Sual: Hər il Şəvval ayının üçündə zəkat verirəm. Bu il zəkat günü bitməmiş, Ramazanada versəm bir zərəri varmı? Zəkat günü gəlməmişdən əvvəl verilirsə nafilə olurmu?
CAVAB
Günü gəlməmişdən əvvəl zəkat vermək caizdir, nafilə olmaz. Zəkatın verilmə tarixi gələndə nisabdan aşağı düşərsə, yəni dində yoxsul olarsa, ancaq o zaman nafilə olar.
Şəvval ayının üçü gələndə malınızı hesablayarkən əksik olarsa, verdiyiniz zəkatı tamamlamış olarsınız. Artıq olsa zərəri olmaz, hətta hələ vaxtı gəlməmiş bir neçə ilin zəkatını əvvəldən vermək də caizdir. [Tahtavi]
Bir şəxs zəkatını yanlış hesablasa, bir qızıl vermək lazımkən iki qızıl hesablasa, yoxsula verdikdən sonra təkrar hesablayıb bir qızıl vermək lazım olduğunu başa düşsə, ikinci il verəcəyi zəkata artıq verdiyi qızılı çıxar. [Neməti-İslam]
Sual: 3 qızıl zəkat verməliyəm, 5 qızıl verib, ikisini də gələn il üçün versəm səhihdirmi?
CAVAB
Bəli.
В корзине: 0 шт.
на сумму: 0