Ancaq Quran deyən yalançılar, “Qadının örtünməsi lazım deyil” deyir. “Qadına çarşab fərzdir” deyənlər olduğu kimi, “Çarşab xristiyan rahibəsinin geyimidir, onu geyinmək olmaz. Beləliklə, Əbdülhəmid xan çarşabı qadağa etmişdi” deyənlər də vardır. Dinimizdəki hökmə baxaq:
Qadınların bədən cizgilərini bildirməyəcək hər hansı bir paltarla örtünməsi fərzdir. İslam dini örtünməyi əmr etmiş, amma xüsusi bir örtünmə forması bildirməmişdir. [Dürər-ül-mültəqıtə]
Əhzab surəsində bildirilən cilbab həm kişilərin, həm də qadınların geyindiyi bir paltar və köynəkdir. Zəvacir və Bəriqadakı “Həya cilbabını [örtüsünü] çıxaranın [əleyhinə ] söz etmək qiybət olmaz.” Beyhəqı və “Cilbabı [köynəyi] haram olan kişinin namazı qəbul olmaz.” [Bəzzar] məalındakı hədisi-şəriflərdə cilbabın bir örtü olduğu açıq-aydın görünür. Cilbabın çöl paltarı olduğu təfsirlərdə də yazılıdır:
Cilbab - himarın [tülbəndin] üstünə örtülən və sinəyə qədər enən, köynəyin ceybini [yaxasını], boynu örtən baş örtüsüdür. (Əbüssüud təfsiri)
Cilbab, bir parçadan olan örtükdür. [Cəlaleyn]
Cilbab, sinəyə qədər düşən baş örtüsüdür. [Ruh-ul-bəyan]
Cilbab, milhafədir. [Beydavi]
Cilbab, himardan böyük və ya bədəni örtən üst paltardır. [Elmalılı]
Cilbab, üstdən geyilən örtüdür. [Tibyan, A. Fikri Yavuz və Həsən Bəsri Çantayıın məalı]
Cilbab, fəracədir. [Ö. Nasuhi Bimən təfsiri]
Nur surəsində “Qadınlar himarlarını ([baş örtülərini] yaxalarına örtsünlər” buyurulur. Əgər cilbaba çarşab demək olsaydı, himar deyilməzdi.
Fiqh kitabları cilbabın üstdən geyilən örtü olduğunu bildirir. Bir nümunə: Qadına verilməsi vacib olan nəfəqə yemək, geyim və yaşayış yeridir. Geyim himar və milhafədir. [Bəhr-ür-raiq]
Təfsir, hədis və fiqhdə cilbab üst geyimidir. Çarşaba bidət demək olmaz, çünki adətdəki dəyişiklik bidət deyil. Şalvar da bunlardandır.
Çarşab kəlməsi Farsca çadər-şeptən [gecə geyimi] dəyişərək azərbaycan dilinə girmişdir, təsəttür üçün evdən çıxarkən geyinilən üst geyimdir. Tənzimat dövründə həcc ziyarətinə gedən iranlılardan alınan çarşab əvvəllər bidət sayılmasa da, 1870-ci ildən sonra geniş yayılmışdır. Bundan sonra II Əbdülhəmid xan 4 Ramazan 1309 (2 Aprel 1892) tarixli bir əmrlə çarşabı qadağan etdi. [Dəyanət Vəqfi İslam ensiklopediyası]
Yaşmaqla fəracə geyilərkən 1872-ci ildə Sübhi Paşanın ailəsi Suriya valiliyindən qayıdarkən Suriyadan gətirdikləri çarşabla görünəndə İstanbulda çarşab dəb halını aldı. [Müsahibzadə Cəlal, köhnə İstanbul həyatı]
1889-cu ildən sonra açıq fəracəli iki paşa qızlarına bir neçə külhanbəyi söz atıb fəracələrini yırtanda, bu dəfə də çarşaba rəğbət artdı. Bidət deyənlər də geyindi. [Sərməd Muxtar Alus, Aylıq Ensiklopediya sayı 36]
1913-cü ildə yüz minlərlə Balkan mühacirləri İstanbula Ortodoks qadınlarının geyindiyi qara çarşabla gəlmişdilər. Təricən İstanbula da yayıldı. Hökumət onsuz da bununla məşğul olmaq vəziyyətində deyildi, çarşabın qarşısını ala bilmədi. [M. Zəki Pakalın, Osmalı Tarix Deyimlər lüğəti]
Oktyabrın 3-ü, 1883-cü ildə Şeyx-ül-islamın təklifi və padşahın əmri ilə fəracədən başqa bir şey geyinmək qadağan edildi. Daha sonra çarşab da geyildi. O dövrdəki çarşablar fərqli idi. [Vaxt 4.10. 1883]
Sual: “Çarşab tam təsəttürdür” deyirlər. Buna da dəlil olaraq Aişə validəmizin geyimindən dəm vururlar. Məncə çarşab İslamın universallığına qarşıdır. Bu mövzuda sizin fikriniz nədir?
