Facebook Twitter WhatsApp

Dükançıların və tacirlərin zəkatı

Sual: Bizim dəzgahımız, xam maddəmiz, işlənmiş əşyalarımız və dəmir avadanlıqlarımız var. Bunların hamısının zəkatı verilməlidirmi?

CAVAB

Dəzgah, ticarət üçün olmadığına, yəni satışa çıxarılmadığına və əşya emal edildiyinə görə, dəyəri milyon da olsa, zəkatı verilmir. Dəmir avadanlıqları da nə qədər qiymətli olarsa-olsun zəkatı verilmir. Sənət sahiblərinin, istehsalçıların işlətdiyi xam maddələrinin və ya əşyalarının zəkatı verilir.
Divan satan bir tacir, hazırda var olan divanların zəkatını verməlidir. Satdığı divanlardan iki dəstini istifadə etmək üçün evinə alsa, zəkatını verməməlidir. 
Zeytun yağı satan bir tacir, ildə iki tənəkə zeytun yağı yesə, bu iki tənəkə yağın zəkatı verilmir. Ticarət üçün olan bütün digər ərzaq məhsullarından bir illik məişət ehtiyacları üçün ayrılanların da zəkatı verilmir. Yəni, nisaba daxil edilmir.
Sual: Hər dükanda tez-tez mallar dəyişir. Bu malların zəkatı necə hesablanır?

CAVAB

Malın dəyişməsinin əhəmiyyəti yoxdur. Baqqal, meyvə-tərəvəz satan da mallarını tez-tez dəyişir. Mal mühümdür. Neçə manatlıq mal varsa, onun zəkatı verilir.

Sual 1: Zərgər dükanındakı 14, 18, 22 əyar qızıllardan hansına görə zəkat verməlidir?

CAVAB

Yüksək ayardan vermək daha yaxşıdır.
Sual 2: Qızılların dəyərinə işçilik də əlavə edilərmi ?

CAVAB

Əntiq və işlənmiş qızıllar ölçülür, qırxda biri  zəkat olaraq verilir. Zəkat qızılla verildiyi üçün işlənmiş olub-olmaması fərq etmir.
Sual 3: Qızıl alış, yoxsa satış qiymətindən hesablanacaqdır?

CAVAB

Əldəki qızılın qırxda biri zəkat olaraq verildiyi üçün alış və ya satış qiymətini nəzərə almağa ehtiyac yoxdur. 
Sual: Zəkat üçün bir malın üstündən bir il keçməlidir, deyilir. Mən meyvə-tərəvəz satanam. Bəziləri bir gün, bəziləri də bir həftə qalır. Bu malların zəkatını verməməliyəmmi?

CAVAB

Malın deyil, sərvətinizin üstündən bir il keçdikdə əlinizdə olan malların zəkatını verməyiniz fərzdir. Məsələn, 3 Rəcəbdə nisab miqdarı malınız olsa, əlinizdəki mallar dəyişib o biri ildəki Rəcəb ayının üçündə yenə əlinizdə nisab miqdarında mal varsa, bu malların zəkatını vermək fərzdir. Bu malların əlinizə yeni gəlib-gəlməməsinin fərqi yoxdur.
Sual: İpəkqurdu, balıq və toyuq yetişdirən zəkatını necə verər?

CAVAB

Qiymətini nisaba daxil edər.
Sual: Ortaqlardan biri zəkat verməsə, digərlərinə də günah olarmı?

CAVAB

Günah olmaz. Hər kəs öz payına görə cavabdehdir. Lakin, zəkat verməyən şəxslə ortaq olmaq düzgün deyildir. Allahın əmrinə tabe olmayan və yoxsulun haqqı olan zəkatı verməyən şəxs başqa günah da işləyə bilər. Ortağına xəyanət də edə bilər. Allahdan qorxmayan nə etməz ki?

Sual: Göldə yetişdirilən balıqların zəkatı varmı?

CAVAB

Satarkən bu pul digər zəkat malları ilə birlikdə nisaba çatarsa, zəkatı verilər.
Sual: Ətinə və yumurtasına görə toyuq ticarətilə məşğul olan zəkatı necə verməlidir?

CAVAB

İlin sonunda malı nisaba çatırsa, zəkatı verilər.
Sual: Bir neçə inəyim var. Çox süd satıram. Zəkatı necə verilməlidir?

CAVAB

İlin sonunda pul nisaba daxil edilər.
Sual: Şurup kimi minlərlə malı zəkatda tək-tək saymaq lazımdırmı?

