəlman bilmir. Zəkat olaraq veriləcək mallar yerinə, bunların qiymətlərini də vermək caizdir. Qiymət deyildikdə, qızıl və gümüş başa düşülməlidir. Başqa mal, çek, sənəd, pul və ya valyuta qəbul edilmir. Çünki əşyanın qiyməti dinən qızıl və gümüş ilə ölçülür. (Kəşfi rümuzi qurər)
Fülus (mis) pulların qiymətləri nisaba çatınca zəkat olaraq, bu fülusun dəyərlərinin qırxda birini gümüş olaraq vermək lazımdır. (M.Səadə)
Mis pulun zəkatı eyni cins mis puldan verilə bilməz. Gümüş olaraq verilməsi lazımdır. İmamı Əbu Yusif buyurdu ki, “Torpaq sahiblərindən uşur və zəkat olaraq qızıl və gümüş yerinə, başqa keçər axça (pul) almaq haram olur. Hər nə qədər bunlar hər kəsin qəbul etdiyi damğalı pul isə də, qızıl deyil, mis puldur”. [Rədd-ül Muxtar]
Qızıl və gümüş olmayan, tədavüldəki pul ilə zəkat verilməz. Zəkat, ya qızıl və ya gümüş, yaxud ticarəti edilən maldan verilir. İmamı Nəsəfi həzrətləri buyurur ki, “Bir zəngin, yemək satın alıb kasıba yedirtsə, zəkat vermiş olmaz”. (Zahirə)
Zəkat olaraq, erkək dəvə verilməz. Erkək dəvələrin zəkatı belə dişi dəvə olaraq verilir. Dişi dəvəsi yoxsa dəyəri qədər qızıl və ya gümüş verilir. Başqa mal verilməz. (Hindiyyə)
Zəkat olaraq qızıl və gümüş yerinə bunların qiyməti qədər uruz vermək səhihdir. (Məraqil fəlah)
Ticarət malına “uruz” deyilir. Paltar taciri ya uruz, yəni ticarətini etdiyi paltardan və ya dəyəri qədər qızıl, gümüş verir. (Tahtavi)
Qızıl ilə gümüş, nə niyyətlə saxlanırsa saxlansın ticarət əşyası qəbul edilir. Nisab miqdarı isə zəkatı verilir.
Kirayə və zəkat
Bu gün kasıb üçün kiralıq ev çox mühümdür. Fəqət zəngin zəkatına uyğun olaraq kasıbı evində saxlaya bilməz. Çünki bir zəngin, zəkatına uyğun olaraq, bir kasıbı evində oturtsa zəkat vermiş olmaz.
Sual: Kasıbdan alınacaq kirayə haqqını almayıb, zəkata qatmaq caizdir
CAVAB
Zəkat niyyətiylə kasıba evini havayı versə, kirayə haqqı almasa səhih olmaz. Çünki kasıba mal verməsi lazımdır.
Sual: Zəkat və uşur dini kitab olaraq verilə bilər
CAVAB
Zəkat ya ticarəti edilən maldan verilir və ya qızıl olaraq verilir. Uşur da həmçinin. Ya götürülən məhsuldan verilir və ya qızıl olaraq verilir. Dini kitab ticarəti edən zəkatını kitab şəklində verə bilər.
В корзине: 0 шт.
на сумму: 0