Facebook Twitter WhatsApp

Səfərinin camaatla namazı

Sual: Səfəri olan camaatla namazı necə qılmalıdır?

CAVAB
Səfəri imam namaz içində mükim olmağa niyyət edib 4 rükət qılsa, camaatın da namazı səhih olur.

Səfəri imama uyan mükim, imam salam verdikdən sonra qalan rükətləri tamamlayarkən səcdəyi-səhv etdirəcək bir şey edərsə, səcdəyi-səhv edər.

Bir kimsə namaz vaxtının sonunda səfərə çıxarsa, bu namazı qılmamışsa, iki rükət qılar. Vaxtın sonunda vətəninə gəlsə, bu vaxtın namazını qılmamışsa, dörd rükət qılar.

Səfəri imama uyan mükim ilk təşəhhüddə salavatları oxumaz. Əttəhıyyatünü yavaş oxumalıdır. Səfəri Cümə günü axır-zöhr namazını iki rükət qılmalıdır.

Bakıda tələbə olan bir kimsə həftənin hər hansı bir günündə bir iş üçün səfər uzaqlığındakı yerə getsə, səfər dönüşündə bu həftə də filan yerə gedəcəyəm deyə niyyət etsə Bakıda səfəri olur.
Səfəriliyə aid  kifayət qədər bilgiyə sahib olmayan bir adam səfəri olduğundan şübhə edərsə, mükim olur. Namazlarını 4 rükət qılması lazımdır. Təxminində səhv edərsə belə, qəsdən 4 qılmadığı üçün üzrlü sayılır. Ancaq səfəri deyilkən 2 rükət qılarsa, qıldığı namazları qəza etməlidir. Ehtiyyatlı hərəkət etməlidir.

Səfərdə Şafii və ya Malikini təqlid edən yolçu əsr ilə cəm edərək qılmaq üçün zöhrü gecikdirərsə, zöhr vaxtı çıxdıqdan sonra zöhrü qılmadan əvvəl mükim olsa, əvvəlcə zöhr namazını qəza edər. Zöhrü qəzaya saxladığı üçün günaha girməz. Çünki namazı üzrlü səbəb olmadan qəzaya saxlamaq günahdır. Burada səfərdə olmaq üzrü ilə qəzaya qaldığı üçün günah olmaz.
Sual: Qonaq, getdiyi yerdə istədiyi kimi hərəkət edə bilərmi? Təklif edilmədən imamlığa keçə bilərmi?
CAVAB
Bir evə qonaq gedildiyi zaman ev sahibinin göstərdiyi yerə oturmalıdır. Namaz qılarkən ev sahibi imam olar və ya imamı təyin edər. Qısası, oranın əmiri ev sahibidir. Hədisi-şərifdə buyuruldu ki:

"Bir yoldaşınızın yanına getdikdə, yanından uzaqlaşana qədər yoldaşınız sizin əmirinizdir." [İbni Ədiy]

Sual: Zöhr namazında mükim camaata imam olan səfəri kimsə, unudub dörd rükət qılsa, bir qismi imamla birlikdə, dörd rükət qılsa, bir qismi də imam üçüncüyə qalxdıqda, qalan iki rükəti tamamlasa, nə olar?

CAVAB
Səfəri imama sonuna qədər uyan mükimlərin namazları pozular. Çünki fərz qılan, nafilə qılana uya bilməz. İki rükət qıldıqdan sonra, imama uymayıb digər iki rükəti öz başına tamamlayanların namazları isə səhih olar.

Sual: Səfəri olan camaat mükim olan imama uyması vəziyyətində 4 rükətli fərz namazları necə qılmalıdır?
CAVAB
Dörd rükət qılınmalıdır.

Sual: Səfəri olan bir imama mükim biri uyarsa namazını qısa qılar, yoxsa uzun?
CAVAB
Mükim namazını qısalda bilməz. Neçə rükətdirsə elə də qılar. Məsələn, zöhr namazıdırsa 4 rükətə tamamlayar.

