Facebook Twitter WhatsApp

Namaz Qılanların Fəzilətləri

Namaz qılmağın fəzilətlərini və namaz qılanlara veriləcək savabları bildirən Hədisi-şəriflər çoxdur. Abdülhak bin Seyfəddin Dəhləvinin “Əşiat-ül-ləməat” kitabında namazın əhəmiyyətini bildirən Hədisi-şəriflərdə buyurulur ki:

  1. Əbu Hüreyrə “radıyallahü anh” bildirir, Rəsulullah “sallallahü aləyhi və səlləm” buyurdu ki, “Beş vaxt namaz vəCümə namazı gələcək Cüməyə qədər və Ramazan orucu, gələcək Ramazana qədər edilən günahlara kəffarədir. Böyük günah işləməkdən çəkinənlərin kiçik günahlarının əfvinə səbəb olar”. Arada işlənilmiş olan kiçik günahlardanqul haqqı olmayanları yox edər. Kiçik günahları bağışlananların, böyük günahları üçün olan əzablarının yüngülləşməsinə səbəb olar. Böyük günahların əfv edilməsi üçün tövbə etmək də lazımdır. Böyük günahı yoxsa, dərəcəsinin yüksəlməsinə səbəb olar. Bu Hədisi-şərif “Müslim”də yazılıdır. Beş vaxt namazı qüsurlu olanların əfv olmasına Cümə namazları səbəb olar. Cümə namazları da qüsurlu olarsa, Ramazan orucları səbəb olar.
  2. Yenə Əbu Hüreyrə “radıyallahü anh” bildirir. Rəsulullah “sallallahü aleyhi və səlləm” buyurdu ki: “Qapısının önündə axar su olan birisi bu suda hər gün beş dəfə yuyunsa, bədəndə kir qalarmı?” Əshabi-kiram cavab verərək, xeyir qalmaz ey Rəsulallah, dedilər. “Beş vaxt namaz da belədir. Beş vaxt namaz qılanların kiçik günahlarını Allahü təala yox edər”, buyurdu. Bu Hədisi-şərif “Buxari”də və “Müslim”də yazılıb.
  3. Abdullah ibni Məsud “radıyallahü anh” deyir ki, bir nəfər bir yad qadını öpmüşdü. Yəni, Ənsardan biri xurma satırdı. Bir qadın da xurma almaq üçün gəlmişdi. Qadına qarşı heyvani hisləri baş qaldırdı və qadına, “evdə daha yaxşıları var, gəl gedək ondan verim”,- dedi. Evə gələn kimi qadını qucaqladı və öpdü. Qadın “nə edirsən, Allahdan qorx”,- dedi. O da peşman oldu. Rəsulullaha gəlib etdiyini danışdı. Rəsulullah “sallallahü aleyhi və səlləm” ona cavab vermədi. Allahü təaladan vəhy  gözlədi. Sonra həmin adam namaz qıldı. Allahü təala Hud surəsinin yüz on beşinci ayətini göndərdi. Bu ayətdə“Günün iki tərəfində və günəş batnca namaz qıl! Yaxşılıqlar yamanlıqları, əlbəttə, yox edər”buyuruldu. Günün iki tərəfi zöhrdən əvvəl və zöhrdən sonra deməkdir. Yəni sübh, zöhr və əsr namazlarıdır. Bu ayəti-kərimədə hər gün beş vaxt namazın, günahların bağışlanmasına səbəb olduqları bildirilməkdədir. Həmin adam “ey Rəsulullallah! Bu müjdə ancaq mənim üçündürmü? Yoxsa bütün ümmət üçündür”-dedi. Rəsulullah, “bütün ümmət üçündür”,buyurdu. Bu hədisi-şərif iki Səhihdə də yazılıdır.
