Sual: Zəkatla bağlı digər haqq məzhəblərimizin hökümləri haqqında da məlumat verə bilərsinizmi?
CAVAB
Hənəfidə zəkat nisabı 96 qram, digər üç məzhəbdə 69 qramdır.
Hənəfidə uşağın və ruhi xəstənin malından zəkat verilmir. Digər üç məzhəbdə verilir.
Şafidə zəkatı ən az üç növ şəxsə vermək lazımdır. Digər üç məzhəbdə, yalnız bir növ, yoxsula vermək yetərlidir.
Hənəfi və Hənbəli məzhəbində zəkat fərz olar-olmaz dərhal vermək lazım deyildir. Şafi və Malikidə isə zəkat fərz olarsa, dərhal ayırıb vermək fərzdir.
Zəkat verməmək üçün il tamam olmadan malını başqasına hədiyyə edən və ya satan, hiylə işlətdiyi üçün günahkar olsa da Hənəfi və Şafidə zəkat məsuliyyətindən azad olar, Maliki və Hənbəlidə isə zəkatdan azad olmaz.
Yoxsuldakı alacağı zəkata saymaq Malikidə caiz, digər üç məzhəbdə caiz deyildir.
Şafi və Hənbəlidə gücü, qüvvəti yerində olub işləyə bilən yoxsula zəkat vermək caiz deyil, Hənəfi və Malikidə caizdir.
Malikidə il tamam olmadan zəkat verilmir, digər üç məzhəbdə vermək caizdir.
Zəkatı başqa şəhərə göndərmək Hənəfidə məkruh, digər üç məzhəbdə isə heç caiz deyildir. Əgər göndərdiyi şəhərdə daha uyğun şəxslər varsa, zəkatı başqa şəhərə göndərmək məkruh olmaz.
Hənəfidə tərəvəzlərin uşru verilir, digər üç məzhəbdə verilmir. Hənəfidə meyvələrin uşrunu çəkisini ölçmədən vermək caiz deyildir, digər üç məzhəbdə isə təxmini olaraq hesablayıb vermək caizdir. Balın uşru Şafi və Malikidə verilmir, Hənəfi və Hənbəlidə verilir.
Hənəfidə qadının zinəti zəkata düşür. Digər üç məzhəbdə düşmür.
Maliki və Şafidə qızılla gümüşdən başqa, metalların zəkatı verilmir, Hənəfi və Hənbəlidə hər metalın zəkatı verilir. Hətta Hənbəlidə sürmə daşı kimi yerdən çıxan şeylərin zəkatı verilir.
Hənəfi və Hənbəlidə metalın zəkatı 20%, Şafi və Malikidə 2.5% dir.
Malikidə babaya və nəvəyə zəkat vermək caiz, digər üç məzhəbdə caiz deyildir.
İmamı-əzəmə görə və Hənbəlidə qadın zəkatını yoldaşına verə bilməz, Şafiidə və İmameynə görə verər. Malikidə isə kişi aldığı zəkatı yoldaşının ehtiyacına xərcləməzsə caizdir.
Zəkatla bağlı məsələlər
1-Ticarət malının zəkatı, ticarəti edilən maldan və ya dəyəri qızıl olaraq verilir.
2- Pulun zəkatını rahat hesablayıb vermək üçün qırxda biri tapılır. Bu qədər pula nə qədər qızıl alınarsa, o qədər də zəkat vermək lazımdır.
3- Zəkat vaxtı həcc vaxtından əvvəl olan şəxs, vaxtı çatanda zəkatını verər, qalan pulla həccə gedər. Zəkat vaxtı həcc vaxtından sonra, məsələn, Məhərrəmdə olan, əvvəlcə həccə gedər. Zəkat vaxtı gələndə həcdən qalan pulun zəkatını verər.
4- Zəkat vermə günü gəlib çatanda zəkatını verməyən, daha sonra yoxsullaşıb əlində heç pulu qalmayan şəxs, malı özü tələf edərsə, zəkat borcu bağışlanmaz. Pul özü tələf olarsa, zəkat bağışlanar. Yəni, malı özü işlədər və ya tələf edərsə, zəkat bağışlanmaz. Məsələn, birjada pulunu məhv edərsə və ya avtomobil, soyuducu kimi şeylər alaraq pulunun hamısını xərcləyərsə, zəkat bağışlanmaz, zəkatını ödəməsi lazımdır. Malı oğurlanarsa, itərsə, yanıb məhv olarsa, yaxud borc verib geri ala bilməzsə bu zaman zəkat vermək lazım olmaz.
