Facebook Twitter WhatsApp

Təhlükəli sözlər haqqında müxtəlif suallar

Sual: “İnsan bir şeyi çox görsə, maxalakəllah desə, mənasını bilməsə, kafir olar” deyilir. Burada, “Bir şeyi çox görsə”, “Maxalakəllah” və “mənasını bilməsə kafir olar” ifadələrinin mənaları nədir?
CAVAB
Bir şeyi çox görsə demək, çox sayda şey görsə deməkdir. Dənizdə minlərlə balıq görsə, səmada minlərlə bildirçin görsə deməkdir. Maxalakəllah, Allah nə qədər çox şey yaratmışdır mənasındadır. Dənizdəki balıqları görüb Allah nə qədər çox şey yaradıb anlamında, maxalakəllah demək belədir.

Mənasını bilməsə kafir olar demək, maxalakəllahın ikinci mənası, Allah yaratmadı deməkdir. Balıqları görür, quşları görür, bunları Allah yaratmadı mənasında söyləyirsə küfr olur. Hər şeyi Allah yaratmışdır. Bir şey söyləyərkən nə söylədiyini bilmək lazımdır demək istəyir.

Fərzi və vacibi inkar
Sual:
 Fərzi inkar kimi, mütəvatir hədisi də inkar küfrdür, amma vacib sünnətdən daha qüvvətli olduğu halda vacibin vacibliyini inkar edən, kafir olmur, səbəbi nədir?

CAVAB
Mütəvatir hədisi inkar Peyğəmbər əfəndimizi inkardır. Bu isə küfrdür, amma ictihadla tapılan fərzi və ya vacibi inkar küfr olmaz. Məsələn:
Qurban kəsmək vacibdir, amma digər üç məzhəbdə sünnətdir. Onlara siz sünnət deməklə, vacibi inkar etdiniz demək olarmı? Amma bir Hənəfi vacibi inkar edərsə məzhəbsiz sayılar, çünki öz məzhəbini bəyənməmiş olar.

Qüsulda ağzın içini yumaq Hənəfidə fərz, Maliki və Şafiidə sünnətdir. Onlar fərzi inkar etmiş sayılmır, amma bir Hənəfi bunu inkar edərsə, öz məzhəbinin hökmünü inkar etmiş sayılır. Öz məzhəbinin hökmlərini bəyənməyən də ən azından məzhəbsiz olar, küfrə qədər gedə bilər.

Allahın möcüzəsi demək
Sual:
 Allahın möcüzəsi demək caizdirmi?

CAVAB
Caiz olsa da, hər kəlməni yerli-yerində istifadə etmək lazımdır. Allahın qüdrəti, Allahın hikməti deyilməlidir. Sehr, istidrac, kəramət, möcüzə kimi xariqələrin hamısını yaradan Allahü təaladır. Peyğəmbər, Allahın qüdrəti ilə bir çox xariqələrin meydana gəlməsinə səbəb olur. Peyğəmbərlərin əlində meydana gələn möcüzələrin yaradıcısı da Allahü təaladır. Belə ki, Allahü təala, peyğəmbərlərinə verdiyi möcüzələri bildirdikdən sonra “Bunları Biz edirik” buyurur. (“Ənbiya” 79)

Allahü təala sevdiyi insanlara yaxşılıq ikram etmək üçün və azılı düşmənlərini də aldatmaq üçün bunlara adətini pozaraq səbəbsiz xariqə şeylər yaradır.
1- Peyğəmbərlərdən, meydana gələn xariqələrə “Möcüzə” deyilir.

2- Övliyadan meydana gələn xariqələrə “Kəramət” deyilir.

3- Övliya olmayan möminlərdən meydana gələn xariqələrə “Fərasət” deyilir.

4- Fasiqlərdən, günahı çox olanlardan, zühur edənlərə “İstidrac” deyilir. İstidrac, Allahü təalanın aldadaraq, nemət şəklində göstərdiyi müsibətdir. Bu, onun Cəhənnəmə getməsinə səbəb olur.

5- Kafirlərdən zühur edənlərə isə “Sehr”, yəni cadu deyilir.

Allahını sevirsənsə
Sual:
 Allahını sevirsənsə və ya Allah xatirinə bunu et deyildikdə, o işi etmək mütləqdirmi?

CAVAB
O işi etməmək günah olmasa da, mübah olan işləri etmək yaxşı olar. Allah xatirinə deyərək bir kimsədən dünyalıq bir şey istəmək caiz deyil. Belə kimsələr hədisi-şəriflə lənətlənmişlər. (Hadika)

Allah vergisi
Sual: Səsi gözəl olan bir müğənni haqqında “Allah vergisi” demək caizdirmi?
CAVAB
Bəli, caizdir. Bilal Həbəşi həzrətlərinin də çox gözəl səsi var idi, Allah vergisi idi. Peyğəmbər əfəndimiz, “Ya Bilal, gözəl səsinlə bizi fərəhləndir!” buyuraraq, azan oxumasını əmr edərdi. İnsan gözəl səsi ilə Qurani-kərim, azan, ilahi oxuya biləcəyi kimi, o gözəl səsini günah işləməkdə də istifadə edə bilir. Açıq-saçıq gəzən bir qadına və ya səsinə, Allah vergisi və ya gözəl demək, işlədiyi günaha gözəl demək anlamına gəlmir. Lakin günah olan mahnısına gözəl demək təhlükəlidir. Buna görə də belə şeylər söyləməkdən uzaq durmaq lazımdır.


Nə var, nə yox?
Sual:
 Biri, “Nə var, nə yox?” dedikdə, “Sağlıq-salamatlıqdı, yaxşılıqdı” kimi sözlərlə cavab vermək olarmı? Bəzi insanlar bu suala "Allah var, şəriki yoxdur" deyə cavab verir və belə cavab vermək lazım olduğunu iddia edirlər.