  4. Ənəs bin Malik “radıyallahü anh” deyir ki, bir nəfər Rəsulullaha “sallallahü aleyhi və səlləm” gəlib, “Had cəzasına səbəb olacaq bir günah işlədim. Mənə had cəzası ver!”,- dedi. Rəsulullah, nə günah işlədiyini ona soruşmadı. Namaz vaxtı gəldi. Bir yerdə qıldıq. Rəsulullah “sallallahü aleyhi və səlləm” namazı bitirən kimi həmin adam qalxdı və “Ey Rəsulallah “sallallahü aleyhi və səlləm”. Mən had cəzası veriləcək bir günah işlədim. Allahü təalanın kitabında əmr olunan cəzanı mənə ver!” dedi. “Sən bizimlə namaz qılmadımmı” –buyurdu. “Bəli qıldım”-dedi. “Məyus olma! Allahü təala günahını bağışladı”buyurdu. Bu hədisi-şərif iki təməl kitabda yazılıdır. Həmin adam had cəzasına səbəb olacaq bir günah işlədiyini zənn etmişdi. Namaz qılan kimi bağışlanması, həmin günahın kiçik günah olduğunu göstərməkdədir. Yaxud had deməsi, kiçik günahların qarşılığı olan “Tazir”cəzası idi. İkinci sualında “Had cəzası ver!” deməməsi də, belə olduğunu göstərir.    
  5. Abdüllah ibni Məsud “radıyallahü anh” deyir ki, Allahü təalanın ən çox hansı əməli sevdiyini Rəsulullahdan “sallallahü aləyhi və səlləm” soruşdum. “Vaxtında qılınan namaz” buyurdu. Bəzi Hədisi-şəriflərdə isə “Əvvəl vaxtında qılınan namazı çoxsevər” buyurulmuşdur. Ondan sonra hansını çox sevər dedim.“Anaya-ataya yaxşılıq etməyi” buyurdu. Bundan sonra hansını çox sevər dedim. “Allah yolunda cihad etməyi” buyurdu. Bu Hədisi-şərif iki səhih kitabda (“Buxarı” və “Müslim”) yazılıdır. Başqa bir Hədisi-şərifdə “Əməllərin ən yaxşısı insanlara yeməkverməkdir” buyuruldu. Bir başqasında,  “Salam verməyi yaymaqdır”. Bir başqasında isə, “Gecə hər kəs yuxuda ikən namaz qılmaqdır” buyurulmuşdur. Başqa bir Hədisi-şərifdə, “Ən qiymətli əməl əlindən və dilindən kimsənin inciməməsidir”. Bir Hədisi-şərifdə də, “Ən qiymətli əməl cihaddır” buyuruldu. Bir Hədisi-şərifdə,  “Ən qiymətli əməl həcci məbrurdur”. Yəni heç günah işləmədən edilən həcdir, buyuruldu. “Allahü təalanı zikr etməkdir” və “Davamlı olan əməldir”Hədisi-şərifləri də vardır. Sualı soruşanların hallarına uyğun müxtəlif cavablar verilmişdir. Yaxud, zamana uyğun cavab verilmişdir. Məsələn, islamiyyətin başlanğıcında əməllərin ən xeyirlisi, ən qiymətlisi cihad idi. (Zamanımızda əməllərin ən xeyirlisi yazı ilə, nəşriyyat ilə, kafirlərə, məzhəbsizlərə cavab vermək, Əhli-sünnət etiqadını yaymaqdır. Belə cihad edənlərə pul ilə, mal ilə, bədən ilə yardım edənlər də bunların qazandıqları savablara ortaq olarlar. Ayəti-kərimələr, Hədisi-şəriflər namazın, zəkatdan, sədəqədən daha qiymətli olduğunu göstərir. Lakin ölüm halında olana bir şey verib, onu ölümdən qurtarmaq, namaz qılmaqdan daha qiymətli olar. Demək ki, başqa hallar, şərtlər içində, başqa şeylər daha qiymətli olur).
  6. Cabir bin Abdullah xəbər verir: Rəsulullah “sallallahü aleyhi və səlləm” buyurdu ki, “İnsan ilə küfr arasındakı sərhəd, namazı tərk etməkdir.” Çünki namaz insanı küfrə düşməkdən qoruyan pərdədir. Bu pərdə aradan qalxınca qul küfrə düşər. Bu hədisi-şərif “Müslim”də yazılmışdır. Bu hədisi-şərif namazı tərk etmənin çox pis olduğunu göstərir. Əshabi-kiramdan çoxusu namazı üzrsüz tərk edən kafir olar, dedilər. Şafii və maliki məzhəblərində kafir olmazsa da, öldürülməsi vacibdir. Hənəfi məzhəbində namaz qılana qədər həbs olunur və döyülür.
