Facebook Twitter WhatsApp

Zəkat gizli şəkildə verilməlidirmi?

Sual: Zəkatı aşkar vermək gizli verməkdən yaxşıdırmı, aşkara vermək riyakarlıqdırmı?

CAVAB

Fərz olan zəkatı aşkar vermək riyakarlıq olmaz, daha da savab olar. Zəkatın bu cür açıq-aşkar verilməsi zəkatını verməmək töhmətindən xilas edir və başqalarına da nümunə olur. İbni Abbas həzrətləri, gizli verilən nafilə sədəqənin savabı, açıq-aşkar veriləndən 70 qat çoxdur, buyurdu. Aşkara verilən zəkatın savabı isə gizli veriləndən 25 dəfə çoxdur.
İmamı Rəbbani həzrətləri buyurur ki

Bir qəpik zəkat vermək milyonlarla sədəqə verməkdən daha savabdır. Zəkat vermək Allahu təalanın əmrini yerinə yetirməkdir. Sədəqə və xeyriyyəçiliyin çoxu isə şöhrət, hörmət və nəfsin şəhvətini qazanmaq üçündür. Fərzləri yerinə yetirərkən araya riyakarlıq, göstəriş qarışmaz. Nafilə ibadətlərdə isə göstəriş çox olur. Buna görə də, zəkatı açıq şəkildə vermək lazımdır. ( 2/82)

Sual: Zəngin zəkat olaraq ayırdığı qızılı masanın üstünə qoysa, yoxsul da məncə, bunu mənə zəkat qoydular, deyərək götürsə, zəkat səhihdirmi?

CAVAB

Zəngin qızılı masanın üstünə qoysa, bir yoxsul da gəlib masanın üstündən götürsə, səhih olmaz. Yoxsul götürərkən zəngin  görməlidir. Yoxsul görmədən zəkatı yoxsulun evinə qoymaq da səhih deyil.

 

 


В корзине: 0 шт.

на сумму: 0

Cəmi: 0

Оформить заказ Очистить корзину