Facebook Twitter WhatsApp

Təsəttürlə bağlı müxtəlif suallar

Sual: Niyə qadınların tam təsəttürlü, çimərlik paltarı ilə qadınlarla birgə dənizə girməsi caizdirmi?

CAVAB

Qadınların başqalarının yanında şalvar və buna bənzər şeylər geyinməsi caiz deyil. Həm də suya girəndə çimərlik paltarı islanaraq bədənə yapışır. Salehə qadının salehə qadına göbəklə diz arasını göstərməsi haramdır. Nazik və bədənə yapışan paltar yox dərəcəsindədir. Fasiq və qeyri-müsəlman qadınlara bədəni göstərmək olmaz, lakin ehtiyac olanda Hənbəli məzhəbini təqlid edərək  saçları və qolları açıq onların yanında dayanmaq olar.

Sual: 11 yaşında bir qızım var. Anası dekolteli paltarla gəzdirir. “Uşaq hələlik həvəsini alsın, zaman keçdikcə bezib özü tərk edər” deyir. Xanımın fikrində həqiqət vardırmı?

CAVAB

Xanımınız çox yanlış söyləyir. Əksinə, qız uşağı açıq-saçıq geyinməyə öyrəşdisə, artıq onu asanlıqla tərk edə bilməz. Çünki atalar buyurmuşlar: “Vərdiş edən qudurandan daha betərdir.”

Əgər qəbul etsə, fiqh kitablarındakı, məsələn, Tam Elmihaldakı bu ifadəni ona göstərə bilərsiniz:

“7-10 yaşlarındakı cəlbedici qızlar və 15 yaşı tamam olub həddi-büluğa çatmış bütün qızlar qadın sayılır. Bu qızların başları, saçları,qolları, ayaqları açıq olaraq [zərurətsiz] yad kişilərə görünmələri haramdır.”

Göründüyü kimi yeddi yaşından etibarən örtünmək lazımdır.

Sual: Yayda ayaqlarına corab geyinməyən başı örtülü qadınlar görürəm. Ayağa corab geyinmədən çölə çıxmaq caizdirmi? Hənəfi məzhəbinə görə ayaqlar açıq olaraq gəzmək olarmı?

CAVAB

Hənəfidə namaz üçün hür qadınların əllərindən və üzlərindən başqa hər yerləri, biləkləri, saçları və ayaqlarının altı övrətdir. Əlin üstünün övrət olmadığını deyən qiymətli kitablar çoxdur. Bu kitablara görə, qadınların əllərinin üstü biləklərinə qədər açıq qılmaları caizdir. Lakin bütün kitablara riayət etmək üçün qadınların əlləri örtəcək qədər uzun qollu namazlıq və ya geniş baş örtüsü ilə əlləri örtülü olaraq namaz qılmaları daha yaxşıdır.

Namazda qadınların ayaqlarının övrət olmadığını deyənlər olsa da, bu alimlər də namaz qılarkən örtmək sünnət, açmaq məkruhdur dedi. Kişi və ya qadının övrət üzvlərindən hər hansı birinin dörddə biri bir rükn qədər açıq qalarsa, namaz pozular. Az hissə açılarsa namaz pozulmaz, məkruh olar. Məsələn, ayağının dörddə biri açıq olan qadının namazı səhih sayılmır. “Ümdət-ül-islam” da deyilir ki, “Qadının topuğu, biləyi və ya saçı açıq halda qıldığı namazı səhih deyil. İçindəki üzvün forma və ya rəngi görünən nazik parça yox deməkdir” [Səadəti-Əbədiyyə]