  7. Übadə bin Samit “radıyallahü anh” xəbər verir. Rəsulullah “sallallahü aləyhi və səlləm” buyurdu ki, “Allahü təala beş vaxt namaz qılmağı əmr etdi. Bir kimsə gözəl dəstəmaz alıb, namazlarını vaxtında qılarsa və rükülərini, huşularını tamam edərsə, Allahü təala onu əfv edəcəyini söz vermişdir. Bunları etməyən üçün söz verməmişdir. Bunu istəyərsə əfv edər, istəyərsə əzab edər”. Bu Hədisi-şərifiİmamı Əhməd, Əbu Davud və Nəsai bildirmişdir. Görünür ki, namazın şərtlərinə, rükü və səcdələrinə diqqət etmək lazımdır. Allahü təala sözündən dönməz, doğru namaz qılanları mütləq əfv edər.
  8. Əbu Əmaməi Bahili “radıyallahü anh” bildirir. Rəsulullah “sallallahü aleyhi və səlləm” buyurdu ki,“Beş vaxt namazınızı qılın! Bir ayınızda oruc tutun! Mallarınızın zəkatını verin! Başınızda olan rəhbərlərinizə itaət edin! Rəbbinizin Cənnətinə girin!”Görünür ki, hər gün beş vaxt namaz qılan, Ramazan ayında oruc tutan, malının zəkatını verən və Allahü təalanın yer üzündə xəlifəsi olan rəhbərlərin islamiyyətə uyğun əmrlərinə itaət edən bir müsəlman Cənnətə gedəcəkdir. Bu hədisi-şərif imamı Əhməd və Tirmüzi bildirmişdilər.   
  9. Əshabi-kiramın məşhurlarından Büreydəi Əsləmi “radıyallahü anh” xəbər verir. Rəsulullah “sallallahü aləyhi və səlləm” buyurdu ki, “Sizinlə aramızda olan əhd namazdırNamazı tərk edən kafir olar”. Görünürki, namaz qılanınmüsəlman olduğu anlaşılır. Namaza əhəmiyyət verməyən, namazı birinci vəzifə qəbul etmədiyi üçün qılmayan kafir olar. Bu Hədisi-şərifi imamı Əhməd, Tirmüzi, Nəsai və İbni Macə bildirmişdir.
  10. Əbu Zəri Qifari deyir ki, payız günlərindən birində Rəsulullah “sallallahü aləyhi və səlləm” ilə bərabər küçəyə çıxdıq. Yarpaqlar tökülürdü. Bir agacdan iki budaq qopartdı. Bunların yarpaqları dərhal töküldü. “Ey Əba Zər! Bir müsəlmanAllah rızası üçün namaz qılınca, bu budaqların yarpaqları töküldüyü kimi, günahları tökülür” buyurdu. Bu Hədisi-şərifi imamı Əhməd xəbər verdi.
  11. Zeyd bin Xalid Cühəmi xəbər verir. Rəsulullah “sallallahü aləyhi və səlləm” buyurdu ki, “Bir müsəlman, doğruolaraq və huşu ilə iki rükət namaz qılınca, keçmiş günahları əfv olar.”Yəni Allahü təala onun kiçik günahlarının hamısınıəfv edər. Bu Hədisi-şərifi İmamı Əhməd bildirdi.
  12. Abdüllah bin Amr-ibni As xəbər verir. Rəsulullah “sallallahü aləyhi və səlləm” buyurdu ki, “Bir kimsə namazıəda edərsə, bu namaz qiyamət günü nur və burhan olar və Cəhənnəmdən qurtulmasına səbəb olar. Namazı mühafizə etməzsə, nur və burhan olmaz və nicat tapmaz. Karun, Firon, Haman və Übey bin Haləf ilə birlikdə olar.”