Sual: Əsr namazının son rükətinə çatan səfəri kimsə imamın səfəri olduğunu zənn edərək 2 rükət qılsa, sonra imamın mükim olduğunu öyrənsə nə etməlidir?

CAVAB
Zənn ilə hərəkət edilməz. İmamın səfəri olduğu bilinmirsə, mükim olduğu aydın olur. Vaxt çıxmamışsa yenidən qılmalı, vaxt çıxmışsa qəza etməlidir.

Sual: Əsr namazının son rükətinə çatan səfəri kimsə, imamın mükim olduğunu zənn edərək 4 rükət qılsa, sonra imamın səfəri olduğunu öyrənsə nə etməlidir?

CAVAB
Qəsdən 4 rükət qılmadığı üçün zərəri yoxdur.

Sual: Səfəri imam mükim camaata Cümə namazı qıldıra bilərmi?

CAVAB
Qıldıra bilər.

Sual: Səfəri imama uyan mükim imam salam verdikdən sonra səcdəyi-səhvə səbəb olan bir şey etsə, səcdəyi-səhv lazımdırmı?

CAVAB
İmamla qılarkən camaatdan biri xəta edərsə səcdəyi-səhv etməz. İmam salam verdikdən sonra qalan rükətləri tamamlayarkən səcdəyi-səhvə səbəb olan bir şey edərsə, o zaman səcdəyi-səhv edər.

Sual: Səfəri imama uyan mükim ilk təşəhhüddə salavatları oxumalıdırmı?

CAVAB
Salavatları oxumaz. Əttəhiyyatünü yavaş oxumalıdır.

Sual: Səfərdə 4 rükət qılan Şafiiyə mükim Hənəfi uya bilərmi?

CAVAB
Uya bilər.

Sual: Səfərdə də camaatla namaz qılmaq sünnətdirmi?

CAVAB
Bəli.
Sual: Tam Elmihalın camaatla namaz bəhsinin sondan ikinci paraqrafında, "Səfəri dörd rükətli olan fərzləri əda edərkən mükimə uya bilər. Mükim imama vaxt içində uyan səfərinin namazı dəyişərək imamın namazı kimi dörd rükət olur. Ancaq səfəri qəzanı iki rükət qılmalı olduğundan mükim imama uya bilməz. Çünki, oturmağı və oxumağı fərz olan nafilə olana uymuş olur" deyilir. Bunun izahı necədir?

CAVAB
Səfəri olan kimsə zöhr, əsr və işa namazını qıla bilməyib qəzaya saxladıqda, qəzanı iki rükət qılmalı olduğundan, eyni namazı qəza edən mükim imama uya bilməz. Çünki, mükim imamın ikinci rükətin sonunda oturması fərz deyildir. Səfəri olanın isə oturması fərz olduğundan mükim imama uya bilməz. Səfəri olan kimsə vaxt namazlarında mükim imama uya bilər.
Sual: Bir yoldaş, "S. Əbədiyyə kitabında səfəri olan mükim imama ikinci rükətdən sonra uya bilməz yazır" deyərək camaata uymadı. Belə bir şey vardırmı?

CAVAB
Belə bir şey yoxdur. Səfəri olan hər rükətdə mükim imama uya bilər. S. Əbədiyyədə belə deyir:
Səfəri dörd rükətli olan fərzləri əda edərkən mükimə uya bilər. Çatmadığı rükət olarsa imam salam verdikdən sonra dördə tamamlayar. Çünki, mükim imama vaxt içində uyan səfərinin namazı dəyişərək imamın namazı kimi dörd rükət olar.

Səfəri imam dörd qılarsa

Sual: Səfəri imam iki rükət qılması lazım olan fərzi dörd qılarsa, özünün və camaatın namazı səhih olarmı?