Şafii məzhəbində qadının iki əlindən və üzündən başqa hər yeri hər zaman övrətdir. “Haləbi-yi kəbir” də deyilir ki: “Hür qadının ovuc içindən, üzündən və ayaqlarından başqa bütün bədəni övrətdir. Qadının ayaqlarına övrət deyən şəxslər də oldu. Nur surəsindəki ayəti-kərimədə məalən, “Qadınlar ayaqlarını yerə vuraraq yeriməsinlər ki, ayaqlarındakı örtülü zinətlərinin səsləri eşidilməsin” buyuruldu. Ayaqların övrət olduğu buradan da məlum olur”


Göründüyü kimi alimlər fərqli bildirmişlər. Namaz xaricində övrətdir və övrət deyildir, deyənlər də olmuşdur. Ən yaxşısı namazda və namaz xaricində ayağa corab geyinməkdir. Ayağı açıq gəzənlərə də haram işləyir deyilməməlidir.

Sual: Baş örtüsünün çiyinləri də örtməsi vacibdirmi?

CAVAB

Baş örtüsünün çiyinləri örtməsi vacib deyil, boyunu örtməsi vacibdir.

Sual: Kitablarda qadınların üzlərindən başqa yerlərinin ötünməsi lazım olduğunu oxuyuruq. Üz haradır?

CAVAB

Üz, alnın yuxarı kənarından çənənin ucuna qədər, bir qulağın başlanğıc yerindən digər qulağa qədər olan hissədir.

Sual Qadının çənəsinin altı da övrətdirmi?

CAVAB

Bəli, örtmək lazımdır.

Sual: Namaz qılmayan qadının da örtünməsi lazımdırmı?

CAVAB

Ancaq namaz qılan qadının deyil, namaz qılmayanın da təsəttürə riayət etməsi lazımdır.

Sual: Ehtiyac olanda xanım mənim köynəyimi, mən də onun jaketini geyinsəm cazidirmi?

CAVAB

Ehtiyac olanda bir-birinizin köynəyini geyinməyiniz caizdir. Həzrəti Həsən buyurur: “Rəsulullah ehtiyac olduqda xanımının dəsmalına bürünərək namaz qılardı.” [Beyhəqı]


Bu gün bir çox paltarı həm kişilər, həm də qadınlar geyinir. Lakin qadına bənzəmək niyyəti ilə qadın paltarı geyinən kişiyə, kişiyə bənzəmək niyyəti ilə kişi kimi geyinən qadına lənət edilmişdir. Hədisi-şərifdə buyuruldu ki:

“Qadın paltarı geyinən kişiyə, kişi paltarı geyinən qadına lənət olsun!” [Hakim]

“Qadın kimi davranan kişiyə, kişi kimi davranan qadına lənət olsun!” [Buxari]

Sual: Qadın evdə heç kim olmayanda ərinin və uşaqlarının yanında olarkən  şortla gəzə bilərmi?

CAVAB

Heç kim olmayanda və uşaqlarının yanında şortla gəzə bilməz. Yalnız ərinin yanında şortla gəzmək caiz olsa belə, ərinin yanında belə gəzməsi məkruhdur. Amma başı və qolları, dizdən aşağı hissəsi açıq olaraq gəzmək məkruh deyildir. Lakin bu vəziyyətdə gəzərkən otağa rəhmət mələkləri girmir. Kitablarda deyilir ki:

Qadınların evdə yalnız olduqları zaman diz ilə göbək arasını örtmələri fərz, kürəyini və qarnını örtməsi vacib, digər yerlərini örtmələri isə ədəbdir.

 [Rədd-ül muxtar]

Sual: Qadınlar gecə yatarkən qırmızı geyinməməlidir deyə bir şey varmı? Qara basar deyə bir şey varmı?

CAVAB

Belə bir şey yoxdur. Yatarkən qırmızı geyinməkdə heç bir zərər yoxdur.

Sual: Qadınların qalın ət rəngi corab geyinməsi caizdirmi?

CAVAB

Caizdir, çünki dizdən aşağı qaba övrət yeri deyildir.

Sual: Qadınların palto və plaşlarının uzunluğu nə qədər olmalıdır?