CAVAB
Səncə ilə, məncə ilə, onun fikri ilə din olmur. Kitabların nə dediyini bilmək lazımdır. Bu mövzuda sizin və ya bizim fikirlərimizin dində heç ölçüsü vardırmı? Bir dəfə Aişə validəmiz çarşab geyinməmişdir. Onların əntari (xalat) və ətək geyindikləri hədisi-şəriflərlə sabitdir. Geyinmiş olsa belə, bu bir adətdir. Peyğəmbər əfəndimiz də əntari geyərdi. Bizim kişilər niyə əntari geyinmir? Peyğəmbər əfəndimiz dəvəyə minərdi, onlar niyə Mersedesə minirlər. Minməyin heç bir zərəri yoxdur. Bunlar adətdir, geyim də bir adətdir. Dinimiz müəyyən bir forma bildirməmişdir.
Ərəb ölkələrində yaşayanların iqlim şəraitinə uyğun olanı çarşab ola bilər. Amma biz durub qütblərdə yaşayan müsəlmanlara çarşab geyinməlisiniz deyə bilmərik. Çünki bu iqlimə uyğun olmaz. Ona görə də burada İslamın universallığı deyə bir şey yoxdur.
Sual: Bəziləri deyir: “Çarşab xristian rahibələrindən gəldiyi üçün geyinmək caiz deyil. Şalvar geyinmək bidətdir” deyirlər. Bu xüsusda dinimizin hökmü nədir?
CAVAB
Qadınların bədən cizgilərinin [qaba övrət yerlərinin forması və rəngi] bilinməyən hər hansısa bir paltarla örtünməsi fərzdir. İslam dini örtünməyi əmr etmişdir, amma müəyyən bir örtü forması bildirilməmişdir. [Dürər-ül-mültəqitə]
Peyğəmbər əfəndimizin və əshabı-kiramın mübarək xanımları çarşabla örtünməmişdir. Heç bir kitabda çarşab geyindikləri qeyd olunmur. Milhafə, fəracə, fistan, əntari geyindikləri bir çox kitabda bildirilir. İmam Rəbbani həzrətləri də belə fərqli paltar geyindiyini 313-cü məktubunda bildirir. Bu xüsuslar Cami-ur-rümuz və Hidayə kitabında da qeyd edilir.
Qadınlar lazım olan yerləri örtmək və yuxarıda qeyd olunan bədən cizgilərini bildirməmək şərti ilə yaşadıqları şəhərin adət-ənənəsinə uyğun olaraq geyinər. Çünki paltar kimi mübahlarda şəhərin adətinə riayət etməmək tahrimən məkruhdur. Zərurət olmadıqca, haramlarda heç bir yerin adət-ənənəsinə riayət etmək olmaz. [Hadiqa]
Peyğəmbər əfəndimiz ayaqlarına qədər uzun köynək, yəni əntari geyinmişdir. Şalvar geyinməmişdir. Belə geyinmək adətdə bidətdir. Adətdə bidət olan şeyləri etmək günah deyildir. Taksiyə, təyyarəyə minmək də adətdə bidətdir. Bunları etmək günah deyil, dinin əmridir. Bunun üçün adət olan yerlərdə kafirlərdən gəlmiş olsa belə, qadınların çarşab, kişilərin bol şalvar geyinməsi caizdir, günah olmaz. Paltarın forması ibadət deyil, adətdir. Çünki Peyğəmbər əfəndimiz keşiş ayaqqabısı və yunan paltarı geyinmişdir. [Rədd-ül-muxtar]
Peyğəmbər əfəndimizin bu cür adət olaraq etdiyi şeylərə Sünnəti zəvaid deyilir. Bunları tərk etmək günah olmaz. [Hadiqa]
“Bir qövmə oxşayan onlardandır” hədisi-şərifi ibadətlərdə oxşarlığın təhlükəsini bildirir. Məsələn, keşiş zünnarı və xaç taxmaq kimi.