CAVAB
Səfəri olan imam ikinci rükətdə təşəhhüdü oxuduqdan sonra çaşıb üçüncü rükətə qalxsa və namazı dördə tamamlasa, imamın və ona uyan səfərilərin namazı səhih olur. Mükimlərin namazı səhih olmaz, çünki imamın son iki rükəti nafilə olur. Nafilə qılana fərz qılanlar uya bilməz.
Səfəri imam ikinci rükətdə təşəhhüdü oxuyub üçüncü rükətə qalxdıqda, səfəri olan camaat qalxmayıb salam versə, namazları səhih olur. İmama uyub dörd rükət qılan səfərilərin namazları isə, məkruh olur. Mükimlərin namazı isə heç səhih olmaz.

Sual: Səfəri imam namaza başladıqda mükim olmağa niyyət edib 4 rükət qılsa, camaatın da namazı səhih olarmı?

CAVAB
Bəli, səhih olar. Mükim olan kimsə səfəri olan imama uyarsa, imam çaşıb üçüncü rükətə qalxıb dördə tamamlayarsa, imamın namazı səhih olar, ona uyan camaatın namazı səhih olmaz. Səfəri bir kimsə səfəri imam üçüncü rükətə ayağa qalxdıqda salam versə, namazı səhih olar. Ancaq bilərək dörd rükət qılan səfərilərin namazı məkruh olur.

Məsbuq və nafilə

Sual: İmam zöhrün fərzini qıldırarkən, Əttəhiyyətünü oxuduqdan sonra, çaşıb beşinci rükətə qalxıb, altıncı rükəti də qılıb salam verdi. Məsbuq olan bir yoldaş da, imam salam verdikdən sonra, qalxıb bir rükət daha qıldı. (Namaza gecikib imama birinci rükətdə çatmayan adama Məsbuq deyilir) Məsbuq yoldaşın namazı səhih oldumu?

CAVAB
İmamın qıldığı beşinci və altıncı rükətlər nafilə olduğuna görə fərz qılan nafilə qılan imama uyduğu üçün namazı səhih olmadı. Yenidən qılmaq lazımdır.

Səfərdə mükimə uymaq

Sual: Qonaq zöhr namazını mükim imamla birlikdə qılmağa başlasa, sonra dəstəmazı pozulsa, dəstəmaz almağa getsə, gəldikdə namazın qılınmış olduğunu görsə, yenidən tək başına yalnız namaza başladıqda səfəri olduğu üçün iki rükətmi qılmalıdır, yoxsa imama uyduqda dörd rükət qılmalı olduğu üçün yenə dörd rükət qılmalıdır?

CAVAB
Səfəri olduğu üçün iki rükət qılmalıdır, çünki artıq imama uymağı pozulmuşdur.

Səfərdə dörd rükət qılmaq

Sual: Səfəri bir kimsə məsciddə camaatla namaz qılındığını görüb imama uyur. İmam da səfəri olduğu üçün iki rükət qılıb salam verir. Bu kimsə 3-cü rükətə çatdığını zənn edərək dördə tamamlayır. Daha sonra imamın da səfəri olduğunu anlayır. Namaz səhih oldumu?

CAVAB
Bəli, namaz səhihdir. Qəsdən 2 rükət yerinə 4 rükət qılmadığı üçün məkruh olmamışdır.

Səfəri imama uyan

Sual: Dörd rükətli bir namazda səfəri olan imam iki rükət qılıb salam verəcəyi üçün mükim olan camaatın Əttəhiyyətünü oxuduqdan sonra sükut etmələri, yoxsa məsbuq kimi kəlimeyi-şəhadəti təkrar etmələri lazımdır?

CAVAB
İkisi də olar, lakin kəlimeyi-şəhadəti təkrar etmələri daha yaxşıdır.

Sual: Səfəri olan bir kimsənin mükim olan bir imama uyaraq vaxtın fərzini qılmasında məzhəblər arasında bir fərq vardırmı?

CAVAB: Səfəri olan bir kimsənin mükim olan imama uyması Hənəfi məzhəbində vaxtın fərzini əda edərkən caiz, Şafii məzhəbində həm əda, həm qəza edərkən caiz, Maliki məzhəbində isə ikisində də məkruhdur.