Facebook Twitter WhatsApp

Kağız pulla zəkat

Sual: Pul puldur, niyə kağız pulla zəkat verilməsin”, deyilir. Dinin bu mövzudakı hökmü nədir?

 
CAVAB

Bu gün hamı dindən bəhs edir, öz ağlına görə danışır. Niyə də olmasın ki, məncə lap əla olar, deyirlər. Allah nəyi əmr edir, Peyğəmbərimiz nəyi buyurur, dini kitablarımızda nə yazılır, demirlər. Əgər ağılla ölçülsəydi, ağıl sayı qədər din olardı. Onun üçün dində nəql etmək əsasdır.
Zəkat veriləcək malların əvəzinə onların dəyərini də vermək caizdir. Dəyər deyilərkən, qızıl və gümüş başa düşülür. Başqa mal (çek, qəbz və ya kağız pul) başa düşülmür, çünki, əşyanın dəyəri qızıl və gümüşlə başa düşülür. [Kəşfi rümuzi-gurər]

Fülus [mis] pulun dəyəri nisaba çatdıqda, bu fülusun dəyərinin qırxda birini gümüşlə zəkat vermək lazımdır. [Mifth-üs-səadə]
Mis pulun zəkatı eyni tipli puldan verilmir, gümüşlə vermək lazımdır. İmamı Əbu Yusif həzrətləri buyurdu ki: Torpaq sahiblərindən uşr və zəkatı, qızıl və gümüş əvəzinə başqa axca (kağız pul) almaq haram olar. Hər nə qədər bunlar hamının qəbul etdiyi möhürlənmiş pul olsa da, qızıl deyil, mis pullardır. [Rədd-ül-muxtar]
Qızıl və gümüş olmayan, dövriyyədə olan pullarla zəkat verilmir. Zəkat, ya qızıl və ya gümüşlə, yaxud da satılan maldan verilir. İmamı Nəsəfi həzrətləri buyurur ki: Bir zəngin yoxsula yemək alıb yedirsə, zəkat vermiş sayılmaz. [Zahirə]

Zəkat olaraq qızıl və gümüş əvəzinə, bunların dəyəri qədər uruz (ticarət malı) vermək səhihdir. Paltar satan tacir ya alverini etdiyi paltarlardan, ya da onların dəyəri qədər qızıl və ya gümüş verməlidir. [Tahtavi]
Beş dəvəsi olan, bir qoyun verir. 24-ə qədər dörd qoyun verilir. 25-dən 35-ə qədər olan dəvə üçün iki yaşına girmiş bir dişi bala verilir. 36-dan 45-ə qədər üç yaşına girmiş dişi dəvə balası verilir. 46-dan 60-a qədər, yük götürə bilən dörd yaşına girmiş dişi dəvə verilir. Bundan artığı üçün də, yenə bəlli sayda dişi dəvə verilir. Zəkat olaraq erkək dəvə verilmir. Erkək dəvələrin zəkatı belə, dişi dəvə olaraq verilir. Dişi dəvə yoxdursa, dəyəri qədər qızıl və ya gümüş verilir. Başq mal verilmir.
Nə üçün dişi dəvə vermək lazım olduğunu bilə bilmərik. Dəvəyə minilir, əti yeyilir, yük daşıyılır. Dişi dəvənin erkək dəvədən fərqi var. Süd verər, bala doğar, lakin dişi dəvə erkək dəvə olmasa bala doğa bilməz. Buna rəğmən dinimiz erkək dəvəni zəkat olaraq verməyi caiz görmür. Bir tacir ərzaq dükanında satdığı mallardan zəkat verə bilər, geyim mağazasından zəkat verə bilməz.
Bir geyim taciri də pencək, şalvar kimi satdığı mallardan zəkat verə bilər, lakin, düyü, yağ kimi satdığı ərzaqlardan zəkat verə bilməz. Bir əczaçı, ancaq, satdığı dərmanları zəkat və ya qızıl olaraq verə bilər. Geyim və ərzaq məhsulları verə bilməz. Xalça və ya mebel satanlar, ancaq, alver etdikləri, satdığı malları zəkat verə bilər. Oyuncaq satan mebel, mebel satan oyuncaq verə bilməz. Bəziləri, “Kasıba nə versən alar, təki ver, kasıb razı olar” deyirlər. Bəli, kasıb razı olar, amma, əsas olan kasıbın rizası deyil, Allahu təalanın rizasıdır. Qumarda da, faizdə də, zinada da tərəflərin razılığı vardır, amma, Allahın rizası yoxdur. Əsas olan Allahın əmridir.


В корзине: 0 шт.

на сумму: 0

Cəmi: 0

Оформить заказ Очистить корзину