Tikiş maşını, yazı makinası, paltar kimi əşyalar isə adətdir. Adətlərdə kafilərə bənzəmək günah deyil. Peyğəmbər əfəndimiz hər zaman müəyyən bir paltar geyinməmişdir. Bəzən yunan, bəzən ərəb paltarı geyinərdi. Qolları dar yunan cübbəsi də geyinmişdir. [Tirmizi]
Hamının çarşab geydiyi bir yerdə bir neçə qadının plaş geyinməsi fitnəyə səbəb olacağı üçün uyğun olmadığı kimi, plaş geyinmək adət olan yerlərdə də çarşab geyinmək uyğun deyil. Çünki bir yerdə adət olan şeylər geyinilməsə, göstəriş və şöhrətə çevrilər, fitnəyə səbəb olar. Hədisi-şərifdə “Fitnəni oyadana lənət olsun” buyuruldu. [Hadiqa]
Şərfi plaşın içinə qoymaq
Sual: Bir ayətdə “Baş örtülərini yaxalarına örtsünlər” deyildiyinə görə şərfi mantonun içinə qoymağın bu ayətə zidd olduğu deyilir. Baş örtüsünün mütləq sinəni və çiyinləri örtəcək formada olması şərtdirmi? Plaşın içinə qoyulsa dinən zərəri olarmı?
CAVAB
Şərt olan saçları örtməkdir. Bu ayəti-kərimənin məalı belədir:
“[Qadınlar yad kişilərə baxmaqdan] çəkinsinlər, namuslarını qorusunlar, [əl, üz kimi] görünən qisimlərdən başqa, zinətlərini [saç, qulaq, boyun, sinə kimi zinət taxılan yerlərini] göstərməsinlər, baş örtülərini yaxalarına qədər [saç, qulaq və sinələrini] örtsünlər!) [Nur 31]
Deməli, başın örtülməsində məqsəd saçları, qulaqları və boyunu örtməkdir. Bu örtünmənin forması deyil, vacib olan örtülmüş olmasıdır. Örtü, diqqəti cəlb edəcək rəng və formalardan uzaq olmalıdır.
Çənənin altını bağlamaq
Sual: Qadınlar namaz qılarkən çənənin altını da bağlamalıdırmı?
CAVAB
Bəli, bağlamalıdır.
Çarşabın qadağan olunması
Sual: II Əbdülhəmid xan qadınların çarşab geyinməsini nə üçün qadağan etmişdir?
CAVAB
Bu xüsusdakı əmrin xülasəsi belədir:
Böyük İslam dövlətinin varlığı qadın və kişi bütün müsəlmanların hər cür hal və hərəkətlərində dinin hökmlərinə riayət etmələrindən asıldır. Əks təqdirdə, Allah qorusun, həm fərdlərə, həm də dövlətə sonsuz maddi və mənəvi ziyan vuracağından, İslam qadınları Allahın əmrlərindən olan örtünmənin üsul və qaydalarına son dərəcə diqqət və etina göstərmələri lazımdır. Bu çarşablar heç vaxt İslam qadınlarının örtünməsinə münasib və müsait olmadığı kimi, bəzi ədəbsiz kişilər tərəfindən də pis məqsədlər üçün geyilə bilər. (Ulduz sarayı Hümayünü Baş Kitabər dairəsi 5894, 2 aprel 1892 Hökmdar baş katibi)
Hələbii-kəbirdə “Qadınlar dır adlanan örtüklə örtünür. Dırın yaxası sinədən ayağa qədər açıqdır” buyurulur. Demək ki, İslam qadınlarının çarşabla örtünmələri sonradan adət oldu. İndi çarşab adət olan yerlərdə çarşabla, plaş adət olan yerdə geniş manto və qalın baş örtüsü ilə örtünmək lazımdır.