Görünür ki, bir kimsə namazı fərzlərinə, vaciblərinə, sünnətlərinə və ədəblərinə uyğun olaraq qılarsa, bu namaz qiyamətdə nur içində olmasına səbəb olar. Belə namaz qılmağa davam etməzsə, qiyamət günü adı keçən kafirlərlə bərabər olar. Yəni Cəhənnəmdə şiddətli əzab çəkər. Übey bin Haləf, Məkkə kafirlərinin azğınlarından idi. Uhud savaşında, Rəsulullah “sallallahü aləyhi və səlləm” mübarək əli ilə onu Cəhənnəmə göndərdi. Bu Hədisi-şərifi, imamı Əhməd, Beyhəki ilə Darimi bildirmişdir.

  1. Tabeinin böyüklərindən Abdüllah bin Sakik deyir ki, “Əshabə-i kiram “radıyallahü anhüm” ibadətlər içində yalnız namazı tərk etmənin küfr olduğunu söylədilər”. Bunu Tirmüzi bildirdi. Abdüllah bin Şakik, Ömərdən, Əlidən, Osmandan və Aişədən “radıyallahü anhüm” Hədisi-şəriflər rəvayət etmişdir. Hicrətin 108-ci ilində vəfat etmişdir.
  2. Əbüddərda “radıyallahü anh” deyir ki, çox sevdiyim biri mənə dedi ki, “Parça-parça parçalansan, atəşdə yandırılsan belə,Allahü təalaya heç bir şeyi şərik qoşma! Fərz namazlarını tərk etmə! Fərz namazlarını bilə-bilə tərk edən, müsəlmanlıqdan çıxar.  Şərab içmə! Şərab bütün pisliklərin açarıdır”. Bu Hədisi-şərifi İbni Macə bildirdi. Görünür ki fərz namazlara diqqət etməyib tərk edən, kafir olar. Tənbəlliklə tərk edən kafir olmaz isə də, böyük günah olar. İslamiyyətin bildirdiyi beş üzrdən biri ilə tərk etmək günah deyildir. Şərab və spirtli içkilərin hamısı ağlı aparar. Ağlı olmayan hər yamanlığı edə bilər.
  3. Əli “radıyallahü anh” xəbər verir. Rəsulullah “sallallahü aleyhi və səlləm” buyurdu ki, “Ey Əli! Üç şeyi etməyi gecikdirmə: Vaxtı gələn kimi dərhal namazı qıl! Cənazə hazırlanan kimi dərhal namazını qıl! Bir qızın küfvünü (bərabər, tay) tapan kimi tez evləndir. Bu hədisi-şərifi Tirmüzi “rahimə-hullahü-təalə” bildirdi. Cənazə namazını gecikdirməmək üçün məkruh olan üç vaxtda da qılınmalıdır.

[Görünür ki, qadını, qızı küfvünə, yəni tayına vermək lazımdır. Küfv demək, varlı olmaq, gəliri çox olmaq demək deyildir. Küfv olmaq, kişinin saleh müsəlman olması, Əhli-sünnət etiqadında olması, namaz qılması, içki içməməsi, yəni islamiyyətə tabe olması və nafaka (ailənin ehtiyacları) qazanacaq qədər iş-güc sahibi olması deməkdir. Kişinin ancaq varlı olmasını, var-dövlət sahibi olmasını istəyənlər qızlarını fəlakətə, Cəhənnəmə atmış olurlar. Qızın da namaz qılması, başı, qolu açıq küçəyə çıxmaması, məhrəm olmayan qohumu ilə belə tək qalmaması lazımdır.]

  1. Abdullah ibni Ömər “radıyallahü anhüma” xəbər verir. Rəsulullah “sallallahü aləyhi və səlləm” buyurdu ki, “Namazlarını vaxtları gəlincə dərhal qılanlardan Allahü təala razı olar. Vaxtlarının sonunda qılanları da əfv edər”. Bu Hədisi-şərifi Tirmüzi “rahimə-hullahü-təalə” bildirdi.

