Facebook Twitter WhatsApp

Qüsl və dəstəmaza mane olanlar

Sual: Qüsl və dəstəmaza mane olan və olmayan durumlar hansılardır?
CAVAB
Maddələr halında bildirək:

1- Burundakı quru çirkin altına, dişlərin arasında və diş çuxurunda olan yemək artıqlarının altına su keçməyib altı yuyulmazsa, qüsl caiz olmaz.

2- Dəriyə yapışan xəmir, şam, saqqız, qatı yağ, balıq pulcuğu, çeynənmiş çörək, lak kimi su keçirməyən şeylərin altını yumaq fərzdir.

3- Qüsl aldıqdan sonra bir yerində yapışqan kimi su keçirməyən bir maddə görən təmizləyib altını yusa, kifayətdir. Yenidən qüsl almağa ehtiyac yoxdur. Malikidə də belədir.

4- Qadınların taxdığı spiral qüslə mane deyil.

5- Başa saç əkdirmək qüslə mane deyil. Altındakı dərini yumaq kifayətdir.

6- Döymə günahdır. Ancaq qüslə, dəstəmaza mane deyil. Çünki döymə dərinin altında olur. Dərinin üstündən vurulsa və getməyən boya olsa, altına su keçməzsə, zamanla dəridən gedir. Ona görə zamanla təmizlənən boya vurulmaz. Yaxşı, bəs getməyən yağlı boya vurulsa, nə olar? Getmədiyinə görə zərurət olar və yenə qüslə mane olmaz. Yəni döymə qətiyyən qüslə mane deyil.

7- Sırğa deşiyində sırğa olmazsa və deşik açıq olarsa, qulağı isladarkən deşiyi bir az ovub islatmaq yetərlidir. İp taxmaq lazım deyil. Sırğa deşiyi tutulubsa, tutulduğu üçün zərəri yoxdur. Deşiyi açmaq lazım deyil.

8- Xına, mürəkkəb kimi boyalar qüsl və dəstəmaza mane olmaz. Çünki altına su keçir. Lakin yağlı boya, lak, yapışqan kimi şeylər altına su keçmədiyinə görə, qüsl və dəstəmaza manedir.

9- Saç boyaları xına kimidir, altına su keçir və qüslə mane olmaz.

10- Maye yağların altına su keçir. Yağın rəngi qalsa da, zərəri yoxdur. Qüslə, dəstəmaza mane deyil. Ancaq qatı yağların altına su keçməz.

Qatran
Sual:
Siqaretin dişlərdə buraxdığı qatran qüslə manedirmi?

CAVAB
Siqaretin dişin diblərində əmələ gətirdiyi qatran maye yağlara daxildir. Qüslə mane deyil. Yuyunanda boyası qalsa, xına kimidir, yenə qüslə mane deyil.


Əldəki yapışqan
Sual:
Ələ bulaşan yapışqan dəstəmaz və qüslə mane olurmu?

CAVAB
Asan çıxan qismi təmizlənər. Zərurət olduğu üçün qalanlar dəstəmaz və qüslə mane olmaz.


Sünnət dərisi
Sual:
Sünnət olmayan adamın qüsldə sünnət dərisinin altını yuması fərzdirmi?

CAVAB
Qüsldə sünnət dərisinin altını yumaq fərz deyil, müstəhəbdir. (Səadət-i Əbədiyyə)

Linza
Sual:
Gözə linza taxmaq dəstəmaz və qüslə manedirmi?

CAVAB
Gözün içi dəstəmaz və qüsldə yuyulmaz. Buna görə linza qüslə və dəstəmaza mane deyil. Yəni dəstəmaz və qüsl alarkən linzaları çıxarmaq lazım deyil.


Ziyil
Sual:
Əllərimdə ziyil var. Buna görə dərmandan istifadə edirəm. Lakin dərman eynilə yapışdırıcı kimidir. Altına su da keçirmir. Qüsl və namaz dəstəmazı üçün bir zərəri vardırmı?