CAVAB

Ayaqlarına qədər uzun olması yaxşıdır.

Sual: Qadınların dəri kimi görünən süni dəri geyinməsi dəri sayılırmı?

CAVAB

Bəli, dəri sayılır.


Sual: Qadınların qollarını dar kofta ilə örtməsi caizdirmi?

CAVAB

Caizdir, sinə qətiyyən bəlli olmamalıdır. Arxa da qaba övrətdir. Bu hissə də bol və qalın olmalıdır.

Sual: Təsəttür üçün “Nur surəsi 31-ci və Əhzab surəsi 59-cu ayətlərdə” xitab yalnız peyğəmbərin xanımı və qızları, yoxsa möminlərin də xanımlarına söylə deyilir?

CAVAB

Təsəttür yalnız peyğəmbər xanımları üçün deyil, hamı üçündür. Quran-kərimdə namazın necə qılınması, fərzləri, haramları, namazı pozan şeylər və sairə yazılmadığı kimi, təsəttürün də necə olacağı Qurani-kərimdə açıq-aydın yazılmamışdır. Bunu peyğəmbər əfəndimiz bildirmişdir. Məsələn, cariyə deyilən qadınların təsəttürü fərqlidir. Bunu da Rəsulullah əfəndimiz bildirmişdir. Ona görə də yalnız Qurani-kərimdən bir məsələni anlamaq çox çətindir, hətta qeyri-mümkündür. Bu səbəbdən fiqh kitablarına baxmaq lazımdır. Məaldan və təfsirdən dini öyrənmək olmaz.

Sual Qadınların ibadatlə məşğul olarkən, Qurani-kərim oxuyarkən, ibadətdən başqa bir işlə məşğul olduqları zaman başlarını örtmələri fərzdirmi?

CAVAB

Namaz qılarkən və yad kişilərin yanında başlarını örtmələri fərzdir. Quran oxuyarkən başı açıq qalmaq məkruhdur. Evdə heç kim olmadığı zaman da örtülü qalmaq ədəbdəndir.

Sual: Müsəlman qadın idman edə bilərmi? Qadın üzə bilərmi? Necə geyinməlidir?

CAVAB

İdman da edə bilər, üzə də bilər. Ancaq aşağıdakı xüsuslara diqqət yetirməlidir:

Qadının qadına övrət yeri diz ilə göbək arasıdır, bu yerləri qadınlara da göstərmək olmaz. Yəni qadınlar öz aralarında çimərlik paltarı geyinib dənizə girə bilməzlər. Göbəklə diz arası örtülü olmalıdır.
İkinci bir xüsus isə kafir, mürtəd, ateist, kommunist və digər qadınlar kişi kimidir, onların yanında saçı belə açmaq olmaz. Hətta müsəlman olsa belə, açıq gəzən qadınların yanında açıq gəzmək caiz deyil. Yalnız Hənbəli məzhəbində kafir qadınların yanında göbəklə diz arası xaric başqa yerlərini aça bilərlər. Lazım olanda bu məzhəb təqlid edilir.

Sual: Təsəttürün fərz olduğunu qəbul etdiyi halda qızının örtülü olmasına  qarşı çıxan, ona mane olmaq istəyən ata-ana küfr edirmi?

CAVAB

Başı örtməyin fərz olduğunu bilsə də, qızımıza bir zərər gəlməməsi üçün başını aç dedikdə haram işləmiş olsa da küfr etməz. Bu dövrdə örtünməni lazımsız görürsə, kafir olar.


Sual: Qadınların öz aralarında göbəklə diz qapağı arası haramdır. Bu hal iki bacıya da aiddirmi?

CAVAB

Aiddir.

Sual: Qadın namaz qılarkən nə üçün örtünür? Nəticədə qadının örtünməsi kişilərdən qorunmaq üçün deyilmi? Namaz qılarkən nədən qorunmalıdır?

