Facebook Twitter WhatsApp

Heyvanların zəkatı

Sual: Saimə heyvan dişi heyvandırmı? Erkək heyvanların da zəkatı verilirmi?

CAVAB

Saimə, yarım ildən çox bir müddətdə çöldə, çəmənlikdə məsrəfsiz otlayan, əti və ya südü üçün bəslənilən erkək və ya dişi heyvanlardır. Yalnız yunu üçün, yük daşımaq və ya minmək üçün olarsa, saimə növünə aid edilməz, zəkatı verilməz.


Saimə heyvanlar

Sual: Evdə, evin həyətində bəslənilən heyvanların zekatını vermək lazımdırmı?

CAVAB

Yarım ildən çox bir müddətdə çəmənlikdə pulsuz otlayan heyvanlar süd vermək üçün bəslənilirsə, onlara saimə heyvan deyilir. Saimə heyvanların sayı nisaba çatarsa, zəkatı verilməlidir. Yun üçün, yük daşımaq, minmək üçün istifadə olarsa, saimə deyilmir və zəkatı verilmir. [Məvqufat]

Demək ki, məsrəfsiz çəməndə otlamayıb, evdə bəslənilərsə, əti və südü üçün bəslənilsə, yenə zəkatı verilməz. Şumlamaq, yük daşımaq, minmək üçün yetişdirilən heyvanların zəkatı olmaz.

Qaramalın zəkatı

Sual: Qaramalın zəkatı necədir, nə qədər qaramal üçün nə qədəri zəkat verilməlidir?

CAVAB

30 başdan az qaramalı olan zəkat verməz. 30 baş qaramal üçün bir yaşından yuxarı bir erkək və ya dişi buzov verilir. 39-a qədər daima belədir. 40-dan 59-a qədər qaramalı olan iki yaşı olmuş bir erkək və ya dişi dana verməlidir. 60-dan  69-a qədər qaramal üçün iki buzov verilir. 70 qaramal üçün bir dana ilə bir buzov verilir. 70-dən sonra hər 10 baş üçün belə hesablanır. Hər 30 baş üçün bir buzov, hər 40 baş üçün bir dana artır. 80 başa çatanda iki dana artır. Camışın zəkatı da qaramal kimidir.


Dəvə zəkatı

Sual: Dəvələrin zəkatı dişi dəvə olaraq verilir?

CAVAB

Beş dəvəsi olan bir qoyun verməlidir. 24-ə qədər dörd qoyun verilir. 25-dən 35-ə qədər olan dəvə üçün iki yaşına keçmiş bir dişi bala dəvə verilir. 36-dan 45-ə qədər üç yaşına keçmiş dişi dəvə balası verilir. 46-dan 60-a qədər yük vurula biləcək, dörd yaşına keçmiş dişi dəvə verilir. Bundan artığı üçün də yenə bəlli sayda dişi dəvə verilməlidir. [S. Əbədiyyə]


Qoyun və keçi zəkatı

Sual: Qoyunun və keçinin zəkatı nə qədər verilməlidir?

CAVAB

Qoyunun nisabı 40 başdır, 40-dan az qoyunu olan bununların zəkatını verməz. 40-dan 120-ə qədər qoyunu olan yalnız bir qoyun verməlidir.121-dən 200-ə qədər qoyun üçün iki qoyun verilir. 201-dən 400-ə qədər üç qoyun verilir. 400 üçün dörd qoyun, sonra hər 100 qoyun üçün bir qoyun artar.
Qoyun, keçi, erkək, dişi zəkatları daima belədir. Bir yaşına çatmayan quzuların zəkatı verilmir, lakin qoyunu da varsa, bu zaman balalar da hesaba qatılır. Dəvə və sığır balaları da belədir. Quzu heç vaxt zəkat olaraq verilmir. [S. Əbədiyyə]

At və ulaq zəkatı

Sual: Atın və ulağın zəkatı necə verilməlidir?

CAVAB

Erkək və dişi atlar birlikdə yetişdirmək üçün çəmənlikdə bəslənilərsə, zəkatını vermək lazımdır. Minmək və yük üçün yetişdirilərsə, zəkatı verilmir. Yalnız erkək atı (ayğırı) olanın zəkatı olmur, çünki onlar çoxalmır. Ticarət niyyəti ilə bəslənilərsə, ticarət malının zəkatı verilər. Ticarət üçün olmayan qatır və ulaq çox olsa da, zəkatı verilmir. [S.Əbədiyyə]
Atın nisabı yoxdur. Hər at üçün bir misqal [4,80 qr] qızıl verilir. İstənilərsə, atların dəyəri hesablanar. Dəyəri qızıl nisabına çatarsa, qırxda biri qədər qızıl verilər.


Dana və quzu zəkatı

Sual: Bir şəxsin 50 baş quzusu və ya 40 baş buzovu olsa, bunların zəkatını verməlidirmi?

CAVAB

Bir yaşına çatmayan quzuların və iki yaşına çatmayan danaların zəkatı verilmir, amma qoyunlar və sığırlar da varsa, balalar da hesaba qatılır. Məsələn, 30 qoyunu və 10 quzusu olan zəkat verməlidir. Quzu zəkat olaraq  verilmir. Zəkat qoyundan verilməlidir. 20 inək ilə 5 buzovu və 5 danası olan zəkat verməlidir. 30 sığır üçün bir yaşını keçmiş bir erkək və ya dişi buzov verilər. 39-a qədər daima belədir. 40-dan 59-a qədər sığırı olan iki yaşı olmuş iki baş erkək və ya dişi dana verilməlidir.


Xəz dərili heyvanın zəkatı

Sual: Xəzi üçün yetişdirilən heyvanların zəkatı necə verilir?

CAVAB

Heyvanların dəyəri nisaba çatacaq qədər çoxdursa, onların zəkatı dəyərinə görə verilər.

Sual: 274 qaramalı olan nə qədər zəkat verməlidir?

CAVAB

Bu heyvanlardan qidalanmaq üçün istifadə olunursa, ticarət malının zəkatı verilməlidir. İlin yarısından çoxunda pulsuz çəmənlikdə otlayan heyvanların (saimə heyvan) isə heyvan zəkatı verməlidir.

Saimə heyvanın zəkatında 30 ilə 39 arası qaramal üçün bir yaşını keçmiş  bir erkək və ya dişi bizov verilməlidir.

Hər otuz qaramal üçün bir buzov, hər qırx qaramal üçün bir dana artır. 80-ə çatanda iki dana artır.

Bu hesaba görə 274 qaramalın zəkatı belə hesablana bilər:

80 qaramal üçün 2 baş dana, 160-ı üçün 4 dana, 240-ı üçün 6 dana zəkat olaraq verilməlidir. Qalan 34 qaramal üçün bir buzov əlavə edilir.

Nəticədə 274 qaramal üçün 1 buzov (bir yaşını keçmiş) və 6 dana (iki yaşını keçmiş) zəkat olaraq verilməlidir.

 


В корзине: 0 шт.

на сумму: 0

Cəmi: 0

Оформить заказ Очистить корзину