Facebook Twitter WhatsApp

Cümə günü qüsl almaq

Sual: Cümə günü qüsl almağın vacib olduğunu deyirlər. Bu mövzuda hədis də varmış. Doğrudurmu? Bir də cümə gecəsi cənabətdən qüsl alan da cümə qüslü savabı alarmı?
CAVAB
Hədisi-şərifləri müctəhid alimlərin şərhi olmadan oxumaq səhvlərə səbəb olar. Cümə günü qüsl almaq müəkkəd sünnədir. O hədisi-şərifin tərcüməsi belədir:

“Cümə günü qüsl almaq vacibdir [yəni lazımlıdır]”. [Buxari, Müslim, Əbu Davud, İ. Əhməd, İ. Malik, Təbərani, Deyləmi, İ. Hibban, Əbu Nuaym]

Başqa bir hədisi-şərifin tərcüməsi də belədir:
“Cümə günü qüsl almaq mənə fərz, sizə nafilədir [sünnədir]”. [Deyləmi]

Bu hədisi-şərif əvvəlki hədisi-şərifi açıqlayır. Peyğəmbər əfəndimizin fərzdən başqa etdiyi əməllərin hamısına nafilə deyilir. O işlədiyi üçün bizə sünnə olur. Beş vaxt namazın sünnələri və digər bütün sünnələr nafilədir.

Cümə günü qüsl almaq çox əhəmiyyətlidir. Rəsulullah əfəndimizin bu mövzuda bir çox hədisi-şərifləri vardır. Bir neçəsinin tərcüməsi belədir:
“Cüməyə gələn qüsl alsın!” [Buxari, Müslim, Əbu Davud, Tirmizi, Nəsai]

“Cümə günü qüsl almaq bir həftəlik günahlara kəffarədir. Üç gün artığıyla”.
[Təbərani]

“Bir cümə digərinə qədər, beş vaxt namaz da digər namaza qədər işlənən günahlara kəffarədir. Cümə qüslü də elədir. Cüməyə getmək üçün atılan hər addım iyirmi illik əmələ əvəzdir. Cümədən çıxınca da 200 illik əməl mükafatı verilər”.
[Beyhəki]


“Cümə günü qüsl alanın günahları bağışlanar”.
[Təbərani]

“Cümə günü qüsl alanın günahları təmizlənər, ona "Əməlinə yenidən başla" deyilər”. [Deyləmi]

“Cümə günü əhlinə yaxın olana iki savab vardır. Biri öz, digəri də yoldaşının qüslünün savabı”.
[Beyhəki]

“Kim cümə günü qüsl alıb məscidə erkən gedər, xütbəni dinləyər və sükut etsə, onun atdığı hər addım üçün özünə bir illik
[nafilə] oruc və bir illik [nafilə] namaz savabı yazılar”. [Təbərani]


“Cümə günü qüsl alıb ilk saatlarda gedən bir dəvə qurban edib sədəqə olaraq paylamış kimi savaba qovuşar. Daha sonra gələnə bir inək, ondan sonra gələnə bir qoç, bundan da sonra gələnə bir toyuq kəsib sədəqə olaraq paylamış qədər savab verilər. Ən son gələnə də yumurta sədəqə savabı yazılar. İmam xütbəyə çıxınca mələklər də savab yazmağı buraxıb xütbəni dinləyər”.
[Buxari, Müslim, Əbu Davud, Tirmizi, Nəsai]


Cümə gecəsi cənabətdən qüsl alan cümə qüslü savabına qovuşar.