CAVAB

Namaz qılarkən örtünmək kişilərdən qorunmaq üçün deyil, Allahu təalanın əmrinə tabe olmaq üçündür. Kişilərdən qorunmaq da Allahu təalanın əmridir. Allahın əmri deyilsə, nə üçün kişilərdən qorunaq ki? Heç dişi heyvanlar erkək heyvanlardan qorunmur. Kişilər saçımızı görəndə nə olacaq? Allahu təala kişilərə göstərməyin dediyi üçün göstərməmək lazımdır. Namazda örtün deyirsə, örtünmək lazımdır. Müsəlman qadınların yanında göbək ilə diz arasını ört deyirsə, örtmək lazımdır. Xristiyan qızlarına qarşı kişi kimi örtün deyirsə, saçımızı da xristiyan qızlarına göstərməməliyik. Kafir bir qız görəndə heç bir şey olmaz deməməliyik. Allahu təala tabe olanla olmayanı ayırd etmək üçün belə bir əmrlər verdi. Axirətdə bunların hesabını soruşacaq. Bunu əmr etdim, nə üçün etmədin, deyəcək.


Sual: Kişilərin də tək olduqları zaman diz ilə göbək arasını örtmələri fərzdirmi?

CAVAB

Fərzdir.


Sual: Qadın kafir ginekoloq xanım, yoxsa saleh kişini seçməlidir?

CAVAB

Qadın həkimi seçməlidir.

Sual: Uşağı olmayan qadının qadın həkimi müayinəsindən keçməsi caizdirmi?

CAVAB

Bəli.

Sual: Qadınları masaj edən bir xanımam. Onların göbək ilə diz arasına baxmağım caizdirmi?

CAVAB

Müalicə səbəbi ilə lazım olduğu qədər baxmaq caizdir.

Sual: Müalicə səbəbi ilə gedilən spada başqasının buduna baxmamaq üçün Hənbəli məzhəbini təqlid etmək caizdirmi?

CAVAB

Lazım olduqda təqlid etmək caizdir.

Sual: Pijamada zünnara bənzəyən qurşaq küfrə səbəb olurmu?

CAVAB

Səbəb olmur, amma belə qurşaq taxılmamalıdı!

Sual: Kürəkənim bir neçə aylıq olan kiçik qızının övrət yerlərinə baxır. Bu günah deyilmi?

CAVAB

Yeni doğulmuş körpələrin və hələ danışmağa başlamamış balaca uşaqların övrət yeri səvəteyn deyilən ön və arxa hissələridir. Ata-ananın da zərurət olmadan bu hissələrə baxması caiz deyil. Şafii məzhəbində isə körpənin övrət yerinə baxıcısından başqasının baxması haramdır.

Sual: 15 yaşı tamam olmasına baxmayaraq hələ də həddi-büluğa çatmayan bir qızın təsəttürə riayət etməsi lazımdırmı?

CAVAB

Belə bir qız qadın kimidir. Təsəttürə riayət etməsi fərzdir.

Sual: Kişi evdə şortla gəzsə, qadın isə başını açsa, rəhmət mələkləri evə girərmi?

CAVAB

Övrət yerləri açıq olduqda da, rəhmət mələkləri evə girməz. Kişinin övrət yeri göbək ilə diz arasıdır. Qadının üz və əli xaric hər yeri övrətdir. Qadın evdə başı açıq olanda rəhmət mələkləri evə girmir. Həzrəti Xədicə validəmiz Peyğəmbər əfəndimizə  “Saçımı açarsam mələk gedər, cin isə qalar”- demişdir. Yad kişi və fasiq qadın olmadığı halda qadının evində başı açıq qalması caiz olsa da, örtməsi yaxşıdır. Tək olanda da övrət yerlərini örtməlidirmi, deyə soruşan şəxslərə Peyğəmbər əfəndimiz “Allahu təladan utanmaq insanlardan utanmaqdan daha vacibdir” buyurdu.