Şafii və hənbəlidə hər namazı vaxtının əvvəlində qılmaq yaxşıdır. Maliki məzhəbi də buna yaxındır. Ancaq çox istidə tək qılanın zöhrü gecikdirməsi yaxşı olar. Hənəfi məzhəbində də sübh və işa namazlarını gecikdirmək və isti vaxtlarda zöhrü havanın sərinlənən vaxtlarında qılmaq daha yaxşıdır. (Lakin zöhrü imameyn (iki imam) qavlinə görə əsr vaxtı girmədən, əsri və işanı da imamı-azama görə vaxtı girən kimi qılmaq yaxşı olar, ehtiyatlı olar. Təqva əhli olanlar hər işində ehtiyatlı olurlar.   

  1. Ümmi Fərvə “radıyallahü anhə” xəbər verir. Rəsulullaha “sallallahü aləyhi və səlləm” hansı əməlin üstün olduğu soruşuldu. “Əməllərin üstünü vaxtının əvvəlində qılınan  namazdır” buyurdu. Bu Hədisi-şərifi, imamı Əhməd, Tirmizivə Əbu Davud bildirdilər. Namaz ibadətlərin ən üstünüdür. Vaxtı girər-girməz qılınca, daha üstün olur.
  2. Aişə “radıyallahü anhə” deyir ki, “Rəsulullahin namazını axır vaxtında qıldığını, iki dəfə görmədim”. Yəni bütün ömründə, bir dəfə, bir namazı vaxtının sonunda qılmışdır.
  3. Ümmi Habibə “radıyallahü anhə” xəbər verir. Rəsulullah “sallahü aleyhi və səlləm” buyurdu ki,“Bir müsəlman qul hər gün fərz namazlardan başqa on iki rəkat tətavvu olaraq namaz qılarsa, Allahü təala ona Cənnətdə bir köşk verər.” Bu hədisi-şərif “Müslim”də yazılmışdır. Görünür ki, hər gün beş vaxt fərz ilə qılınan sünnət namazlara Rəsulullah “sallahü aleyhi və səlləm” tətavvu, yəni nafilə namaz deməkdədir.
  4. Tabinin böyüklərindən Abdullah bin Şakin “rahimə-hullahü-təalə” deyir ki, Rəsulullah “sallahü aleyhi və səlləm” tətavvu namazlarını, yəni nafilə namazlarını həzrəti Aişədən “radıyallahü anhə” soruşdum, ”Zöhr fərzindən əvvəl dörd, sonra iki, şamın və işanın fərzlərindən sonra iki, sübh namazlarının fərzindən əvvəl rəkat qılardı”-dedi.  Bu xəbəri Müslim və Əbu Davud “rahimə-hümallahü-təalə” bildirdilər.
  5. Aişə “radıyallahü anhə” dedi ki, “Rəsulullahın “sallallahü aləyhi və səlləm” nafilə ibadətlərdən ən çox davam etdiyi, sabah namazının sünnəti idi”. Bu xəbər həm “Buxari”də, həm də “Müslim”də yazılıdır. Görünür ki, Aişə “radıyallahü anhə”, beşvaxt namazın fərzləri ilə bərabər qılınan sünnət namazlara, nafilə namaz deməkdədir.

