Facebook Twitter WhatsApp

Namaz Qılmamağın Zərəri

Sual: Namaz qılmamağın zərəri nədir?

CAVAB: Bir çox zərəri vardır. Seyid Abdülhakim Arvasi həzrətləri buyurdu ki:

“Namaz qılmayan hər şeydən öncə bütün möminlərə zülm etmiş olur. Çünki hər namazda“Əssələmü aleyna və ala ibadillahissalihin” deməklə bütün möminlərə dua edilir. Namaz qılmayan hər gün beş vaxt namazda sünnətlərlə bərabər 21 kərə təkrarlanan bu duadan Müsəlmanları məhrum qoyur. Qiyamətdə bütün möminlər bu haqlarını namaz qılmayanlardan alacaqlar.

      Namaza tənbəllik göstərən, qiymətini bilməyib əhəmiyyət verməyən bir çox cəzaya məruz qalar:

    Ömründən xeyir və mənfəət görməz. Müxtəlif xəstəlik, alçaqlıq, təhqir və zillətlər içərisində həyat sürər. Salehlərdən hörmət görmədiyi kimi, müxtəlif məhrumiyyət və sıxıntılara məruz qalar. Səhhətindən xeyir və mənfəət görməz. Ümumilikdə pis yerlərdə işləyənlər namaz qılmayan və ya namaza tənbəllik göstərənlərdir. Zəhmətli, yorucu və ağır işlərdə çalışanların əksəriyyəti də bunlardır. Namazı doğru qılan həm salehlərin yanında, həm də dostları və qohumları arasında hörmət və etibar sahibidir.

 Namaz qılan kəsdə yaradılışındakı gözəllikdən başqa bir gözəllik və camal vardır ki, namaz qılmayan nə qədər gözəlləşməyə, bəzənməyə çalışsa da, hər gün yuyunsa da, yeni paltarlar geysə də yenə bu gözəllik və camala qovuşa bilməz. Gözəl ətirlər vursa da özündə hasil olan diksindirici qoxunu hiss edənlərdən gizləyə bilməz.

 Namaz qılanın üzü gözəl olur, uzun zaman yuyunmasa da, günlərlə paltar dəyişdirməsə də vücud və paltarları pis qoxumaz. Namaz qılmayan, tez-tez yuyunub paltar dəyişdirsə də o zərifliyə sahib olmaz. Gündə dəfələrlə sədəqə versə, yetimləri sevindirsə, yedirib geydirsə, günlərcə Quran oxusa, hər il həccə getsə, buna bənzər ibadət və yaxşılıq etsə də savab almaz. Allahü təala o vaxtları namaza məxsus qıldığından bu vaxtları namazda keçirmək lazımdır. Bu vaxtları Allahü təalanın təyin etdiyi şəkildən çıxarmaq, yəni pozmaq əməlini etdiyi üçün namaz qılmayanın hər işindən, xeyir və bərəkət qalxar, duası da məqbul olmaz.

 Namaz qılan Ya Rəbbi dediyi zaman, Allahü təala, “Ləbbeyk - söylə yerinə yetirilsin” buyurur. Namaz qılmayana ləbbeyk, eşitdim deməz. Ancaq namazı doğru qılan xeyir, bərəkətə və rəhmətə nail olar. Namazda Həzrəti Adəmdən bu yana bütün möminlərin və bütün məxluqatın haqları vardır. Namaz tərk edilincə, Haqqın rəhməti örtülü qalar. Gələn rəhmətin kəsilməsinə səbəb olduğundan bütün məxluqat namazı tərk edənə düşmənlik edər. Müsəlmanların dualarının bərəkətindən məhrum qalar. Ölsə, məzarı yanından keçən bir Müsəlmanın oxuduğu Fatihədən lazım olduğu qədər faydalanmaz. Allahü təala belələrini uluhiyət məqamında şəxsi xidmət sayılan namaza almadığından, bu önəmli xidmətdən qovulmuş olar. Bu xidmət üçün veriləcək olan faydalardan məhrum qalar.

 Namaz qılmayan, görünüşü pozularaq yatağa düşər. Üstünü-başını, yatağını, yorğanını və digər şeylərini pislədərək bərbad edər. Elə olur ki, ən yaxınları, övladları, xanımı, ana və atası da ölümündən nifrət edər. Heç kimsədən hörmət görməz. Bu kimsə böyük bir padşah da olsa, yenə ölüm zamanında nifrət edilən bir şəkildə ölər.