5- Borc qızıl istəyən yoxsula zəkat niyyətilə verib, sonra da ona hədiyyə edilsə səhih olar.
6- Zəkatı dinə uyğun verə bilmək üçün bir yoxsulla dövr edərkən, yoxsula, “Unutma! Bu pulu mənə geri qaytaracaqsan” deyə təmbeh etmək caiz deyildir. Belə bir razılaşma dövr olmaz. Dövr edərkən qızılı vediyimiz yoxsul, pulu dəqiq özünün olduğunu bilməlidir. Zəkatı dinin əmrinə uyğun etmək üçün bu şəkildə edildiyini, qızılı öz razılığı ilə geri hədiyyə etdiyini yaxşı bilməlidir. “Yenidən mənə hədiyyə edəcəksən” deyilirsə, yəni, veriləni geri qaytarmağa məcbur edilərsə, dövr səhih olmaz.
7- Nisaba çatmayan [96 qram qızılı və ya bu qədər zəkat malı olmayan] kişi, dövr və isqatda iştirak edə bilər. Aylıq ödənilən borclar zəkatda nəzərə alınır, lakin isqatda bunun zərəri olmaz.
8- Dinimizə görə zəkatı verilmiş mal xəzinə [yığılmış, ehtiyatda olan mal] deyildir. Bu malı heç kimin məcbur almağa haqqı yoxdur. Zəkatını verən malın haqqı ödənmiş sayılır. Heç kim bu malı ala bilməz. Bir insanın mülkü ondan icazəsiz istifadə edilə bilməz. (Dürr-ül-muxtar)
9- Zəkat və ya sədəqəyi-fitrə verərkən vəkilin sahibinin adını söyləməsi mütləq deyildir. Öz adına bu mənim zəkatımdır və ya hədiyyəmdir desə caiz olaar, çünki vəkil əsli kimidir.
10- Dərzilik edən tikdiyi paltarın haqqını yoxsuldan almasa, zəkata daxil edə bilər. Qızıl olaraq verməsi daha yaxşıdır. Qalayçılıq edən qalayladığı qabların haqqını yoxsuldan almayıb zəkatına saya bilər. Diş həkimi düzəltdiyi dişlərin haqqını yoxsuldan almayıb zəkatına əvəz edə bilər. Çünki, bunlarda mal verilir. Yoxsula paltar, protez diş və ya qalay verilmiş olur.
Şafiidə borclar nəzərə alınmır
Sual: Şafi məzhəbindəyəm. 50 min manata yaxın pulum var, amma, bir o qədər də borcum var. Zəkat verməyim lazımdırmı?
CAVAB
Bəli, 50 min manatın zəkatını vermək lazımdır. Şafidə borclar nəzərə alınmır. Hənəfiyə görə zəkatda bütün borclar hesablanır, amma uşur verilərkən Şafidəki kimi borclar nəzərə alınmır. Borclu və ya yoxsul da məhsulun uşrunu verməlidir..
Bir illik ehtiyac
Sual: Zəkatı hesablayarkən bir illik qida ehtiyaclarını ayırıb, qalan malın zəkatını vermək lazımdırmı?
CAVAB
Əgər qida hazırlanıb ayrılmışdırsa, onların zəkatı verilməz. Çünki, Tam Elmihalda deyilir ki:
Evdə istifadə etmək üçün alınan əşya və qidadan bir illik ev ehtiyaclarına görə ayrılmış olanların zəkatı verilmir. Yəni, bunlar nisab hesabına qatılmır.
Bütün bu əşyaları qida,içki, geyim və sığınacaq ev kimi zəruri nəfəqəni almaq üçün saxladığı qızıl, gümüş və kağız pulun hamısı nisab hesabın qatılır. Yəni, zəkatları verilir. [ S. Əbədiyyə ]
Əgər evə alınan qida yoxdursa, onsuz da bir illik qidaya ehtiyacım var deyərək, bir illik qida pulu zəkat hesabından çıxmaz.
В корзине: 0 шт.
на сумму: 0