[Tirmizi, Nəsai]

 

Sual: Qadınların övrət yerlərinə şəhvətsiz baxmaq da haram olduğu halda, onların televizordakı görüntülərinə şəhvətsiz baxmaq caizdirmi?

CAVAB

Dini kitablarda deyilir ki:

Qadınların baxılması haram sayılan yerlərinə şəhvətsiz baxmaq da haram olduğu halda, güzgüdəki və ya sudakı şəkillərinə şəhvətsiz baxmaq haram deyildir, çünki özləri deyil, oxşarları görünür. Şəkilləri özləri deyil. Bunları görmək özlərini görmək sayılmır. Şəkillərinə, televizordakı görüntülərinə baxmaq güzgüdəki görüntüsünə baxmaq kimidir. Hamısına şəhvətsiz baxmaq caizdir. Lakin şəhvətlə baxmaq və ya şəhvətə səbəb olan görüntülərinə baxmaq haramdır.
Deməli qadının övrət yerlərinə şəhvətsiz baxmaq haram olduğu halda onların şəkillərinə və televizordakı görüntülərinə şəhvətsiz baxmaq haram deyil, məkruhdur. Pornoya şəhvətsiz baxmaq da haramdır. Çünki şəhvətə səbəb olan görüntüdür.

Sual: Bir qadına onun xristiyan qardaşı, xristiyan qayınatası, mürtəd əmisi və mürtəd dayısı yad kişi kimidir?

CAVAB

Bəli, onların da yanında örtünməlidir.

Sual: Qadının saçını ənsədən və ya yuxarıdan toppuz yığmasının günah olduğunu öyrəndik. Əgər qadın saçını ənsədən və ya yuxarıdan yığsa, yenə də toppuz yığmış sayılırmı?

CAVAB

Xeyir.

Sual: Hələ həddi-büluğa çatmamış, 11-12 yaşındakı bir qızın örtünməsi lazımdırmı? Belə bir qız yeznə kimi naməhrəm qohumu ilə səfərə çıxa bilərmi?

CAVAB

Bəli, örtünməlidir. Məhrəm qohumu olmadan səfərə çıxa bilməz. 8-9 yaşındakı bir qız göstərişli sayılır. Həddi-büluğ yaşına çatmamış göstərişli qız da qadın kimidir. [Hadiqa]

Sual: Hədisi-şərifdə bir qadının öz evindən başqa yerdə olarkən başını açmasının günah olduğu bildirilir. Bu naməhrəmin yanında nəzərdə tutulur?

CAVAB

Bəli.

Sual: Qadınların, qızların yad kişilərə çılpaq görünməsi, kişilərin də onlara baxması haramdırmı?

CAVAB

Bəli, haramdır, böyük günahdır. Hədisi-şəriflərdə buyuruldu ki:

“Budunuzu göstərməyin, ölü və dirinin buduna baxmayın.” [İbni Macə]

“Övrət yerini açana, başqasının övrət yerinə baxana Allah lənət etsin.”

[İ. Asakir]

“Övrət yerini açmaq böyük günahdır.”
[Hakim]

“Üç nəfər heç vaxt Cənnətə girə bilməz: Birincisi, dəyyus,
“xanımının başqa kişilərlə oturub-durmasına göz yuman kişi”. İkincisi, özünü kişiyə bənzədən qadın. Üçüncüsü, içki içməyə davam edən qadın.” [Tabərani]


[Qadınların özlərini kişilərə bənzətməsi demək, onlar kimi geyinmələri, başlarını onlar kimi qırxdırmaqdır, bu da böyük günahlardandır].