 Namaz qılmayanın ölüm zamanında gözlərində qorxu əlamətləri, təlaş və hüzün əsərləri, gözünü göyə dikmə işarətləri görünər. Gözlərinin rəngi dəyişər. Yuxarıya və ya aşağıya doğru dikilər ki, bu mənzərəyə baxmaq mümkün deyildir. Burun dəlikləri quruyar. Quş tükü yataqda, bərli-bəzəkli otaqda və sarayda min bir ehtişam və dəbdəbə içərisində olsa da, yenə zəlil və alçaq olar.

 Namaz qılmamaqla iman zəifləyər. Bu kimsənin namaza hörməti olmadığından mələklər, ölülər və digər yaradılanlar da ona hörmət göstərməz.

 Namaz qılmayan ölərkən saçı saqqalı qarışar. Namaz qılanın isə ölümündə də həyatdakı vəziyyəti pozulmaz, canlı kimi qalar. Onun ölümünü görən, ölümündən xəbərdar deyilsə, yatdığını zənn edər.

 Namaz qılmayan nə qədər çox yemək yesə də yenə aclıq iztirabı dinməz. Getdikcə şiddətlənər, dayanılmaz bir hal alar. Nə qədər çox və yaxşı yeməklər yedirilsə də bu acı, bu ağrı, bu sızıltı dindirilməz. Bu iztirab durmaz. Hey aclıqla acı çəkər. Aclıq bir artan nisbətlə yüksələr, artar. Nəhayət qıvrana-qıvrana can verər. Çünki namazı tərk etmək böyük günahdır. Cəzası da o nisbətdə böyük olar.

 Namaz qılan gülər üzlü, parlaq və nurani üzlü olar. Sevinc və nəşə əlamətləri üzündə və gözlərində aşkar olar. Öz qüsurlarını və Haqq təalanın lütf və ehsanını görərək alnından tərlər tökülər, burnunun dəlikləri sulanar. Qulaq altları və burun dəlikləri yüngül bir şəkildə tərləyər. Gözəl bir şəkildə qoxar. Rəngində lətif bir gözəllik olar. Ətrafa gözəl qoxular yayılar. Ən ləzzətli və ən nəfis yeməklər yemiş kimi tox və doymuş olaraq vəfat edər.

 İbadətlər imandan parça deyildir. Yəni inandığı halda bir ibadəti etməyən və ya bir haramı işləyən kafir olmaz. Ancaq namazda söz birliyi olmadı. Hanbəlidə bir namazı üzrsüz tərk edən kafir olduğundan öldürülür. Yuyulmaz, kəfənə sarılmaz, namazı qılınmaz və Müsəlmanların qəbiristanına qoyulmaz. Ayağına ip bağlanıb murdar bir it kimi, bir çuxur qazılıb içinə qoyular. Üzərinə torpaq atılar. Üzərinə qəbir əlaməti də edilməz. Şafii və Malikidə böyük günah işlədiyi üçün cəza olaraq öldürülür. Hənəfidə namaza başlayıncaya qədər döyülüb həbsə atılar. Namaz qılmamaq imansız ölməyə, namaz qılmaq isə iki cahan səadətinə səbəb olar.

 Namaz hər yaxşılığın açarıdır

Sual: Mən namaz qılmıram. Amma heç günah da işləmirəm. İçki içmirəm, qumar oynamıram, oğurluq etmirəm və başqa günahları da işləmirəm. Üstəlik çox sədəqə verirəm. Yoxsullara əl tuturam. Bunlar yetməzmi?

CAVAB: Namaz qılmamaq çox böyük günahdır. Oğurluq etməkdən, qumar oynamaqdan, içki içməkdən daha böyük günahdır. Bir çox hədisi-şəriftə qəsdən namaz qılmamağın küfr olduğu bildirildi. Əməl imandan parça olmadığı halda namaz mövzusunda ittifaq hasil olmadı. Namazın imandan olduğunu bildirən alimlər də oldu. Bu baxımdan namaz qılmamaq çox böyük təhlükədir.

 Bir insan hər cür pisliyi işləsə, namaz qılmağa davam etsə və namazı doğru olaraq qılsa pisliklərin çoxunu, hətta tamamını tərk edər. Çünki bir ayəti-kərimə məali belədir:

“Namaz münkər ve fahşadan [ədəbsizlikdən, ağıla və dinə uymayan hər cür pislikdən, hər cür günahdan] çəkindirər.) [Ankəbut 45]

 Namaz qılmağın fəziləti çox böyükdür. Hədisi-şəriflərdə buyruldu ki:

“Namaz hər xeyrin, hər yaxşılığın açarıdır.” [Tabərani]

 “Namaz qılan qiyamətdə qurtulacaq, qılmayan pərişan olacaqdır.” [Tabərani]

 Namaz qılmayan bütün dünyadakı yoxsulları doyursa, hər kəndə, hər məhəlləyə məscid tikdirsə, bulaq çəkdirsə namaz qılmamağın günahı bunların hamısından artıq olar. Sədəqə vermək, yoxsul doydurmaq, bulaq çəkdirmək nafilə ibadətdir. Fərz savabının yanında dənizdə damla qədər belə deyildir. Milyardlarca nafilə, iki rükət fərz namazın savabına çata bilməz.

