Facebook Twitter WhatsApp

Səfərdə məzhəb təqlidi

Sual: Səfərilik məsafəsindəki bir yerdə on gün qalıb, Malikini təqlid edən və ya etməyən kimsə, ehtiyac olduqda namazlarını hansı məzhəbə görə cəm etməlidir?

CAVAB

Bir yerdə on gün qalıb səfəri olan şəxs Hənəfiyə görə səfəri, digər üç məzhəbə görə mükim olur. Maliki və Şafiyə görə mükim ikən iki namaz cəm edilməz. Hənbəliyə görə isə ehtiyac olduqda mükim ikən də cəm edilə bilər. Bir məzhəbi təqlid edərkən, o məzhəbin o mövzudakı şərtlərinə də tabe olmalıdır. Səfərdə on gün qalan Hənbəlidə mükim olacağı üçün Hənbəlinin bütün şərtlərinə də riayət etməlidir. Mükim ikən dörd rükətlik namazları qısaltmadan qılmaq fərz olduğu üçün cəm edərkən fərzləri iki rükət deyil dörd rükət qılmalıdır. Malikini təqlid edən də etməyən də belə qılmalıdır. Hənəfi səfərdə cəm etmədiyi zamanlarda dörd rükətli fərzləri Hənəfiyə görə səfəri olduğu üçün yenə iki rükət qılmalıdır.

Səfərdə cəm edərkən

Sual: Səfərilik məsafəsindəki bir yerdə 2 gün qalıb Malikini təqlid edən və ya etməyən ehtiyac olduqda namazlarını hansı məzhəbə görə cəm etməlidir?

CAVAB

Səfərilik məsafəsində bir yerdə 2 gün qalan dörd məzhəbdə də səfəri olur. Səfəri olduğu üçün ehtiyac olduqda digər üç məzhəbdən birinə görə cəm edə bilər. Ancaq Malikini təqlid edən Malikinin şərtlərini yaxşı bildiyi üçün Malikiyə görə cəm etməsi daha uyğun olar. Dörd məzhəbdə də səfəri olduğu üçün dörd rükətli fərzləri iki rükət qılmalıdır.