CAVAB
Birinci şəkildə deməyin zərəri yoxdur. İkinci şəkildəki cavab isə, verilən suala cavab deyil. Sən evdə bir nəfərsən? deyə soruşsalar, digəri də bir olan Allahdır desə, verilən suala cavab sayılarmı? Bunlar, dini bilməyən kimsələrin uydurduqları sözlərdir.

Allahın sopası (dəyənək) yoxdur
Sual:
 Allahın sopası yoxdur ki, demək küfr olurmu?

CAVAB
Niyyətə bağlıdır, təvil edilərsə küfr olmaz. Günah işləyəni, xainlik edəni, canini anında cəzalandırmaz mənasında deyilir, bu da küfr sayılmaz. Sanki Allahın bir şeyi nöqsandır kimi belə ifadələr istifadə etmək uyğun deyildir.

Yaxşı insandır demək
Sual:
 Xoş xasiyyətli və ya işində müvəffəqiyyətli olan kafir və fasiq bir insan haqqında yaxşı insandır demək caizdirmi?

CAVAB
Yaxşı insan, saleh insan deməkdir. Müsəlman olmayan, etiqadı pozulmuş olan və ya çəkinmədən, açıq-aşkar günah işləyən fasiq saleh ola bilməz. Kafir və ya fasiq, xoş xasiyyətlidirsə və ya işini gözəl edirsə, o cəhətini söyləmək olar və ya işi haqqında yaxşı demək olar. Məsələn, “Çox səxavətlidir, yardımsevərdir, işinin əhlidir. Yaxşı vəkildir, yaxşı həkimdir” demək olar. Bu, işini yaxşı yerinə yetirir deməkdir. Pis adama yaxşı insan deyilməz.

Şeytan doldurur
Sual:
 Boş silahı təmizləyərkən şeytan doldurar deyirlər. Şeytan boş silahı doldura bilərmi?

CAVAB
Xeyr. Bu söz, “Silahı boş zənn etdiyimiz halda, boş olmaya bilər, şeytan unutdura bilər və ya başqası doldurmuş ola bilər. Diqqətli olmaq lazımdır” mənasında deyirlər.

Məsxərə olunan bir şeyə gülmək
Sual:
 Xristianlığı və ya yəhudiliyi ələ salan filmlərə baxıb gülməyin zərəri varmı?

CAVAB
Allahü təalanı, Peyğəmbərləri, mələkləri məsxərəyə qoymaq, buna gülmək caiz olmaz, qəsdən gülmək küfrə səbəb olur. Qeyri-ixtiyari, yəni istəmədən, əlində olmadan gülmək küfr olmaz. Qeyri-müsəlmanların uydurduğu bir xürafə və ya batil bir inanc məsxərəyə qoyulsa, ona gülmək küfr olmaz. Özləri də, Müsəlman olduqdan sonra bu xürafələrə necə inanırdıq deyib heyrətlənib  gülürlər.

Əzəli düşmənimiz
Sual: 
Şeytan əzəli düşmənimizdir, erməni əzəli rəqibimizdir demək caizdirmi?

CAVAB
Əzəli kəlməsi, məna cəhətdən yalnız Allahü təala haqqında istifadə olunur, “Uzun zaman” və “Keçmiş” manasında məxluqlar haqqında da deyilir.

Cənnət kimi demək
Sual:
 Bəyəndiyimiz bir yer haqqında, “Dünya Cənnəti” və ya “Cənnət kimi yer” demək caizdirmi?

CAVAB
Caizdir, ancaq Cənnətdə, ağla, xəyala glməyəcək çox böyük nemətlər olacağı üçün dünyadakı ən dəyərli, ən böyük nemət belə Cənnətə bənzədilməməlidir. Cənnəti bəsitə salmaq kimi sayılır.

Allah kərimdir demək
Sual:
 Bir Müsəlman, “On günlük pulum qaldı. Ondan sonra Allah kərimdir” dedi. Mən də, “Tövbə de kafir oldun. Daha əvvəl Allah kərim deyildi?” dedim. Yoldaşım kafir olmadı ki?

CAVAB
Müsəlmanların belə sözlərini təvil etmək, dərhal kafir deməmək lazımdır. O Müsəlman, “On günlük kömürüm qaldı. Ondan sonra Allah bir çıxış yolu ehsan edər. Necə olsa O, kərimdir” demək istəmişdir.

Allah köməyin olsun demək
Sual:
 Bir yoldaşa, Allah köməyin olsun dediyimdə, dedi ki, “Köməkçi bir işi görən insana kömək edən, lakin o işi tam olaraq bilməyən adama deyilir. Məsələn, müdür köməkçisi, müdürdən daha az biliyə sahibdir. Allah köməyiniz olsun, demək caiz olmaya bilər.” Allahü təala köməyin olsun, demək caizdirmi?

CAVAB
Ağıl yürütməklə din olmaz. Həm də bir kəlmənin tək mənası əsas götürülmür. Burada Allah köməyin olsun demək, Allah sənə kömək etsin, asanlıq ehsan etsin deməkdir. Bunun da heç bir zərəri yoxdur. Bütün alimlər belə söyləmişlər.

İnsana sədaqət yaraşır, görsə də ikrah,
Yardımcısıdır doğruların, həzrəti Allah.


Kitablarımız Dini Qurumlarla İş Üzrə Dövlət Komitəsi tərəfindən yoxlanışdan keçərək, nəzarət markası ilə markalanmışdır.

В корзине: 0 шт.

на сумму: 0

Cəmi: 0

Оформить заказ Очистить корзину