 İşlərimizin xeyrini görmək üçün

Sual: İşlərimin çoxluğu səbəbiylə namazları vaxtında qıla bilmirəm. Bir dostum: “Dində asanlıq vardır” deyə, namazların hamısını birləşdirib qılmağımı söylədi. Gecə evə gedincə hamısını qıl, dedi. İşlərimi tərk etmədən namazımı necə qıla bilərəm?

CAVAB: Namazlarınızı tərk etmədən işlərinizi görməlisiniz. Müsəlman üçün ən önəmli ibadət namazdır. İş tərk oluna bilər, amma namaz əsla tərk olunmaz. Namazı tərk edənin işində xeyir olmaz.

 “İşlərin arasında namazı da həll edərəm” zehniyyəti saleh Müsəlmana yaraşmaz. Onun məqsədi namazdır, onun ən zövqlü anı namazdadır. Namazı qayə bilənin digər işləri asanlaşar.

 Dünya və axirət səadətimiz üçün, işlərimizin xeyrini görmək üçün namazı önə almalı, namaz qılmadan işə başlamamalı. Namaza mane olan işdə xeyir olmaz.

 İşlərin çoxluğu səbəbiylə namaz cəm [birləşdirilməz] edilməz. Hər hansı bir səbəbə görə namazın qəzaya qalma təhlükəsi varsa, qəzaya buraxmamaq üçün cəm edilər. Lakin gündüz qılmayıb gecə cəm edilməz. Zöhr ilə əsr, şam ilə işa zərurət olunca birləşdirilərək qılınar. Namaz hər işdən önəmlidir. Ayaqda qıla bilməyən oturaraq qılar, oturaraq da qıla bilməyən uzanaraq qılar. Su tapılmazsa və ya suyu istifadə etməkdə qorxu varsa təyəmmüm edilər. Bütün bunlar namazın önəmini göstərir. Peyğəmbər əfəndimiz, “Namaz dinin dirəyidir” buyurur. (Tabərani, Beyhəki)

 Dirəksiz bina olmadığı kimi namazsız da Müsəlmanlıq olmaz. Başqa bir hədisi-şərifdə də, “Başın vücuddakı yeri nə isə, namazın da dindəki yeri odur” buyrulur. (Tabərani)

 İş arasında namaz qılanlardan olma sən

Məhşər günü saçını yolanlardan olma sən.

 Allahın hər əmrini önə almalı kişi

Öncə namazı qılıb sonra etməli işi.

 İş öncə gəlir deyə namazları axsatma

Öncə namazını qıl, dini dünyaya satma.

 Dirəksiz bina olmaz, dirək varsa yıxılmaz

Namaz dində dirəkdir, namazsız İslam olmaz.

 Vücudda baş nə isə, elədir dində namaz

Başsız vücud olmazsa, namazsız da din olmaz.

 Başsız bədən yürüsə qorxu qapar insanı

Başsız görər övliya da namaz qılmayanı.

 

Üzülməmək nə demək

Sual: Namaz vaxtı çıxarkən namazı qılmadığı üçün üzülməyənin imanı güdərmi?

CAVAB: Bəli, imanı gedər amma, üzülməmək nə deməkdir? Namaz qılmayan, içki içən və açıq gəzən, əgər mən də namaz qılsam yaxşı olar, içki içməsəm yaxşı olar, açıq gəzməsəm yaxşı olar deyərək günahlarına davam edirsə kafir deyildir. Bunları edərək oruc da tutursa yenə kafir deyilməz. Biz də bəzi günahları işləyirik, qeybət edirik. Hədisi-şərifdə qeybət zinadan pisdir buyrulur. Sui-zənn edirik və s. Amma etdiyimizə günahdır deyirik. Namaz qılmayan da belə deyirsə kafir olmaz. Namaz qılmasam da, açıq gəzsəm də, içki içsəm də qəlbim təmizdir, içməyənləri, namaz qılanları görürük, mənim onlardan nəyim əskikdir, deyirsə təhlükədədir. Mən başımı bağlasam, namaz qılsam onlardan üstün olaram, deyə düşünürsə və etdiyinin yanlış olduğunu bilirsə küfr olmaz.

 


В корзине: 0 шт.

на сумму: 0

Cəmi: 0

Оформить заказ Очистить корзину