Həzrəti Aişə anamızın bacısı Əsma Rəsulullahın yanına gəldikdə üzərində nazik paltar olur və dərisinin rəngi bilinir. Rəsulullah əfəndimiz baldızına baxmır. Mübarək üzünü çevirib: “Ey Əsma, bir qız namaz qılacaq yaşa çatanda üzündən və iki əlindən başqa heç bir yerini kişilərə göstərə bilməz” buyurdu. [Əbu Davud]

Bu hədisi-şərifdən də məlum olduğu kimi qadınların yad kişilərin yanında açıq-saçıq gəzməsi böyük günahdır. İmamı Zəhəbi buyurur ki:

Allahu təala  zinətlərini kişilərə göstərən qadınlara, məsələn qızıl, inci kimi şeyləri örtüsünün üstünə taxan, ətir vuran, rəngli və ipək parça ilə örtülmüş, qollarının ağzı geniş olub qolları görünən və bunu kişilərə göstərən qadınlara dünyada və axirətdə əzab edəcəkdir.

Qadınlarda bu günahlar çox olduğu üçün Rəsulullah əfəndimiz: “Merac gecəsi Cəhənnəmi göstərdilər, çoxunun qadın olduğunu gördüm” buyurdu. [Tirmizi]

Sual: İdman səhifələrindəki ayaqları açıq idmançıların şəkillərinə və reklamlardakı açıq qadın şəkillərinə baxmaq caizdirmi?

CAVAB

Qadınların baxılması haram olan saç və digər övrət yerlərinin şəkillərinə və ya televiziyadakı görüntülərinə şəhvətsiz baxmaq caizdir. Çünki baxılan özləri deyil, şəkillədir. Lakin onlara lazımsız yerə, ehtiyac olmadan baxmaq məkruhdur. Şəkillərə ehtiyac olan qədər baxmaq cazidir. Şəhvət hissi ilə həmin şəkillərə və görüntülərə baxmaq isə haramdır.

Hənəfi və Şafii məzhəbində kişilərin göbək ilə diz arası övrətdir. Hənbəli məzhəbində övrət sayılmır. Övrət hissə yalnız səvəteyndir, yəni iki çirkin yeridir, ön və arxadır. Maliki məzhəbinin bir qövmü də Hənbəli kimidir. Qadınların saçlarını göstərməsi haram olduğu kimi, kişilərin də diz ilə göbək arasını çılpaq olaraq göstərmələri haramdır. Hənəfidə diz, Şafidə isə göbək övrətdir.

Qadın şəkillərinin üzünə və saçlarına ehtiyac olmadan, şəhvətsiz baxmaq məkruh olduğu kimi, diz ilə göbək arası açıq olan kişi şəkillərinə də baxmaq məkruhdur.

Deməli, başı açıq qadın şəkli ilə idmançının şəkli arasında heç bir fərq yoxdur. İkisinə də şəhvətlə baxmaq haramdır. Hər ikisinə şəhvətsiz və ehtiyac əsasında baxmaq cazidir.

Sual: Müsəlman qadın kafir qadınların yanında saçı açıq qala bilərmi?

CAVAB

Qadınların üz və əllərindən başqa yerlərini müsəlman olmayan qadınlara göstərməsi və onların baxması üç məzhəbdə haramdır. Hənbəlidə haram deyildir. [Əl-fiqh-u-aləl-məzahibil-ərbəa]

İslam Əxlaqı
kitabında “Müsəlman qadının fasiq qadınların yanında örtünməsi də fərzdir” deyilir. Saç və qolları açıq gəzən qadın fasiq deməkdir. Salehə qadınlar ehtiyac olduqda Hənbəli məzhəbini təqlid edərək kafir və ya fasiq qadınların yanında saçları və qolları açıq qala bilərlər. Lazımsız və ehtiyacsız açıq qala bilməzlər.


Sual: Qadınların öz aralarında dənizə girəndə və ya birlikdə eyni evdə olarkən, yaxud da hamama girəndə dizlərinin üst hissəsinin görünməsi günahdırmı? Əgər günahdırsa, Hənbəli məzhəbini təqlid etməklə günahdan qurtulmaq mümkündürmü?