CAVAB

Alarkən necə hesablanmışdırsa, o cür edilər.
Sual: Xalça ticarəti ilə məşğul olan şəxs zəkat olaraq başqa mal verə bilərmi?

CAVAB

Verə bilməz.
Sual: Xalça emal edən, maye sabunun, sapın da zəkatını verməlidirmi?

CAVAB

Tacir, sənətkar mövcud malın zəkatını malın dəyərindən hesablayar. Sabun, sap da daxildir.
Sual: Köynək tikən dərzi, zəkatı köynək olaraq verə bilərmi?

CAVAB

Bəli.

Sual: Zəkatda, çitlərin bir neçəsini ölçüb top halında təyin edilməsi caizdirmi?

CAVAB

Çox zənn edərsə, caizdir.
Sual: Bir tacir, verdiyi vergini, oğurlanan və yaxud ala bilmədiyi malını zəkata  hesab edə bilərmi?

CAVAB

Hesab etməz.
Sual: Vergi zəkat əvəzinə keçə bilərmi?

CAVAB

Keçə bilməz.
Sual: Miqdarı və ödəniş tarixləri bəlli olan vergi borcları da zəkat baxımından digər borclar kimidir?

CAVAB

Bəli.
Sual: Alacaq sənədini zəkat olaraq vermək caizdirmi?

CAVAB

Alacaqlar deyndir. Nisaba qatılsa da ayn zəkatı deyndən verilmir.

Ayn= Özündə olan mal (hazır, mövcud olan mal)

Deyn= Özündə olmayan mal (hazır olmayan mal)
Sual: Əldən-ələ keçən hissə sənədi nisaba daxil edilərmi?
CAVAB

Bəli.
Sual: Zəkatımı hesablayarkən hissə sənədlərimin məbləğini necə hesablayacağam?

CAVAB

Həmin gün bazar dəyəri nədirsə, onunla hesablanar.
Sual: Yük maşını üçün əvvəldən qoyulan pulumun zəkatı varmı?

CAVAB

Yatırım edilmiş pul alıcının əmlakından çıxır, satıcının olur.
Sual: Altı baş inəyim var, südünü satıram. Bunların zəkatı necə verilir?

CAVAB

30 inək olmadıqca zəkatı verilmir. Qazancınızdan əlinizdə nə qalmışdırsa, əvvəlki pullarınızla nisaba çatırsa, bu zaman qazancın zəkatı verilər.
Sual: Zəkat, ticarət edilən maldan yoxsa qızılla  verilir?

CAVAB

Bəli.
Sual: Zəkat mənfəətdən verilirmi?

CAVAB

Zəkat mənfəətdən deyil, bütün ticarət malından və ya puldan verilir.
Sual: Ticarət üçün inşaat işlərim var. Sərmayəni tikintiyə yatırım etsəm, ilin sonunda əlimdə pul qalmasa tikintinin zəkatı verilməlidirmi?

CAVAB

İnşaat işlərinə qoyulan pulun zəkatı dərhal verilmir. Bir ildən sonra mövcud olan malın bazar dəyərinə görə zəkatı hesablanır. Mal satdıqca ələ keçən puldan zəkat verilir.

Sual: Podratçıyam. Tikəcəyim evi üç yüz milyona nağd satdım. O evi iki yüzə tikə bilərəm. Üç yüzdən iki yüzü çıxanda, qalan 100 milyonun zəkatı verilimi?

CAVAB

Xeyir, tamın zəkat verilir.

Sual: Bünövrəyə xərclənən zəkat hesabına qatılırmı?

CAVAB

Bəli.

Sual: Torpaq müqabilində tikintim yarım qalıb. Zəkatı necə verilməlidir?

CAVAB

Hal-hazırda olanın zəkatı verilər. Satılacaq tikilinin yarısı ticarət malıdır. Torpaq müqabilində verilən mənzillər borc olaraq qəbul edilir. Zəkatı verilmir. Satılan mənzillərin zəkatı verilər. 
Sual: Satış üçün tikilməkdə olan binalara necə zəkat vermək olar?

CAVAB

Alınan bütün materialların pulu, ticarət malı kimi nisaba qatılır. (Binanın tikilmiş hissəsinin təxmini qiyməti deyil). Binaları satdıqdan sonra əvvəlki illərin zəkatı ilə birlikdə verilər. (Yəni, tikintiyə başladığı və davam etdiyi illər)

 


В корзине: 0 шт.

на сумму: 0

Cəmi: 0

Оформить заказ Очистить корзину