 [Böyük islam alimi, Allah adamlarının öndəri, yolunu azmışlara, məzhəbsizlərə qarşı Əhli-sünnətin ən qüvvətli himayəçisi, Allahü təalanın seçdiyi çox sevdiyi dini yayan, bidətləri yıxan böyük mücahid, İmam-i Rabbani mücəddid-i əlf-i sani Əhməd bin Abdül-əhad Faruki Sərhəndi “rahmətullahi aleyh”, islam dinində bir bənzəri yazılmayan, “Məktubat” kitabının birinci cildi, 29-cu məktubunda buyurur ki: “Allahü təalanın razı olduğu işlər, fərzlər və nafilələrdir. Fərzlərin yanında nafilələrin heç qiymətləri yoxdur. Bir fərzi vaxtında qılmaq min il dayanmadan nafilə ibadət etməkdən daha qiymətlidir. Hər növ nafilə, məsələn namaz, zəkat, oruc, zikr, fikr həmişə belədir. Hətta bir fərzi yerinə yetirərkən bunun sünnətlərindən bir sünnəti və ədəblərindən bir ədəbi etmək də başqa nafilələri etməkdən qat-qat daha qiymətlidir. Əmir-ül-möminin Ömər-ül-Faruq “radıyallahü anh” bir gün sabah namazını qıldırdıqdan sonra camaat arasında bir nəfəri görməyib səbəbini soruşduqda, o hər gecə nafilə ibadət edir, bəlkə yatmış, camaata gələ bilməmişdir, dedilər. “ Kaş bütün gecəni yatıb, sübh namazını camaat ilə qılsaydı daha yaxşı olardı” buyurdu. Görünür ki, bir fərzi yerinə yetirərkən ədəblərindən bir ədəbi etmək və bir məkruhundan çəkinmək, zikr, fikr və mürakəbədən qat-qat daha qiymətlidir. Bəli, bunlar o ədəbləri etməklə və məkruhlardan çəkinməklə bərabər edilərsə, əlbəttə çox faydalı olar. Lakin onlarsız olunca, bir şeyə yaramazlar. Bunun üçün bir lirə zəkat vermək, minlərcə lirə nafilə sədəqə verməkdən daha yaxşıdır. O bir lirəni verərkən bir ədəbinə diqqət edərək, məsələn, yaxın əqrəbaya vermək də o nafilə sədəqədən qat-qat daha yaxşıdır.” (Gecə namazı qılmaq istəyənlərin qəza namazı qılmaları lazım olduğu buradan aydın olur. Allahü təalanın əmrlərinə “fərz”, qadağalarına “haram”, Peyğəmbərimizin əmrlərinə “sünnət”, qadağalarına “məkruh”, bunların hamısına “Əhkamı-islamıyyə” deyilir. Tənbəllik edərək əhkamı-islamiyyəyə tabe olmayan müsəlmana “fasiq” deyilir. Bir fərzə, bir harama riayət etməyən fasiq Cəhənnəmə gedəcəkdir. Bunun etdiklərinin heç biri və sünnətləri qəbul olmaz, savab verilməz. Bir manat zəkat verməyənin milyonlar verərək etdiyi xeyir və faydalı işlərin heç biri qəbul olunmaz. Tikdirdiyi məscidlərə, məktəblərə, xəstəxanalara xeyr cəmiyyətlərinə etdiyi yardımlara savab verilməz. İşa namazı qılmayanın təravih namazı qəbul olunmaz. Fərzlərdən və vaciblərdən başqa edilən ibadətlərə “Nafilə” deyilir. Sünnətlər nafilə ibadətlərdir. Bir tərifə görə qəza namazları qılan sünnət də qılmış sayılır. Bir fərzi yerinə yetirməyin, bir haramdan çəkinməyin savabı milyonlarla nafilə savabından çoxdur. Bir fərzi yerinə yetirməyən, bir haramı işləyən Cəhənnəmdə yanacaq. Nafilə ibadətləri onu Cəhənnəmdən qurtara bilməz. İbadətlərdə edilmən dəyişikliklərə “bidət” deyilir. İbadət edərkən bidət işləmək haramdır və ibadətin pozulmasına səbəb olur. Hədisi-şərifdə “bidət işləyənin heç bir ibadəti qəbul olunmaz” buyuruldu. Fasiqin, məsələn xanımı, qızı təsəttürə riayət etməyənin və bidət sahibinin, məsələn ibadətlərdə mikrofon  istifadə edənin arxasında namaz qılmamaq, moizələrini, din üzərində uydurma nitqlərini dinləməmək və kitablarını oxumamaq lazımdır. Dosta da, düşmənə də gülər üz, şirin dil göstərməli, heç kəslə münaqişə etməməlidir. Hədisi-şərifdə “axmağa cavab verilməz” buyuruldu. İbadətlər qəlbin təmizliyini artırır. Günahlar qəlbi qaraldır, feyzləri ala bilmir. Hər müsəlmanın imanın şərtlərini, fərzləri və haramları öyrənməsi fərzdir. Bilməməsi üzr deyil. Yəni bilib inanmamaq kimidir.] “Məktubat” kitabı farscadır. Tərcüməsi burada tamam oldu.  İmamı Rabbani həzrətləri 1034-cü (m. 1624) ildə Hindistanda, Sərhənd şəhərində vəfat etdi.