[S. Əbədiyyə]
Dində təsəttür forması
Sual: S.Əbədiyyədə Dürər-ül-Mültəqidə kitabından nəql edilir: “İslamiyyət qadınların örtünməsi üçün müəyyən bir örtü əmr etmədi” deyilir. Buradan qadın nazik, açıq, ala-bəzək, uzun və ya qısa geyinə bilər kimi bir məna çıxmırmı?
CAVAB
Xeyir, heç vaxt belə bir məna çıxarıla bilməz. Bu, dini bilgimizdəki nöqsanlardan irəli gələn yanlış bir anlayışdır. Dinimizdə şərtsiz deyilənlərin də şərti vardır. Məsələn, Peyğəmbər əfəndimiz “ Comərd Cəhənnəmə girməz” buyurur. Buradan hər comərdin mütləq Cənnətə girəcəyi başa düşülmür. Bir neçə şərt vardır. İlk şərti iman sahibi olmaqdır. İmanı olmayan nə qədər comərd olursa-olsun Cənnətə girməz, Cəhənnəmə gedər.
“Müəyyən bir örtü forması yoxdur” demək, örtülü olmaq şərti ilə yaşadığı ölkənin adət-ənənələrinə uyğun geyinmək deməkdir. Məsələn, yaşadığı ölkədə şalvar geyilirsə şalvar geyinmək, çarşab geyilirsə çarşab geyinmək, xalat geyilirsə xalat geyinmək, plaş geyilirsə plaş geyinmək deməkdir. Amma dinə zidd olan bir şey, məsələn, qısa ətək geyilirsə qısa ətək geyinmək demək deyildir. Təsəttür demək, bədəni başdan-ayağa qədər bədən cizgilərini bildirməyəcək formada örtmək deməkdir. İslamiyyət müəyyən bir forma qoymamışdır. Ayəti-kərimə və hədisi-şəriflərdə örtünmə forması bildirilməmişdir. Müəyyən bir forma olsaydı, əlbəttə ki, Qurani-kərimdə və hədisi-şəriflərdə açıq-aydın bildirilərdi. Bunun üçün “Xalat və ya fəracə geyinmək şərtdir” demək yanlış olduğu kimi, “Çarşab geyinmək şərtdir” demək də yanlışdır. Dinə uyğun olmaq şərti ilə o bölgədə adət olan geyim nədirsə, elə örtünmək lazımdır. Dinimiz örtülməni əmr etmişdir, “Qadın üçün əl və üzdən başqa bütün bədəni örtmək fərzdir” buyurmuş, lakin örtünmə formasını sərbəst buraxmışdır. Əl və üzdən başqa hər yeri hər hansısa bir parça ilə örtmək olar. Yenə fiqh kitablarında parçanın diqqət cəlb edici rəngdə olmaması da bildirilmişdir. Dürər-ül-Mültəqidə kitabında nəzərdə tutulan təsəttür budur.
Örtülü çılpaq qadın
Sual: Başı örtülü bir qadının bədən cizgilərini bəlli edəcək qədər dar və nazik paltar geyinməsi, qısa qollu köynək geyinməsi, qısa ətək geyinən qadına görə daha uyğun deyilmi?
CAVAB
Peyğəmbər əfəndimiz belə qadına “Örtülü çılpaq qadın” deyir. Yerinə görə belə geyinmək bəlkə də qısa ətək geyinməkdən daha çox günahdır. Çünki bu vəziyyət pis nümunədir. Belə geyinməklə sanki dinin əmrini yerinə yetirildiyi zənn edilə bilər. Qısa ətəkli olan əxlaqı pozar, bu cür geyinən isə dini pozur. İslam Əxlaqı kitabındakı bir hədisi-şərif:
“Örtülü çılpaq qadınlar Cənnətə girməz, qoxusunu belə duymaz.” [Müslüm]
Bu hədisi-şərif qadınların nazik, şəffaf və ya bədənə yapışan dar paltar və baş örtüsü ilə örtünmələrini qadağan edir. Belə örtünmək çılpaq gəzmək kimi günahdır.
В корзине: 0 шт.
на сумму: 0