Facebook Twitter WhatsApp

Qüsl suyundakı nəcasət

Sual: Dənizə və ya gölə girib hər tərəfi islananın qüsl almış olduğunu deyirlər. “İhlas Kuzuluk Kaplıca” evlərində (“Kaplıca” isti yeraltı sulardan yararlanmaq üçün yer üstünə çıxdığı qaynaqların ətrafında inşa edilən hamam formasındakı tikililərə deyilir) vannadakı suya girib çıxmaqla qüsl almış olurammı?
CAVAB
Əvvəl, ümumi bir məlumat verək. Səthi 23 kvadrat metrdən kiçik olan hovuza kiçik hovuz deyilir. Vannalar belədir. 23 kvadrat metrdən böyük olanlarına böyük hovuz deyilir. Göl və dəniz 23 kvadrat metrdən böyük olduğu üçün, böyük hovuz hökmündədir.


Nəcasət böyük hovuza düşsə, pisliyin üç izindən biri, yəni rəngi, qoxusu və ya dadı müəyyən olmayan hər tərəfindən dəstəmaz və qüsl almaq caiz olar. Məsələn, gölə yüngül bayıra çıxılmışsa, aşağı tərəfində bir izi görülməzsə, caizdir.

Çirkab sularının axdığı hissələr kimi nəcis olan yerlər xaric, dənizin hər tərəfindən dəstəmaz almaq olar. Təmiz dənizə və ya gölə girib çıxan ağız və burnuna su verincə qüsl almış olar.

Yağışdan islanan da ağız və burnuna su verincə qüsl almış olar.

Dəstəmazda və qüsldə istifadə edilən suya müstəməl su deyilir. Müstəməl su imami-əzəmə görə qaba nəcasətdir. İmam Əbu Yusifə görə də xəfif nəcasətdir. İmam Muhammedə görə isə təmizdir. Lakin hədəsi təmizləyici deyil, yəni bu su ilə təkrar dəstəmaz və qüsl alınmaz və içilməz.

Müstəməl suyu təmiz qəbul edən alimlərə görə, kiçik hovuza, məsələn, vannaya qarışan müstəməl suyun miqdarı sudan çox olarsa və ya su ilə eyni miqdarda olarsa, dəstəmaz və qüsl caiz olmaz. İçinə su axmayan kiçik hovuzdan dəstəmaz alanın dərisinə dəyən su miqdarı yarısı olduğu və hovuza az da olsa, nəcasət düşdüyü bilinmədikcə buradan dəstəmaz almaq caizdir.

Hər gün suyu dəyişdirilən kiçik hovuzda bir çox adam dəstəmaz alsa və müstəməl sular hovuza təkrar düşsə, dəstəmaz səhih olar. Lakin bu hovuza çox az da nəcasət düşsə, dəstəmaz almaq caiz olmaz.

Bəzi alimlərə görə, kiçik hovuza bir üzv salınıb yuyulduqda bütün hovuz müstəməl su olar. Buna görə, su çox olan yerlərdə üzvləri hovuzda deyil, hovuzdan ovucla su götürüb çöldə yumaq lazımdır! Suyu olmayan yerlərdə caiz deyən alimlərə görə, hovuzda dəstəmaz və qüsl alına bilər.

Bütün alimlərə görə qüslün səhih olması üçün, vannadakı suya girib yuyunmamalı və girilmişsə, o suyu boşaltmaq lazımdır! Qabla su töküb və ya duşla yuyunmaq lazımdır! Müstəməl sular axıb getməli, bədənə tökülməməlidir. Tökülən yer olsa, oranı təmiz suyla yumaq lazımdır!

Su nəcis olurmu?
Sual:
Qüsl alarkən qüsl aldığım suya bəzən üstümdən damcı düşür. Bu su nəcis olur? Aldığım qüsl səhihdirmi? Cünub ikən əlimiz bu təmiz suya girsə, o suyla qüsl caizdirmi?

CAVAB
Dəstəmaz və ya qüsldə istifadə edilən suya müstəməl su deyilir. Təmiz suya qarışan müstəməl suyun miqdarı təmiz sudan azdırsa, bu suyla dəstəmaz və qüsl caizdir. Məsələn, 5 litr suya 2 litr müstəməl su qarışsa, bununla dəstəmaz və ya qüsl səhih olar.


Müstəməl suyun kiçik hovuza axması və dəstəmazsızın əlini salması da eynidir. Cünub olan adam və ya kafir nəcasət bulaşmamış ovucunu bir yerə salıb su götürsə və ya qolunu salıb içindəki qabı götürsə, o yerdəki su dörd məzhəbdə də murdar olmaz. Nəcasət üzərindən axan suyun yarıdan çoxu nəcasətə dəysə, bu su murdar olar. Azı dəyərsə və nəcasətin üç sifəti suda olmazsa, murdar olmaz. Müstəməl su Malikidə həm təmizdir, həm də təmizləyicidir. Yəni müstəməl su ilə dəstəmaz və qüsl alınır. (Mənahicül-ibad)

Vannaya bövl etmək (yüngül bayıra çıxmaq)
Sual:
Yuyunduğumuz ləyənə bövl etməyin zərəri vardırmı?

CAVAB
Sidik toplanan yerdə qüsl almaq və qüsl alınan yerə bövl etmək caiz deyil. Lakin sidik toplanmayıb, axıb gedərsə, qüsl caizdir. Bir hədisi-şərif tərcüməsi belədir:

“Yuyunduğunuz yerə bövl etməyin!” [Təbərani]


В корзине: 0 шт.

на сумму: 0

Cəmi: 0

Оформить заказ Очистить корзину