CAVAB

Kişinin kişi üçün, qadının da qadın üçün övrət yeri diz ilə göbək arasıdır. Zərurət olmadan buralara baxmaq haramdır. Saleh bir həkim bir qadına xəstəliyinə spa müalicəsinin yaxşı təsir edəcəyini söyləsə, xüsusi otaqlarda da müalicə almaq imkanı olmasa, qadınlar hamamına övrət sayılan yerlərini örtmək şərti ilə gedə bilər. Gedərkən də ehtiyac olduğu qədər qalmalı və başqalarının övrət yerlərinə baxmamalıdır.

Hənbəli məzəbində də qadının qadına övrət yeri digər məzhəblər kimidir, yəni göbəklə diz arasına baxmaq olmaz. Buna görə Hənbəli məzhəbini təqlid etməkdən söhbət gedə bilməz.

Hənbəli məzhəbinin fərqli tərəfi belədir: Kişinin kişiyə övrət yeri diz ilə göbək arası deyil, yalnız səvəteyndir, iki övrət yeridir. Qadının qadına övrət yeri digər məzhəblər kimi diz ilə göbək arasıdır. Lakin digər məzhəblərdən fərqli olaraq kafir qadınlara da göbək ilə diz arası xaric başqa yerlərini göstərməsi caizdir. Digər məzhəblərdə isə caiz deyildir.

Dənizə girmək lazım olmadığı üçün məzhəb təqlidi edilmir. Bir zərurət və ya ehtiyac olmadan başqa məzhəb təqlid etmək olmaz.

Sual: Bəziləri deyir: “Saçlar boyananada öz saçı görünmədiyinə görə örtməyə ehtiyac yoxdur, parik kimi olur”. Saç boyamaqla təsəttür yerinə yetirilmiş olurmu?
CAVAB

İlk dəfədir ki, belə qəribə bir sualla qarşılaşırıq. Bu, paltar geyinməyib bədənə krem və ya rəngli boya vurub sonra da təsəttürlü olduğunu iddia etməyə, dərim görünmür, boya görünür deməyə bənzəyir. Yaxud da baxanda bədəni göstərən rəngsiz neylon paltar geyinməyə bəznəyir.

Hamama getmək düzgüngürmü?


Sual:
Kişi və qadınların hamama getməsi düzgün deyilmi?

CAVAB

İkisi də düzgün deyil, çünki qadınlar qadın hamamında övrət yerlərini açır və bir-birilərinin övrət yerlərinə baxırlar. Qadının qadına övrət yeri göbəklə diz arasıdır. Bu hissələri qadınların yanında da açmaq və başqasının açıq olan övrət yerinə baxmaq günahdır. Kişinin kişiyə övrət yeri də göbəklə diz arasıdır. Bu səbəbdən kişilərin də övrət yerlərini açan kişilərin olduğu hamama getməsi düzgün deyil. Xəstəlik və ya başqa bir ehtiyac səbəbi ilə ümumi hamama, ümumu spaya gedəndə də diz və göbək arasını örtmək, açıq olanlara baxmamaq lazımdır. Ehtiyac olarsa, Hənbəli məzhəbini təqlid etmək lazımdır, çünki Hənbəli məzhəbində kişilərin övrət yeri ancaq səvəteyndir. Yəni ön və arxa ədəb yerləridir.

Sual: Şafi məzhəbində qadınlar üzlərini örtməlidirmi?

CAVAB

Bu mövzuda iki qövl vardır:

Qadınların əllərindən və üzlərindən başqa bütün bədənlərini, ayaqlarını, qollarını, saçlarını yad kişilərə və kafir qadınlara göstərməmələri dörd məzhəbdə də fərzdir. Şafii məzhəbində üzlərini də göstərməmələri fərzdir. [İslam Əxlaqı]

Şafidə də qadınların üzləri və əlləri övrət deyildir. Lakin fitnəyə səbəb olacağı üçün üzü və əlləri də yad kişilər arasında övrət sayılır. [M. Ərbaa]
Deməli, fitnə olmadığı müddətdə örtmək mütləq deyil.