CAVAB
Dərman təmizlənəndə çıxmırsa və yapışqan kimidirsə, yəni getməsi mümkün deyilsə, zərəri yoxdur. Üzrlü olmadan dəstəmaz alıb namaz qılarsınız.


Gözdəki çirk
Sual:
Yapışdırıcı, lak, dişlərdəki kirəc, sədəf xəstəliyinin qabığı və gözdən axan qurumuş çirk dəstəmaz və qüslə mane olurmu?

CAVAB
Bunlardan lak mane olur. Təmizləyib altını yumaq lazımdır. Dişlərdəki kirəc öz-özünə hasil olub asan təmizlənən bir dərman da olmadığı üçün, dəstəmaz və qüslə mane olmaz.


Sədəf xəstəliyinin qabığı və gözdən axan qurumuş çirk də öz-özünə hasil olsa da, dərini yaralamadan mümkün qədər təmizlənər. Qalan qisimləri dəstəmaza və qüslə mane olmaz. Yapışdırıcı və yağlı boya kimi maddələr isə asan təmizlənmir. Təmizləmək üçün dərini qaşımaq lazım deyil. Dəriyə zərər vermədən mümkün olduğu qədər təmizlənər. Qalan qismi dəstəmaz və qüslə mane olmaz.

Zeytun yağı
Sual:
Saça vurulan zeytun yağı dəstəmaza mane olurmu?

CAVAB
Maye yağlar məshə mane olmaz.


Jele
Sual:
Saça vurulan jele dəstəmaz və qüslə manedirmi?

CAVAB
Vurulan şeyin altına su keçməzsə, dəstəmaz və qüsl olmaz. Keçirsə, heç zərəri yoxdur. Jelenin su keçirdiyi deyilir.


Dırnağın arasındakı çirk
Sual:
Dırnağın arasındakı çirk dəstəmaz və qüslə mane olurmu?

CAVAB
Dəstəmaza da, qüslə də mane olmaz. İçinə su keçər.


Saç boyası
Sual:
Sürmələr, kirpik üçün tuşlar və saç boyaları dəstəmaza, qüslə manedirmi?

CAVAB
Xeyr, mane deyil. Altına su keçir.


Krem
Sual:
Üzə krem vurduqdan sonra altına su keçib-keçməmə durumu necədir, dəstəmaza mane olurmu?

CAVAB
Əgər krem qatıq kimi qalın vurulsa, altına su keçmir. Kərə yağı da belədir. Lakin dəri çox ovulub qatı hissə qalmazsa, altına su keçər və dəstəmaza mane olmaz. Yəni zeytun yağı kimi olsa, dəstəmaza mane olmaz.


Seçki boyası
Sual:
Seçkilərdə səs verdikdən sonra ələ vurulan boya dəstəmaz və qüslə manedirmi?

CAVAB
Seçki boyası dəstəmaz və qüslə mane deyil.


Mürəkkəb
Sual:
Mürəkkəb dəstəmaza və namaza manedirmi?

CAVAB
Mane deyil. Xına, mürəkkəb kimi altına su keçən boyalar qüslə və dəstəmaza mane deyil. Lak və yağlı boyalar altına su keçmədiyi üçün, qüslə və dəstəmaza manedir.


Diş daşları
Sual:
Dişlərin arasındakı diş daşlarının dəstəmaza bir zərəri vardırmı?

CAVAB
Zərəri yoxdur. Çünki öz əlimizdə deyil və asan da çıxaran bir dərman yoxdur.


Qüsldə sırğanı çıxarmaq
Sual:
Qüsldə anam su çatmaz deyə sırğasını çıxarır, xalam da sırğa taxmadığı halda qüsldə sırğa taxır? Hansının qüslü olur?

CAVAB
İkisinin də qüslü olar. Əhəmiyyətli olan qulaq deşiyinə suyun çatmasıdır. Sırğa olmayanda yaş əllə islatmaq olar. Sırğa taxmaq lazım deyil. Sırğa olanda isə sırğa möhkəmdirsə, yavaş tərpətmək bəs edir.


В корзине: 0 шт.

на сумму: 0

Cəmi: 0

Оформить заказ Очистить корзину