Sual: F.Bilgilər kitabında: “Rəngli və ipək parça ilə örtülmüş olan qadınlara Allahu təala əzab verəcəkdir” deyilir. İpək parça kişilərə haramdır, qadınlara caiz deyilmi?

CAVAB

Bəli, ipək parça kişilərə haram, qadınlara caizdir. Qadınlara hər cür zinət də caizdir. Lakin həmin zinətləri taxmaq yox, yad insanlara göstərmələri haramdır. Rəngli və ipək parçalar zinətdir. Zinətlərini geyinmək yox, yadlara göstərmək caiz deyildir. Rəngli ipək şərflər çox diqqət çəkir. Sadə və diqqət çəkməyən ipək paltarlara üstünlük verilməlidir.

Nazik namaz paltarı


Sual:
Bir rəfiqəm nazik cunadan hazırlanmış baş örtüyü ilə nazik bir namaz paltarı göndərib, onu bağlayanda qulaqları, geyinəndə isə dərini bəlli edir. Niyə belə nazik olduğunu soruşanda dedi ki: “Namaz qılarkən səni heç kim görmür, açıq qılsan nə olacaq? Heç kim olmasa belə, namaz qılarkən örtünmək fərzdirmi?

CAVAB

Bəli, fərzdir. Dini kitablarda buyurulur ki:

Namaz qılarkən kişinin diz və göbək arasını, qadının əl və üz xaric hər yerini örtməsi fərzdir. [Rədd-ül-muxtar]
Nazik olan, altındakı üzvün şəkli və ya rəngi görünən parça yox deməkdir. [Ümdət-ül-İslam]

Neylon corab

Sual: Qadının dizdən aşağısı qaba övrət yeri olmadığına görə neylon corabla örtməsi kifayətdirmi?

CAVAB

Dərisini göstərən corab yox deməkdir. Qalın corab olarsa caizdir.

Cavabdehlik

Sual: Açıq gəzən qadının anası, atası, əri və qardaşı cavabdehdirmi?

CAVAB

Əlbəttə, onlar cavabdehdirlər, lakin razı olmayıb lazımi tədbir gördükləri halda qadın yenə qulaq asmayıb açıq gəzərsə, onda günah ancaq açıq gəzən qadının üzərində olar. Bir dəfə deyib, mən dedim deyərək ipin ucunu buraxmaq heç vaxt caiz deyil.

 

Sual: Bəziləri deyir: - Həzrəti Ömər yamaqlı paltar geyinərdi. Ona görə də bəzəkli, keyfiyyətli parçalardan tikilmiş paltarları geyinmək düzgün deyil. Həqiqətənmi dinimiz belə əmr edir?

CAVAB

Mövzu ilə əlaqəli olaraq İbni Abidində deyilir ki:

“Gözəl paltar geyinmək müstəhəbdir. Halal şeylərlə zinətlənmək, bəzənmək mübahdır. İmam əzəm həzrətləri dörd yüz qızıl qiymətində cübbə geyinərdi. Tələbələrinə gözəl geyinməyi əmr edərdi. İmamı Muhamməd həzrətləri gözəl paltar geyinərdi. İmam əzəm həzrətləri buyurdu ki: “Həzrəti Ömər dövlət başçısı olduğu üçün yamaqlı hırka geyinirdi. Gözəl geyinsəydi, məmurları da gözəl geyinər, yoxsulları millətdən malı zülmlə alardılar. Rəsulullah əfəndimiz min dirhəm gümüş qiymətində cübbə geyinərdi.”

 


В корзине: 0 шт.

на сумму: 0

Cəmi: 0

Оформить заказ Очистить корзину